Raphael Chatelet

Raphael Chatelet

Cümə, 23 Oktyabr 2020 11:37

Bülleten #6

Buraxılışda Merlərin Razılaşması çərçivəsində Gürcüstan şəhərlərinin götürdükləri öhdəliklərini yerinə yetirmək yolundakı qısa xülasəsi və qazandığı uğurlar vurğulanır. Həmişəki kimi, Şərq Tərəfdaşlığı ölkələrində MR-Şərq mütəxəssisləri tərəfindən dayanıqlı enerji və iqlim üzrə fəaliyyət planlarının (DEİFP) inkişaf etdirilməsi və həyata keçirilməsində potensiallarını gücləndirmək üçün MR- Şərq İmzalayanları, MR- Şərq Koordinatorları və Tərəfdaşları üçün keçirdiyi ən vacib potensial qurma fəaliyyətlərinin icmalını ehtiva edir. Yeni Paktın vətəndaşlar arasında tanıdılması üçün altı ŞT ölkəsində təşkil olunan geniş məlumat və kommunikasiya fəaliyyətləri haqqında da məlumat əldə edəcəksiniz.

 

EN     RU 

Bu xüsusi buraxılış Şərq Tərəfdaşlığı ölkələrində 2018-ci ildə Aİ-nin Dayanıqlı enerji həftəsinin qeyd olunmasına həsr edilmişdir. Ermənistan, Belarusiya, Gürcüstan, Moldova və Ukraynada yerli dövlət orqanları, özəl qurumlar və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən təşkil olunan çoxsaylı fəaliyyət və tədbirləri vurğulayır. Enerji günləri vətəndaşlar və müəssisələr arasında qabaqcıl enerji səmərəliliyi təcrübələrini təbliğ etmək, yenilikçi fikirlərə ilham vermək və iqlim dəyişikliyinin nəticələrinin aradan qaldırılması, enerji səmərəliliyi və enerji təhlükəsizliyinin artırılması istiqamətində Aİ hədəflərinə çatmaq üçün səyləri birləşdirmək məqsədi daşıyırdı.

 

EN     RU 

Cümə, 23 Oktyabr 2020 11:37

Bülleten #4

Belarusda MR-Şərq inkişafını və digər ŞT ölkələrində MR tətbiqinin mühüm mərhələlərini, xüsusilə Aİ tərəfindən maliyyələşdirilən “Merlərin Razılaşması - Nümayiş Layihələri” (MR-NümL) Proqramı çərçivəsində qrant layihələrinin ikinci mərhələsinin qaliblərini təbrik etməsini və Beynəlxalq “Merlərin  Razılaşması - Şərq: İqlim və Enerji sahəsində Birgə Səylər” konfransı. Bundan əlavə, oxucular MR-Şərq layihə qrupunun İmzalayanların  potensialını necə gücləndirdiyi və MR təşəbbüsünü bölgədə necə təbliğ etdiyi barədə məlumat tapacaqlar.

 

EN     RU 

Cümə, 23 Oktyabr 2020 11:37

Bülleten #3

Ermənistan Respublikası həmişə Avropa Qonşuluq Siyasəti və Aİ Şərq Tərəfdaşlığı Təşəbbüsünün diqqət mərkəzində olan ölkələrdən biri olmuşdur. Bülletendə, İmzalanma öhdəliklərini yerinə yetirmək yolunda Ermənistanın qazandığı uğurlar, habelə MR-Şərq hadisələri və layihə mütəxəssisləri tərəfindən Ermənistanda və digər ŞT ölkələrində keçirilmiş tədbirlərin icmalı vurğulanır. Ermənistanın Spitak və Vayk şəhərlərində Aİ tərəfindən maliyyələşdirilən “Merlərin Razılaşması - Nümayiş Layihələri” Proqramı çərçivəsində həyata keçirilən uğurlu bir layihə haqqında məlumat əldə edə biləcəksiniz. Bülletendə, həmçinin MR-Şərq layihəsinin enerji və iqlim siyasəti sahəsində Razılaşmanı İmzalayanların, Dəstəkləyənlərin və Koordinatorların təcrübələrini gücləndirmək, habelə yeni Razılaşmanın milli və beynəlxalq səviyyədə tanıtmaq üçün potensial inkişaf imkanları və kommunikasiya fəaliyyətləri barədə məlumat verilir.

 

EN     RU

Cümə, 23 Oktyabr 2020 11:37

Bülleten #2

MR-Şərq komandası, qabaqcıl enerji səmərəliliyi təcrübələrini təşviq etmək, yenilikçi fikirlərə ilham vermək və iqlim dəyişikliyinin nəticələrinin aradan qaldırılması, enerji səmərəliliyi və enerji təhlükəsizliyinin yaxşılaşdırılması istiqamətində Aİ hədəflərinə çatmaq üçün səyləri birləşdirmək məqsədi ilə bir sıra tədbirlərdə fəal iştirak etdi və / və ya birlikdə təşkil etdi.

 

EN     RU

Cümə, 23 Oktyabr 2020 11:37

Bülleten #1

1 saylı Bülletendə Yerevanda (Ermənistan) MR-Şərq başlanması tədbiri və imza mərasimi, layihənin fəaliyyəti və MR-Şərq ilə əlaqəli digər məsələlər haqqında oxuyacaqsınız.

 

EN     RU 

Bu nəşrdə yerli hakimiyyət orqanlarının yerli mənbələrdən “ağıllı” istifadəsi və bələdiyyə və yaşayış binalarının, şəhər nəqliyyatı və küçə işıqlandırılması üçün ümumi enerji istehlakının ehtiyacları azaldılması, yolu ilə xarici enerji mənbələrindən asılılığını necə azalda biləcəyi araşdırılır.

 

EN     RU     UA

47 -dən səhifə 175

Bültenimize abunə olun