Şərq Tərəfdaşlığı Bələdiyyələri 2050-ci ilə qədər emissiyaları 60% azaldacaqlar

22 Noy 2024
Paylaşın:

Merlər  Razılaşması – Şərq (CoM East) iştirakçıları  İdarə Heyətinin qərarına əsasən 2050-ci ilə qədər istixana qazların emissiyalarını 1990-cı il səviyyəsi ilə müqayisədə minimum 60% azaldacaqlar.

Təşəbbüs hazırda Şərq Tərəfdaşlığı ölkələrində 369 bələdiyyəni birləşdirir və regionun əhalisinin ambisiyalı hədəf təxminən yarısını təmsil edir.

Bu ambisiyalı hədəf, Avropa Yaşıl Sazişi və Paris Sazişinin məqsədlərinə uyğun olaraq, Şərq Tərəfdaşlığında iqlim fəaliyyətini qlobal iqlim dəyişikliyinə qarşı mübarizə səyləri ilə uzlaşdırmaqda mühüm addımdır. Bu qərar, dayanıqlı şəhər inkişafını və enerji təhlükəsizliyini dəstəkləməklə yanaşı, regionun iqlim dəyişikliyinin təsirini məhdudlaşdırmaq öhdəliyini nümayiş etdirir.

Emissiyaların 60% azaldılması üzrə yeni uzunmüddətli hədəflər müxtəlif bələdiyyələr üçün xüsusi tələblərə çevriləcək. Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukraynadan olan yeni iştirakçılar  bu yenilənmiş hədəfləri qəbul edəcəklər. 2005-ci ildən sonrakı baza ilindən istifadə edən bələdiyyələr 2050-ci ilə qədər 40%-60% arasında azalma əldə etməlidirlər.

Mövcud üzvlər  2030-cu il qədər emissiyaların azaldılması üzrə öhdəliklərini saxlayacaqlar. Gözlənilir ki ən aktiv iştirakçılar daha ambisiyalı hədəfləri qəbul edə bilərlər.

Avropa Komissiyasının Şərq Qonşuluğu və İnstitusional Quruculuq üzrə direktoru (DG NEAR) Adrienn Kiraly şərhi : “Bu mühüm qərar Şərq Tərəfdaşlığı şəhərlərinin iqlim fəaliyyətinə güclü öhdəliyini nümayiş etdirir. Aİ bələdiyyə tərəfdaşlarımızı bu ambisiyalı hədəflərə çatmaqda dəstək göstərilməsinə hazırdır. Bu cəsarətli hədəfləri müəyyən etməklə, Merlər Razılaşmasının iştirakçıları  təkcə iqlim dəyişikliyi ilə mübarizə aparmır – onlar Şərq Tərəfdaşlığı regionunda daha dayanıqlı, davamlı və firavan icmalar üçün yol açırlar.”

MR Şərq  Katibliyi və Aİ-nin Birgə Tədqiqat Mərkəzi (JRC) məlumatların toplanması üçün metodoloji təlimat, milli və yerli öhdəliklərin harmonizasiyasını təmin etməkdə texniki yardım göstərməklə  bu keçidi dəstəkləyəcəklər.