İstinad məlumat aləti

18 İyn 2018
Paylaşın:

Alətdə “Merlərin Razılaşması-Şərq” (CoM East) qrupunun üzvü olan 11 ölkənin hər biri üçün Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova Respublikası, Özbəkistan, Tacikistan, Türkmənistan və Ukrayna müxtəlif sektorlar üçün milli enerji istehlakı göstəriciləri və enerji daşıyıcıları barəsində məlumat bazası var. Qeyd etmək lazımdır ki, alət yerli məlumatlar olmadıqda sizə kömək edəcək istinad məlumatlarını təmin etmək üçün hazırlanmışdır. Bu, xüsusilə yerli məlumatların toplanması üçün bir sistem olmadığı kiçik icmalar üçün faydalı ola bilər. Alətin istifadəsini asanlaşdırmaq üçün əsas giriş məlumatlarını və alət tərəfindən hesablanan çıxış məlumatlarını izah edən təlimat hazırlanmışdır.

EN     RU