CoM East Konsorsiumu

ENERGY CITIES / ENERJİ ŞƏHƏRLƏRİ

Energy Cities (Konsorsiumun lideri) enerji keçidində yerli hakimiyyət orqanlarının Avropa Assosiasiyasıdır. 2017-2020-ci illərdə Energy Cities assosiasiyasına 11 Avropa ölkələrinin İdarə Heyəti ilə Heydelberq şəhəri (Almaniya) Başçılıq edirdi. 1990-cu ildə yaradılan Assosiasiya 30 ölkədə 1000-dən çox böyük və kiçik şəhərləri təmsil edir. Energy Cities assosiasiyasının idarələri Brüssel (Belçika) və Bezanson (Fransa) şəhərlərində yerləşir.

CLIMATE ALLIANCE / İQLİM ALYANSI

Climate Alliance - Avropanın 1990-cu ildə təsis edilən ən böyük yerli şəbəkəsi olaraq, 26 Avropa ölkələrində təxminən 1700 kiçik və böyük şəhərləri, kəndləri eləcə də iqlim dəyişikliyi ilə fəal mübarizə edən müxtəlif regional hakimiyyət orqanlarını, QHT və digər təşkilatları birləşdirir. Alyansın üzvləri, müxtəlif əhali göstəriciləri olan kəndlər və şəhərlər iqlim dəyişikliyini yerli səviyyədə qərar qəbul etmə tələb edən qlobal məsələ hesab edir.

Kommunalkredit Public Consulting

KPC, 1993-cü ildən Kommunalkredit bankının tərkibində və 2003-cü ildən etibarən qrupda ayrıca hüquqi şəxs olaraq fəaliyyət göstərən Avstriyanın məsləhətçi şirkətidir.

 

KPC məsləhət və proqram idarəetmə xidmətləri təklif KPC məsləhət və proqram idarəetmə xidmətləri təklif edir və dövlət sektoru müştəriləri və müvafiq olaraq beynəlxalq maliyyə qurumları üçün tərəfdaş və xidmət təminatçısı rolunu oynayır.

 

Bu illər ərzində KPC enerji effektivliyi və bərpa olunan enerji, su təchizatı və sanitariya, çirklənmiş ərazilər, iqlim maliyyələşdirilməsi və həmçinin inkişaf məsələləri üzrə məsləhətlər, ətraf mühit fondunun idarə edilməsi, maliyyə alətlərinin hazırlanması və tətbiqi kimi siyasi məsləhətlər sahələrində zəngin təcrübə toplamışdır. KPC-nin iştirakı müxtəlif sektorlarda və ölkələrdə davamlı iqtisadi, sosial və ekoloji inkişafa köməklik edir.

 

Keyfiyyət idarəetməsi KPC üçün əsas prioritetdir. Şirkət ISO 9001 uyğun olaraq sertifikatlaşdırılmışdır və daxili proseslərdə və xidmətlərin göstərdiyi zamanı ən yüksək keyfiyyət idarəetmə standartlarını tətbiq edir. Hər bir iş üçün KPC müştərinin ehtiyaclarına uyğun keyfiyyət idarəetmə konsepsiyasını seçir.

ENERGY EFFICIENT CITIES OF UKRAINE / Ukrayna Səmərəli Enerji şəhərləri

Ukrayna Səmərəli Enerji şəhərləri (EECU) 2007-ci ildə təsis edilmişdir. Bu gün EECU Ukraynanın bütün regionlarından 85-dən çox böyük və kiçik Ukrayna şəhərlərini birləşdirir. EECU özü iki Avropa yerli hakimiyyət orqanları assosiasıyasının, "Energy Cities" and "Climate Alliance"-in, üzvüdür, və Merlərin Razılaması üzrə Ukraynada yeganə milli dəstək strukturudur.

 

EECU yerli özünü idarəetmə orqanlarının könüllü, qeyri-hökümət və qeyri-kommersiya birliyi olaraq, üzvlərinin və müvafiq ərazi icmalarının müasir məlumat, yeni texnologiyalar, investisiyalar, Ukrayna və xarici tərəfdaşlar arasında enerji resurslarının səmərəli və qənaətli istifadəsi sahəsində əməkdaılığın və təcrübə mübadiləsinin inkişaf etdirilməsi ehtiyaclarını təmin etmək, yüksək keyfiyyətli enerji xidmətləri göstərmək, enerji təhlükəsizliyini artırmaq, ətraf mühiti qorumaq və yaşayış məntəqələrinin dayanıqlı inkişafını təmin etmək məqsədilə yaradılmışdır.

ALLIANCE FOR ENERGY EFFICIENCY AND RENEWABLES / MOLDOVANIN ENERJİ EFFEKTİVLİYİ VƏ BƏRPA OLUNAN ENERJİ ÜÇÜN ALYANSI

Enerji səmərəliliyi və bərpa olunan enerji mənbələri alyansı (Alliance for Energy Efficiency and Renewables (AEER) Moldova Respublikasının enerji sektorunda aparıcı QHT-dir. AEER-in məqsədi enerji səmərəliliyi, bərpa olunan enerji mənbələri və ətraf mühitin qorunması sahəsində strategiyaların və siyasətlərin təşviqinə kömək etməkdir. Bunun üçün AEER enerji siyasəti islahatına dəstək; yerli dövlət orqanlarına dəstək; İƏ və kommunikasiya daxil olaraq üç əsas sahələri əhatə edən "yuxarıdan aşağı" və "aşağıdan yuxarı" kompleks yanaşma tətbiq edir. 2012-ci ildən AEER Aİ-nin "Merlərin Razılaşması" təşəbbüsü çərçivəsində bələdiyyələrə dəstək strukturu kimi çıxış edərək MR öhdəliklərinin yerinə yetirilməsi üçün texniki və maliyyə məsələlərində metodoloji yardım göstərir. Bu səylərin nəticəsi olaraq regionda enerji səmərəliliyi, texnologiyaları və nou-hau ilə bağlı bir sıra nümayiş layihələri həyata keçirilmişdir.

INTERAKCIA BELARUS

İnterakcia Fondu Belarus bölgələri və şəhərlərində dayanıqlı inkişaf üçün şərait yaradan və şəraiti yaxşılaşdıran qeyrı-hökumət, qeyri-kommersiya təşkilatıdır.

 

Interakcia hesab edir ki, unikal regional xüsusiyyətlərə əsaslanan belə şəraitlər nəticədə yerli əhalinin həyat keyfiyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına gətirib çıxarmalıdır.

 

Hər region irəli getmək üçün öz unikal potensialını inkişaf etdirən ərazidir. Fondun fəaliyyətinin məqsədi belə regional potensialı aşkar etmək və artırmaqdır. Regionda investorları və turistləri cəlb etmək imkanları olduqda, biznes imkanları və istirahət obyektləri təmin edildikdə onun davamlı və dayanıqlı inkişafı təmin edilə bilər. Interakcia mütəxəssisləri 20 Belarus vilayətində işləyib və orada bir çox inkişaf layihələrini həyata keçirmişdir. Bu təşəbbüslər iqtisadi inkişafı sürətləndirir, yerli ətraf mühiti mühafizə edir, rahat infrastrukturu inkişaf etdirir, regional mədəni irsi təşviq edir və yerli əhalini qərar qəbul etmə prosesinə cəlb edir.

ENERGY EFFICIENCY CENTRE GEORGIA / Gürcüstan Enerji səmərəliliyi mərkəzi

EECG 1998-ci ildə Avropa İttifaqı tərəfindən "Gürcüstanda Enerji səmərəliliyi mərkəzinin və təbii enerji təhsilinin inkişafı" Aİ Tasis layihəsi çərçivəsində yaradılmışdır.

 

Yarandığı gündən EECG dayanıqlı inkişaf üçün bərpa olunan enerjinnin və enerji səmərələliyinin tətbiqini və nəticə olaraq milli enerji təhlükəsizliyi səviyyəsinin artmasını və mənfi ekoloji təsirlərin minimuma endirilməsini dəstəkləyir. Enerji istehsalı və istehlakının ekoloji təmiz və iqtisadi cəhətdən səmərəli yolları eləcə də bərpa olunan enerji və enerji səmərəliliyi barədə vətəndaş cəmiyyətini və ölkənin qərar qəbul edənlərini məlumatlandırmaq.

 

2014-cü ildən EECG Merlərin Razılaşmasını Dəstəkləyən qurumdur.

 

Yaşıl İqlim Fondunun (Green Climate Fund) müşahidəçisi kimi qeydə alınmışdır.

UNION OF COMMUNITIES OF ARMENIA / Ermənistan İcmalar İttifaqı

Ermənistan İcmalar İttifaqı 1997-ci ildə təsis edilmişdir və Ermənistanın bütün kənd və şəhər özünüidarəetmə orqanlarını birləşdirir.

 

Qeyri-hökumət təşkilatı kimi fəaliyyətə başlayan Assosiasiya 2009-cu ildə yenidən təşkil edilərək hüquqi şəxslər birliyinə çevrilmişdir. Birliyin qanunla müəyyən edilmiş əsas məqsədləri yerli özünü idarəetməni təşviq etmək, üzv icmaların maraqlarını müdafiə etmək, yerli özünü idarəetmə orqanlarının potensialını gücləndirmək və üzv icmalar arasında əməkdaşlığı təşviq etməkdir.

Bültenimize abunə olun