Merlər Razılaşması – Şərq
Merlər Razılaşması-Şərq (MR Şərq) Aİ tərəfindən maliyyələşdirilən və Aİ-nin İqlim və Enerji təşəbbüsünü Şərq Tərəfdaşlığı (ŞT) ölkələrinə təqdim etməyi hədəfləyən layihədir. MR- Şərq yerli hakimiyyət orqanlarına dayanıqlı enerji siyasətlərinin tətbiqində, enerji təchizatı təhlükəsizliyinin yaxşılaşdırılmasında və iqlim dəyişikliyi təsirlərinin azaldılmasına və adaptasiyaya töhfə verməsində dəstək göstərir. MR- Şərq layihəsi 2011-ci ilin sentyabrında başlamışdır. Layihənin ilk mərhələsi (2011-2015) ŞT və Mərkəzi Asiya regionlarının 11 ölkəsini əhatə etmişdir. ŞT regionundakı altı ölkə layihənin 2016-2020-ci illəri əhatə edən ikinci mərhələsinə daxil edilmişdir. Üçüncü mərhələ (2021-2025) isə 5 ŞT ölkəsinin (Azərbaycan, Ermənistan, , Gürcüstan, Moldova və Ukrayna) bələdiyyələrini dəstəkləyir.
“MR -Şərq”-i imzalayanlar aşağıdakı öhdəlikləri götürürlər:
- 2030-cu ilə qədər CO2 emissiyalarını ən azı 35% azaltmaq.
- İqlim dəyişikliyinin təsirlərinə uyğunlaşaraq davamlılığı artırmaq və iqlim dəyişikliyi riskləri və həssaslığını qiymətləndirmək.
- Enerji yoxsulluğu ilə mübarizə aparmaq.
MR ŞƏRQ-in MƏQSƏDLƏRİ:
Layihənin ümumi məqsədi (təsiri) ŞT ölkələrində yerli hakimiyyət orqanlarının Dayanıqlı Enerji və İqlim tədbirlərinin hazırlanmasına və həyata keçirmələrinə imkan yaratmaqdır ki, bu da istixana qazları emissiyalarının və enerji istehlakının azalmasına, bərpa olunan enerjinin istehsalının artırılmasına və iqlim dəyişikliyinə uyğunlaşmağa əhəmiyyətli dərəcədə töhfə verir. Xüsusi məqsədlər aşağıdakı kimi təsvir edilə bilər:
- Global MR təşəbbüsü çərçivəsində regional MR Şərq xüsusiyyətlərinə daha güclü diqqət yetirmək və MR-nın milli sistemlərə inteqrasiyasını davam etdirmək.
- Mövcud və potensial imzalayanlara, eləcə də Koordinatorlar və Dəstəkləyənlərə yönəldilmiş xüsusi dəstəyi və potensialı artırmaq.
- Bələdiyyə enerji və iqlim layihələrinə birbaşa və xüsusi dəstək.
- Bələdiyyələr üçün daha əlverişli şəbəkə imkanlarının yaradılması və daha geniş maraqlı tərəflərin cəlb edilməsi üçün davamlı səylər.
- Vətəndaşların iştirakına diqqət yetirməklə iqlim və enerji məsələlərində daha güclü və müasir kommunikasiyalar.
- MR çərçivəsində vətəndaş cəmiyyətinin səlahiyyətlərinin artırılmasına və xüsusilə iqlim fəaliyyətində qadınların və gənclərin roluna daha çox diqqət yetirmək.
MR ŞƏRQ-in ƏSAS FƏALİYYƏTLƏRİ:
- Müvafiq maraqlı tərəflərlə, layihələrlə və proqramlarla əlaqələr və əməkdaşlıq.
- Təlimlər, vebinarlar, təlim səfərləri və fərdi dəstək vasitəsilə bələdiyyələrin, Razılaşmanın Koordinatorlarının və Dəstəkləyənlərin potensialının artırılması.
- İmzalayan şəhərlərə dəstək xidməti və metodoloji dəstək.
- Layihələrin hazırlanmasında və maliyyə axtarışında texniki yardım.
- Şəbəkələşmə və təcrübə mübadiləsi.
- Kommunikasiya və məlumatlılığın artırılması.
- Müharibədən zərər çəkmiş icmalara dəstək.
Hədəf qrupları:
- MR təşəbbüsünü qəbul etmiş bələdiyyələr.
- Milli və ərazi koordinatorları (regional administrasiyalar, vilayətlər).
- Razılaşmanı Dəstəkləyənlər (yerli özünüidarəetmə orqanlarının assosiasiyaları).