Tez-tez veri̇lən suallar
Tez-tez soruşulan suallar bölməsində (TSS), siz Merlərin Razılaşması haqqında əksər ümumi suallara cavab tapa bilərsiniz. Burada tapa biləcəyiniz məlumatlardan həm Merlərin Razılaşmasına ümumi maraq göstərən insanlar, həm də xüsusi məlumat axtarışında olan Razılaşmanı imzalayan şəxslər, dəstəkləyənlər və koordinatorlar faydalana bilər. TSS-lər Razılaşma İcmasından gələn ən uyğun sualları əks etdirmək üçün müntəzəm olaraq yenilənir.
Axtardığınız cavabı tez tapmaq üçün sağdakı menyudan istifadə edin!
Sualınız siyahıda yoxdursa, info-eap@eumayors.eu ünvanı vasitəsilə Razılaşmanın Yardım Masası ilə əlaqə saxlaya bilərsiniz.
ÜMUMİ MƏLUMAT
İQLİM VƏ ENERJİ ÜZRƏ MERLƏRİN RAZILAŞMASI
QOŞULMA PROSEDURU – MERLƏRİN RAZILAŞMASINA NECƏ İMZA ATMAQ OLAR
SON TARİXİN AŞILMASI – İMZALAYAN ŞƏHƏRİN STATUSU DAYANDIRILIB
MERLƏRİN RAZILAŞMASININ OFİSİ
MÜVAFİQ İNZİBATİ STRUKTURLARIN YARADILMASI
EMİSSİYALARIN BAZA KADASTRI (EBK)
RİSKLƏRİN VƏ HƏSSASLIĞIN QİYMƏTLƏNDİRİLMƏSİ (RHQ)
SORĞU MƏLUMATLARI ALƏTİ
DAYANIQLI ENERJİ ÜZRƏ FƏALİYYƏT PLANI (DEFP) / DAYANIQLI ENERJİ VƏ İQLİM ÜZRƏ FƏALİYYƏT PLANI (DEİFP)
MERLƏRİN RAZILAŞMASI HAQQINDA HESABAT VERMƏ ŞABLONLARI (DEFP/DEİFP)
MONİTORİNQ HESABATI
MÜKƏMMƏLLİK MEYARLARI (MÜTƏRƏQQİ TƏCRÜBƏ MİSALLARI)
YERLİ İQLİM VƏ ENERJİ GÜNLƏRİ
MALİYYƏLƏŞDİRMƏ MEXANİZMLƏRİ
RAZILAŞMANI DƏSTƏKLƏYƏNLƏR
RAZILAŞMANIN KOORDİNATORLARI
YERLİ VƏ REGİONAL ENERGETİKA QURUMLARI (LAREA)
MERLƏRİN RAZILAŞMASI ŞƏRQ ƏMƏKDAŞLIQ PLATFORMASI
ÜMUMİ MƏLUMAT
ÜMUMİ MƏLUMAT
Merlərin razılaşması nədir?
Merlərin Razılaşması, Avropa Komissiyası tərəfindən başladılan və bilavasitə yerli hakimiyyət orqanlarının və onların vətəndaşlarının qlobal iqlim dəyişikliyinə qarşı mübarizədə rəhbərliyi ələ almalarına yönəlmiş ilk və ən ambisiyalı təşəbbüsüdür. 2008-ci ildən bəri, Merlərin Razılaşması dayanıqlı enerji və iqlim dəyişikliyinə dair öz ambisiyalarını irəli aparmağa hazır olan yerli hakimiyyət orqanları üçün aparıcı hərəkata çevrilmişdir. Merlərin Razılaşmasına qoşulmaqla yerli hakimiyyət orqanı Dayanıqlı Enerji (və İqlim) üzrə Fəaliyyət Planının icrası yolu ilə istixana qazı emissiyalarının azaldılmasına və iqlim dəyişmələrinə qarşı dözümlülüyün artırılmasına könüllü olaraq razılıq verir.
Razılaşmaya imza atan tərəflər hansı öhdəlikləri yerinə yetirməlidir?
Razılaşmaya imza atan şəxslərin öhdəlikləri Avropa İttifaqının İqlim və Enerji Siyasəti üzrə çərçivə sənədi ilə əlaqəlidir. Bunlara Razılaşmaya 2008 və 2015-ci illər arasında qoşulmuş tərəflər üçün Avropa Birliyinin 2020-ci il üçün iqlim və enerji paketi və Avropa İttifaqının 2030-cu il iqlim və enerji çərçivəsi, eləcə də Aİ-nin Razılaşmaya 2015-ci ildən sonra qoşulan tərəflər üçün İqlim Dəyişikliyinə Uyğunlaşma Strategiyası daxildir.
2020-ci ilə qədərki zaman aralığında (Merlərin Razılaşması 2020) işləyən imzalayanlar və/və ya adaptasiya (Merlərin adaptasiyası) prosesində olanlar öz öhdəliklərini cari azaltma statusundan yeni şura müzakirələri və 2030 yeni qoşulma forması ilə 2030-cu il öhdəliklərinə (İqlim və Enerji üzrə Merlərin Razılaşması) genişləndirməyə dəvət olunur.
Merlərin Razılaşması
Merlərin Razılaşmasını 2008-2015-ci illərdə imzalayanlar CO2 emissiyalarının 20% azaldılması baxımdan Aİ-nin 2020-ci il hədəflərini üstələmək istiqamətində könüllü öhdəlik götürmüşlər.
Merlər qəbul edir
İqlim dəyişmələrinə adaptasiya üzrə Merlərin Razılaşmasını 2014-2016-cı illərdə imzalayan yerli hakimiyyət orqanları iqlim dəyişikliyinə uyğunlaşmaq üçün hərəkətə keçəcəklərinə dair siyasi öhdəliklər götürmüşlər.
İqlim və Enerji üzrə Merlərin Razılaşması
2015-ci ilin oktyabr ayından etibarən yerli hakimiyyət orqanları CO2 emissiyalarını (digər istixana qazları da mümkündür) ən azı 40% azaltmağa, iqlim dəyişikliyinin təsirlərinə qarşı dözümlülüyü artırmağa və 2030-cu ilə qədər dayanıqlı və əlçatan enerjiyə təhlükəsiz çıxış təmin edəcəklərinə dair öhdəlik götürmüşlər.
Şərq Tərəfdaşlığı ölkələri üçün CO2 azaltma hədəfi ən azı 30% təyin olunmuşdur.
Merlərin Razılaşmasına imza atmaq və tərəfdaş olmaq niyə sərbəstdir
Merlərin Razılaşması üçün hərəkətə başlama nöqtəsi, Avropa Komissiyası tərəfindən təsdiqlənən və dəstəklənən Avropa şəhərlərindən gələn çağırış olmuşdur. Merlərin Razılaşmasının aşağıdan yuxarıya istiqamətlənmiş təşəbbüs olduğunu və bələdiyyələrin ambisiyalı hədəflərə çatmaq üzrə könüllü öhdəliyinin onların özləri tərəfindən müəyyən edildiyini nəzərə alaraq, Merlərin Razılaşmasına qoşulmaq və hədəfləri yerinə yetirmək, həmçinin Razılaşmanın metodologiyasına uyğun şəkildə hesabat vermək üçün heç bir xərc tələb olunmur.
Razılaşmaya imza atanlar əvəzində nə əldə etmiş olurlar
Avropa Komissiyası Merlərin Razılaşmasında iştirak edən yerli hakimiyyət orqanlarına dəstək verməyi və Razılaşma çərçivəsində onların fəaliyyətini işıqlandıraraq ictimaiyyətə tanıtmaq öhdəliyi götürmüşdür.
İlk addım olaraq Avropa Komissiyası Merlərin Razılaşması Ofisini (MRO) yaratmış və onun fəaliyyətini maliyyələşdirmişdir. Bu Ofis Dəstək Xidmətinin yardımı ilə Razılaşmanı imzalayanlara onların bu prosesdə iştirakı ilə bağlı bütün məsələlərdə kömək edir və kütləvi informasiya vasitələrinin dəstəyi ilə yerli tədbirlərin təşviq və təbliğatını aparır. MRO, həmçinin üçüncü tərəflərlə işləri koordinasiya edir və aidiyyəti maraqlı tərəflərin dəstəyi istiqamətində danışıqlar aparır.
İkincisi, Avropa Komissiyasının Birgə Tədqiqat Mərkəzi imzalayanlara Merlərin Razılaşmasından irəli gələn öhdəliklərini yerinə yetirməyə kömək etmək, eləcə də onların planlaşdırılan fəaliyyətlərini izləmək və əldə etdikləri nəticələrin monitorinqini aparmaq məqsədi ilə aydın texniki təlimatlar və şablonlar təmin etmək istiqamətində MRO ilə yaxın əməkdaşlıq edir.
Üçüncüsü, Avropa Komissiyası Aİ səviyyəsində maliyyə imkanlarını və siyasi dəstəyi səfərbər etməyə öhdəlik götürmüşdür.
Aparılan tədqiqatlar əsasında Razılaşmanın mövcud imzalayanlarını özündə aşağıdakıları ehtiva edən hərəkata cəlb etmək üçün çoxlu səbəblər vardır:
- Özünün CO2-lərin azaldılması üzrə ambisiyalı öhdəliyi haqqında ictimaiyyət qarşısında bəyanatla çıxış etmək,
- Öz ərazisində CO2-nin azaltma dinamikasını yaratmaq və ya gücləndirmək,
- Bu sahədə öncüllərdən ilham almaq və onların nümunələrindən faydalanmaq,
- Öz ərazilərində topladıqları təcrübəni başqaları ilə bölüşmək,
- Öz ərazilərini başqaları üçün ən yaxşı nümunə kimi tanıtmaq,
- Razılaşmanın internet səhifəsindən istifadə edərək öz nailiyyətlərini Razılaşma İcmasına və onun hüdudlarından kənara tanıtmaq,
- Öz vətəndaşlarının həyat keyfiyyətini yaxşılaşdırmaq,
- Geniş yayılmış texniki dəstəkdən faydalanmaq,
Özlərinin fəaliyyət planlarının hazırlanması və monitorinqi vasitəsilə öz ərazisində vətəndaşlar və yerli maraqlı tərəflərlə əməkdaşlığı gücləndirmək
Razılaşmanı imzalayanların hansı öhdəlikləri var?
İqlim və Enerji üçün Bələdiyyə başçılarının razılığı
Öz öhdəliklərini hərəkətə çevirmək üçün yerli hakimiyyət orqanları öhdəlik götürür:
- İmzalayanın ərazisində CO2 emissiyalarını kəmiyyət ifadəsi ilə göstərəcək Emissiyaların Baza Kadastrını (EBK) hazırlamaq və təqdim etmək
- Potensial iqlim təhlükələrinin təhlili yolu ilə risk səviyyəsini ölçəcək, həmçinin imzalayanın ərazisində zəif yerləri qiymətləndirəcək Risk və Həssaslıq Dəyərləndirməsini (RHD) hazırlamaq və təqdim etmək
- Təyin olunmuş müddət (DEİFP üçün 1 il, DEFP üçün 2 il) ərzində Bələdiyyə Şurası tərəfindən təsdiq edilmiş Dayanıqlı Enerji və İqlim üzrə Fəaliyyət Planını (DEİFP) onların Merlərin Razılaşması təşəbbüsünə qoşulması barədə qərarından sonra təqdim etməlidir. Fəaliyyət planında hədəflərə çatma istiqamətində atılacaq addımlar və siyasətlər göstəriləcəkdir
- Fəaliyyət planını təqdim etdikdən sonra müntəzəm olaraq – hər iki ildən bir onların fəaliyyət planının irəliləyişini qiymətləndirən monitorinq hesabatları təqdim etmək;
Merlərin Razılaşması və Merlərin adaptasiyası (2016-cı ildən əvvəlki öhdəliklər)
Merlərin Razılaşması və / və ya Merlərin Adaptasiyası təşəbbüsünü imzalayanlar üçün öhdəliklər və əlaqəli hesabatvermə tələbləri ilkin Öhdəlik Mətnində (qoşulma zamanı imzalanmışdır) müəyyən edildiyi kimi qalır:
- Bundan irəli gələrək MR-in rəsmi şəkildə imzalanmasından sonra bir il ərzində imzalayan tərəflər Dayanıqlı Enerji üzrə Fəaliyyət Planını (DEFP) və sonra hər iki ildən bir monitorinq hesabatlarını təqdim etməyə borcludurlar.
- Merlərin Adaptasiyası təşəbbüsünü imzalayan tərəflər iki il ərzində yerli adaptasiya strategiyasının hazırlanmasına və / və ya adaptasiyaya yönəlmiş addımları mövcud aidiyyəti planlara daxil edilməsinə, daha sonra hər iki ildən bir monitorinq hesabatının təqdim edilməsinə dair öhdəlik götürür.
İmzalayan tərəflər yuxarıda adı çəkilən sənədlərin (DEFP / DEİFP və monitorinq hesabatları) təyin edilmiş son tarixlərə qədər təqdim edilməməsi halında bu təşəbbüsdə üzvlüklərinin dayandırılacağını qəbul edirlər. İmzalayan tərəflər tələb olunan sənədləri təqdim etdikdən sonra, onlar Merlərin Razılaşmasına təkrarən üzv olurlar. Bax, Üzvlüyün dayandırılmasına dair təfərrüatlar.
İQLİM VƏ ENERJİ ÜZRƏ MERLƏRİN RAZILAŞMASI
İQLİM VƏ ENERJİ ÜZRƏ MERLƏRİN RAZILAŞMASI
İqlim və Enerji üzrə Merlərin Razılaşmasında hansı yeni məqamlar var?
Gələcəyə baxış, ambisiyalar və işlərin həcmi
İqlim və Enerji üzrə Merlərin Razılaşması təşəbbüsünə 2015-ci il oktyabrın 15-də “Merlərin Razılaşması” və “Mayors Adapt” (“Merlər adaptasiya olur”) təşəbbüslərinin birləşdirilməsi mərasimində start verilmişdir. Bu mərasimdə 2030-cu ilə doğru uzun müddətli baxış və yeni öhdəliklər təsdiqlənmişdir.
Bu təşəbbüs, bir-birilə qarşılıqlı əlaqəli problemlərin (iqlim dəyişikliyinin nəticələrinin yumşaldılması, adaptasiya və təhlükəsiz, dayanıqlı və əlçatan enerji resurslarına çıxış) həllinə yönəlmiş yenilənmiş öhdəliyi(ləri) və gələcəyə ümumi uzunmüddətli baxışı müəyyən edir.
Yeni baxış üç hissədən ibarətdir və aşağıdakıları daxil edir:
- Ərazilərimizin karbonsuzlaşdırılmasını sürətləndirərək, bununla qlobal istiləşmənin orta hesabla 2°C-dən aşağı səviyyədə saxlanmasına töhfə vermək.
- İqlim dəyişməsinin qaçılmaz təsirlərinə uyğunlaşmaq üçün bacarıqlarımızı gücləndirmək – bununla əraziləri belə təsirlərə qarşı daha dözümlü etmək.
- Ərazilərimizdə enerji səmərəliliyini və bərpa olunan enerji mənbələrindən istifadə səviyyəsini artırmaq – bununla hər kəs üçün təhlükəsiz, dayanıqlı və maliyyə cəhətdən əlçatan enerji xidmətlərinə universal çıxışı təmin etmək.
Bu təşəbbüs, həmçinin imzalayan tərəfləri desentralizasiya olunmuş əməkdaşlıq və qardaşlaşmış şəhərlərin tərəfdaşlığı vasitəsilə Aİ hüdudlarında və digər ölkələrdə yerli və regional hakimiyyət orqanları ilə öz baxışlarını, nəticələrini, təcrübələrini və nou-hauları paylaşmağa dəvət edərək yeni bir “qlobal fəsil” təklif edir.
Öhdəliklər
2030-cu ilədək imzalayan tərəflər öz ərazilərində karbon emissiyalarını ən azı 30% azaltmağa, həmin ərazilərin iqlim dəyişikliyinin təsirlərinə qarşı dözümlülüyünü artırmağa və hamı üçün təhlükəsiz, dayanıqlı və maliyyə baxımdan əlçatan enerji resurslarına çıxış təmin edilməsində onların səylərini gücləndirməyə dair öhdəlik götürmüşlər.
Öhdəlikləri əməli işə çevirmək üçün imzalayan tərəf yerli bələdiyyə şurasının qərarı və rəsmi imzalamadan sonra iki il ərzində Dayanıqlı Enerji və İqlim üzrə Fəaliyyət Planını (DEİFP) təqdim etməyi, o cümlədən adaptasiya addımlarını müvafiq siyasətlərə, strategiyalara və planlara daxil etməyi öhdəsinə götürür.
Mənim yerli hakimiyyət orqanım artıq Merlərin Razılaşmasını imzalayıb – Biz yeni Razılaşmanın öhdəliklərinə necə imza ata bilərik?
Mövcud imzalayan tərəf kimi, siz öz Razılaşmanızın öhdəliklərini istənilən zamanda, onları aidiyyəti bələdiyyə şurasında qəbul edərək və lazımi qaydada imzalanmış qoşulma formasını (sənədə əlavə olunub) təqdim edərək yeniləyə bilərsiniz.
Əgər siz Merlərin Razılaşmasına imza atmısınızsa, lakin hələ də Dayanıqlı Enerji üzrə Fəaliyyət Planının hazırlanmasına başlamamasınızsa:
Siz bunun əvəzində öz səylərinizi 2030-cu il zaman çərçivəsinə köklənmiş və iqlim dəyişikliyinin təsirlərinin azaldılması və dözümlülük aspektlərini əhatə edən Dayanıqlı Enerji və İqlim üzrə Fəaliyyət Planını (DEİFP) hazırlamağa yönəldə bilərsiniz. Hazırladığınız DEİFP-in təqdim edilməsi vaxtında sizdən yeni qoşulma formasını təqdim etmək tələb olunacaqdır.
Əgər siz Merlərin Razılaşmasına imza atmısınızsa və Dayanıqlı Enerji üzrə Fəaliyyət Planını təqdim etmisinizsə:
Siz yerli bələdiyyə şurası tərəfindən qəbul edilmiş 2020-ci il öhdəliklərinin icrasına və onların icrası istiqamətində əldə olunan irəliləyişin qiymətləndirilməsinə diqqət yetirməlisiniz. Əgər siz 2020-ci ildən əvvəl Dayanıqlı Enerji və İqlim üzrə Fəaliyyət Planı (DEİFP) təqdim etmək istəsəniz, əvvəlcə monitorinq şablonu təqdim edərək 2020 DEFP-ə dair hesabat verməlisiniz.
Mövcud imzalayan tərəflərdən hər biri yeni öhdəliklərə imza atmaq istədiyi zaman özünün planlama dövrlərindən asılı olaraq qərar verir və beləliklə DEİFP hazırlayaraq təqdim edir.
Xahiş edirik, nəzərə alın ki, daha əvvəl 2020-ci il öhdəliklərini imzalayan və indi öz öhdəliklərini yeniləmək istəyən yerli hakimiyyət orqanları İqlim və Enerji üzrə Merlərin Razılaşması üçün qoşulma formasını birbaşa info-east@eumayors.eu ünvanına göndərməlidirlər, çünki bu halda onlayn qeydiyyat mümkün deyil.
QOŞULMA PROSEDURU – MERLƏRİN RAZILAŞMASINA NECƏ İMZA ATMAQ OLAR
QOŞULMA PROSEDURU – MERLƏRİN RAZILAŞMASINA NECƏ İMZA ATMAQ OLAR
Kimlər qoşula bilər?
Avropanın istənilən ölçülü yerli hakimiyyət orqanı – kiçik şəhərlərdən tutmuş böyük şəhərlərə və ya böyük metropoliten ərazilərə qədər – Razılaşmaya tərəfdaş çıxaraq onu imzalamaq hüququna malikdir. Yerli hakimiyyət orqanları seçilmiş nümayəndələrdən / onlar tərəfindən demokratik yolla təşkil olunmalıdır.
Təşəbbüsün Dayanıqlı Enerji və İqlim üzrə hərtərəfli Fəaliyyət Planının (DEİFP) hazırlanmasını və icrasını tələb etdiyini nəzərə alaraq, imzalayan tərəfin idarəetmə orqanları nəqliyyat, binalarda elektrik enerjisindən istifadə, torpaqdan istifadənin planlaşdırılması, iqlim dəyişikliyinə adaptasiya və s. kimi müxtəlif sahələrdə yetərli səriştə və bacarığa malik olmalıdırlar. Əgər maraqlı yerli hakimiyyət orqanı öz fəaliyyət planını hazırlamaq üçün lazımi bilik və ya resurslara sahib deyilsə, həmin orqan müvafiq səriştəyə, bacarıqlara və imkanlara sahib olan təşkilatlardan (yəni, Razılaşma üzrə Bölgə Koordinatorları və ya Tərəfdaşlar) dəstək almalıdır.
Kiçik yerli hakimiyyət orqanları da imzalayan şəhərlər qrupu kimi Merlərin Razılaşmasına qoşula və onların öhdəliklərini paylaşa bilərlər. Bələdiyyələr qrupu kimi qoşulma qaydalarını öyrənmək üçün buraya baxın.
Bələdiyyə kimi necə qoşulmalı?
Merlərin Razılaşmasını imzalamaq istəyən yerli hakimiyyət orqanları aidiyyəti öhdəlikləri öz bələdiyyə şuralarına (yaxud ekvivalent qərarverici orqan) təqdim etməli və müzakirə etməlidir. Razılaşmanı imzalamaq qərarı rəsmi olaraq verildikdən sonra, yerli hakimiyyət orqanları burada özlərinə aid məlumatları onlayn şəkildə doldurmalı və lazımi qaydada imzalanmış formaları (buradan müvafiq milli dildə endirə bilərsiniz) səhifəyə yükləməlidir. Şura qərarının tarixi “Məlumat və əlaqə formasında” Şuranın məsləhətləşmə tarixi kimi göstərilməlidir. Lazımi şəkildə imzalanmış qoşulma forması və qəbul məktubu ilə birlikdə yerli hakimiyyət orqanı bundan sonra Razılaşmanı imzalayanların ictimaiyyətə açıq siyahısına daxil ediləcəkdir.
Qeyd: Merlərin Razılaşması könüllü öhdəlikdir. Buna görə də qoşulma tamamilə ödənişsizdir.
Razılaşmaya şəhərlər (bələdiyyələr) qrupu kimi necə qoşulmaq olar?
Kiçik qonşu bələdiyyələr Dayanıqlı Enerji və İqlim üzrə Birgə Fəaliyyət Planının hazırlanmasından faydalana bilərlər. Qrup şəklində (bir imzalayan) qoşulmaq üçün hər bir bələdiyyə birgə DEİFP-in təqdim olunması məqsədilə xüsusi olaraq nəzərdə tutulmuş qoşulma formaları ilə qeydiyyatdan keçməlidir. Beləliklə, bələdiyyələrin ixtiyarında iki müxtəlif əməkdaşlıq variantı var:
Variant 1 – fərdi öhdəliklər: Qrupdakı hər bir imzalayan şəhər fərdi olaraq CO2 emissiyalarını 2020-ci ilədək ən azı 20% və / və ya 2030-cu ilədək 30% azaldacağına dair öhdəlik götürür və beləliklə ondan öz şablonunu tamamlamaq tələb olunur. Bu fəaliyyət planı həm fərdi, həm də paylaşılan tədbirləri ehtiva edə bilər.
Variant 2 – paylaşılan öhdəliklər: imzalayan şəhərlər qrupu kollektiv şəkildə CO2 emissiyalarını 2020-ci ilə qədər ən azı 20%, və/yaxud 2030-cu ilə qədər 30% azaldacaqlarına dair öhdəlik götürür. Belə xüsusi halda internet səhifəsində qruplaşdırılan imzalayanlar qrupu profilində sadalanan imzalayan şəhərlər qrupu tərəfindən yalnız bir ümumi şablon doldurulur.
Nə zaman qoşulmalı?
Yerli hakimiyyət orqanları istənilən vaxt Merlərin Razılaşmasına imza ata bilər, bunun üçün heç bir son tarix yoxdur! Merlərin Razılaşması mərasimləri ildə bir dəfə keçirilir və bütün merlərə cəmiyyətdə tanınma, şəbəkələşmə və ictimaiyyət qarşısında imza atmaq kimi dəyərli fürsət təmin edir.
Qeyd: istinad üçün qoşulma tarixi bələdiyyə məclisinin (yaxud ekvivalent qərarverici orqan) qərarının tarixidir.
Qoşulma formasını kim imzalamalıdır?
Bələdiyyə məclisi Razılaşmaya qoşulma haqqında rəsmi qərar qəbul edir və şəhər merinə və ya onun nümayəndəsinə Qoşulma Formasını imzalamaq səlahiyyəti verir.
İmzalayanların statusunu necə yoxlamaq olar?
Razılaşmaya imza atan şəhərlərin siyahısı ilə burada tanış ola bilərsiniz.
SON TARİXİN AŞILMASI – İMZALAYAN ŞƏHƏRİN STATUSU DAYANDIRILIB
SON TARİXİN AŞILMASI – İMZALAYAN ŞƏHƏRİN STATUSU DAYANDIRILIB
İmzalayan şəhərin statusu nə zaman dayandırılır?
Öhdəlik sənədlərində təsvir edildiyi kimi, bütün İmzalayanlar yuxarıda göstərilən sənədləri (DEFP / DEİFP və monitorinq hesabatları) təyin edilmiş son tarixlərə qədər təqdim etmədikləri təqdirdə bu təşəbbüsdə üzvlüklərinin dayandırılacağını qəbul edirlər. Bu tələb bütün imzalayan şəhərlərin Merlərin Razılaşmasına imza atarkən götürdükləri öhdəliklərin tərkib hissəsidir. İmzalayan tərəfin üzvlük statusu dayandırılan zaman, onların Razılaşmanın internet səhifəsindəki profili boz rəngə çevrilir və adları imzalayanların axtarış pəncərəsində görünmür.
İmzalayanın dayandırılmış statusu əvvəlki vəziyyətə bərpa oluna bilərmi?
Hesabatvermə tarixini buraxan və statusu dayandırılan imzalayan tərəf hələ də ‘Mənim Razılaşmalarım’ bölməsində öz profilinə daxil ola və hər zaman qayıda bilər. İmzalayan tərəf çatışmayan hesabatı təqdim etdikdən sonra avtomatik olaraq ictimaiyyətə açıq internet səhifəsində və axtarış sistemlərində yenidən aktiv İmzalayan kimi görünəcəkdir. İctimaiyyətə açıq internet səhifəsində gecikmə heç bir yerdə qeydə alınmır və Merlərin Razılaşması üzrə gələcək fəaliyyətlər üçün mənfi nəticə doğurmur.
MERLƏRİN RAZILAŞMASININ OFİSİ
MERLƏRİN RAZILAŞMASININ OFİSİ
Merlərin Razılaşmasının Ofisi (MRO) nədir?
Avropa Komissiyası tərəfindən maliyyələşdirilən Merlərin Razılaşmasının Ofisi bu təşəbbüsün ümumi koordinasiyasına cavabdehdir. Ofis yerli və regional hakimiyyət orqanlarını təmsil edən və Energy Cities, CEMR, Climate Alliance, EUROCITIES, FEDARENE və ICLEI Europe kimi təşkilatlardan ibarət konsorsium tərəfindən idarə olunur.
Təşəbbüsün koordinasiyası Avropa Komissiyasının Birgə Tədqiqat Mərkəzi ilə birlikdə həyata keçirilir. Bu mərkəz imzalayan tərəflərin şəxslərin onlayn hesabatvermə sistemi (imzalayanlar bunu “Mənim Razılaşmalarım” profilinə daxil olaraq tapa bilər) vasitəsilə təqdim etdikləri Fəaliyyət Planlarının qiymətləndirilməsinə cavabdehdir.
Siz MRO-dan nə gözləyə bilərsiniz?
Merlərin Razılaşmasının Ofisi Razılaşmaya qoşulmuş bütün yerli hakimiyyət orqanları üçün əsas birləşdirici bənd kimi fəaliyyət göstərir. Onun məqsədi:
- təşəbbüsə qoşulmaq istəyən bütün yerli hakimiyyət orqanlarına qoşulma prosesi ərzində kömək etmək.
- İmzalayan şəhərlərə Merlərin Razılaşması və onun öhdəlikləri ilə bağlı ümumi və ya texniki sorğuların cavablandırılmasında kömək etmək.
- Sizin kommunikasiya və təbliğat fəaliyyətlərinin həyata keçirilməsini dəstəkləmək.
- Üçüncü şəxslərlə və aidiyyəti maraqlı tərəflərlə (məsələn, Razılaşmanın koordinatorları, Razılaşmanı dəstəkləyənlər) qarşılıqlı münasibətləri əlaqələndirmək.
- Merlərin Razılaşmasında iştirak edən bələdiyyələr arasında əməkdaşlığın qurulmasını (şəbəkələşməni) dəstəkləmək.
Avropa Komissiyasının Birgə Tədqiqat Mərkəzi Fəaliyyət Planlarının qiymətləndirilməsinə, imzalayan tərəflərə rəylərin verilməsinə və texniki sorğulara cavab verilməsinə cavabdehdir.
Merlərin Razılaşması üzrə Şərq Ofisi (MRO-Şərq) nədir
Merlərin Razılaşması üzrə Şərq Ofisi (MRO-Şərq) bu təşəbbüsün Şərqi Avropa və Qafqazda koordinasiyası və idarə olunmasına cavabdeh olmaqla, Avropa Komissiyasının Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Baş İdarəsi tərəfindən maliyyələşdirilir. Bu Ofis imzalayan şəhərlərə inzibati və texniki dəstək verir, Razılaşmanın tərəfdaşları arasında qarşılıqlı əlaqəni təmin edir və onların fəaliyyətinin işıqlandırılmasına kömək göstərir.
Brüsseldəki MRO ilə birlikdə İrəvan (Ermənitan), Minsk (Belarusiya), Tbilisi (Gürcüstan), Kişinyov (Moldova) və Kiyev (Ukrayna) şəhərlərində yerləşən MRO-Şərq, Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukraynadan olan imzalayan şəhərlərə dəstək göstərir.
Ofis, “Energy Cities” rəhbərlik etdiyi və “İqlim İttifaqı” Assosiasiyası, “Kommunalkredit Public Consulting” konsaltinq şirkəti, “Interakcia” Fondu, “Ukraynanın Enerji-Səmərəli Şəhərləri” Assosiasiyası, Ermənistanın Respublika İctimai Birliyinin üzv olduğu Konsorsium tərəfindən idarə olunur.
Merlərin Razılaşması Ofisi yerli özünüidarəetmə orqanları ilə Merlərin Razılaşması arasında ilk vasitəçi rolunu oynayır. Onun məqsədi aşağıdakılardır:
- Merlərin Razılaşmasına qoşulmaq istəyən yerli hakimiyyət orqanlarını ictimaiyyətə tanıtmaq.
- Merlərin Razılaşması və onun tələbləri ilə bağlı məsələlərdə İmzalayan şəhərlərə ümumi texniki və xüsusi məsləhət dəstəyi təmin etmək.
- Üçüncü tərəflərlə və əsas tərəfdaşlarla (məsələn, bölgə koordinatorları və Razılaşmanı dəstəkləyənlər, yerli və regional enerji təşkilatları) qarşılıqlı münasibətləri əlaqələndirmək.
Avropa Komissiyasının Birgə Tədqiqat Mərkəzi və “İqlim İttifaqı” Assosiasiyası, CO2 emissiyasının inventarlaşdırılması, DEİF / DEİFP-lərin hazırlanması və onların qiymətləndirilməsi ilə bağlı spesifik məsələlərdə dəstək verir.
Siz MRO-Şərqdən nə gözləyə bilərsiniz?
MRO-Şərq, özünün dəstək xidməti vasitəsilə bir sıra məsələlərdə Razılaşmanı imzalayan tərəflərə yardım göstərir.
Xüsusilə, MRO-Şərq aşağıdakı tədbirləri həyata keçirir:
İmzalayan şəhərlərə/qəsəbələrə fərdi texniki, ekspert və inzibati dəstək verir.
İmzalayan tərəflər üçün aşağıdakılara dair texniki qaydalar, şablonlar və metodik materiallar hazırlayır, onları təkmilləşdirir və təmin edir:
– məlumatların toplanması.
– Emissiyaların Baza Kadastrının hazırlanması.
– Şəhər / qəsəbənin Dayanıqlı Enerji üzrə Fəaliyyət Planının hazırlanması.
– DEİF çərçivəsində fəaliyyətlərin həyata keçirilməsi üzrə monitorinq və hesabatlılıq prosesi.
MÜVAFİQ İNZİBATİ STRUKTURLARIN YARADILMASI
MÜVAFİQ İNZİBATİ STRUKTURLARIN YARADILMASI
İnzibati strukturların yaradılması nə üçün vacibdir?
DEFP / DEİFP-in hazırlanmasından başlayaraq və onun icra nəticələrinə qədər bütöv prosesin uğurlu olması üçün müxtəlif yerli idarəetmə strukturları (məsələn, Merlərin Razılaşmasının bölmələri və idarələri) arasında sıx əməkdaşlıq qurulması, habelə müvafiq inzibati qərarların müzakirəsi və təsdiqində DEFP / DEİFP-in nəzərə alınması vacibdir.
Bələdiyyələr DEFP / DEİFP-i müstəqil sənəd kimi qəbul etməli deyil. Əksinə, bunlar imzalayan tərəfin enerji siyasəti ilə əlaqəli olmalı və yerli administrasiyanın müxtəlif şöbələrinin gündəlik funksiyalarına inteqrasiya olunmalıdır.
DEFP / DEİFP Emissiyaların Baza Kadastrının hazırlanması, Risk və Həssaslıq Dəyərləndirilməsinin (RHD) hazırlanması, DEFP / DEİFP çərçivəsində tədbirlərin planlaşdırılması və icrası, həmçinin nəticələrin monitorinqi üçün hansı işçi qrupların və ya inzibati strukturların ayrıldığını və ya yaradılacağını göstərməlidir. Enerji sahəsində müəyyən təcrübəyə malik menecer tərəfindən idarə olunan idarəetmə strukturuna, həmçinin DEFP / DEİFP tədbirlərinin icrası üçün müvafiq insan resurslarının ayrılmasına xüsusi diqqət yetirilməlidir. Bələdiyyənin strukturunda (ştatda) energetika mütəxəssisinin mövcudluğu şəhərin / qəsəbənin DEİF / DEİFP-nın səmərəli icra prosesində mühüm rol oynaya bilər.
(bax, həmçinin Bölmə 2 “Birgə Tədqiqat Mərkəzi tərəfindən hazırlanan “Şərq Tərəfdaşlığı və Mərkəzi Asiya şəhərləri / qəsəbələrində DEFP-nin hazırlanması üzrə Təlimat”).
EMİSSİYALARIN BAZA KADASTRI (EBK)
EMİSSİYALARIN BAZA KADASTRI (EBK)
Emissiyaların Baza Kadastrı (EBK) nədir?
DEFP / DEİFP yerli özünüidarə orqanlarının ərazisində enerji istehlakı və istixana qazı emissiyaları ilə bağlı etibarlı məlumatlar əsasında hazırlanmalıdır. Bu səbəbdən ilkin mərhələdə cari (baza) vəziyyətin və strukturların hərtərəfli qiymətləndirilməsi aparılmalıdır. Qiymətləndirmə şəhər/qəsəbə iqtisadiyyatının müvafiq sektorlarında enerji istehlakının səviyyəsinin müəyyən edilməsindən və Emissiyaların Baza Kadastrının (EBK) hazırlanmasından, baza ilində enerji istehlakı ilə bağlı karbon dioksid (CO2) emissiyasının həcminin müəyyən edilməsindən başlayır .
EBK və CO2 emissiyasının əlavə inventarlaşdırılması (əgər varsa) yerli hakimiyyət orqanlarına istixana qazı emissiyasının azaldılmasına yönəldilmiş prioritet tədbirləri və onların səmərəliliyini müəyyən etməyə imkan verən əsas alətdir.
EBK-nın tərtib olunması DEİF / DEİFP-in hazırlanmasının məcburi mərhələsini təşkil edir və Razılaşma çərçivəsində öhdəliklərin yerinə yetirilməsinin əsas aspektlərindən biridir. Kadastr yerli hakimiyyət orqanları tərəfindən rəsmi olaraq təsdiq edilmiş DEFP / DEİFP-in tam versiyasına daxil edilməlidir.
EBK-nın əsas xüsusiyyətləri aşağıda verilmişdir:
- EBK yerli vəziyyəti əks etdirməlidir, yəni enerji istehlakı / istehsalına dair yerli məlumatlara və kadastrı hazırlamaq üçün lazım olan digər məlumatlara əsaslanmalıdır. Milli və ya regional vasitələrə əsaslanan qiymətləndirmələr və hesablamalar yerli vəziyyəti (şəhərdə) əks etdirməyəcəkdir, çünki əksər hallarda onlar müəyyən ərazilərin yerləşdiyi mövqeyə xarakterik olur. Bu məlumatlar əsasında hesablanmış kadastr həm də yerli hakimiyyət orqanların CO2 emissiyalarının azaldılması sahəsində hədəflərinə nail olma istiqamətindəki səylərinin səmərəliliyinin qiymətləndirilməsi üçün mühüm istinad nöqtəsi formalaşdıra bilməyəcəkdir.
- Metodoloji yanaşmalar və hesablamalarda istifadə edilən məlumat mənbələri bir neçə il ərzində dəyişməməlidir. Yəni, EBK-nın hazırlanması üçün istifadə olunan metodika emissiyaların azaldılmasında (Emissiya Kadastrının Monitorinqi) irəliləyişlərin monitorinqi naminə müntəzəm şəkildə görüləcək əlavə inventarlaşdırma tədbirləri üçün istifadə edilməlidir.
- EBK ən azı yerli hakimiyyət orqanları tərəfindən öz emissiyalarının azaldılması hədəflərinə nail olmağa yönəlmiş tədbirlərin icra olunacağı sahələri, xüsusilə də, mühüm CO2 emissiya mənbələrini ehtiva edən sektorları əhatə etməlidir (EKB-yə daxil olan sektorların ətraflı təsviri DEFP üzrə məlumat kitabçasının ikinci hissəsində verilmişdir, bax, aşağıda).
- EBK etibarlı məlumatlar və ya reallığın ən azı ümumi mənzərəsini ehtiva etməlidir (yəni, mümkün olduqda, mövcud vəziyyəti ən obyektiv şəkildə əks etdirməlidir).
- EBK üçün toplanmış məlumatların daxil etmə prosesi, məlumat mənbələri və hesablama metodikası lazımi şəkildə sənədləşdirilməlidir (bu da DEİF/DEİFP çərçivəsində aparıla bilər və ya ən az zəruri məlumatlar yerli hakimiyyət orqanının sənədlərində saxlanmalıdır) .
- Şərq Tərəfdaşlığı ölkələrindən imza atanlar BEI-da enerji qiymətlərinin monitorinqi ilə yanaşı, daha sonra inventarlaşdırma işlərinə də daxil olmaq üçün israrla tövsiyə olunurlar.
EBK-nin hazırlanması haqqında daha ətraflı məlumatları 2014-cü ildə Birgə Tədqiqatlar Mərkəzi tərəfindən hazırlanmış Şərq Tərəfdaşlığı və Mərkəzi Asiya ölkələrinin şəhərləri üçün DEFP üzrə məlumat kitabçasının (I hissə (II bölmə) və II hissə – Emissiyaların Baza Kadastrı)) əldə edə bilərsiniz.
CO2 emissiyalarının hesablanması üçün mövcud alətlərdən istifadə etmək mümkündürmü?
Razılaşmanı imzalayan bütün şəhərlər emissiyaların hesablanması üçün öz alətlərini seçə bilərlər. Bununla belə, onlar bildirilən inventarın onlayn kitabxanadan yükləyə biləcəyiniz DEFP məlumat kitabçasında (ingilis, alman, fransız, italyan və ispan dillərində) detallı təsvir olunan ümumi prinsiplərə uyğun olduğundan əmin olmalıdır. Nəzərə alın ki, DEFP məlumat kitabçası yalnız yumşaldıcı hissəyə istinad edir və Dayanıqlı Enerji və İqlim üzrə Fəaliyyət Planı (DEİFP) üçün Emissiyaların Baza Kadastrını hazırlayarkən qaydalar eyn şəkildə tətbiq olunur.
CO2 emissiyalarının hesablanması üçün baza ilini necə müəyyən etməli?
Baza ili – 2020-ci ilin sonuna qədər CO2 emissiyası hədəflərinə nail olmaq üçün istinad (başlanğıc) kimi götürülən ilidir. Beləliklə, 2020-ci ildə emissiyanın azalan həcmi baza ilindəki rəqəmlərlə müqayisə olunaraq qiymətləndirilir.
Avropa ölkələri üçün (əsasən 1990-cı il baza ili kimi götürülüb) DEFP Məlumat Kitabçasında göstərilən tövsiyələrdən fərqli olaraq Şərq Tərəfdaşlığı ölkələrini təmsil edən imzalayan şəhərlərə baza ili qismində cari iqtisadi vəziyyətin daha yaxşı əks olunması və etibarlı statistik məlumatların toplanma mümkünlüyü baxımdan ən son ili (2000-ci ildən sonra) götürmələri tövsiyə olunur.
Bunun əsas səbəbi Şərq Tərəfdaşlığı ölkələrində yerli hakimiyyət orqanlarının 1990-cı il üçün emissiyaların baza kadastrının tərtib edilməsi məqsədilə etibarlı statistik məlumatlar axtararkən mütəmadi olaraq problemlərlə üzləşməsi ilə bağlıdır.
Avropa ölkələrində tətbiq olunan baza ilinin müqayisə (istinad) ili kimi götürülməməsinin başqa bir səbəbi sənaye sektorunu öz DEFP/DEİFP-lərinə daxil etmək istəyən şəhərlərin/qəsəbələrin bunu edə bilməməsi ilə bağlıdır, çünki keçmiş sovet ölkələrinin əksəriyyəti 90-cı illərdə ağır iqtisadi böhran keçirdiklərindən onların həmin dövrdəki sənayeləşmə səviyyəsi mövcud səviyyələrinə uyğun gəlməya bilər.
Bəzi yerli hakimiyyət orqanları, digərlər amillərlə birlikdə, 2020-ci ilin yaxın olmasına və nəticə etibarilə CO2 emissiyalarının azaldılması tədbirlərinin hərtərəfli icrası üçün yetərsiz vaxt intervalına diqqət yetirərək emissiyaların azaldılması vəzifələri üçün daha uzun dövr (məsələn, 2030-cu ilə qədər) müəyyənləşdirə bilər. Bu halda onlar digər imzalayan şəhərlərlə müqayisəli analizin aparılması üçün 2020-ci ilə dair bəzi hədəflər qoymalıdır.
Emissiyaların Baza Kadastrının əhatə dairəsinə nələr daxildir?
Emissiyaların Baza Kadastrı əsasən son enerji istehlakı məlumatlarına, yəni yerli hakimiyyət orqanlarının hüdudları daxilində son istifadəçilərin (elektrik, isitmə/soyutma və yanacaq daxil olmaqla) istehlak etdiyi rəqəmlərə əsaslanmalıdır.
Davamlı Enerji və İqlim üzrə Fəaliyyət Planına enerji istehsalı ilə bağlı fəaliyyətlər (məsələn, günəş panelləri, külək enerjisi, rayon istilik və ya birləşdirilmiş istilik və enerji istehsalı) daxil edilərsə, yerli enerji istehsalı da kadastra daxil oluna bilər. DEİF Məlumat Kitabçası (en, de, fr, it və es) bu seçim haqqında daha ətraflı məlumat verir. Nəzərə alın ki, DEİF Məlumat Kitabçası yalnız təsirlərin yumşaltma tədbirləri üçün hazırlansa da, DEİFP-lər üçün Emissiyaların Baza Kadastrını tərtib edərkən müasir bələdçi vəsaitdən faydalanmaq olar.
Emissiyaların Baza Kadastrının yaradılması üçün hansı yanaşma seçilə bilər?
Yerli səviyyədə Emissiyaların Baza Kadastrını yaradarkən iki müxtəlif yanaşma seçilə bilər, yəni:
Yerli hakimiyyət orqanının ərazisində son enerji istehlakı səbəbindən baş verən bütün CO2 emissiyalarını əhatə edən ərazi və ya İDHEQ yanaşması.
Həyat Siklinin qiymətləndirilməsi (HSQ) yanaşması yanacaq/elektrik enerjisinin ümumi həyat siklini nəzərə alır. Bura ərazidən kənarda baş verən enerji zəncirinin bütün emissiyaları (nəqliyyat itkisi, emal emissiyaları və ya enerji çevirmə itkiləri kimi) daxildir.
Emissiyaların Baza Kadastrında hansı sahələr nəzərə alınmalıdır?
Merlərin Razılaşmasından irəli gələn öhdəliklər yerli hakimiyyətin bütün coğrafi sahəsinə aiddir. Beləliklə, Emissiyaların Baza Kadastrı fəaliyyətin bütün sahələrində istehlak olunan enerji həcmini nəzərə almalıdır. Razılaşmanın əsas sahələri aşağıdakılardır:
- Bələdiyyə binaları, avadanlıqlar / qurğular.
- Xidmət sahəsinə aid (qeyri-bələdiyyə) binalar, avadanlıqlar / qurğular.
- Yaşayış binaları.
- Nəqliyyat.
Emissiya Kadastrının monitorinqini (EKM) nə zaman həyata keçirməli?
Enerji istehlakı və CO2 emissiya məlumatlarını effektiv şəkildə izləmək və lazım gəldikdə Fəaliyyət Planını uyğunlaşdırmaq üçün Razılaşmanı imzalayan şəhərlərə müntəzəm olaraq emissiya kadastrının monitorinqini aparmaq tövsiyə olunur. Biz bu monitorinqin hər il aparılmasını tövsiyə edirik və Merlərin Razılaşması kontekstində minimal tələb bunu ən azı hər 4 ildən bir aparmaqdır. Beləliklə, sonrakı kadastrların (monitorinqlərin) nəticələri Emissiyaların Baza Kadastrının göstəriciləri ilə müqayisə oluna bilər ki, bu da şəhərin enerjiyə qənaət, bərpa olunan enerji istehsalı və CO2 emissiyalarını azaltma istiqamətində irəliləyişini izləməyə imkan verəcəkdir.
RİSKLƏRİN VƏ HƏSSASLIĞIN QİYMƏTLƏNDİRİLMƏSİ (RHQ)
RİSKLƏRİN VƏ HƏSSASLIĞIN QİYMƏTLƏNDİRİLMƏSİ (RHQ)
Risklərin və Həssaslığın Qiymətləndirilməsi nə deməkdir?
Risk və Həssaslığın Qiymətləndirilməsi insanlara, əmlaka, insanların yaşayışına və onların asılı olduğu ətraf mühitə potensial təhlükə törədə bilən və ya zərər verə biləcək həssas vəziyyətləri təhlil etməklə risklərin təbiətini və miqyasını müəyyən edən analizdir. Bu analiz xüsusi narahatlıq doğuran aspektləri müəyyən etməyə imkan verir və bu səbəbdən qərar qəbul etmə prosesinə məlumat axını təmin edir. Bu qiymətləndirmə daşqınlar, ifrat temperatur və istilik dalğaları, quraqlıq və su qıtlığı, fırtına və digər ekstremal hava şəraitləri, çoxalan meşə yanğınları, dəniz səviyyəsinin qalxması və sahil xəttinin eroziyası (əgər varsa) ilə əlaqəli riskləri əhatə edə bilər. Risk və Həssaslığın Qiymətləndirilməsi, Emissiyaların Baza Kadastrı ilə birlikdə Dayanıqlı Enerji və İqlim üzrə Fəaliyyət Planının hazırlanması üçün çıxış nöqtəsi kimi xidmət edir.
Risklərin və Həssaslığın Qiymətləndirilməsi (RHQ) hesabatını hazırlamaq üçün haradan dəstək almaq olar?
Adaptasiya üzrə tədbirlərin hazırlanmasında şəhərlərə dəstək aləti Risk və Həssaslığın Qiymətləndirilməsinin ərsəyə gətirilməsi üçün ətraflı addım-ba-addım təlimatlar təmin edir. Təlimat, bundan əlavə RHQ-dən istifadə olunması və təsbitlərin adaptasiya tədbirlərinə çevrilməsinə dəstək göstərir. Adaptasiya üzrə tədbirlərin hazırlanmasında şəhərlərə dəstək alətini buradan tapa bilərsiniz.
SORĞU MƏLUMATLARI ALƏTİ
SORĞU MƏLUMATLARI ALƏTİ
Sorğu Məlumatları Aləti nədir?
Sorğu Məlumatları Aləti (SMA) yerli özünüidarəetmə orqanlarına Emissiyaların Baza Kadastrının (EBK) və Emissiya Kadastrının Monitorinqinin (EKM)* hazırlanması prosesində zəruri olan son enerji istehlakı və karbon dioksid emissiyaları (CO2) ilə bağlı məlumatlar təqdim etmək məqsədilə Merlərin Razılaşması üzrə Şərq Ofisi tərəfindən hazırlanmışdır.
Alət Şərq Tərəfdaşlığı və Orta Asiyanı təmsil edən 11 ölkənin hər birinə aid xüsusi sektorlar və enerji daşıyıcıları üçün enerji istehlakına dair milli statistika göstəriciləri üzrə məlumat bazasını ehtiva edir. Verilənlər aşağıdakı sahələrə aiddir: yaşayış binaları, xidmət sektoru (ofislər, mağazalar, xəstəxanalar, avadanlıqlar / qurğular), sənaye, kənd təsərrüfatı və nəqliyyat.
Enerji resursları siyahısına elektrik, isitmə/soyutma, təbii qaz, sıxılmış qaz, istilik yanacağı, dizel, neft, boz daş kömür/kömür, digər karbohidrogen yanacaqlar və kənd təsərrüfatı yağları / bioyanacaqlar daxildir.
*) Qeyd etmək lazımdır ki, alət bəzi illər və / və ya sektorlar üçün etibarlı yerli məlumatların olmadığı hallarda sorğu məlumatlarının təmin olunması məqsədilə hazırlanmışdır. Bu alət məlumat toplama sistemi olmayan kiçik icmalar üçün xüsusilə aktual ola bilər.
Alətdə hansı sahələr və enerji daşıyıcıları təmsil olunur?
Sorğu Məlumatları Aləti aşağıdakı sahələri təmsil edir: yaşayış binaları, xidmət sektoru (ofislər, mağazalar, xəstəxanalar avadanlıqlar / qurğular), sənaye, kənd təsərrüfatı və nəqliyyat, eləcə də digər enerji daşıyıcıları: elektrik, isitmə / soyutma, təbii qaz, sıxılmış qaz, istilik yanacağı, dizel, neft, boz daş kömür / kömür, karbohidrogen yanacaqlar, kənd təsərrüfatı yağları / bioyanacaqlar.
DAYANIQLI ENERJİ ÜZRƏ FƏALİYYƏT PLANI (DEFP) / DAYANIQLI ENERJİ VƏ İQLİM ÜZRƏ FƏALİYYƏT PLANI (DEİFP)
DAYANIQLI ENERJİ ÜZRƏ FƏALİYYƏT PLANI (DEFP) / DAYANIQLI ENERJİ VƏ İQLİM ÜZRƏ FƏALİYYƏT PLANI (DEİFP)
Dayanıqlı Enerji üzrə Fəaliyyət Planı (DEFP) və ya Dayanıqlı Enerji və İqlim üzrə Fəaliyyət Planı (DEİFP) nədir
Merlərin Razılaşmasının daha əvvəlki versiyasını imzalayan şəhərlər yalnız enerji və iqlim dəyişikliyinin təsirlərinin yumşaldılmasına fokuslanaraq 2020-ci ilədək Dayanıqlı Enerji üzrə Fəaliyyət Planını (DEFP) hazırlamağı və icra etməyi öhdələrinə götürmüşdür. İqlim və Enerji üzrə yeni Merlər Razılaşmasına imza atan şəhərlər indi 2030-cu ilədək həm iqlim dəyişikliyinin təsirlərinin yumşaldılmasına, həm də adaptasiya tədbirlərinə yönəlmiş Dayanıqlı Enerji və İqlim üzrə Fəaliyyət Planı (DEİFP) hazırlamağa və icra etməyə dair öhdəlik götürmüşdür.
Fəaliyyət planı (həm DEFP, həm də DEİFP) Razılaşmanı imzalayan tərəfin öz baxış və hədəfinə necə çatacağını göstərən əsas sənəddir. Bu plana mövcud vəziyyətin qiymətləndirilməsi, yəni iqlim dəyişikliyi hissəsi üçün Emissiyaların Baza Kadastrı (həm DEFP, həm də DEİFP) və adaptasiya hissəsi üzrə Risk və Həssaslığın Qiymətləndirilməsi (yalnız DEİFP üçün); aydın ifadə olunmuş məqsədlər və hədəflər; və zaman çərçivələri ilə birlikdə planlaşdırılan tədbirlər, həvalə olunan vəzifələr və proqnoz olunan təsirlər daxildir.
Fəaliyyət sferası:
Merlərin Razılaşması iştirakçı yerli hakimiyyət orqanlarının səlahiyyət hüdudlarında yerli səviyyədə fəaliyyətlərə aiddir. Buna görə də, Razılaşmanı imzalayan tərəflərin mümkün bir neçə rolda və ya rolların hamısında çıxış edəcəkləri gözlənilir:
- İstehlakçı və model: Bütün yerli hakimiyyət orqanları özlərinin enerji istehlakına cavabdehdirlər. Eyni zamanda, onlar vətəndaşları və digər maraqlı tərəfləri enerjidən daha səmərəli istifadəyə təşviq etməklə nümunəvi rol oynayırlar.
- Planlayıcı, tərtibatçı və tənzimləyici: Bütün yerli hakimiyyət orqanları adətən tikinti, nəqliyyat və torpaqdan istifadə siyasətinə görə məsuliyyət daşıyırlar. Onların yeni tikililərin enerji səmərəliliyini optimallaşdırmaq, nəqliyyatın dayanıqlı inkişafının gücləndirilməsinə yönəlmiş addımları, habelə adaptasiya strategiyalarını yerli planlaşdırma praktikasına inteqrasiya etmək kimi səlahiyyətləri var. Onlar qanuni qərarlar və normativ-hüquqi aktlar qəbul etmək yolu ilə müxtəlif sahələrdə nəqliyyatın işini və enerji səmərəliliyi göstəricilərini müəyyən edir.
- İstehsalçı və təchizatçı: Yerli hakimiyyət orqanları həm də yerli enerji istehsalını və bərpa olunan enerji mənbələrindən (məsələn, istilik və elektrik enerjisinin birləşdirilmiş istehsalı, rayon istilik sistemləri və s.) istifadəni təşviq edən yerli kommunal xidmət və ya xidmət təchizatçısı kimi çıxış edə bilər.
- Məsləhətçi və motivator: Bütöv cəmiyyətin dayanıqlı enerji və iqlim siyasətlərini dəstəkləməsi üçün məlumatlandırma və maarifləndirmə işlərinin aparılması vacibdir. Yerli hakimiyyət orqanları vətəndaşlar və digər maraqlı tərəflər (məsələn, memarlar, planlaşdırıcılar və sənətkarlar) üçün məsləhətçi və təlimatçı kimi fəaliyyət göstərə bilər.
Təsirlərin yumşaldılması hissəsi üzrə təlimatlar üçün DEFP Məlumat Kitabçasına baxın (ingilis, alman, fransız, italyan və ispan dillərində).
Adaptasiya hissəsi üzrə təlimatlar üçün adaptasiya üzrə tədbirlərin hazırlanmasında şəhərlərə dəstək alətinə baxın.
DEİF və DEİFP-də hansı fəaliyyət sahələri / sektorlar nəzərə alınır?
Razılaşmanın öhdəliklərinin yerli hakimiyyət orqanlarının bütün coğrafi ərazilərinə aid olduğunu nəzərə alaraq, fəaliyyət planı həm dövlət, həm də özəl subyektlərin fəaliyyət sahələrini əhatə edən tədbirləri ehtiva etməlidir.
Razılaşmanı imzalayanlar özlərinin əsas fəaliyyət istiqamətlərini seçməkdə sərbəstdirlər. Prinsipcə, əksər fəaliyyət planları emissiya kadastrı, eləcə də risk və həssaslıq qiymətləndirməsində nəzərə alınan sahələri əhatə edəcəkdir (yalnız DEİFP üçün). Təsirlərin yumşaltma hissəsi üçün (DEİF və DEİFP hər ikisi): Razılaşmanın əsas sektorlarına yönəlmiş tədbirlər daxil edilməlidir:
- Bələdiyyə binaları, avadanlıqlar / qurğular;
- Üçüncü dərəcəli (qeyri-bələdiyyə) binalar, avadanlıqlar /qurğular;
- Yaşayış binaları;
- Nəqliyyat.
Tədbirlər, həmçinin digər sektorları da əhatə edə bilər:
- Sənaye;
- Yerli elektrik enerjisi istehsalı;
- Yerli isitmə / soyutma enerjisi istehsalı;
- Digərləri (məsələn, Kənd Təsərrüfatı, Meşəçilik, Balıqçılıq).
Adaptasiya hissəsi üçün (Yalnız DEİFP):
Şəhərdə iqlim dəyişikliyinin təsirlərinə dözümlülüyün artırılması üçün sektorların müəyyənləşdirilməsi yerli şəraitdən çıx asılıdır. Bu səbəbdən sağlam və hərtərəfli iqlim adaptasiya strategiyası iqlim dəyişikliyindən təsirlənən bələdiyyə xidmətlərinin bütün aspektlərini əhatə etməlidir. Şəhərlərin iqlim dəyişikliyinin təsirlərinə dözümlülüyünü artıran əsas sektorlardan bəziləri bunlardır:
- İnfrastruktur.
- İctimai Xidmətlər.
- Torpaqdan istifadənin planlanması.
- Ətraf mühit və bioloji müxtəliflik.
- Kənd təsərrüfatı və meşəçilik.
- İqtisadiyyat.
Dayanıqlı enerji və iqlim inkişafı üzrə artıq mövcud olan yerli plan DEİF / DEİFP çərçivəsində tələbləri yerinə yetirmək baxımdan yetərli ola bilərmi?
Mövcud Fəaliyyət Planınızın Merlərin Razılaşması kontekstində müəyyən edilmiş minimum tələblərə cavab verdiyindən əmin olmaq üçün, sənədi enerji və iqlim dəyişikliyinin təsirlərinin yumşaldılması hissəsi üzrə 10 əsas prinsipə əsasən nəzərdən keçirməniz xahiş olunur (bax, DEİF Məlumat Kitabçası, ingilis, alman, fransız, italyan və ispan dillərində, səhifə 8).
Merlərin Razılaşmasını imzalayarkən Fəaliyyət Planında əsas öhdəliklərə, yəni emissiyaları 2020-ci ilə qədər ən azı 20% və/və ya 2030-cu ilə qədər ən azı 30% azaldılması hədəflərinə və yerli hökumət orqanı tərəfindən iqlim dəyişikliyinin təsirlərinə qarşı dözümlülüyü artırmaq öhdəliklərinə aydın istinad verilməlidir.
Qısa və orta müddətli perspektivdə strateji öhdəliklər konkret tədbirlərə, o cümlədən uzunmüddətli perspektivdə strategiyalara və hədəflərə çevrilməlidir. Əgər sizin cari Fəaliyyət Planınızda Razılaşmanın vaxt çərçivəsindən (yəni 2020 və ya 2030) daha qısa və ya daha uzun müddətlər göstərilibsə, siz onları Razılaşmanın hədəf zaman çərçivəsinə uyğunlaşdırmalı və Şəhər Şurasının təsdiq etdiyi fəaliyyət planınızda Razılaşmanın hədəf dövrünü daxil etməlisiniz.
Bundan əlavə, fəaliyyət planınızın əsas elementləri “Mənim Razılaşmalarım” bölməsində yerləşdirilən onlayn şablonda təqdim edilməlidir. Xahiş edirik hesabatvermə təlimatlarını yoxlayın.
DEFP / DEİFP nə zaman təqdim olunmalıdır?
DEFP-in təqdim olunması üçün son tarix
2020-ci il çərçivəsi ilə bağlı Merlərin Razılaşmasına imza atanlar Razılaşmanın hədəflərinin və tədbirlərinin əsaslandırılmasını ehtiva edən Dayanıqlı Enerji üzrə Fəaliyyət Planlarını qoşulma sənədində göstərildiyi kimi, yerli şura qərarından sonra bir il müddətində təqdim etməyə borcludurlar.
DEİFP-in təqdim olunması üçün son tarix
2030-cu il çərçivəsi ilə bağlı İqlim və Enerji üzrə Merlərin Razılaşmasına imza atanlar əsaslandırılmış hədəflərin və tədbirlərinin ehtiva olunduğu Dayanıqlı Enerji və İqlim üzrə Fəaliyyət Planlarını qoşulma sənədində göstərildiyi kimi, yerli şura qərarından sonra iki il müddətində təqdim etməyə borcludurlar.
DEFP / DEİFP-i necə təqdim etməli?
DEFP-ı təqdim etmək üçün:
Razılaşmanı imzalayan tərəflər “Mənim Razılaşmalarım” (veb saytın ekstranet bölməsi) vasitəsilə mövcud onlayn təqdimat sistemindən istifadə etməyə dəvət olunur. Prosedur aşağıdakı addımları ehtiva edir:
- Şəxsi identifikatorlarınızdan istifadə edərək “Mənim Razılaşmalarım” bölməsinə daxil olun – siz istənilən zaman “giriş” bölməsində parolunuzu yeniləyə bilərsiniz.
- İngilis dilində “DEFP şablonunu” doldurun – ana səhifənin üst hissəsindəki mavi menyuda “Mənim fəaliyyət planım”> “DEFP şablonu” düyməsini sıxın və aşağıdakı üç hissəni tamamlayın: “Ümumi Strategiya”, “Emissiyaların Baza Kadastrı” və “DEFP”. Bütün yaşıl xanaların doldurulması məcburidir! Şablonu doldurmaq üçün xüsusi təlimat sənədləri Razılaşmanın internet səhifəsinin kitabxanasında mövcuddur.
- DEFP sənədini yükləyin – DEFP şablonunu doldurduqdan sonra, “DEFP” sənədini yükləyin” düyməsinə sıxın və bələdiyyə məclisi tərəfindən təsdiqlənmiş Dayanıqlı Enerji üzrə Fəaliyyət Planını (və digər müvafiq sənədləri) PDF formatında yükləyin.
- Onlayn DEFP təqdimatını təsdiqləyin – “Təqdim et” düyməsinə sıxın və təlimatlarə əməl edin.
2017-ci ildə şablonun ilkin yoxlama sistemi təqdim ediləcək və onun sayəsində səhvlərin və ya uyğunsuzluqların aşkarlanmasına imkan yaranacaqdır. Bunun üçün siz “Bildiriş siyahısına bax” düyməsinə basmalısınız. Bu, BTM tərəfindən hazırlanmış və idarə olunan paralel onlayn proqram vasitəsilə həyata keçiriləcəkdir.
Təqdim etdikdən sonra, sizin hazırladığınız DEFP BTM tərəfindən təhlil ediləcək və sizə BTM-nin rəyini ehtiva edən hesabat göndəriləcəkdir. DEFP qiymətləndirmə proseduru haqqında daha ətraflı məlumatı burada tapa bilərsiniz.
DEİFP-i təqdim etmək üçün:
DEİFP-in təqdimetmə proseduru hazırda işlənmə mərhələsindədir və bunu təmin etmək məqsədilə mövcud DEFP şablonu təkmilləşdirilərək 2030-cu il öhdəlikləri və adaptasiya üçün hesabat vermə imkanları yaradılır. 2016-cı ildə DEİFP şablonu yalnız veb-resursun kitabxanasında EXCEL formatında təqdim ediləcəkdir. Yeni imzalayanlar EXCEL versiyasından həm işlək alət kimi istifadə edə, həm də 2017-ci ilin son rübündə onlayn müstəvidə təqdim ediləcək hesabat vermə çərçivəsi ilə tanışlıq üçün faydalana bilərlər.
Paralel olaraq yeni imzalayanlar istənilən sənədi, məsələn, hazırda tətbiq olunan DEFP şablonunun təqdimetmə proseduru çərçivəsində adaptasiya strategiyasını yükləmək imkanına malik olacaqdır. Yeni imzalayanlar, həmçinin mövcud DEFP şablonundan 2030-cu il zaman aralığı (2020-ci il əvəzinə) üçün iqlim dəyişməsinin təsirlərini azaltma haqqında məlumat təqdim etmək üçün faydalana bilər. Lakin, onlar 2017-ci ildə DEİFP onlayn şablonu istifadəyə verildikdən sonra iqlim dəyişməsinin təsirlərinə adaptasiya tədbirləri üçün qalan hissələri tamamlamalıdırlar.
Razılaşmanı imzalayanlar qrupu dayanıqlı enerji üzrə birgə fəaliyyət planını necə təqdim edə bilər?
Merlərin Razılaşmasına qoşulan və birgə DEFP/DEİFP hazırlamaq niyyətində olan qonşu yerli hakimiyyət orqanları qrupu bunu asanlıqla edə bilər. Qrup aşağıdakı iki əməkdaşlıq variantından birini seçə bilər:
Seçim 1:
– Yumşaltma: Qrupun hər bir imzalayan üzvü fərdi şəkildə CO2 emissiyalarını azaltmağı öhdəsinə götürür (DEFP). Emissiya azaltma hədəfi fərdi bir öhdəlik olaraq qaldığından, BÜTÜN imzalayan tərəflər özlərinin DEFP/DEİFP şablonlarını doldurmalı, o cümlədən CO2 / enerji istehlakı məlumatları daxil etməlidirlər. Birgə DEFP/DEİFP-də göstərilmiş ortaq hərəkətlərin nəticəsi olan CO2 emissiyalarının azalma göstəriciləri imzalayan şəhərlərin arasında bölüşdürülməli və birgə DEFP sənədində təsvir edilmiş şəffaf qaydalara əsasən hər bir DEFP/DEİFP şablonunda nəzərə alınmalıdır. Birgə DEFP/DEİFP iştirak edən hər bir bələdiyyənin bələdiyyə məclisi (ya da ekvivalent qərarverici orqan) tərəfindən təsdiqlənir və hər bir yerli orqan tərəfindən “Mənim Razılaşmalarım” (məhdud ərazi) menyusu vasitəsilə onların profillərində yerləşdirilir. DEFP/DEİFP-də əhatə olunan yerli hakimiyyət orqanlarının adları Fəaliyyət Planında aydın şəkildə göstərilməlidir. Birgə DEFP/DEİFP-lərin bu növü DEFP məlumat kitabçasında (ingilis və rus dillərində) təsvir olunmuşdur.
– Adaptasiya (yalnız DEİFP üçün): İmzalayan tərəflər Risk və Həssaslıq Qiymətləndirməsini və onunla əlaqəli tədbirləri birgə və ya fərdi qaydada hazırlamağa dair qərar verə bilərlər. Razılaşmaya 1-ci variantla bələdiyyələr qrupu kimi qoşularkən hər bir bələdiyyə yerli hakimiyyət orqanlarının məlumatlarını və əlaqə təfərrüatlarını doldurmaqla fərdi qaydada qeydiyyatdan keçməli və bələdiyyələr qrupunun birgə DEFP/DEİFP təqdim edəcəyinə dair öhdəlik götürməlidir. Bunun üçün onlayn qeydiyyat formasında müvafiq xanaya sıxın və formada aidiyyəti bələdiyyələri göstərin.
Variant 2:
– Azaltma: İmzalayan tərəflər qrupu kollektiv şəkildə CO2 emissiyalarını azaldacaqlarına dair öhdəlik götürür. Bu halda emissiya azaltma hədəfi qrupu təşkil edən müxtəlif hakimiyyət orqanları arasında paylaşılan öhdəlikdir. Buna görə də, BİR vahid DEFP/DEİFP şablonu imzalayan şəhərlər qrupu tərəfindən doldurulmalıdır. Birgə Fəaliyyət Planı iştirak edən hər bir şəhərin bələdiyyə məclisi (ya da ekvivalent qərarverici orqan) tərəfindən təsdiqlənir və qrup tərəfindən “Mənim Razılaşmalarım” (məhdud ərazi) menyusu vasitəsilə birgə profilə yüklənir. DEFP/DEİFP-də əhatə olunan yerli hakimiyyət orqanlarının adları və onların ümumi plana verdiyi töhfə səviyyəsi DEFP/DEİFP sənədində aydın şəkildə göstərilməlidir. Bu variant qonşu hakimiyyət orqanları ilə birgə yanaşmaları asanlaşdırmaq yolu ilə qurumlar arası əməkdaşlığı inkişaf etdirməyi hədəfləyir. Bu variant, xüsusilə də, insan və / və ya maddi resursları olmayan kiçik və orta ölçülü bələdiyyələrə tövsiyə olunur.
(Yalnız DEİFP üçün): İmzalayan şəhərlər Risk və Həssaslıq Qiymətləndirməsini və əlaqəli tədbirləri Razılaşmaya 2-ci variantla qoşulduqları zaman birgə və ya fərdi qaydada hazırlamağa qərar verə bilər və bunun üçün yalnız bir profil yaradılmalıdır. Həmin birgə profil yerli hakimiyyət orqanlarının məlumatlarını və əlaqə təfərrüatlarını onlayn qeydiyyatdan keçirərkən bütün fərdi qoşulma formalarını özündə ehtiva etməlidir. Bundan əlavə, profildə həmin bələdiyyələr qrupunun DEFP/DEİFP 2 variantını birgə təqdim edəcəyinə dair öhdəlik götürməsi göstərilməlidir. Bunun üçün onlayn qeydiyyat formasında müvafiq xanaya sıxın və formada aidiyyəti bələdiyyələri göstərin.
DİQQƏT:
Hər iki halda “İmzalayanlar qrupu”na DEFP/DEİFP-in hazırlanması və həyata keçirilməsi prosesində işlərin koordinasiyasına məsul olacaq qurum/hakimiyyət orqanı təyin etməsi təkidlə tövsiyə olunur. Belə orqan, məsələn, qrup arasındakı ən fəal/inkişaf etmiş bələdiyyə, şəhər əraziləri halında aqlomerasiya və ya Razılaşmanın koordinatoru kimi (Razılaşmanın Koordinatorları siyahısına bax) çıxış edən əyalət / region ola bilər. Əgər siz Merlərin Razılaşmasına “imzalayanlar qrupu” kimi qoşulmağa maraq varsa, Merlərin Razılaşması Ofisinə müraciət etməniz xahiş olunur (info-east@eumayors.eu ). MRO, DEFP Məlumat Kitabçasına əlavə edilmiş Qoşma 1-də göstərilən uyğunluq meyarlarına cavab verməyən istənilən ərizəni rədd etmək etmək hüququnu özündə saxlayır (məsələn, 2-ci variantda qrup eyni ərazi hüdudlarında hər biri təqribən 10.000 sakindən ibarət olan kiçik və orta ölçülü bələdiyyələrdən təşkil olmalıdır).
Qoşulma formasını yükləyin:
İmzalayanlar qrupu – variant 1
İmzalayanlar qrupu – variant 2
Qoşulma forması müvafiq bələdiyyə məclislərinin rəsmi təsdiqindən sonra qrupda iştirak edən bütün yerli hakimiyyət orqanları tərəfindən imzalanmalıdır.
DEFP / DEİFP-in təqdim olunması üçün son tarixin uzadılmasını necə tələb etməli?
İmzalayan tərəflər DEFP (qoşulma tarixindən bir il sonra*) / DEİFP (qoşulma tarixindən 2 il sonra*) təqdim edəcəklərinə dair öhdəlik götürür. Əgər DEFP / DEİFP həmin tarixə qədər tamamlana bilməzsə, Razılaşmanı imzalayan tərəflər vaxtın uzadılmasını tələb etməlidirlər. Bunu etmək üçün onlar “Mənim Razılaşmalarım” (Razılaşmanın internet səhifəsinin ekstranet bölməsi) pəncərəsində mövcud olan onlayn gecikmə sorğu formasını doldurmağa dəvət olunurlar.
Fərdi İmzalayan tərəf kimi çıxış etdikdə (yəni, Razılaşmanın hər hansı rəsmi ərazi koordinatoruna aid olmadıqda):
Yerli hakimiyyət orqanlarının nəzarətindən kənar şəraitlər DEİF / DEİFP-in tamamlanması və təqdim edilməsini ləngitdiyi hallarda fərdi qaydada imzalayan tərəflər üçün bu müddəti 9 ay uzatmaq olar.
9 ay müddətinə uzadılma proseduru:
– “Mənim Razılaşmalarım” menyusuna gedin və şəxsi identifikatorlar vasitəsilə daxil olun.
– “Mənim Fəaliyyət Planım”> “Gecikmə sorğusu göndər” düyməsinə sıxın və formanı doldurun (ulduzlularla işarələnən bütün sahələr məcburidir). Ərizədə gecikmənin əsas səbəbləri göstərilməlidir.
– “Gecikmə sorğusunu göndər” düyməsinə sıxın. Siz (və profilinizlə əlaqəli olan digər aidiyyəti şəxslər) bir gün ərzində elektron poçtla təsdiq alacaqsınız.
Razılaşmanın Rəsmi Ərazi Koordinatoruna aidsinizsə
Razılaşmanın Rəsmi Ərazi Koordinatoru (RRK) tərəfindən dəstəkləndiyiniz zaman, RRK-dən vaxtın 18 ay uzadılmasını tələb edə bilərsiniz.
RRK üçün son tarixin 18 ay uzadılma proseduru:
– “Mənim Razılaşmalarım” menyusuna gedin və şəxsi identifikatorlar vasitəsilə daxil olun.
– “Mənim İmzalayanlarım”> “Gecikmə sorğusu göndər” düyməsinə sıxın və formanı doldurun (ulduzlularla işarələnən bütün sahələr məcburidir). Ərizəyə daxil edilməlidir: birgə uzadılma tələbi üçün əsas səbəblər və imzalayanları dəstəkləmək üçün RRK tərəfindən hazırlanmış alətlərin/xidmətlərin qısa təsviri.
– “Gecikmə sorğusunu göndər’ düyməsinə sıxın. Uzadılma daha sonra avtomatik olaraq əlaqəli bələdiyyələrə şamil olunacaqdır. Siz (və ərazinizin hüdudlarında yerləşən bələdiyyələr) bir gün ərzində elektron poçtla təsdiq alacaqsınız.
DEİF / DEİFP son tarixə qədər təqdim olunmazsa nə baş verir?
Əgər Razılaşmanı imzalayan tərəf uzadılma üçün müraciət etməyibsə:
Müddətin uzadılmasına bir dəfə icazə verilə bilər, bu şərtlə ki, imzalayan tərəf onlayn gecikmə sorğusu formasını tamamlamış olsun – bax tez-tez soruşulan suallar: “DEFP təqdim olunması üçün son tarixin uzadılmasını necə tələb etməli?”
Əgər Razılaşmanı imzalayan tərəfə artıq uzadılma imkanı verilibsə:
Təşəbbüsün qlobal miqyasda müvəffəqiyyət qazanması və mötəbər platformaya çevrilməsi imzalayan şəhərlərin götürdükləri öhdəlikləri yerinə yetirməsindən asılıdır. Avropa Komissiyası, digər yerli hakimiyyət orqanları tərəfindən göstərilən səyləri tanıyaraq və Merlərin Razılaşmasının rəsmi mətninin (*) xitamvermə maddəsinə hörmətlə yanaşaraq, qeyd olunan sənədlərin yenilənmiş müddətdə təqdim edilməməsi halında İmzalayan tərəfin statusunu dayandırır. Lakin, bələdiyyələrin öz ilkin öhdəliyini yerinə yetirməsi və ekstranet sistemi (“Mənim Razılaşmalarım”) vasitəsilə fəaliyyət planını onlayn təqdim etməsi şərtilə, Razılaşmanı imzalayan tərəf statusu istənilən vaxt yenidən aktivləşdirə bilər.
____________________________________________________________
(*) Razılaşmanın rəsmi mətnindən qısa çıxarış (səh. 7):
Uyğunsuzluq halında üzvlüyün dayandırılması: İmzalayan tərəflər təyin edilmiş müddətdə yuxarıda göstərilən sənədlərin (məsələn, Dayanıqlı Enerji və İqlim üzrə Fəaliyyəti Plan və Monitorinq Hesabatları) təqdim edilməməsi halında Merlərin Razılaşması Ofisinin əvvəlcədən yazılı bildiriş verməsi şərtiylə təşəbbüsdə üzvlük statuslarının dayandırıla biləcəyini qəbul edirlər.
_____________________________________________________________
Qeyd: Yeni tam avtomatlaşdırılmış və şəffaf dayandırma proseduru ilə imzalayan tərəflərin öz öhdəliklərinə əməl edib-etməmələri barədə məlumatlar onların fərdi profillərində ictimaiyyətə açıq şəkildə yerləşdirilir – imzalayanların siyahısına baxın. İmzalayan tərəflərin statusunun dayandırılması halında, açıq profillər aşağıdakı bildirişlə boz rəngə keçir: “İmzalayan şəhərin statusu dondurulub – son tarix bitmişdir”.
DEİF təqdim olunduqdan sonra nə baş verir? – DEİF / DEİFP- in dəyərləndirilməsi
Fəaliyyət planınız ‘Mənim Razılaşmam’ onlayn hesabat vermə platforması vasitəsilə təqdim olunduqdan sonra, fəaliyyət planınızın bütün əsas nəticələri Razılaşmanın internet səhifəsində sizin imzalayan tərəf profilinizdə avtomatik olaraq qrafik şəkildə göstərilir. Bundan əlavə, əgər seçsəniz, bütün yüklənmiş sənədləriniz ictimaiyyətə açıq profilinizdə endirmə üçün hazır vəziyyətdə olur.
Fəaliyyət Planı daha sonra Avropa Komissiyasının Birgə Tədqiqat Mərkəzi tərəfindən həyata keçirilən qiymətləndirmə prosesinə təqdim olunur. Mərkəz planın uyğunluq meyarlarına cavab verdiyini yoxlayacaq və sizə içində rəy olan hesabat göndərəcəkdir.
Qiymətləndirmə prosesi əsasən DEFP / DEİFP onlayn şablonunda kodlaşdırılmış təsvirə əsaslanır. Buna görə də, Razılaşmanın bütün imzalayan tərəfləri şablonda doldurulmuş məlumatların onların tam DEFP / DEİFP sənədinə uyğunluğundan əmin olmalıdır.
Uyğunluq meyarları aşağıdakılardır:
1) Fəaliyyət planı Bələdiyyə Şurası və ya ekvivalent orqan tərəfindən təsdiq edilməlidir.
2) Fəaliyyət planında Razılaşmanın azaltma (yəni, 2030-cu ilədək CO2 emissiyalarının ən azı 30% azalması) və adaptasiya öhdəlikləri aydın göstərilməlidir.
3) Fəaliyyət planı əhatəli Emissiyaların Baza Kadastrının (EBK) nəticələrinə və İqlim Riski və Həssaslıq Qiymətləndirməsinin nəticələrinə əsaslanmalıdır.
4) Emissiyaları azaltmaq üçün fəaliyyət planı fəaliyyətin əsas sahələrini əhatə etməlidir (Bələdiyyə, üçüncü dərəcəli, yaşayış və nəqliyyat).
- Emissiyaların Baza Kadastrı dörd əsas sektordan ən azı üçünü əhatə etməlidir.
- Azaltma tədbirləri dörd əsas sektorun ən azı ikisini əhatə etməlidir.
Onlayn şablon natamam hesab edildiyi və ya hər hansı bir əlavə məlumat tələb olunduğu halda, Razılaşmanı imzalayan tərəfə müraciət olunacaqdır.
Qeyd:
DEFP / DEİFP analizi üçün indikativ müddət altı aydır.
Fəaliyyət planınızın qiymətləndirilməsi ilə bağlı xüsusi məlumatlar üçün Birgə Tədqiqat Mərkəzinə müraciət edə bilərsiniz: jrc-com-technical-helpdesk@ec.europa.eu
Razılaşma koordinatorunun fəaliyyət planlarını əlaqələndirdiyi hallarda, daha çevik rəy verilməsi məqsədilə BTM tərəfindən qruplaşdırılmış analiz həyata keçirilə bilər. Əgər sizin əyalət/region fəaliyyət planlarının hazırlanmasında imzalayan tərəflərə kömək üçün birgə yanaşma hazırlayarsa, sizdən BTM-ə müraciət etməniz xahiş olunur: jrc-com-technical-helpdesk@ec.europa.eu (daha ətraflı məlumat burada).
MERLƏRİN RAZILAŞMASI HAQQINDA HESABAT VERMƏ ŞABLONLARI (DEFP/DEİFP)
MERLƏRİN RAZILAŞMASI HAQQINDA HESABAT VERMƏ ŞABLONLARI (DEFP/DEİFP)
Hesabat vermə şablonu (DEFP / DEİFP) nədir?
Merlər Razılaşmasının hesabatvermə şablonları imzalayanlara onların fəaliyyət planının əsas elementlərinin ümumiləşdirilməsinin strukturlaşdırılmış yolunu və monitorinq mərhələsində icra prosesini izləmək imkanı təmin edir. Bu şablon yerli və regional hakimiyyət orqanlarından bir qrup təcrübəçilərlə birlikdə Merlərin Razılaşması Ofisi və Avropa Komissiyasının Birgə Tədqiqat Mərkəzi tərəfindən hazırlanmışdır.
İmzalayanlar öz fəaliyyət planı sənədlərini (milli dillərində) təqdim edərkən, onlar həm də Razılaşmanın veb-səhifəsinin məhdud girişli bölməsində (“Mənim Razılaşmam” ingilis dilində) yerləşdirilmiş onlayn şablonu tamamlamalıdır. Yalnız bu proses başa çatdıqdan sonra, Fəaliyyət Planının Merlərin Razılaşmasına rəsmən təqdim edilməsi baş tutur.
Hazırda 2020-ci il çərçivəsini əhatə edən Merlərin Razılaşmasına imza atan tərəflərin istifadə etdiyi DEFP şablonu üç əsas hissədən ibarətdir:
- Ümumi strategiya: bura ümumi CO2 emissiyalarının azaldılma hədəfi, gələcəyə baxış, kadrların və maliyyə imkanlarının bölüşdürülməsi, digərləri ilə birlikdə maraqlı tərəflərin və vətəndaşların cəlb edilməsi daxildir.
- Emissiyaların kadastrı: enerji daşıyıcılarına və sektorlara görə son enerji istehlakının və əlaqəli CO2 emissiyalarının cari səviyyəsini göstərmək.
- Fəaliyyət Planı: Ümumi strategiyanı hərəkətə çevirəcək əsas tədbirlərin siyahısını (vaxt çərçivələri, təhkim olunan vəzifələr, ayrılan büdcə və təsirlərin hesablanması ilə birlikdə) müəyyənləşdirmək.
Veb saytın kitabxanasında mövcud olan addım-ba-addım təlimatlar üçün “Dayanıqlı Enerji üzrə Fəaliyyət Planı və Monitorinq haqqında Hesabatvermə Təlimatları”na müraciət edin.
Emissiyaların azaldılması və iqlim dəyişməsinin təsirlərinə adaptasiya üçün 2030-cu il zaman çərçivəsini əhatə edən İqlim və Enerji üzrə Merlərin Razılaşmasına imla atan tərəflərin istifadə etdiyi DEİFP şablonu aşağıdakı hissələri ehtiva edir:
Giriş:
- Strategiya: həm azaltma, həm də adaptasiya üçün Razılaşmanın öhdəliklərinə nail olmaq üçün ümumi strategiyanın göstərilməsi. Bura gələcəyə baxış, CO2 emissiyalarının azaldılması hədəfləri, kadrların və maliyyə imkanlarının bölüşdürülməsi, digərləri ilə birlikdə maraqlı tərəflərin və vətəndaşların cəlb edilməsi daxildir.
Bölmə I: Enerji və iqlim dəyişikliyinin nəticələrinin yumşaldılması:
- Emissiyaların kadastrı: enerji daşıyıcılarına və sektorlara görə son enerji istehlakının və əlaqəli CO2 emissiyalarının cari səviyyəsini göstərmək.
- Fəaliyyət Planı: Ümumi strategiyanı hərəkətə çevirəcək əsas tədbirlərin siyahısını vaxt çərçivələri, təhkim olunan vəzifələr, ayrılan büdcə və təsirlərin hesablanması ilə birlikdə müəyyənləşdirmək.
Bölmə II: İqlim dəyişikliyinə adaptasiya:
- Adaptasiyanın hesablanma şkalası: adaptasiya prosesində yerli hakimiyyət orqanlarının statusunun qısa təsvirini təmin etmək;
- Risklər və həssas nöqtələr: Potensial sektorları və iqlim dəyişikliyinin onları məruz qoyduğu risk səviyyəsini müəyyənləşdirmək;
- Adaptasiya fəaliyyətləri: Ümumi strategiyanı hərəkətə çevirəcək əsas tədbirlərin siyahısını vaxt çərçivələri, təhkim olunan vəzifələr, ayrılan büdcə və təsirlərin hesablanması ilə birlikdə müəyyənləşdirmək və bu fəaliyyətlərin hansı riskl və həssas məqamlarla müşayiət olunduğunu göstərmək;
- İndikatorlar: İqlim dəyişikliyinə adaptasiya üçün əhatəli yerli planın yoxlama siyahısı və ilham mənbəyi kimi xidmət etmək.
Veb-saytın kitabxanasında mövcud olan addım-ba-addım təlimatlar üçün “Dayanıqlı Enerji üzrə Fəaliyyət Planı və Monitorinq haqqında Hesabatvermə Təlimatları”na müraciət edin.
Şablonda toplanan məlumatın əsas məqamları Merlərin Razılaşmasının veb-saytında hər bir imzalayan tərəfin profilində qrafik formatda verilmişdir.
Şablon hansı formatda mövcuddur?
Hazırladığınız fəaliyyət planının Merlərin Razılaşmasına rəsmi olaraq təqdim olunması Razılaşmanın veb-səhifəsinin məhdud girişli bölməsində (“Mənim Razılaşmam”) yerləşdirilmiş onlayn şablondan istifadə etməklə yerinə yetirilir.
DEİFP şablonunun EXCEL versiyasını veb-saytın kitabxanasından endirə bilərsiniz. Bu “Excel” əsaslı şablon ingilis dilində doldurulan rəsmi onlayn şablonun “offline” rejimli işlək versiyasıdır. Xahiş edirik, nəzərə alın ki, şablonun Excel versiyasına daxil olunan məlumatların onlayn platformaya və əksinə ixrac edilməsi mümkün deyil.
DEFP / DEİFP şablonunu doldurarkən Razılaşmanı imzalayanlar yalnız özlərinin Emissiyaların Baza Kadastrı məlumatları haqqında hesabat verməlidir, yoxsa baza ilindən başlayaraq artıq tərtib olunmuş digər kadastrlarını paylaşa bilərlər?
Fəaliyyət Planlarını təqdim edərkən, Razılaşmanı imzalayan tərəflər öz şablonlarının bir hissəsi kimi özlərinə aid Emissiyaların Baza Kadastrını doldurmalıdırlar. Əlavə olaraq, onlara özlərinin sonrakı kadastrları, məsələn, Emissiya Kadastrının Monitorinqi (EKM) adlanan məlumatları (mövcud olduqda) daxil etmək təkidlə tövsiyə olunur. Məsələn, Razılaşmanı imzalayan bir neçə şəhər 1990-cı ilə dair Emissiyaların Baza Kadastrını aparmış və daha sonra daha yeni kadastrlarını (EKM) onların fəaliyyət planı şablonuna daxil etmişlər.
DEFP / DEİFP şablonunu doldurarkən, Razılaşmanı imzalayanlar CO2 emissiyalarının əhəmiyyətli dərəcədə azalmasına səbəb olan daha əvvəl həyata keçirilmiş tədbirlər barədə hesabat verməlidirmi?
Əgər siz daha əvvəl emissiya azaltma tədbirləri həyata keçirmisizsə, nəticələr, Emissiyaların Baza Kadastrını (EBK) sonrakı kadastrlarla müqayisə edərkən daha bariz görünür. Siz bu tədbirləri həm fəaliyyət planında, həm də monitorinq hesabatlarında təsvir edə bilərsiniz. Fəaliyyət planı şablonunda keçmiş (tamamlanmış) tədbirlər barədə hesabat vermək vacib deyil, çünki bu mərhələdə siz hədəflərə çatmaq üçün icra etməyi planlaşdırdığınız tədbirləri müəyyən edirsiniz. Əgər siz keçmişdəki tədbirləri fəaliyyət planına daxil etmək istəyirsizsə, onlardan bəzilərini şablon daxilində “Mükəmməllik Meyarları” kimi seçə və bu fəaliyyətləri Razılaşmanın internet səhifəsində “Mükəmməllik Meyarları” kataloqunda işıqlandıra bilərsiniz.
DEFP / DEİFP şablonunda hər bir sektor üzrə gözlənilən yekun CO2 azalmalarını necə hesablamaq olar?
Şablonda “Fəaliyyət Planının əsas elementləri” cədvəlinin son sütunlarında CO2 emissiyalarının azaldılmasına (2020-ci il üçün DEFP və 2030-cu il üçün DEİFP) dair hesablamalar göstərilməlidir. Razılaşmanı imzalayan şəhərlər bu hesablamaları ya “baza ili səviyyələri ilə müqayisə etməklə’ (bax, variant 1), ya da “ən son kadastr ilinin nəticələrinə əsasən” təyin etmək barədə qərar verə bilər (bax. 2).
Misal
Baza ili: 1990
Baza ilində ümumi CO2 emissiyaları: 1 milyon ton
Ümumi CO2 azaltma hədəfi: 2020-ci ilə qədər 25%, yəni 250 000 ton
2009-cu ildə cəmi CO2 emissiyaları: 900 000 ton, son CO2 emissiya kadastrına əsasən
Variant 1: Emissiyaların Baza Kadastrının nəticələrini istinad kimi götürün və hər bir sektorun ümumi CO2 azaltma hədəfinə gözlənilən töhfəsini qiymətləndirin.
Bu variant çərçivəsində müxtəlif sektorlarda gözlənilən CO2 azalmalarının cəmi miqdarı ümumi CO2 azaltma hədəfinə uyğun olmalıdır. Yuxarıdakı nümunədə bu, 250 min tona bərabər olmalıdır.
Variant 2: Son emissiya kadastrı nəticələrini istinad kimi götürün və hər bir sektorun gözlənilən töhfəsini ümumi 2020 hədəfinə çatmaq üçün lazım olan qalan səylərə nisbətdə qiymətləndirin.
Bu variantda müxtəlif sektorlarda gözlənilən CO2 azalmalarının cəmi qalan səylərə uyğun gəlməlidir. Yuxarıdakı nümunədə bu 150 000 tona uyğun gəlir: 1990-cı ildən başlayaraq CO2 emissiyalarını 100.000 ton azaltmağa artıq nail olduğunuzu nəzərə alaraq, sizin bu istiqamətdə “qalan” hədəfiniz ümumi CO2 emissiyalarını 150.000 ton azaltmaqdır. Bu variant, yalnız yaxın keçmişdə emissiyaların kadastrının monitorinqini həyata keçirdiyiniz və bu barədə DEFP / DEİFP şablonunda bildirdiyiniz halda etibarlıdır.
QEYDLƏR:
– Bu proqnozlar əməl olunması, fəaliyyət planında barəsində tədbirlər müəyyən etdiyiniz sektorlar üçün sektoral səviyyədə məcburidir.
– Yaxın baza ilini seçdiyiniz təqdirdə, bu iki variant eyni rəqəmlərə gətirib çıxarmalıdır. Bu variantlar uzaq keçmişə uzanan baza ilinə üstünlük verən şəhərlərin işini asanlaşdırmaq üçün hazırlanmışdır (məsələn, 1990).
– Bu rəqəmlərə əsaslanan qrafik məlumatlar Merlərin Razılaşmasının veb saytında imzalayan tərəflərin profillərində dərc olunacaq.
Sizin CO2 emissiyalarını azaltma hədəfiniz 2020 və ya 2030-cu il deyil, fərqli zaman aralığına malik olduqda nə etməli?
2020 və 2030-cu illər sizin Merlərin Razılaşmasından irəli gələn öhdəliklərinizin zaman aralığıdır. Bu səbəbdən və müqayisə apara bilmək naminə Razılaşmanın bütün imzalayanları 2020 və / və ya 2030-cu illər üçün hədəf müəyyən etməlidirlər. Məsələn, əgər sizin yerli hakimiyyət orqanı 2030-cu ildən o tərəfə uzunmüddətli hədəf qoymuş olarsa, bu halda 2020 və ya 2030-cu illər üçün sizin Razılaşma öhdəliyinizdən asılı olaraq əlavə aralıq hədəf təyin edilməlidir. DEFP/DEİFP şablonunda strategiya hissəsində sizə öz seçiminizə görə 2020, 2030 və da daha uzun müddətli hədəf (istəyə görə) təyin etmək imkanı verilir.
MONİTORİNQ HESABATI
MONİTORİNQ HESABATI
Monitorinq hesabatı nədir?
Əsas nailiyyətləri izləmək və fəaliyyət planını davamlı olaraq təkmilləşdirmək (korrektiv tədbirlər tələb olunduqda) üçün nəticələrin monitorinqi və qiymətləndirilməsi vacibdir. Razılaşmanı imzalayanlar həyata keçirilən tədbirlər və CO2 emissiyalarının azaldılması baxımdan əldə olunan nəticələrin ümumi mənzərəsini yaratmaq üçün mütəmadi olaraq monitorinq hesabatları təqdim etməyi öhdələrinə götürürlər.
Əlavə məlumatlar üçün Monitorinq üzrə qısa sorğu kitabçasına müraciət edin.
Monitorinq hesabatı özündə nələri ehtiva etməlidir və nə zaman təqdim olunmalıdır?
Razılaşmanı imzalayanlar üçün monitorinq üzrə iki müxtəlif variant var:
1) Tədbirlər haqqında hesabat
Fəaliyyət Planlarını təqdim etdikdən sonra hər iki ildən bir, Razılaşmanı imzalayan tərəflər öz fəaliyyətlərinə dair hesabatda aşağıdakılar daxil olmaqla öz irəliləyişlərinin monitorinqini aparmalıdır:
Fəaliyyətlərin icra statusu barədə keyfiyyət planında hesabat
Adaptasiyanın qiymətləndirmə şkalası, Risk və Həssaslıq Qiymətləndirməsi və adaptasiyaya yönəlmiş addımlar cədvəlinin yenilənməsinin seçilmiş variantı haqqında yenilənmiş məlumatlar.
2) Müfəssəl hesabat
Fəaliyyət Planını təqdim etdikdən sonra hər dörd ildən bir, Razılaşmanı imzalayanlar daha çox kəmiyyət xarakterli hesabat – yəni, Müfəssəl Hesabat təqdim etməlidir:
Emissiya Kadastrının və icra olunan tədbirlərin kəmiyyətlə ifadə olunan nəticələri, məsələn: qənaət olunan enerji həcmi, bərpa olunan enerji istehsalı, CO2 emissiyalarının azaldılması.
Adaptasiya qiymətləndirmə şkalasının, Risk və Həssaslıq Qiymətləndirməsinin yenilənməsi və 3 əsas adaptasiya tədbirinin minimum yenilənməsi
Hesabat vermə tələbləri minimaldır və həm Fəaliyyətlərə dair Hesabat, həm də Müfəssəl Hesabat imzalayan tərəfin öz öhdəliklərini yerinə yetirməsi istiqamətində nə dərəcədə uğurla irəlilədiyini başa düşmək üçün məqbul hesab etdiyi tezlikdə hazırlana bilər. Daha ətraflı məlumat üçün Razılaşmanın veb-saytındakı kitabxanada monitorinq üzrə qısa sorğu kitabçasına və “İqlim və Enerji üzrə Merlərin Razılaşmasına dair hesabat vermə təlimatları”na müraciət edin.
Monitorinq hesabatını necə təqdim etməli?
Razılaşmanı imzalayan tərəflər veb-saytın məhdud girişli bölməsi (“Mənim Razılaşmam”) vasitəsilə onlayn təqdimetmə sistemindən istifadə etməyə dəvət olunurlar. Bu prosedura aşağıdakı addımlar daxildir:
- Şəxsi identifikatorlarınızdan istifadə edərək “Mənim Razılaşmam” menyusuna daxil olun – siz istənilən zaman “daxil ol” bölməsində parolunuzu yeniləyə bilərsiniz.
- “Monitorinq şablonunu” ingilis dilində doldurun – Ana səhifənin üst hissəsindəki mavi menyuda “Mənim uğurlarım” > “Başla” və ya “Monitorinq şablonunu doldurun’ düyməsini sıxın. Monitorinqi, fəaliyyətlər haqqında hesabatdan (Emissiyaların Kadastrının Monitorinqi istisna olmaqla) və ya Müfəssəl Hesabatdan (yaxın keçmişə aid ən azı bir EKM daxil olmaqla) istifadə edərək aparmaq istədiyinizi seçin. Bütün yaşıl xanaların məcburi olduğunu unutmayın. Həmçinin, “Mükəmməllik Meyarları” kimi ən azı üç fəaliyyəti təqdim etməli olduğunuzu unutmayın.
- Monitorinq Hesabatı sənədini yükləyin (istəyə görə) – Monitorinq şablonunu doldurduqdan sonra Monitorinq Hesabatı sənədini əlavə etmək istəsəniz ”Monitorinq hesabatını yükləyin” düyməsini sıxın və sənədi PDF formatında yükləyin. Bunu etmək istəmirsizsə, “Təqdim et” düyməsini sıxaraq davam edin.
- Monitorinq hesabatının onlayn təqdimatını təsdiqləyin – monitorinq üçün doldurulmuş şablonun rəsmən təqdim edilməsi üçün ‘Təqdim et’ düyməsinə sıxın. 2017-ci ildə şablonun ilkin yoxlama sistemi təqdim ediləcək və onun sayəsində səhvlərin və ya uyğunsuzluqların aşkarlanmasına imkan yaranacaqdır. Bunun üçün siz “Bildiriş siyahısına bax” düyməsinə basmalısınız. Bu, BTM tərəfindən hazırlanmış və idarə olunan paralel onlayn proqram vasitəsilə həyata keçiriləcəkdir.
Şablonun doldurulma prosesi haqqında addım-ba-addım təlimat üçün veb- saytın kitabxanasında mövcud olan hesabatvermə təlimatlarına müraciət edin.
Monitorinq şablonunun təqdim olunması üçün son tarixin uzadılmasını necə tələb etmək olar?
Monitorinq şablonunun təqdim edilməsi üçün son tarixin uzadılmasını tələb etmək məqsədilə uzadılma sorğusunu qısa izahatla birlikdə info@eumayors.eu ünvanına göndərin. Sorğuya müsbət cavab verildiyi zaman sizə təsdiq bildirişi göndəriləcəkdir.
Fərdi İmzalayan tərəf olduqda (yəni Razılaşmanın hər hansı rəsmi koordinatoruna aid olmama):
Yerli hakimiyyət orqanlarının nəzarətindən kənar şəraitlər monitorinq hesabatının tamamlanması və təqdim edilməsini ləngitdiyi hallarda fərdi imzalayan tərəflər üçün bu müddəti 9 ay uzatmaq olar.
Razılaşmanın rəsmi koordinatoruna aid olduqda:
Razılaşmanın Rəsmi Koordinatoru (RRK) tərəfindən dəstəkləndiyiniz zaman, Koordinator bütün dəstəklənən imzalayan şəhərlər üçün 18 ay uzatma tələb edə bilər.
MÜKƏMMƏLLİK MEYARLARI (MÜTƏRƏQQİ TƏCRÜBƏ MİSALLARI)
MÜKƏMMƏLLİK MEYARLARI (MÜTƏRƏQQİ TƏCRÜBƏ MİSALLARI)
Sizin ən yaxşı təcrübələrinizi necə tanıtmalı?
Razılaşmanı imzalayan tərəflər aşağıdakı hərəkətləri yerinə yetirməlidirlər:
- “Mənim Razılaşmam” menyusuna daxil olun.
- “Mənim Fəaliyyət Planım” > “Mənim Dayanıqlı Enerji üzrə Fəaliyyət Planım” menyusuna gedin və “Ulduz” simvoluna sıxaraq “Mükəmməllik Meyarları” kimi qeyd olunacaq tədbirlər siyahısından müvafiq seçimləri edin. Nəzərə alın ki, yalnız hal-hazırda icra olunan tədbirlər təqdim edilə bilər.
Bütün məlumatları ingilis və ya rus dillərində doldurun: CO2 emissiyalarının azaldılması, enerjiyə qənaət, bərpa olunan enerji, icra xərcləri və / və ya yaradılan iş yerləri ilə bağlı əsas rəqəmlərlə birlikdə qeyd olunan tədbirlərin qısa təsvirini verin.
Razılaşmanın koordinatorları və dəstəkləyənləri aşağıdakı prosedurları qəbul etməlidir:
- “Mənim Razılaşmam” menyusuna daxil olun.
- “Mənim meyarlarım” > “Yeni meyar əlavə et” menyusuna gedin.
- Bütün məlumatları ingilis və ya rus dillərində doldurun, o cümlədən qısa təsviri, iştirak edən imzalayan şəhərlərin adını və Mükəmməllik Meyarının aid olduğu kateqoriyanı daxil edin.
Qeyd: Merlərin Razılaşması Ofisi təqdim edilən məlumatlar natamam olarsa və / və ya aidiyyəti fəaliyyətin icra mərhələsində olmadığı müəyyən olunarsa, təqdim edilmiş istənilən Mükəmməllik Meyarını ictimaiyyətə açıq internet səhifəsindən çıxarmaq hüququna malikdir.
Mükəmməllik Meyarları nədir?
Mükəmməllik meyarları qismində Razılaşmanı imzalayan şəhərlərin, koordinatorların və dəstəkləyən tərəflərin öz ərazilərində həyata keçirməklə xüsusilə qürur duyduqları və digər yerli hakimiyyət orqanlarının təkrarlamasına layiq hesab etdikləri faydalı tədbirlər başa düşülür.
Mükəmməllik meyarları kataloqu böyük təkrarlama potensialına malik mütərəqqi təcrübələri və nümayişə layiq fəaliyyətləri təşviq etmək üçün onlayn platforma təmin edir. Kataloqu burada araşdırmaq olar.
Monitorinq şablonunu təqdim edərkən, Razılaşmanı imzalayan tərəflər barəsində daha ətraflı məlumat verməli olduqları 3 fəaliyyəti (nailiyyəti) Mükəmməllik Meyarları kimi təqdim etməlidirlər.
YERLİ İQLİM VƏ ENERJİ GÜNLƏRİ
YERLİ İQLİM VƏ ENERJİ GÜNLƏRİ
Yerli iqlim və enerji günləri nədir?
İqlim və Enerji Günü, enerji səmərəliliyi, bərpa olunan enerji mənbələrindən istifadə, iqlim dəyişikliyinin təsirlərinə dözümlülük və enerji və iqlim dəyişikliyi arasında əlaqələr haqqında ictimaiyyətin məlumatlandırılmasını qarşıya məqsəd qoyan yerli səviyyəli hadisədir. Adətən xüsusi bir dövrdə təşkil edilir, hadisələrin növləri fərqli olsa da, bir qayda olaraq seminarlar, sərgilər, bələdçilərin rəhbərliyi altında səfərlər və açıq qapı günləri kimi fəaliyyətləri ehtiva edir. Yerli Enerji Günlərinə dair nümunələr Razılaşmanın onlayn gündəliyində təqdim olunur.
Enerji Günləri, bələdiyyə orqanları və / və ya digər təşkilatlar tərəfindən təşkil edilən digər tədbirlərlə (məsələn, şəhər / qəsəbə günü ilə birlikdə) keçirilə bilər.
Tədbirin təşkili zamanı sakinlərin və tədbir iştirakçılarının məlumat əldə etməsini asanlaşdıran broşura, buklet və kataloq kimi məlumatlandırıcı materialların mövcudluğuna diqqət yetirilməlidir.
Enerji günlərini niyə təşkil etməli?
Fəaliyyət planının bütün ərazini əhatə etdiyini nəzərə alaraq, təkcə bələdiyyə binaları və nəqliyyat vasitələri deyil, şəxsi evlər, xidmət sektoru və ictimai nəqliyyat da diqqətdən kənarda qalmalı deyil – buna görə də yerli maraqlı tərəflərin və vətəndaşların Fəaliyyət Planının hazırlanması və həyata keçirilməsinə cəlb olunması çox vacibdir.
Razılaşmaya imza atan hər bir tərəf öz enerji və iqlim məqsədlərinə yönəldilmiş səmərəli məlumatlandırma və maarifləndirmə kampaniyaları vasitəsilə onların cəlb olunma səviyyəsini yüksəldə bilər.
Necə dəstək almalı?
Merlərin Razılaşmasının internet səhifəsində MR-lə əlaqəli tədbirlərin gündəliyində sizin yerli enerji günlərinə dair həvəsləndirici materiallar tapa bilərsiniz.
Bundan əlavə, hər il Avropa Komissiyası enerji səmərəliliyi və bərpa olunan enerji həllərinə fokuslanmış Avropa Dayanıqlı Enerji Həftəsi (ADEH) keçirir. ADEH-in əsas hissəsi Avropada yerli hakimiyyət orqanları tərəfindən təşkil edilən Yerli Enerji Günlərindən ibarətdir.
Yerli Enerji Günü enerji səmərəliliyi və ya bərpa olunan enerjini təbliğ edən qeyri-kommersiya tədbiri, fəaliyyəti, layihəsi, sərgisi və ya tamaşası kimi təsvir olunur. Sərgilər, konfranslar, onlayn tədbirlər, tamaşalar, bələdçilərin rəhbərliyi altında turlar, açıq qapı günləri, seminarlar, media kampaniyaları və konsertlər kimi fəaliyyətlər buna xidmət edir.
ADEH-dən tam dəstəyi info@eusew.eu vasitəsilə əldə edə bilərsiniz.
MALİYYƏLƏŞDİRMƏ MEXANİZMLƏRİ
MALİYYƏLƏŞDİRMƏ MEXANİZMLƏRİ
Yeni Horizon 2020 proqramı çərçivəsində yerli hakimiyyət orqanlarına nə təklif olunur?
Horizon 2020, Aİ-nın yeddi illik (2014 – 2020) dövr üçün nəzərdə tutulmuş təxminən 80 milyard avroluq büdcəyə malik Tədqiqat və İnnovasiya proqramıdır. Proqram üç əsas sütun üzərində qurulmuşdur: Mükəmməl Elm, Sənayedə Liderlik və Sosial Məsələlər. Bu sütunlar müxtəlif prioritet sahələrə bölünür. İki sahə yerli hakimiyyət orqanları üçün xüsusilə maraqlıdır: “Təhlükəsiz, təmiz və səmərəli enerji” və “Ağıllı, yaşıl və inteqrasiya edilmiş nəqliyyat”. Yerli hakimiyyət orqanları üçün hər bir diqqət zonası üzrə “Təhlükəsiz, təmiz və səmərəli enerji” sahəsi çərçivəsində müəyyən edilmiş əsas prioritetlər bunlardır:
- Enerji səmərəliliyi: EE-5, EE-6, EE-8, EE-9, EE-10, EE-11, EE-15, EE-19, EE-22, EE-23, EE-24, EE- 25.
- Rəqabətli aşağı karbon emissiyalı enerji: LCE-21
- Ağıllı Şəhərlər və İcmalar: SCC-1, SCC-02, SCC-03
- Digər fəaliyyətlər: B.1.4. Dayanıqlı enerji üçün innovativ maliyyələşdirmə (EİB-ELENA Mexanizmi)
“Ağıllı, Yaşıl və İnteqrasiya edilmiş Nəqliyyat” sahəsinə gəldikdə, “Mobility for Growth” çağırışı çərçivəsində müəyyən olunan əsas prioritetlərdən bəziləri bunlardır:
- Şəhər hərəkətliliyi: MG-4,4, MG-4,5,
- Logistika: MG-5.3
- Ağıllı nəqliyyat sistemləri: MG-6.1, MG-6.2, MG-6.3
- Hökumət siyasətinin hazırlanması üçün siyasi-iqtisadi və sosial davranış tədqiqatları və gələcəyə hesablanmış fəaliyyətlər: MG-8.4, MG-8.5
Daha ətraflı məlumat üçün:
- Horizon 2020 çərçivəsində bütün çağırışlara burada baxın.
- Horizon 2020 haqqında ümumi məlumatlar, o cümlədən maliyyələşdirmə imkanları üçün müraciət qaydalarını burada tapa bilərsiniz?
Enerji Səmərəliliyi Çağırışına dair hər hansı sualınız olarsa EASME-Energy@ec.europa.eu və ya sizin H2020 Milli Əlaqələndirmə Mərkəzi ilə əlaqə saxlayın.
RAZILAŞMANI DƏSTƏKLƏYƏNLƏR
RAZILAŞMANI DƏSTƏKLƏYƏNLƏR
Müqaviləni dəstəkləyənlər kimlərdir?
Müqaviləni dəstəkləyənlər dedikdə yerli və regional hakimiyyət orqanları, şəbəkələr, tematik yerli və regional agentliklər, həmçinin Merlərin Razılaşmasını təbliğ etmək və öz üzvlərini və / və ya yerli hakimiyyət orqanlarını Razılaşmanın hədəflərinə nail olmaq istiqamətində səfərbər etmək və dəstəkləmək potensialına malik olan qeyri-kommersiya təşkilatlarının assosiasiyaları başa düşülür. Onlar, Merlərin Razılaşması təşəbbüsünü təşviq etmək və imzalayan şəhərlərin öhdəliklərini dəstəkləmək məqsədilə öz təbliğat, kommunikasiya və şəbəkələşmə fəaliyyətindən istifadə edirlər.
Razılaşmanı dəstəkləyənlərin siyahısını burada tapa bilərsiniz.
Razılaşmanı dəstəkləyənlərin rolu nədən ibarətdir?
Fəaliyyət göstərdikləri tənzimləyici, qanunvericilik və maliyyə mühiti haqqında ekspert biliklərinə malik olmaqla Razılaşmanı dəstəkləyənlər imzalayan şəhərlərə fərdi yanaşma tətbiq edərək konsultasiya vermək və mövcud təşəbbüslərlə sinerjini müəyyən etmək baxımdan ideal imkanlara malikdirlər. Onlar, həmçinin imzalayan tərəflərə texniki dəstək göstərə bilərlər. Razılaşmanı dəstəkləyənlərin öhdələrinə götürdükləri vəzifələrə aşağıdakılar daxildir:
- Merlərin Razılaşması təşəbbüsünü təbliğ etmək, mövcud və potensial imzalayan şəhərləri səfərbər etmək (Razılaşmanın təbliğat materiallarını milli və ya regional kontekstə uyğunlaşdırmaq, onun haqqında bülletenlər, veb saytlar, seminarlar, tədbirlər vasitəsilə təşviqat aparmaq).
- Merlərin Razılaşmasını imzalayan şəhərləri dəstəkləmək və konsultasiya vermək.
- Razılaşmanı imzalayan şəhərlər arasında bilik və təcrübə mübadiləsini təşkil etmək, ən yaxşı təcrübələri, alətləri və ya resursları onların arasında paylaşmaq.
- Birgə fəaliyyətlərin dəstəklənməsinə və bir-birilə əlaqəli yanaşmaların təşviqinə yönəlmiş Merlərin Razılaşması ilə bağlı siyasətlərə cəlb olunan Razılaşmanın digər tərəfdaşları və Milli/Ərazi koordinatorları, İmzalayan şəhərlər və maraqlı tərəflərlə yaxın əməkdaşlıq şəraitində işləmək.
- Dayanıqlı enerji və iqlim dəyişikliyinə adaptasiya ilə bağlı öz üzvlərinin və/və ya yerli hakimiyyət orqanlarının fəaliyyətlərinə daha yaxşı dəstək vermək.
- Merlərin Razılaşması fəaliyyətlərində iştirak etmək və Merlərin Razılaşmasının təbliğ oluna biləcəyi münasib tədbirləri müəyyən etməyə yardım göstərmək.
- Təşəbbüs çərçivəsində həyata keçirilən fəaliyyətlər barədə Merlərin Razılaşması Ofisinə mütəmadi olaraq (hər iki ildən bir) hesabat vermək və Razılaşmanın strategiyasının icrasında iştirak etmək.
Razılaşmanı dəstəkləyənlərin təşəbbüsdə iştirakı, yuxarıda göstərilən öhdəliklərə əməl edilmədiyi təqdirdə Merlərin Razılaşması Ofisi tərəfindən dayandırılacaqdır.
Razılaşmanı dəstəkləyən tərəf statusunun hansı üstünlükləri var?
Razılaşmanı dəstəkləyən tərəf olmanın üstünlükləri çoxdur:
- Avropa Komissiyası tərəfindən tanınma və dəstək;
- Beynəlxalq miqyasda, xüsusən də Razılaşmanın veb səhifəsində onların fəaliyyətlərini işıqlandırmaqla geniş kütlələrə tanınma;
- Avropalı həmkarlarla şəbəkələşmə və təcrübə və bilik mübadiləsi;
- Xüsusi müzakirə qrupları, seminarlar və digər təcrübə mübadiləsi platformalarında iştirak;
- Sonuncu, lakin bununla məhdudlaşmadan, ərazilərin inkişafının konsolidasiyası və yerli idarəetmənin gücləndirilməsi.
Praktikada təşkilatınız Razılaşmanı dəstəkləyən tərəf kimi, internet səhifəsinin “Mənim Razılaşmam” adlı şifrə ilə qorunan bölməsinə giriş imkanı əldə etmiş olursunuz. Bu bölmə bütün Razılaşma icması ilə məlumat və əsas verilənləri paylaşmaq və təşkilatınızı geniş ictimaiyyətə tanıtmaq üçün platforma təklif edir. “Mənim Razılaşmam” bölməsi vasitəsilə siz:
- Profilinizi hər zaman yenilənmiş saxlaya;
- Mükəmməllik Meyarlarını (yəni, həyata keçirdiyiniz əsas fəaliyyətlər) Razılaşma icmasına və ondan kənarda tanıda;
- Potensialın mübadiləsi məqsədilə platformada faydalı resursları yükləyə və paylaşa və müzakirə qruplarında iştirak edə;
- Tədbirləriniz haqqında məlumatları proqramda dərc edə;
- Razılaşma icması ilə şəbəkələşə (forumlar, vebinarlar, tədbirlər vasitəsilə) və başqalarının fəaliyyətlərindən ilham ala bilərsiniz.
Ekstranet (Mənim Razılaşmam) və ictimai profil sinxronizasiya edilir: ekstranetə daxil etdiyiniz məlumatların əksəriyyəti birbaşa ictimaiyyətə açıq internet səhifəsində əks olunur.
Necə qoşulmalı?
Təşkilatınız Razılaşmanın Rəsmi Dəstəkləyən tərəfdaşı olmağa maraq göstərirsə, aşağıdakı prosesdən keçməlidir:
- Onlayn qoşulma formasını doldurun.
- Uyğunluğun təsdiqindən sonra, sizə göndəriləcək öhdəlik bəyannaməsini doldurun və imzalayın və onu Razılaşmanın dəstək xidmətinə göndərin (info-east@eumayors.eu).
Müvafiq şəkildə doldurulmuş və imzalanmış öhdəlik bəyannaməsini qəbul etdikdən sonra, Merlərin Razılaşması Ofisi təşkilatınız üçün onlayn profil yaradacaq və bu sizə Merlərin Razılaşması icmasında fəal iştirak etmək və sizinlə əlaqəli imzalayan şəhərləri daha yaxşı dəstəkləməyə imkan verəcəkdir.
Razılaşmanı dəstəkləyənlər və İqlim və Enerji üzrə Merlərin Razılaşması
Mən Razılaşmanın Dəstəkləyicisi olmaq üçün tərəfdaşlıq razılaşmasını 2015-ci ildə və ya daha əvvəl imzalamışam – mən yeni təşəbbüsə qoşulmalıyammı?
Xeyr, Merlərin Razılaşmasının mövcud dəstəkləyənləri, LAREA və ya ortaq tərəfdaşlar üçün yeni təşəbbüsə qoşulmaq öhdəliyi yoxdur. Təşkilat öz statusunu saxlayacaq və imzalayan şəhərlərin 2030-cu il hədəflərinə çatması üçün öz öhdəliklərini təzələmə zərurəti və bunun zamanına dair qərar verə və onların adaptasiya tədbirlərini hazırlaya bilər. Lakin, siz öz üzvlərinizi və ərazinizdəki imzalayan şəhərləri onların ambisiyalarını gücləndirmək məqsədilə yeni təşəbbüsə qoşulmağa təşviq etməlisiniz.
Mən hələki Razılaşmanın dəstəkləyicisi deyiləm və yeni təşəbbüsə qoşulmaq istərdim – mən necə qoşula bilərəm?
Razılaşmanın dəstəkləyicisi statusunu əldə etmək və ya öhdəliyinizi yeniləmək üçün “Necə müraciət etməli” bölməsinə baxın.
RAZILAŞMANIN KOORDİNATORLARI
RAZILAŞMANIN KOORDİNATORLARI
Razılaşmanın koordinatorları kimlərdir?
Razılaşmanın koordinatorları, Merlərin Razılaşmasını imzalayan şəhərlərə və ona qoşulmaq istəyən bələdiyyələrə strateji rəhbərlik, texniki və maliyyə dəstəyi təmin etmək gücündə olan dövlət orqanlarıdır.
Maliyyə yardımı ilə yanaşı, Razılaşmanın koordinatorları adətən CO2 emissiyalarının kadastrını hazırlamaqda və / və ya iqlim dəyişməsi ilə bağlı risklərin qiymətləndirilməsində, eləcə də Dayanıqlı Enerji və İqlim üzrə Fəaliyyət Planlarının hazırlanmasında və icrasında imzalayan şəhərlərə dəstək göstərir.
Avropa Komissiyası Razılaşma çərçivəsində koordinatorların iki növünü tanıyır:
(i) Razılaşmanın Ərazi Koordinatorları – bunlar desentralizasiya olunmuş hakimiyyət orqanları, yəni rayonlar, əyalətlər və yerli hakimiyyət orqanları qrupudur,
(ii) Razılaşmanın Milli Koordinatorları – bunlar milli dövlət qurumları, yəni nazirliklər və ya milli energetika agentlikləridir.
Razılaşmanın koordinatorlarının siyahısı burada tanış ola bilərsiniz.
Razılaşmanın koordinatorlarının rolu nədən ibarətdir?
Avropa Komissiyası, Razılaşma Koordinatorlarını Merlərin Razılaşmasını imzalayan şəhərlərin öz öhdəliklərini yerinə yetirməsi və Razılaşmanın təsirini artırmağa dəstək göstərilməsi işində mühüm müttəfiqlər kimi tanıyır.
Razılaşma koordinatoru tərəfindən həyata keçiriləcək tipik vəzifələrə aşağıdakılar daxildir:
- Öz ərazilərində Merlərin Razılaşmasına qoşulmaq istəyən bələdiyyələrin sayını artırmağa kömək etmək və artıq qoşulmuş bələdiyyələr arasında təcrübə və bilik mübadiləsini dəstəkləmək;
- Dayanıqlı Enerji üzrə Fəaliyyət Planlarının / Dayanıqlı Enerji və İqlim üzrə Fəaliyyət Planlarının hazırlanması, icrası və monitorinqi üçün imzalayan bələdiyyələrə texniki və strateji yardım göstərilməsi;
- İmzalayan bələdiyyələrə həm birbaşa dəstək (qrantlar, subsidiyalar və s.) şəklində, həm də texniki dəstəyə ayrılan insan resursları vasitəsilə yardım göstərmək;
- Ortaq tədbirlərə yardım göstərmək və koordinasiyalı yanaşma tətbiq etmək üçün Razılaşmanın digər Milli / Ərazi koordinatorları və tərəfdaşları ilə yaxın əməkdaşlıq mühitində işləmək;
- Merlərin Razılaşması fəaliyyətlərində iştirak etmək və Merlərin Razılaşmasının təbliğ oluna biləcəyi münasib tədbirləri müəyyən etməyə yardım göstərmək;
- İmzalayan şəhərləri dəstəkləmək üçün həyata keçirilən fəaliyyətlər barədə Merlərin Razılaşması Ofisinə mütəmadi olaraq (hər iki ildən bir) hesabat vermək və Razılaşmanın strategiyasının icrasında iştirak etmək.
Razılaşma Koordinatorunun təşəbbüsdə iştirakı, yuxarıda göstərilən öhdəliklərə əməl edilmədiyi təqdirdə Merlərin Razılaşması Ofisi tərəfindən dayandırılacaqdır.
Razılaşma Koordinatoru statusunun hansı üstünlükləri var?
Razılaşma Koordinatoru olmanın üstünlükləri çoxdur:
- Avropa Komissiyası tərəfindən tanınma və dəstək.
- Beynəlxalq miqyasda, xüsusən də Razılaşmanın veb səhifəsində onların fəaliyyətlərini işıqlandırmaqla geniş kütlələrə tanınma.
- Avropalı tərəfdaşlarla şəbəkələşmə və təcrübə və bilik mübadiləsi.
- Hazırlanmış alətlər və metodologiyalara dair elmi və texniki rəylər
- Xüsusi müzakirə qrupları, seminarlar və digər təcrübə mübadiləsi platformalarında iştirak.
- Sonuncu, lakin bununla məhdudlaşmadan, ərazilərin inkişafının konsolidasiyası və yerli idarəetmənin gücləndirilməsi.
Praktikada siz Razılaşma Koordinatoru kimi, internet səhifəsinin “Mənim Razılaşmam” adlı şifrə ilə qorunan bölməsinə giriş imkanı əldə etmiş olursunuz. Bu bölmə bütün Razılaşma icması ilə məlumat və əsas verilənləri paylaşmaq və idarənizi geniş ictimaiyyətə tanıtmaq üçün platforma təklif edir.
“Mənim Razılaşmam” bölməsi vasitəsilə siz:
- Profilinizi, həmçinin yerli hakimiyyət orqanlarının profillərini hər zaman yenilənmiş saxlaya.
- İmzalayanları sizin onlayn profilinizə qoşulmağa dəvət edə.
- Sizin ərazidə olan imzalayan şəhərlərin nailiyyətlərini (DEFP, DEİFP, monitorinq və s.) izləyə.
- Sizin ərazidə olan imzalayan bələdiyyənin DEFP-i təqdimetmə müddətinin 18 ay uzadılması barədə sorğu verə bilərsiniz. Bax, uzadılma sorğusunun təqdim etmə qaydaları.
- Sizin ərazidə olan imzalayan bələdiyyənin monitorinq hesabatını təqdimetmə müddətinin 18 ay uzadılması barədə sorğu verə bilərsiniz. Bax, uzadılma sorğusunun təqdim etmə qaydaları.
- Mükəmməllik Meyarlarını (yəni, həyata keçirdiyiniz əsas fəaliyyətlər) Razılaşma icmasına və ondan kənarda tanıda.
- Potensialın mübadiləsi məqsədilə platformada faydalı resursları yükləyə və paylaşa və müzakirə qruplarında iştirak edə.
- Tədbirləriniz haqqında məlumatları proqramda dərc edə.
- Razılaşma icması ilə şəbəkələşə (forumlar, vebinarlar, tədbirlər vasitəsilə) və başqalarının fəaliyyətlərindən ilham ala bilərsiniz.
Ekstranet (Mənim Razılaşmam) və ictimai profil sinxronizasiya edilir: ekstranetə daxil etdiyiniz məlumatların əksəriyyəti birbaşa ictimaiyyətə açıq internet səhifəsində əks olunur.
Necə qoşulmalı?
Əgər sizin idarə Razılaşmanın Rəsmi Koordinatoru olmağa maraq göstərirsə, aşağıdakı prosesdən keçməlidir:
- Onlayn qoşulma formasını doldurun.
- Uyğunluğun təsdiqindən sonra, sizə göndəriləcək öhdəlik bəyannaməsini doldurun və imzalayın və onu Razılaşmanın dəstək xidmətinə göndərin (info-east@eumayors.eu).
Müvafiq şəkildə doldurulmuş və imzalanmış öhdəlik bəyannaməsini qəbul etdikdən sonra, Merlərin Razılaşması Ofisi idarəniz üçün onlayn profil yaradacaq və bu sizə Merlərin Razılaşması icmasında fəal iştirak etmək və sizinlə əlaqəli imzalayan şəhərləri daha yaxşı dəstəkləməyə imkan verəcəkdir.
Razılaşmanın Koordinatoru və İqlim və Enerji üzrə Merlərin Razılaşması
Mən Razılaşma Koordinatoru olmaq üçün 2015-ci ildə və ya daha əvvəl tərəfdaşlıq razılaşmasını imzalamışam – mən yeni təşəbbüsə qoşulmalıyammı?
Xeyr, Merlərin Razılaşmasının mövcud koordinatorları üçün yeni təşəbbüsə qoşulmaq öhdəliyi yoxdur. İdarə öz statusunu saxlayacaq və imzalayan şəhərlərin 2030-cu il hədəflərinə çatması üçün öz öhdəliklərini təzələmə zərurəti və bunun zamanına dair qərar verə və onların adaptasiya tədbirlərini hazırlaya bilər. Lakin, siz ərazinizdəki imzalayan şəhərləri onların ambisiyalarını gücləndirmək məqsədilə yeni təşəbbüsə qoşulmağa təşviq etməlisiniz.
Mən hələki Razılaşmanın dəstəkləyicisi deyiləm və yeni təşəbbüsə qoşulmaq istərdim – mən necə qoşula bilərəm?
Razılaşmanın koordinatoru statusunu əldə etmək və ya öhdəliyinizi nəzərdən keçirmək üçün “Necə müraciət etməli” bölməsinə baxın.
YERLİ VƏ REGİONAL ENERGETİKA QURUMLARI (LAREA)
YERLİ VƏ REGİONAL ENERGETİKA QURUMLARI (LAREA)
Nə üçün LAREA-lar Merlərin Razılaşmasına cəlb olunmalıdır?
Merlərin Razılaşmasının tələb və məqsədlərinə nail olmaq təkcə siyasi öhdəlik deyil, eyni zamanda texniki bacarıqlar tələb edir. Yerli və regional energetika qurumları onilliklər boyunca bu sahələrdə aktiv fəaliyyət göstərir və onların yerli enerji siyasətində bilik və təcrübəsi Razılaşmaya imza atan şəhərlər üçün çox faydalı ola bilər. Buna görə də, Merlərin Razılaşması energetika qurumları üçün onların rolunun daha yaxşı tanınması və fəaliyyətlərinin daha geniş təbliğ edilməsi üçün yaxşı bir fürsətdir.
Yerli və regional energetika qurumları öz missiyalarından irəli gələn ikiqat vəzifəni yetirməlidir: birincisi, öz ərazilərində yerləşən şəhər və qəsəbələrə Merlərin Razılaşmasının təbliğatçısı kimi, ikincisi isə, xüsusilə də öz öhdəliklərini yerinə yetirmək üçün zəruri maliyyə və / və ya insan resurslarından korluq çəkən Razılaşmanı imzalayan bələdiyyələrə texniki dəstəyin təminatçıları kimi.
Nəticə etibarilə, LAREA-ların öz ərazilərində Merlərin Razılaşmasının tələblərinə və məqsədlərinə nail olmaq istiqamətində birbaşa dövlət orqanları ilə yeni (yenilənmiş) əməkdaşlıq müqavilələrinə daxil olması alqışlanır. LAREA-lar Merlərin Razılaşmasını dəstəkləyən tərəf ola bilər, həm də Razılaşmanın Koordinatorları ilə sıx əməkdaşlıq edərək, Razılaşmanı imzalayan tərəflərə texniki dəstək göstərilməsində onların silahlı qanadı kimi çıxış edə bilərlər.
Merlərin Razılaşması prosesinə necə qoşulmalı?
Milli energetika qurumları “Razılaşmanın Koordinatorları’ kimi iştirak edə bilər.
Yerli və regional energetika qurumları öz ərazilərində yerli və regional hakimiyyət orqanlarına dəstək göstərəcəklərinə dair öhdəlik sənədini imzalamaqla Razılaşmanın Dəstəkləyicisi (tərəfdaşı) ola bilərlər. Prosedur haqqında daha ətraflı məlumat burada verilir.
MERLƏRİN RAZILAŞMASI ŞƏRQ ƏMƏKDAŞLIQ PLATFORMASI
MERLƏRİN RAZILAŞMASI ŞƏRQ ƏMƏKDAŞLIQ PLATFORMASI
Əməkdaşlıq platforması nədir?
Əməkdaşlıq platforması, keçmiş Şərq blokundan və postsovet ölkələrindən olan Merlərin Razılaşmasını imzalayan tərəflərə hədəflənmiş elektron poçt müzakirəsi siyahısıdır. Bu bələdiyyələr bu günə qədər həmin yerli hakimiyyət orqanlarının fəaliyyət çərçivəsinə təsir edən ümumi tarixi və köhnə inzibati struktura malikdir. Əməkdaşlıq platforması imzalayan tərəflərə EBK / DEFP-in hazırlanması, icrası və monitorinqi mövzularında bir-birilə təcrübə mübadiləsi aparmaq imkanı təqdim edir. Xüsusən, platforma prosesə yeni qoşulanların öndərlərdən məsləhət almalarına imkan yaradır.
Kimlər platformanın iştirakçısı ola bilər?
Köhnə Şərq bloku və postsovet məkanından olan ölkələri təmsil edən Razılaşmanı İmzalayan bələdiyyələr, koordinatorlar və Razılaşmanı dəstəkləyənlər.
Hansı mövzular müzakirə olunmalıdır?
EBK / DEFP-in hazırlanması və icrası, həmçinin monitorinqi ilə bağlı hər hansı texniki sual və ya tövsiyə. Inzibati suallar (şifrə, ekstranet, son tarixin uzadılması və s. kimi məsələlər) üçün müvafiq dəstək xidməti ilə əlaqə saxlayın: info-east@eumayors.eu (Merlərin Razılaşmasının Şərq təşəbbüsü) və ya info@eumayors.eu (MRO).
Dil
Siz məktubunuzu ingilis və ya rus dilində yazmaqda sərbəstsiniz.
Mən platformaya harada və necə qoşula bilərəm?
E-poçt ünvanınız və şifrənizlə ekstranetdə “mənim razılaşmam” bölməsinə daxil olun. “Mənim hesabım” > “Mənim profilim” menyusuna keçin və Razılaşmanın Şərq Müzakirə siyahısı üçün “hə” düyməsini sıxaraq platformaya abunə olun.E-poçt ünvanınız və şifrənizlə ekstranetdə “mənim razılaşmam” bölməsinə daxil olun. “Mənim hesabım” > “Mənim profilim” menyusuna keçin və Razılaşmanın Şərq Müzakirə siyahısı üçün “hə” düyməsini sıxaraq platformaya abunə olun.
http://lists.eumayors.eu/sympa ünvanına daxil olun və “Birinci Giriş?’ düyməsinə sıxın. E-poçt ünvanınızı daxil edin və “İlk parolu tələb et” düyməsini sıxın. Şifrə e-poçt ünvanınıza göndəriləcəkdir. Xahiş edirik, şifrə məktubunun spam-a daxil olub-olmadığını yoxlayın.
Əməkdaşlıq platformasından necə istifadə etməli?
Əməkdaşlıq platformasından istifadə edərək, ona abunə olan hər kəsə mesaj göndərə bilərsiniz. Platformaya abunə olduğunuz zaman, covenant-east-discussions@lists.eumayors.eu ünvanına elektron poçtla mesaj göndərə bilərsiniz. Müzakirə siyahısına abunə olan hər kəs sualınızla birlikdə elektron poçt məktubu alacaqdır. Digər abunəçilər tərəfindən göndərilən suala cavab vermək istəyirsinizsə, covenant-est-discussions@lists.eumayors.eu ünvanına geri cavab verərək sualı cavablandırın.
Platformadan necə çıxmaq olar?
Əməkdaşlıq platformasından çıxmaq üçün e-poçt ünvanınız və şifrənizlə “Mənim Razılaşmam” adlı ekstranet bölməsinə daxil olun. “Mənim hesabım” > “Mənim profilim” menyusuna keçin və Razılaşmanın Şərq Müzakirə siyahısı üçün “no” düyməsini sıxaraq platformadan çıxın.