İştirak

Merlərin Razılaşması, təşəbbüsə qoşulmaq və yerli iqlim və enerji tədbirlərinin sürətlə davam etdirilməsinə kömək etmək istəyən bütün idarəetmə səviyyələrini, eləcə də müvafiq dəstəkləyən təşkilatları, qurumları və birlikləri alqışlayır. Qoşulmaq qaydası haqqında daha ətraflı məlumat aşağıda verilir.

Necə qoşulmaq

Getdikcə genişlənən hərəkata qoşulmaq üçün yerli hakimiyyət orqanları aşağıdakı tədbirləri həyata keçrimələrir:

  1. İqlim və Enerji üzrə Merlərin Razılaşması təşəbbüsünü bələdiyyə şurasına təqdim etmək. Şura müzakirələrini asanlaşdırmaq üçün, Siz öhdəlik sənədini burada yükləyə bilərsiniz.

  2. Şura, Razılaşmanın bağlanması barədə rəsmi qərar qəbul etdikdən sonra, şəhər merinə, və ya Şuranın eyni səviyyəli üzvünə razılaşmanın bağlanması formasını imzalamaq səlahiyyətini verir. Qoşulma formasını burada yükləyə bilərsiniz.

  3. İmzalanmadan sonra məlumatları onlayn daxil edin və müvafiq qaydada imzalanmış qoşulma formasını yükləyin; yerli hakimiyyət orqanları şurasına göndərilən elektron təsdiq məktubunda təsvir olunan növbəti addımları qeyd edin.

Niyə qoşulmalısınız

Merlərin Razılaşmasını imzalayanlar hərəkata qoşulmaq üçün bir çox səbəblər tapa bilər, o cümlədən:

Milli və sub-milli hakimiyyət orqanlarının əməkdaşlığının və dəstəyinin genişləndirilməsi

Yerli hakimiyyət orqanlarının iqlim və enerji tədbirlərinin beynəlxalq səviyyədə yüksək tanınması və təqdimatı

Aİ iqlim və enerji siyasətinin formalaşmasında iştirak etmək imkanı

İcranın gözdən keçirilməsi və monitorinqi əsasında etibarlı öhdəliklər

Yerli iqlim və enerji layihələri üçün daha yaxşı maliyyə imkanları

Müntəzəm tədbirlər, tvinninq və onlayn müzakirələr vasitəsilə işgüzar əlaqələrin qurulmasına, təcrübə mübadiləsinə və potensialın artırılmasına innovativ yanaşma

Praktiki dəstək (dəstək xidməti), metodoloji materiallar və alətlər

Nə vaxt qoşulmaq

Yerli hakimiyyət orqanları İqlim və Enerji üzrə Merlərin Razılaşmasını istənilən vaxt imzalaya bilərlər.

Kim iştirak edə bilər

İqlim və Enerji üzrə Merlərin Razılaşması, ölçüsü və enerji və iqlim siyasətlərinin həyata keçirilməsi mərhələsindən asılı olmayaraq, seçilmiş nümayəndələrlə /nümayəndələr tərəfindən demokratik yolla yaradılan bütün yerli hakimiyyət orqanları üçün açıqdır.

Qonşu kiçik və orta saylı yerli hakimiyyət orqanları da, müəyyən şərtlərlə, imzalayanlar qrupu kimi qoşula bilər və 35% CO2 azaldılması hədəfinə və iqlim dəyişikliyinə davamlılığın artmasına fərdi olaraq (variant 1) və ya birlikdə (variant 2) öhdəlik götürərək birgə “Dayanıqlı enerji və iqlim üzrə fəaliyyət planını” təqdim edə bilər- daha ətraflı məlumat Razılaşma saytının Tez-tez verilən suallar bölməsindədir.

İmzalayanların siyahısı

Necə qoşulmaq

Rəsmi Razılaşma Koordinatoru kimi qeydiyyatdan keçmək üçün aşağıdakı mərhələlərdən keçməlisiniz:

  1. Merlərin Razılaşması üzrə rəsmi Öhdəlik Bəyannaməsini imzalayın və onlayn qeydiyyat formasını doldurun

  2. Uyğunluğun təsdiqlənməsindən sonra, Merlərin Razılaşması Ofisindən göndərilən öhdəlik bəyannaməsini doldurub imzalayın

  3. İmzalanmış öhdəlik bəyannaməsini aldıqdan sonra Merlərin Razılaşması Ofisi Sizin rəhbərliyiniz üçün onlayn profil yaradır. Bu Sizə Merlərin Razılaşması dairəsində fəal iştirak etmək imkanı verir və müvafiq imzalayanları daha yaxşı dəstəkləməyə kömək edəcəkdir.

Niyə qoşulmalısınız

Razılaşmanın Koordinatoru olmağın bir çox üstünlükləri var:

Avropa Komissiyiya tərəfindən təsdiqlənmə və tanınma

Beynəlxalq miqyasda, xüsusilə Razılaşma saytında tədbirləri təşviq etməklə geniş əyani təqdimat

Avropa həmkarları ilə şəbəkə qurmaq, təcrübə və bilik mübadiləsi

Xüsusi müzakirə qrupları, seminarlarlar və digər təcrübə mübadiləsi platformalarında iştirak

Tərtib olunan alətlər və metodologiyalar barədə elmi və texniki rəylər

Ərazi inkişafının möhkəmləndirilməsi və yerli idarəetmənin gücləndirilməsi

Nə vaxt qoşulmaq

Razılaşmanın Koordinatorları bu səhifənin solunda yerləşən qeydiyyat forması vasitəsilə istənilən vaxt İqlim və Enerji üzrə Merlərin Razılaşmasına qoşula bilərlər.

Kim qoşula bilər

Vilayətlər, bölgələr, nazirliklər, şəhər aqlomerasiyaları, yerli hakimiyyət orqanları qrupları… Razılaşmanı imzalaynlara strateji istiqamətləndirmə, maliyyə və texniki dəstək təmin etmək öhdəliyini rəsmi olaraq üzərinə götürən hər hansı bir dövlət orqanı rəsmi olaraq Razılaşmanın Koordinatoru kimi tanınır.

Daha ətraflı məlumat üçün Razılaşmanın Dəstək Xidməti ilə əlaqə saxlayın: info-eap@eumayors.eu

Koordinatorların siyahısı

Necə qoşulmalısınız

Razılaşmanı Dəstəkləyən statusunu almaqda maraqlı olan Yerli hakimiyyət orqanları birlikləri, Şəbəkələr, Agentliklər aşağıdakı mərhələlərdən keçməlidirlər:

N.B. Layihədən-layihəyə mandatı olan və əsasən özəl olaraq maliyyələşdirilən qeyri-kommersiya təşkilatları istisna olmaqla, bir çox agentliklər və onların şəbəkələri Razılaşmanı dəstəkləyən ola bilər və öhdəliyi imzalamaq və Merlərin Razılaşması Təşəbbüsünün fəal dəstəkləyəni olmaq üçün onlara kömək ediləcək. Lakin qərar hər bir konkret haldan asılı olaraq verilir və qoşulma şərtlərinə uyğunluq dəstək xidməti vasitəsilə yoxlanıla bilər.

  1. Qeydiyyat formasını doldurun

  2. Qoşulma şərtlərinə uyğunluğun təsdiqlənməsindən sonra, Merlərin Razılaşması Ofisi tərəfindən göndərilən Öhdəlik Bəyannaməsini doldurun və imzalayın.

  3. Müvafiq qaydada doldurulmuş və imzalanmış Öhdəlik Bəyannaməsini aldıqdan sonra Merlərin Razılaşması Ofisi qurumunuzun təşkilati profilini yaradacaq. Bu Sizə Merlərin Razılaşması dairəsində fəal iştirak etmək imkanı verəcək və müvafiq imzalayn tərəflərinizi daha yaxşı dəstəkləməyə kömək edəcəkdir.

Niyə qoşulmalısınız

Razılaşmanı Dəstəkləyən olmağının bir çox üstünlükləri var:

Avropa Komissiyiya tərəfindən təsdiqlənmə və tanınma.

Beynəlxalq miqyasda, xüsusilə Razılaşma saytında tədbirləri təşviq etməklə geniş əyani təqdimat.

Avropa həmkarları ilə şəbəkə qurmaq, təcrübə və bilik mübadiləsi.

Yerli hakimiyyət orqanlarının və özünüzün yaxşı təcrübələrinizi təşviq etmək.

Xüsusi müzakirə qrupları, seminarlarlar və digər təcrübə mübadiləsi platformalarında iştirak etmək.

Ərazi inkişafının möhkəmləndirilməsi və yerli idarəetmənin gücləndirilməsi.

Nə vaxt qoşulmaq

Razılaşmanı Dəstəkləyənlər İqlim və Enerji üzrə Merlərin Razılaşmasına istənilən vaxt qoşula bilərlər.

Kim iştirak edə bilər

Yerli və Regional hakimiyyət orqanları birlikləri, Avropa federasiyaları, yerli və regional tematik agentliklər (enerji/ətraf mühit) Razılaşmanı Dəstəkləyən kimi qoşula bilərlər.

Əlavə məlumat üçün Razılaşmanı Dəstəkləyənlərin Dəstək Xidməti ilə əlaqə saxlayın: info-eap@eumayors.eu

Tərəfdarların siyahısı