İştirak

Merlərin Razılaşması, təşəbbüsə qoşulmaq və yerli iqlim və enerji tədbirlərinin sürətlə davam etdirilməsinə kömək etmək istəyən bütün idarəetmə səviyyələrini, eləcə də müvafiq dəstəkləyən təşkilatları, qurumları və birlikləri alqışlayır. Qoşulmaq qaydası haqqında daha ətraflı məlumat aşağıda verilir.

Razılaşmanın Koordinatorları, Merlərin Razılaşmasının təşviqi, Dayanıqlı Enerji və İqlim Dəyişikliyi üzrə Fəaliyyat Planlarının hazırlanması və həyata keçirilməsinə texniki və/və ya maliyyə dəstəyi, Razılaşmanı imzalayanların iştirak etdikləri şəbəkələşmə tədbirləri daxil olmaqla, öz coğrafi əraziləri daxilində Razılaşmanı imzalayanları müxtəlif yollarla dəstəkləmək öhdəliyini götürə bilər.

Daha ətraflı məlumat burada.


Kim qoşula bilər

Vilayətlər, bölgələr, nazirliklər, şəhər aqlomerasiyaları, yerli hakimiyyət orqanları qrupları... Razılaşmanı imzalaynlara strateji istiqamətləndirmə, maliyyə və texniki dəstək təmin etmək öhdəliyini rəsmi olaraq üzərinə götürən hər hansı bir dövlət orqanı rəsmi olaraq Razılaşmanın Koordinatoru kimi tanınır.

Daha ətraflı məlumat üçün Razılaşmanın Dəstək Xidməti ilə əlaqə saxlayın: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Koordinatorların siyahısı

Niyə qoşulmalısınız

Razılaşmanın Koordinatoru olmağın bir çox üstünlükləri var:

icon
Avropa Komissiyiya tərəfindən təsdiqlənmə və tanınma
icon
Beynəlxalq miqyasda, xüsusilə Razılaşma saytında tədbirləri təşviq etməklə geniş əyani təqdimat
icon
Avropa həmkarları ilə şəbəkə qurmaq, təcrübə və bilik mübadiləsi
icon
Xüsusi müzakirə qrupları, seminarlarlar və digər təcrübə mübadiləsi platformalarında iştirak
icon
Tərtib olunan alətlər və metodologiyalar barədə elmi və texniki rəylər
icon
 
Ərazi inkişafının möhkəmləndirilməsi və yerli idarəetmənin gücləndirilməsi
 

 

Necə qoşulmaq

Rəsmi Razılaşma Koordinatoru kimi qeydiyyatdan keçmək üçün aşağıdakı mərhələlərdən keçməlisiniz:

Addım 1

Merlərin Razılaşması üzrə rəsmi Öhdəlik Bəyannaməsini imzalayın və onlayn qeydiyyat formasını doldurun

Addım 2

Uyğunluğun təsdiqlənməsindən sonra, Merlərin Razılaşması Ofisindən göndərilən öhdəlik bəyannaməsini doldurub imzalayın

Addım 3

İmzalanmış öhdəlik bəyannaməsini aldıqdan sonra Merlərin Razılaşması Ofisi Sizin rəhbərliyiniz üçün onlayn profil yaradır. Bu Sizə Merlərin Razılaşması dairəsində fəal iştirak etmək imkanı verir və müvafiq imzalayanları daha yaxşı dəstəkləməyə kömək edəcəkdir.

Nə vaxt qoşulmaq

Razılaşmanın Koordinatorları bu səhifənin solunda yerləşən qeydiyyat forması vasitəsilə istənilən vaxt İqlim və Enerji üzrə Merlərin Razılaşmasına qoşula bilərlər.

Bültenimize abunə olun