İştirak

Merlərin Razılaşması, təşəbbüsə qoşulmaq və yerli iqlim və enerji tədbirlərinin sürətlə davam etdirilməsinə kömək etmək istəyən bütün idarəetmə səviyyələrini, eləcə də müvafiq dəstəkləyən təşkilatları, qurumları və birlikləri alqışlayır. Qoşulmaq qaydası haqqında daha ətraflı məlumat aşağıda verilir.

Yerli orqanlar iqlim dəyişikliyinin mənfi təsirlərinin azaldılmasında və onlara uyğunlaşmada aparıcı rol ounayır. İqlim və Enerji üçün Merlərin Razılaşmasında iştirak onların bu səylərini dəstəkləyir və onlara növbəti səviyyədə enerji və iqlim öhdəliklərini götürmək üçün zəruri olan tanınma, resurslar və şəbəkələr qurmaq imkanı verir.


Kim iştirak edə bilər

İqlim və Enerji üzrə Merlərin Razılaşması, ölçüsü və enerji və iqlim siyasətlərinin həyata keçirilməsi mərhələsindən asılı olmayaraq, seçilmiş nümayəndələrlə /nümayəndələr tərəfindən demokratik yolla yaradılan bütün yerli hakimiyyət orqanları üçün açıqdır.

Qonşu kiçik və orta saylı yerli hakimiyyət orqanları da, müəyyən şərtlərlə, imzalayanlar qrupu kimi qoşula bilər və 30% CO2 azaldılması hədəfinə və iqlim dəyişikliyinə davamlılığın artmasına fərdi olaraq (variant 1) və ya birlikdə (variant 2) öhdəlik götürərək birgə "Dayanıqlı enerji və iqlim üzrə fəaliyyət planını" təqdim edə bilər- daha ətraflı məlumat Razılaşma saytının Tez-tez verilən suallar bölməsindədir.

Niyə qoşulmalısınız

Merlərin Razılaşmasını imzalayanlar hərəkata qoşulmaq üçün bir çox səbəblər tapa bilər, o cümlədən:

icon
Milli və sub-milli hakimiyyət orqanlarının əməkdaşlığının və dəstəyinin genişləndirilməsi
icon
Yerli hakimiyyət orqanlarının iqlim və enerji tədbirlərinin beynəlxalq səviyyədə yüksək tanınması və təqdimatı
icon
Aİ iqlim və enerji siyasətinin formalaşmasında iştirak etmək imkanı
icon
İcranın gözdən keçirilməsi və monitorinqi əsasında etibarlı öhdəliklər
icon
Yerli iqlim və enerji layihələri üçün daha yaxşı maliyyə imkanları
icon
Müntəzəm tədbirlər, tvinninq və onlayn müzakirələr vasitəsilə işgüzar əlaqələrin qurulmasına, təcrübə mübadiləsinə və potensialın artırılmasına innovativ yanaşma
icon
Praktiki dəstək (dəstək xidməti), metodoloji materiallar və alətlər
 
 
Necə qoşulmaq

Getdikcə genişlənən hərəkata qoşulmaq üçün yerli hakimiyyət orqanları aşağıdakı tədbirləri həyata keçrimələrir:

Addım 1.

İqlim və Enerji üzrə Merlərin Razılaşması təşəbbüsünü bələdiyyə şurasına təqdim etmək. Şura müzakirələrini asanlaşdırmaq üçün, Siz öhdəlik sənədini burada yükləyə bilərsiniz.

Addım 2

Şura, Razılaşmanın bağlanması barədə rəsmi qərar qəbul etdikdən sonra, şəhər merinə, və ya Şuranın eyni səviyyəli üzvünə razılaşmanın bağlanması formasını imzalamaq səlahiyyətini verir. Qoşulma formasını burada yükləyə bilərsiniz.

Addım 3

İmzalanmadan sonra məlumatları onlayn daxil edin və müvafiq qaydada imzalanmış qoşulma formasını yükləyin; yerli hakimiyyət orqanları şurasına göndərilən elektron təsdiq məktubunda təsvir olunan növbəti addımları qeyd edin.

Nə vaxt qoşulmaq

Yerli hakimiyyət orqanları İqlim və Enerji üzrə Merlərin Razılaşmasını istənilən vaxt imzalaya bilərlər.

Bültenimize abunə olun