Raphael Chatelet

Raphael Chatelet

Çərşənbə axşamı, 08 Yanvar 2019 15:01

EU4Energy: Enerji mövzularında

Enerji sahəsinə aid mövzularla maraqlanırsınız? Gözünüz bizdə olsun, çünki yanvarın 11-də #EU4Energy layihəsi çərçivəsində euneighbourseast səhifəsində yeni müsabiqə keçiriləcək! Dörd sualdan birinə düzgün cavab verməklə çoxlu sayda maraqlı hədiyyələrlə yanaşı, skuter qazanmaq şansınız var. euneighbourseast səhifəsini izləyin və hazır olun! 

Çərşənbə, 26 Dekabr 2018 14:04

Riskin və həssaslığın qiymətləndirilməsi

Riskin və həssaslığın qiymətləndirilməsi, potensial təhlükələrin təhlili və insanlar, əmlak, yaşayış vasitələri və onların asılı olduğu ətraf mühit üçün potensial təhlükə yarada və ya onlara zərər vura bilən həssaslığın qiymətləndirilməsi vasitəsilə iqlim dəyişmələri ilə bağlı risklərin təbiətini və dərəcəsini müəyyən edən təhlildir. Bu, kritik narahatlıq sahələrini müəyyən etməyə imkan verir və beləliklə qərar qəbul etmək üçün məlumat təmin edir. Riskin və Həssaslığın Qiymətləndirilməsi Baza Emissiya Kadastrı ilə yanaşı Dayanıqlı Enerji və İqlim üzrə Fəaliyyət Planının hazırlanması üçün başlanğıc nöqtəsi kimi xidmət edə bilər.

Çərşənbə, 26 Dekabr 2018 13:43

Vebinar

Vebinar internetdə canlı, interaktiv təqdimat olaraq, Razılaşmanın maraqlı tərəflərinə, o cümlədən, Razılaşmanı İmzalayanlara, Dəstəkləyənlərə və Koordinatorlara, Merlərin Razılaşması Ofisinin üzvlərinin və ya digər ekspertlərin Razılaşma ilə bağlı xüsusi mövzuda mühazirələrində iştirak etmək imkanı verir.

Çərşənbə, 26 Dekabr 2018 13:41

Tematik seminarlar

Tematik seminarlar iştirakçılar araında təcrübə və bilik mübadiləsini təmin etmək üçün təşkil edilən interaktiv, potensialın gücləndirilməsi sessiyalarıdır. Tematik seminarlar xüsusilə Müzakirə Qruplarına yönəldiləcək.

Çərşənbə, 26 Dekabr 2018 13:40

Tematik Müzakirə Qrupu

Tematik Müzakirə Qrupu Razılaşmanın maraqlı tərəfləri arasında qarşılıqlı əlaqələrin və şəbəkələrin qurulmasının stimullaşdırılmasına yönəldirilən məlumat və təcrübə mübadiləsi xidmətidir. Bu xüsusi hazırlanmış mübadilə platformaları Razılaşmanının maraqlı tərəflərinin əvvəlcədən müəyyən edilən kateqoriyalarını - böyük şəhərləri və şəhər aqlomerasiyalarını; kiçik və orta saylı imzalayan tərəfləri; Razılaşmanın Koordinatorlarını və Razılaşmanı Dəstəkləyənləri- Razılaşma ilə bağlı mövzuları və sualları Merlərin Razılaşması Ofisi tərəfindən xüsusilə təşkil edilən tədbirlər, on-layn forumlar və vebinarlar zamanı həmkarları ilə müzakirə etmək üçün bir araya gətirir.

Çərşənbə, 26 Dekabr 2018 13:38

DEFP / DEİFP (SEAP / SECAP) şablonu

Merlərin Razılaşmasının hesabat şablonları imzalayan tərəflər üçün fəaliyyət planlarının əsas elementlərinin yekunlaşdırılması və monitorinq mərhələsində icranın izlənməsi üzrə strukturlşadırılmış formaları təmin edir. İmzalayanlar fəaliyyət planı sənədlərini (öz dillərində) təqdim etdikdə, eyni zamanda Razılaşmanın məhdudlaşdırılmış ‘My Covenant’ (Mənim Razılaşmam) sahəsində yerləşdirilən onlayn şablonu ingilis dilində doldurmalıdırlar. Yalnız bu proses başa çatdıqdan sonra fəaliyyət planının Merlərin Razılaşmasına rəsmi təqdim edilməsi baş tutur.

Yeni İqlim və Enerji üzrə Merlərin Razılaşmasını imzalayanlar hazırda 2030-cu ilədək iqlim dəyişmələri təsirlərinin yumşaldılması və ona uyğunlaşma ilə bağlı Dayanıqlı Enerji və İqlim Dəyişmələri üzrə Fəaliyyət Planını hazırlamağı və icra etməyi üzərinə götürürlər. Fəaliyyət planı Razılaşmanı imzalayanların öz vizyon və hədəflərinə necə çatacağını göstərən əsas sənəddir. Plan mövcud vəziyyətin qiymətləndirilməsini, yəni, iqlim dəyişmələri təsirlərinin yumşaldılması hissəsi üçün - Baza Emisssiya Kadastrını, uyğunlaşma hissəsi üçün - İqlim Dəyişmələri Risklərinin və Onlara Qarşı Həssaslığın Qiymətləndirilməsini, aydın müəyyən edilmiş məqsədləri və hədəfləri; və vaxt çərçivəsi, müəyyən edilmiş vəzifələr və ehtimal olunan təsirlər daxil olmaqla, planlaşdırılan tədbirləri əhatə edir.

Çərşənbə, 26 Dekabr 2018 13:36

Dayanıqlı Enerji üzrə Fəaliyyət Planı

Dayanıqlı Enerji üzrə Fəaliyyət Planı (DEFP -Sustainable Energy Action Plan (SEAP) Razılaşmanı imzalayanların 2020-ci ilədək CO2 azaltma hədəflərinə necə nail olacaqlarını əks etdirən əsas sənəddir. Sənəddə hədəflərə nail olmaq üçün müəyyən edilən fəaliyyət və tədbirlər, vaxt çərçivəsi və təyin edilən vəzifələr müəyyən olunur. DEFP-lər Təşəbbüsə 2016-cı ilin oktyabrdan əvvəl qoşulan Razılaşma imzalayanları tərəfindən hazırlanmışlar.

Çərşənbə, 26 Dekabr 2018 13:33

Yerli Enerji Günü

Yerli Enerji Günləri Enerjidən daha səmərəli istifadənin təmin etdiyi imkanlar barədə ictimaiyyətin məlumatlandırılması məqsədi ilə Razılaşmanı imzalayanların rəsmi öhdəlikləri çərçivəsində təşkil etdiyi tədbirlərdir. Onlar yerli hakimiyyət orqanlarına Dayanıqlı Enerji (və İqlim) üzrə Fəaliyyət Planlarının hazırlanması və həyata keçirilməsi ilə bağlı ümumi dialoqa maraqlı tərəfləri və vətəndaşları cəlb etmək imkanı verir. Adətən xüsusi bir müddətdə təşkil edilən (məsələn, Aİ Dayanıqlı Enerji Həftəsi ilə eyni vaxtda), tədbirlərin növü fərqlənə bilər, lakin bir qayda olaraq onlara seminarlar, sərgilər, ekskursiyalar və açıq qapı günləri daxildir. EUSEW haqqında ətraflı məlumat burada: www.eusew.eu.

Çərşənbə, 26 Dekabr 2018 13:32

Birgə tədqiqatlar mərkəzi

Birgə tədqiqatlar mərkəzi (BTM - Joint Research Centre (JRC) Avropa Komissiyasının elmi-texniki bölməsidir. Mərkəzin vəzifəsi təşəbbüsə texniki və elmi dəstək göstərməkdir. BTM, Merlərin Razılaşması Ofisi ilə sıx əməkdaşlıqda işləyərək, Merlərin Razılaşması öhdəliklərinin yerinə yetirilməsində Razılaşmanı imzalayanlara yardım edir, eləcə də icranın və nəticələrin monitorinqini aparmaq üçün aydın texniki təlimatlar və şablonlar təmin edir. BTM-nin internet saytı:  http://ec.europa.eu/dgs/jrc/

Bültenimize abunə olun