İqlim dəyişmələrinə uyğunlaşma

İqlim dəyişmələrinə uyğunlaşma

İqlim və Enerji üzrə Merlərin Razılaşmasını imzalaynalar iqlim dəyişmələrinin mənfi təsirlərinin yumşaldılması və ona uyğunlaşmaya kompleks yanaşmanı tətbiq etmək eləcə də öz vətəndaşları üçün dayanıqlı, etibarlı və münasib enerjinin əlçatanlığını asanlaşdırmaq öhdəliklərini üzərinə götürür.

İqlim dəyişmələrinin mənfi təsirlərinin yumşaldılmasına və ona uyğunlaşmaya kompleks yanaşmanın tətbiqi uzlaşmanı təmin edir, sinerji və əlaqəli fayda yaradır, iqtisadi səmərəliliyi artırır və müvafiq uyğunsuzluğun qarşısını almağa kömək edir.

Həqiqətən kompleks yanaşmanı necə tərtib etmək və uyğunlaşma və yumşaltma arasında əlaqələri necə təmin etmək üçün bu qısa məqaləni və Climate-ADAPT (İqlim-UYĞUNLAŞMA) barədə bu açıqlamanı oxuyun.

Merlərin Adapt (Uyğunlaşma) təşəbbüsü Merlərin Razılaşmasına tamamilə inteqrə olunmuşdur

Merlərin Uyğunlaşması - İqlim dəyişmələrinə uyğunlaşmaya dair Merlərin Razılaşması təşəbbüsü, iqlim dəyişmələrinə yönəldilmiş tədbirlərə şəhərlərin cəlb edilməsi üçün Avropa Komissiyası tərəfindən yaradılmışdır. Onun həyata keçirilməsi 2014-cü ildə, iqlim dəyişmələrinin mənfi təsirlərini yumşaltmaq məqsədilə Merlərin Razılaşması ilə parallel olaraq icra olunan uyğunlaşma təşəbbüsü kimi başlanılmışdır. 2015-ci ildə Avropa Komissiyası iqlim və enerji tədbirlərinə kompleks yanaşmanı təşviq etmək məqsədilə bu iki təşəbbüsü birləşdirdi. 2017-ci ildən başlayaraq uyğunlaşma komponenti və, müvafiq olaraq, Merlərin Uyğunlaşma təşəbbüsü İqlim və Enerji üzrə Merlərin Razılaşmasına tam şəkildə inteqrə olundu.

Uyğunlaşma şəhərlər üçün nə deməkdir?

İqlim dəyişmələrinin təsirlərini yumşaltmaq üçün qaz emissiyalarının azaldılması ilə yanaşı şəhərlər həmçinin iqlim dəyişmələrinin qaçılmaz olan mənfi təsirlərinə dayanıqlığı artırmalıdırlar.

İqlim dəyişmələri, müəyyən bölgə və yerli fərqlərlə, bütün ölkələrə və şəhərlərə təsir edəcəkdir. Şəhərlər ekstremal hava şəraitlərinə, xüsusilə, güclü daşqınlara, istilik dalğaları və ya şiddətli fırtınalara və s. qarşı xüsusilə həssas ola bilər. Onlardan çoxları iqlim dəyişikliyinin başqa təsirlərinə, xüsusilə, sağlamlığa təsir, tikililərə ziyan dəyməsi, elektrik enerjisi və su təchizatının kəsilməsi, nəqliyyatın dayanması eləcə də istilik və soyutma üçün enerji istehlakının artması və bununla da daha çox iqlim dəyişkliyi və enerji xərcləri ilə üzləşmişdir.

Uyğunlaşma yeni imkanlar yaradır

İqlim dəyişmələrinə uyğunlaşma sosial-iqtisadi sistemimizin iqlim dəyişmələrinin mənfi təsirlərinə dayanıqlığının artması üçün zəruridir. İqlim dəyişmələrinə uyğunlaşma şəhərinizin daha təhlükəsiz, daha sağlam, daha yaşıl və sakinlər və qonaqlar üçün daha rahat olması yoludur. Təsirlərin yumşaldılması və onlara uyğunlaşma bir çox imkanlar yaradır. Səmərəli uyğunlaşma tədbirləri, əsasən nəticələrin aradan qaldırılması üçün ümumi xərcləri məhdudlaşdıraraq, təbii və insan resurslarına qənaət edərək və iqtisadi inkişafı stimullaşdıraraq çox vaxt karbon dioksidi emissiyalarının azaldılmasına kömək edir.

İqlim Dəyişmələri üzrə Hökumətlərarası Panelin qəbul etdiyi Uyğunlaşma anlayışı: Real və ya gözlənilən iqlim dəyişmələrinə cavab olaraq təbii və ya antropogenik sistemlərin uyğunlaşması və öz zəifliyinin azaltması və əlverişli şəraitdən istifadə etməsi.

Bələdiyyələrin uyğunlaşma strategiyaları ölkələrin iqlim dəyişmələrinin təsirlərinə qarşı dayanıqlığının gücləndirilməsi üçün çərçivə yaradır.

Təsirlərin yumşaldılması və planlaşdırma siyasətlərinə uyğunlaşmanın daxil edilməsi şəhər merlərinə və siyasi liderlərə şəhərlərini yaşamaq üçün daha əlverişli yer etmək imkanı verir. Şəhərsalmada stereotiplərin dağıdılması mənzil təsərrüfatı və ya ictimayi yaşıllıqların yaradılması kimi sektorlarda investisiyaları və innovativ konsepsiyaları stimullaşdırır. Maraqlı tərəflərin iştirakının gücləndirilməsi vətəndaşlar və dövlət orqanları arasında uğurlu əməkdaşlıq üçün zəmin yaradır və bundan gələcək siyasətlər faydalana bilər. İqlim dəyişmələrinin təsirlərinə hazırlığa sərmayələr qoyaraq şəhərlər daha cəlbedici, daha sağlam və daha təhlükəsiz olur.

Merlərin Razılaşması uyğunlaşma haqqında hansı məlumatı təmin edir?

Hal-hazırda Merlərin Razılaşmasının Monitorinq və hesabat sistemi iqlim dəyişmələrinə uyğunlaşma üzrə bölməni daxil edir:

Dayanıqlı Enerji və İqlim üzrə Fəaliyyət Planının (DEİFP) (The Sustainable Energy and Climate Action Plan (SECAP) şablonu şəhərlərin uyğunlaşma statusunu qiymətləndirmək üçün şkalanı; risk və həssaslığı qiymətləndirmək üçün şablonu; və iqlim dəyişmələrinin təsirlərini bütün sektorlarda nəzərə almaqla, kompleks fəaliyyət planını hazırlamaq üçün şablonu özündə ehtiva edir. 

Praktiki misalların təhlili və ən yaxşı təcrübə nümunələri:

Merlərin Razılaşması şəhərləri ruhlandırmaq və həmkarlarından öyrənmək üçün praktiki misalları toplayır.

Şəhərlər üçün uyğunlaşma üzrə e-təhsil modulunu yalnız Merlərin Razılaşmasını imzalayanlar əldə edə bilər. Bu modul praktiki məlumatı, praktiki misalların təhlilini və digər faydalı informasiya resurslarına əlaqələri təqdim edir.

Bundan əlavə, Avropa Komissiyası və Avropa Ətraf Mühitin Mühafizəsi Agentliyi Aİ-nin İqlim -Uyğunlaşma (EU Climate-Adapt) uyğunlaşma və informasiya platforması üzrə uyğunlaşma aspektində texniki bilikləri toplayır və həmçinin şəhər mütəxəssisləri üçün bir çox məlumat və əlatləri, məsələn, 2 000-dən çox istinad  materialları olan məlumat bazasını, şəhər profilləri ilə uyğunlaşma bülletenlərini və şəhərlərə, xüsusilə kompleks Razılaşma təşəbbüsü üzrə inkişaf etmə üçün addım-addım təlimat kimi xidmət edən Uyğunlaşmada Şəhərlərə Dəstək Alətini, təqdim edir. Bu alət kompleks uyğunlaşma siyasətini həyata keçirməkdə mütəxəssislərə komək edir.

Read more...

Bültenimize abunə olun