Maliyyələşdirmə üçün Layihə Təklifləri

Bu bölmədə, ən qabaqcıl Saziş imzalayanların təqdim etdiyi bələdiyyə layihələri təkliflərinin məlumat bazasını təqdim edilir. Məlumat bazası yerli investisiyaların şəffaflığını artırmaq və yerli və regional hakimiyyət orqanları, yerli maraqlı tərəflər və potensial  milli və beynəlxalq maliyyə qurumlar  arasında uyğun seçim imkanlarını artırmaq üçün hazırlanmışdır, bununla da MR Şərq imzalayan ölkələrin DEFP / DEİFP tədbirlərinin həyata keçirilməsini asanlaşdırır.


Təkliflər milli layihə səviyyəsində  birləşdirilir və hər ölkədən asılı olaraq aşağıdakı sektorları əhatə edir:

  • İqlim
  • Mərkəzləşdirilmiş istilik təchizatı
  • Enerji səmərəli binalar
  • Enerji səmərəli nəqliyyat
  • Bərpa olunan enerji
  • Küçələrin işıqlandırılması
  • Tullantıların idarə olunması

Hər bir sektorda yüklənə bilən formalar hər bir bələdiyyə layihəsi təklifinin qısa xülasəsini təqdim edir: əlaqələndirici şəxslər, pilot qurğular və ya obyektlər daxil olmaqla bələdiyyə haqqında məlumat, təklif olunan tədbirlərin texniki tərəfləri, tələb olunan investisiyalar və gözlənilən enerjiyə qənaət və İstixana Qazlarının  emissiyasının azaldılması faydaları.
Məlumat milli dillərdə və bəzən İngilis dilində də mövcuddur.
Layihə təklifləri ilə bağlı əlavə məlumat almaq üçün ya MR Şərq Milli Ofisi və ya birbaşa müraciət edən bələdiyyələrlə əlaqə saxlayın.

CoM East Flyer AZ

Ermənistanda bələdiyyə layihəsi təklifləri üçün veb saytın İngilis dilindəki versiyasını burada tapa bilərsiniz və ya milli dil variantını buradan aça bilərsiniz.

Bültenimize abunə olun