Təklif edilən layihələr

SECAP-ları hazırlamış MR İmzalayanların SECAP-larda qeyd olunan hədəflərə çatmaq üçün həyata keçirilməli olan layihələrin ilkin “uzun siyahısı” var. Lakin SECAP-da qeyd olunan bu layihələr potensial maliyyə institutları üçün kifayət qədər məlumat vermir. Bələdiyyələrə enerji və iqlim layihələrini daha da inkişaf etdirməyə kömək etmək və maliyyə institutlarına bələdiyyə layihələrinə çıxış imkanı vermək üçün MR- Şərq katibliyi MR- Şərq tərəfindən təklif edilən layihələr alətini – veb- əsaslı proqram yaradıb.

Bu alət, MR-nı İmzalayalar üçün layihə təkliflərini yükləmək və onu onlayn bazada saxlamaq imkanını yaradır. Maraqlanan tərəflər (Beynəlxalq Maliyyə İnstitutları, investorlar, donorlar, hökumətlər, regional / yerli özünüidarəetmə orqanları və s.) bir və ya bir neçə növ layihəni seçə bilərlər və seçim meyarlarına cavab verən layihələri göstərən nəticələr səhifəsini əldə edə bilərlər.

İki növ istifadəçi nəzərdə tutulur: i) şəhərlər (layihələri yükləyirlər) və ii) investorlar (layihələri nəzərdən keçirirlər). Layihələr beş sahə üçün hazırlanmış ola bilər: binanın istilik renovasiyası, mərkəzləşdirilmiş istilik sistemləri, küçə işıqlandırılması, BOEM və adaptasiya. Alət ingilis dilində və 5 milli dildə (azərbaycan, erməni, gürcü, rumın və ukrayna) mövcuddur.

Əgər suallarınız varsa, bizimlə əlaqə saxlamaqdan çəkinməyin: comprojects-eap@eumayors.eu elektron poçt vasitəsilə. Aşağıda təklif edilən layihələr alətinə müvafiq link göstərilib.