Merlərin Razılaşmasının onlayn Kitabxanası Razılaşmanın əsas sənədləri, texniki materiallar, tematik vərəqələr, tədbirlərin hesabatları, vebinar yazıları və digər materiallar kimi geniş spektrli faydalı resurslar təklif edir.
Texniki materiallar

CoM-DeP: Fotoqrafın arayış kitabı - İnşaat işlərinin şəkillərini necə çəkmək
Müvafiq keyfiyyətə nəzarətin tərkib hissələrindən biri də tikinti işləri zamanı bütün alt layihələr üçün qurulmalı olan tikinti işləri prosesinin sənədləşdirilməsidir. Foto çəkiliş bunun vacib bir hissəsidir.
Dəstək Qrupu, bu təlimatlardan istifadə edərək bütün obyektlərin foto çəkilişinin təşkil olunmasını tövsiyə edir.

CoM-DeP: Tikinti işlərinə keyfiyyət nəzarəti və tipik qüsurlar
Bu təlimat inşaat işləri prosesində iştirak edən bütün texniki mütəxəssisləri aiddir, məsələn tikinti şirkətlərinə, sahə nəzarətçilərinə, layihə menecerlərinə və s. Bu təlimatda texniki qüsurlar barədə əsas məlumatlar verilmişdir. Lakin nəzərə almaq lazımdır ki, hər bir layihənin konkret tikinti detalları və materialları olduğundan, hər bir layihə üçün həqiqi ehtiyaclarına uyğun olaraq tövsiyə olunan yanaşma qəbul edilməlidir.

CoM-DeP: Mərkəzləşdirilmiş istilik sistemlərinin təkmilləşdirilməsinə dair texniki təlimat
Bu təlimat bələdiyyələrin və mərkəzləşdirilmiş istilik təchizatı şirkətlərinin öz müəssisələrini istehlakçılara yüksək səviyyəli xidmətlər göstərən müasir və enerji səmərəli mərkəzləşdirilmiş istilik sistemlərinə çevirmələrini təşviq etməli və imkan verməlidir.

CoM-DeP: Enerji xidməti müqavilələri - enerji qənaətli layihələrin maliyyələşdirilməsi üçün təsirli bir vasitədir
Enerji xidməti şirkətlərinin (ESCO) qanunvericilik bazası və prinsipləri, enerji xidməti müqavilələrinin mexanizmləri, Ukraynada tətbiqetmə təcrübəsindən nümunələr haqqında məlumat.

CoM-DeP: Ölçmə və Yoxlama Təlimatları
Dəstək Qrupu, üç tematik klaster üzrə ölçmə və yoxlama ilə bağlı bir sıra təlimatlar hazırlamışdır. Layihənin icrasından əvvəl və həyata keçirildikdən sonra istehlakı müqayisə etmək üçün alt layihələrin hər birində enerji qənaətini hesablamaq üçün mütəmadi olaraq ölçülməli və izlənilməli parametrlərin siyahısı verilmişdir.

CoM-DeP: Texniki Nəzarət
Bu sənəd şablonları müəssisədəki aparılan işlərə texniki nəzarət prosesini sadələşdirəcəkdir. Layihə qrupu ilə texniki nəzarət mütəxəssisi arasında razılaşdırılmış tədbirlərin siyahısı, habelə tikinti şirkəti üçün müvafiq həftəlik hesabat şablonları və obyektdə görülən işlərə dair iclas protokolları ilə texniki nəzarət konsepsiyası daxildir.

CoM-DeP: Küçə İşıqlandırması üzrə təlimat
Təlimat ümumilikdə küçə işıqlandırma layihələrinin həyata keçirilməsində maraqlı olanlar üçün hazırlanmışdır. Küçə işıqlandırması ilə əlaqəli bütün əsas məsələləri bir yerdə, kifayət qədər detallarla bir sənəndə toplanmışdır.

CoM-DeP: Texniki Təlimatlar – Binaların modernləşdirilməsi
Bu Təlimatda illik istismar xərclərini əhəmiyyətli dərəcədə azaldacaq və binanın hərtərəfli yüksək keyfiyyətli istilik izolyasiyası ilə modernləşdirilməsi üçün binanın tipik struktur elementlərinə texniki tələblər barədə ümumi məlumat verilir.

CoM-DeP: Layihənin həyata keçirilməsinə dair Təlimatl - Texniki tətbiqetmə
Təlimat nümayiş layihələrinin texniki icrası mərhələlərinin təsviri, mərhələlərin məntiqi ardıcıllığı, layihə qrupunun rolları və tapşırıqları, hər mərhələnin hesabatları və nəticələri, layihə ilə müqavilə bağlanan əmtəə / xidmətlər tədarükçülərinin və həmçinin Dəstək qrupun və Aİ nümayəndəliyinin rolu.

CoM-DeP: Layihələrinin İcra Təlimatı
Bu Təlimat layihə qruplarını layihə idarəçiliyində dəstəkləmək, habelə Aİ qaydaları və proseduralarına riayət etməklə layihəni necə idarə etməli və səmərəli və rasional şəkildə həyata keçirməyi daha yaxşı başa düşmək və həmçinin uyğunsuzluq risklərini minimuma endirmək üçün hazırlanmışdır.

Şərq Tərəfdaşlığı ölkələrində enerji, iqlim və ətraf mühit sektorlarında bələdiyyə maliyyəsi araşdırmasına dair Yekun Hesabat
Bu hesabat, Şərq Tərəfdaşlığı ölkələrində bələdiyyələrdə enerji, iqlim və ətraf mühit sahələrində investisiya çatışmazlığını araşdırır. İqlim dəyişikliyindən getdikcə artan təzyiqə görə ŞT ölkələrindəki bələdiyyələr bu sahələrdə infrastruktur layihələri üçün maliyyə və təcrübə əldə etməkdə çətinlik çəkirlər. Hesabat inzibati ərazi təşkilatı və bank sektoruna məxsus maneələri araşdırır. O, enerji, iqlim və ətraf mühit sahələrində bələdiyyələrə, dövlət idarəetmə orqanalarına və gələcək bələdiyyə proqramları üçün tövsiyələr təqdim edir.

Hesabat vermə qaydaları
Bu sənəd, imzalayan tərəflərə Razılaşmanın MyCovenant hesabat platformasının müxtəlif bölmələrində məlumatın necə təqdim edilməsi üzrə addım-addım təlimat verir. Sənəd, Merlərin Razılaşması Avropa Ofisi tərəfindən BTM ilə birlikdə hazırlanmışdır və Razılaşmanın hesabat vermə sistemini anlamaqda və hesabat vermə prosesini düzgün həyata keçirməkdə imzalayan tərəflərə kömək etmək məqsədini daşıyır. Təlimata praktiki tövsiyələr və faydalı mənbələrə əlavə olunur.

Şərq Tərəfdaşlığı bölgəsindəki Merlərin Razılaşmasını imzalayanlar tərəfindən təqdim olunan DEFP-in şablonlarında tipik səhvlər haqqında hesabat
Bu sənəd 2018-ci ildə Şərq Tərəfdaşlığı bölgəsindəki Merlərin Razılaşmasını imzalayanlar tərəfindən təqdim olunmuş 134 DEFP şablonunun təhlili nəticələrinə əsasən "Merlərin Razılaşmasını - Şərq" Aİ layihəsinin Texniki Dəstək Xidməti tərəfindən, hazırlanmışdır. Sənədin məqsədi imzalayanları aşkar edilmiş uyğunsuzluqlar barədə məlumatlandırmaq, yeni hesabatlar təqdim edərkən onlardan çəkinməsinə kömək etmək və hesabatların ümumi keyfiyyətinin yaxşılaşdırılmasına kömək etməkdir.




Şərq Tərəfdaşlığı və Orta Asiya şəhərlərində Dayanıqlı enerji üzrə fəaliyyət planı (DEFP) hazırlamaq üçün Təlimat
Sənəd Merlərin Razılaşmasını imzalayanlara DEFP-ın hazırlanması prosesində dəstək vermək üçündür. Bu təlimat, Birgə Tədqiqat Mərkəzi ilə Merlərin Razılaşması Ofisi arasında və yerli və regional enerji ekspertlərin əhəmiyyətli töhfələri ilə hazırlanmışdır.


DEFP-in həyata keçirilməsinə dair monitorinq hesabatının şablonu
Merlərin Razılaşmasını imzalayanlar tərəfindən hazırlanmalı olan DEFP-in həyata keçirilməsinə dair monitorinq hesabatının şablonu.

İstinad məlumat aləti
Alətdə "Merlərin Razılaşması-Şərq" (CoM East) qrupunun üzvü olan 11 ölkənin hər biri üçün Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova Respublikası, Özbəkistan, Tacikistan, Türkmənistan və Ukrayna müxtəlif sektorlar üçün milli enerji istehlakı göstəriciləri və enerji daşıyıcıları barəsində məlumat bazası var. Qeyd etmək lazımdır ki, alət yerli məlumatlar olmadıqda sizə kömək edəcək istinad məlumatlarını təmin etmək üçün hazırlanmışdır. Bu, xüsusilə yerli məlumatların toplanması üçün bir sistem olmadığı kiçik icmalar üçün faydalı ola bilər. Alətin istifadəsini asanlaşdırmaq üçün əsas giriş məlumatlarını və alət tərəfindən hesablanan çıxış məlumatlarını izah edən təlimat hazırlanmışdır.

Merlərin Razılaşması-Şərq: Şərq Tərəfdaşlığı və Mərkəzi Asiya ölkələri üçün emissiya proqnozlarının müəyyən edilməsini "ənənəvi inkişaf" ssenarisinə əsaslanan yanaşma
Merlərin Razılaşması-Şərq metodologiyası əvvəlki illər üçün milli əmsalların əldə edildiyi " ənənəvi inkişaf" ssenarisinə əsaslanan emissiya proqnozları ehtimalı sayəsində genişləndirildi. Beləliklə, imzalayanlar emissiya kadastrında baza ilində ümumi emissiyaların ümumi həcmindən və 2020-ci ilə qədər olan proqnozları hesablaya bilərlər.





Merlərin Razılaşması üzrə Dəstəkləyənlər üçün dərslik
Şərq Tərəfdaşlığı və Orta Asiya ölkələrinin yerli və regional hakimiyyətlərinin assosiasiyaları tərəfindən götürülən öhdəliklərin qısa xülasəsi.

Merlərin Razılaşması üzrə Koordinatorlar üçün dərslik
Şərq Tərəfdaşlığı və Orta Asiya ölkələrinin Milli və Ərazi Koordinatorları tərəfindən götürülən öhdəliklərin qısa xülasəsi.