Ukrayna, Mirgorod: Mərkəzləşdirilmiş istilik sisteminin modernləşdirilməsi
Mərkəzləşdirilmiş istilik sisteminin modernləşdirilməsi iki alt layihəni əhatə etmişdir:
• Mirgorodda Yerli Alternativ Enerji Mənbələri (2013 – 2015);
• Mərkəzləşdirilmiş istilik sisteminin modernləşdirilməsi və tələbə əsaslanan istilik təchisat siteminin tətbiqi (2016 – 2018).
Bu iki alt layihənin məqsədi yerli mərkəzləşdirilmiş istilik sisteminin səmərəliliyini artırmaq, istilik enerjisi istehsalı üçün yerli biokütlənin istifadəsini tətbiq etmək, istilik enerjisi və isti su təchizatı xidmətlərinin keyfiyyətini yaxşılaşdırmaq, CO2 emissiyalarını və enerji hesablarını azaltmaq idi. Layihələr, Myrgorod bələdiyyəsi ilə əməkdaşlıqda və MR Ərazi Koordinatoru olaraq Poltava regional administrasiyası dəstəyi ilə həyata keçirilmişdir.