MR-Şərq milli müsabiqəyə start verir: bütün dayanıqlı bələdiyyələrə çağırış!

17 Mar 2026
Paylaşın:

Merlər Razılaşması – Şərq 15 illiyini qeyd edir və aşağı karbonlu və iqlimə dayanıqlı inkişaf yolunda liderlik edən bələdiyyələri tanımaq üçün milli müsabiqə elan edir. Qaliblər 20 may 2026-cı il tarixində Kişinyovda (Moldova Respublikası) keçiriləcək yubiley konfransında mükafatlandırılacaq.

Kimlər müraciət edə bilər?

Müsabiqə Şərq Tərəfdaşlığı ölkələrində (Azərbaycan, Ermənistan, Moldova və Ukrayna) MR Şərq-in bütün aktiv imzaçı bələdiyyələri üçün açıqdır. Hər bələdiyyə yalnız bir müraciət təqdim edə bilər. Müraciət edənlərin Dayanıqlı Enerji və İqlim üzrə Fəaliyyət Planı (SECAP) hazırlanmış olmalıdır.

Əsas tarixlər

Tamamlanmış müraciətlər 10 aprel 2026-cı il tarixində Kiyev vaxtı ilə saat 16:00-a qədər təqdim edilməlidir.

Ekspert münsiflər heyətinin qiymətləndirməsindən sonra qaliblərə 8 may 2026-cı ilədək məlumat veriləcək və mükafatlar 20 may 2026-cı il tarixində təqdim olunacaq.

Müraciət

Müraciətlər bələdiyyə haqqında məlumatları (ad, əhali, yerləşmə, əlaqələndirici şəxs), SECAP məlumatını, nailiyyətlər və innovasiyaları, maraqlı tərəflərin cəlb edilməsi, sektorlararası faydalar, monitorinq vəziyyəti və MR-Şərq fəaliyyətlərində iştirakı qısa şəkildə əhatə etməlidir. Hər təqdimat təsir, cəlbetmə, sektorlararası faydalar, layihələrin icrası, monitorinq və CoM East-də iştirak meyarları üzrə qiymətləndirilir.

Müraciət maksimum 3 səhifə, əlavələr isə (əgər varsa) ən çox 5 səhifə ola bilər.

Necə müraciət etməli?

Bələdiyyənizin iqlim çempionu olduğunu düşünürsünüz? Zəhmət olmasa, müraciətinizi onlayn forma vasitəsilə təqdim edin https://forms.gle/w3SwpkYwLmxw1NxV9 . Müraciət Azərbaycan dilində təqdim edilməlidir. Ətraflı məlumat və suallar üçün ölkə eksperti, Cahangir Əfəndiyev  ilə (jahangir.afandiyev@eumayors.eu) ilə əlaqə saxlayın.

Və unutmayın: iqlim fəaliyyəti sənədləşmədə itib-batmamalıdır. Müraciətinizi qısa, inandırıcı və vaxtında təqdim edin!

Qaliblər

Qaliblər 20 may tarixində Kişinyovda (Moldova Respublikası) keçiriləcək konfransda tanınacaq. Sertifikatlardan əlavə, qaliblər MR-Şərq kanalları vasitəsilə tanınma əldə edəcək və ağacəkmə və ya yerli maarifləndirmə kampaniyaları kimi sonrakı fəaliyyətlər üçün 1000 avroya qədər  kiçik qrant əldə edə bilərlər.

Balanslı təmsilçiliyi təmin etmək üçün Azərbaycan və Ermənistandan hər birinin bir qalibinin, Moldovadan iki, Ukraynadan isə dörd qalibin (iri bələdiyyələr üçün iki mükafat və orta/kiçik bələdiyyələr üçün iki mükafat) seçilməsi gözlənilir. Müraciətlərin sayı və keyfiyyətindən asılı olaraq region üzrə əlavə iki qalib də seçilə bilər.

Sizi Kişinyovda mükafatlandırmağı səbirsizliklə gözləyirik!