Moldova, Kantemir və Oknita: Küçə işıqlandırmasının modernləşdirilməsi
Bu, iki kiçik bələdiyyənin, Merlərin Razılaşması Təşəbbüsü çərçivəsində qlobal hədəflərə yerli səviyyədə necə töhfə verə biləcəklərinə dair uğur hekayəsidir. Tədbirlər Moldova Respublikasının Kantemir və Oknitsa şəhərlərində baş verdi. Hər iki şəhər 2020-ci ilə qədər enerji istehlakını və CO2 emissiyalarını 20% azaltmağa qərar vermiş və Dayanıqlı Enerji üzrə Fəaliyyət Planı (DEFP) hazırlamışdır. DEFP daxil olan onlarla layihə arasında bələdiyyələr yenilikçi texnologiyalardan və ən yaxşı Avropa təcrübələrindən istifadə edərək küçə işıqlandırma sistemlərinin modernləşdirilməsinə yönəlmiş və həyata keçirmişdirlər.