CoM East Konsorsiumu

Energy Cities (Enerji Şəhərləri - Konsorsiumun lideri)

Energy Cities (Konsorsiumun lideri) enerji keçidində yerli hakimiyyət orqanlarının Avropa Assosiasiyasıdır. 2017-2020-ci illərdə Energy Cities assosiasiyasına 11 Avropa ölkələrinin İdarə Heyəti ilə Heydelberq şəhəri (Almaniya) Başçılıq edirdi. 1990-cu ildə yaradılan Assosiasiya 30 ölkədə 1000-dən çox böyük və kiçik şəhərləri təmsil edir. Energy Cities assosiasiyasının idarələri Brüssel (Belçika) və Bezanson (Fransa) şəhərlərində yerləşir.

Climate Alliance

Climate Alliance - Avropanın 1990-cu ildə təsis edilən ən böyük yerli şəbəkəsi olaraq, 26 Avropa ölkələrində təxminən 1700 kiçik və böyük şəhərləri, kəndləri eləcə də iqlim dəyişikliyi ilə fəal mübarizə edən müxtəlif regional hakimiyyət orqanlarını, QHT və digər təşkilatları birləşdirir. Alyansın üzvləri, müxtəlif əhali göstəriciləri olan kəndlər və şəhərlər iqlim dəyişikliyini yerli səviyyədə qərar qəbul etmə tələb edən qlobal məsələ hesab edir.

Kommunalkredit Public Consulting

Kommunalkredit Public Consulting maliyyələşdirmə proqramlarnı idarə edərək və məqsədli məsləhət xidmətlərini göstərərək ətraf mühit, iqtisadiyyat və cəmiyyətə uzunmüddətli müsbət töhfə verir. Şirkət, xüsusilə ətraf mühitin və iqlimin mühafizəsi eləcə də beynəlxalq karbon bazarları sahələrində maliyyələşdirmə proqramlarının hazırlanması, icrası və idarə edilməsində ixtisaslaşır.

 

Kommunalkredit Public Consulting şirkətinin əsas fəaliyyət sahəsi maliyyələşdirmə təşəbbüslərinin idarə olunmasıdır. Şirkət iqlim və ətraf mühitin mühafizəsi üçün xüsusi maliyyələşdirmə proqramlarını hazırlayır və həyata keçirir, bütün proses boyu müştərilərə yardım edir və maliyyə vəsaitlərini təmin edən və maliyyələşdirmə üçün müraciət edən müştərilərimiz arasında əlaqələdirici kimi çıxış edir. 

Energy Efficient Cities of Ukraine - EECU (Ukrayna Səmərəli Enerji şəhərləri)

Ukrayna Səmərəli Enerji şəhərləri (EECU) 2007-ci ildə təsis edilmişdir. Bu gün EECU Ukraynanın bütün regionlarından 85-dən çox böyük və kiçik Ukrayna şəhərlərini birləşdirir. EECU özü iki Avropa yerli hakimiyyət orqanları assosiasıyasının, "Energy Cities" and "Climate Alliance"-in, üzvüdür, və Merlərin Razılaması üzrə Ukraynada yeganə milli dəstək strukturudur.

 

EECU yerli özünü idarəetmə orqanlarının könüllü, qeyri-hökümət və qeyri-kommersiya birliyi olaraq, üzvlərinin və müvafiq ərazi icmalarının müasir məlumat, yeni texnologiyalar, investisiyalar, Ukrayna və xarici tərəfdaşlar arasında enerji resurslarının səmərəli və qənaətli istifadəsi sahəsində əməkdaılığın və təcrübə mübadiləsinin inkişaf etdirilməsi ehtiyaclarını təmin etmək, yüksək keyfiyyətli enerji xidmətləri göstərmək, enerji təhlükəsizliyini artırmaq, ətraf mühiti qorumaq və yaşayış məntəqələrinin dayanıqlı inkişafını təmin etmək məqsədilə yaradılmışdır.

Alliance for Energy Efficiency and Renewables (Enerji səmərəliliyi və bərpa olunan enerji mənbələri alyansı) Moldova

Enerji səmərəliliyi və bərpa olunan enerji mənbələri alyansı (Alliance for Energy Efficiency and Renewables (AEER) Moldova Respublikasının enerji sektorunda aparıcı QHT-dir. AEER-in məqsədi enerji səmərəliliyi, bərpa olunan enerji mənbələri və ətraf mühitin qorunması sahəsində strategiyaların və siyasətlərin təşviqinə kömək etməkdir. Bunun üçün AEER enerji siyasəti islahatına dəstək; yerli dövlət orqanlarına dəstək; İƏ və kommunikasiya daxil olaraq üç əsas sahələri əhatə edən "yuxarıdan aşağı" və "aşağıdan yuxarı" kompleks yanaşma tətbiq edir. 2012-ci ildən AEER Aİ-nin "Merlərin Razılaşması" təşəbbüsü çərçivəsində bələdiyyələrə dəstək strukturu kimi çıxış edərək MR öhdəliklərinin yerinə yetirilməsi üçün texniki və maliyyə məsələlərində metodoloji yardım göstərir. Bu səylərin nəticəsi olaraq regionda enerji səmərəliliyi, texnologiyaları və nou-hau ilə bağlı bir sıra nümayiş layihələri həyata keçirilmişdir.

Interakcia Belarus

İnterakcia Fondu Belarus bölgələri və şəhərlərində dayanıqlı inkişaf üçün şərait yaradan və şəraiti yaxşılaşdıran qeyrı-hökumət, qeyri-kommersiya təşkilatıdır.

 

Interakcia hesab edir ki, unikal regional xüsusiyyətlərə əsaslanan belə şəraitlər nəticədə yerli əhalinin həyat keyfiyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına gətirib çıxarmalıdır.

 

Hər region irəli getmək üçün öz unikal potensialını inkişaf etdirən ərazidir. Fondun fəaliyyətinin məqsədi belə regional potensialı aşkar etmək və artırmaqdır. Regionda investorları və turistləri cəlb etmək imkanları olduqda, biznes imkanları və istirahət obyektləri təmin edildikdə onun davamlı və dayanıqlı inkişafı təmin edilə bilər. Interakcia mütəxəssisləri 20 Belarus vilayətində işləyib və orada bir çox inkişaf layihələrini həyata keçirmişdir. Bu təşəbbüslər iqtisadi inkişafı sürətləndirir, yerli ətraf mühiti mühafizə edir, rahat infrastrukturu inkişaf etdirir, regional mədəni irsi təşviq edir və yerli əhalini qərar qəbul etmə prosesinə cəlb edir.

Energy Efficiency Centre Georgia (EECG) - Gürcüstan Enerji səmərəliliyi mərkəzi

EECG 1998-ci ildə Avropa İttifaqı tərəfindən "Gürcüstanda Enerji səmərəliliyi mərkəzinin və təbii enerji təhsilinin inkişafı" Aİ Tasis layihəsi çərçivəsində yaradılmışdır.

 

Yarandığı gündən EECG dayanıqlı inkişaf üçün bərpa olunan enerjinnin və enerji səmərələliyinin tətbiqini və nəticə olaraq milli enerji təhlükəsizliyi səviyyəsinin artmasını və mənfi ekoloji təsirlərin minimuma endirilməsini dəstəkləyir. Enerji istehsalı və istehlakının ekoloji təmiz və iqtisadi cəhətdən səmərəli yolları eləcə də bərpa olunan enerji və enerji səmərəliliyi barədə vətəndaş cəmiyyətini və ölkənin qərar qəbul edənlərini məlumatlandırmaq.

 

2014-cü ildən EECG Merlərin Razılaşmasını Dəstəkləyən qurumdur.

 

Yaşıl İqlim Fondunun (Green Climate Fund) müşahidəçisi kimi qeydə alınmışdır.

Union of Communities of Armenia - Ermənistan İcmalar İttifaqı

Ermənistan İcmalar İttifaqı 1997-ci ildə təsis edilmişdir və Ermənistanın bütün kənd və şəhər özünüidarəetmə orqanlarını birləşdirir.

 

Qeyri-hökumət təşkilatı kimi fəaliyyətə başlayan Assosiasiya 2009-cu ildə yenidən təşkil edilərək hüquqi şəxslər birliyinə çevrilmişdir. Birliyin qanunla müəyyən edilmiş əsas məqsədləri yerli özünü idarəetməni təşviq etmək, üzv icmaların maraqlarını müdafiə etmək, yerli özünü idarəetmə orqanlarının potensialını gücləndirmək və üzv icmalar arasında əməkdaşlığı təşviq etməkdir.

Bültenimize abunə olun