Raphael Chatelet

Raphael Chatelet

Cümə axşamı, 30 Avqust 2018 08:25

MR - Şərq Ukraynadakı Ofisi (Kiyev)

Cümə axşamı, 30 Avqust 2018 08:24

MR - Şərq Moldovadakı Ofisi (Kişinyov)

Cümə axşamı, 30 Avqust 2018 08:05

Kristof Frering

Kristof Frering layihələrin idarəedilməsində 30 ilə qədər peşəkar təcrübəyə, o cümlədən 17 il dayanıqılı enerji sahəsində və 6 il Şərq tərəfdaşlığı regionunda iş təcrübəsinə malikdir. Cənab Frering 2011-ci ildən Avropa Komissiyası adından Merlərin Razılaşması Ofisinin işini əlaqələndirir.

Cümə axşamı, 30 Avqust 2018 07:58

Oksana Kisil

Oksana Kysil enerji səmərəliliyi tədbirlərinin enerjiyə qənaət potensialının (maliyyə) müəyyənləşdirilməsi vasitəsilə ESCO mexanizmləri və ya digər Özəl-Dövlət Tərəfdaşlığı formaları çərçivəsində bələdiyyə enerji səmərəliliyi layihələri üçün maliyyə sxemlərinin tərtib edilməsində 9 ildən çox təcrübəyə malikdir. Onun özəl və dövlət sektoru ilə işi beynəlxalq maliyyə qurumlarından enerjiyə qənaət, enerji səmərəliliyi və BEM layihələrinə investisiyaların cəlb edilməsi üçün biznes planları və ya büdcə investisiya proqramlarını əhatə edirdi. Dövlət orqanları ilə xüsusi iş təcrübəsinə, xüsusilə, fəaliyyət proqramlarının maliyyələşdirilməsi və həyata keçirilməsinin dəstəklənməsi əsasında DEFP-lər çərçivəsində bələdiyyə enerji səmərəliliyi layihələri üçün büdcə investisiya proqramları üzərində iş təcrübəsinə malikdir.

Cümə axşamı, 30 Avqust 2018 07:57

George Abulashvili

Georgi Abulaşvilinin təmiz enerji və iqlim dəyişikliyinə dair beynəlxalq və milli layihələr üzrə 20 illik təcrübəsi var. 2007-ci ildən bəri Bələdiyyə enerji səmərəliliyi üzrə planlaşdırmanı həyata keçirərək bələdiyyə ölçüsü ilə öz təcrübəsini genişləndirmişdir. Cənab Abulaşvil, Enerji Səmərəliliyi Mərkəzini idarə edir. Georgi Merlərin Razılaşmasının Gürcüstanda rəsmi Dəstəkləyən şəxsidir.

Cümə axşamı, 30 Avqust 2018 07:57

İvan Şçadranok

Ivan Şçadranok, Şərq Tərəfdaşlığı ölkələrində və Belarusun bütün bölgələrində Aİ, SIDA, GEF və DB tərəfindən maliyyələşdirilən bir sıra uzunmüddətli beynəlxalq layihələrin hazırlanmasında və idarə olunmasında 12 illik uğurlu təcrübəyə malikdir. Cənab Şçadranok, Belarusda Merlərin Razılaşmasını Dəstəkləyən İnterakciya Fonduna rəhbərlik edir. Dayanıqlı enerji, şəhər mobilliyi və bələdiyyə işıqlandırması sahəsində layihələrin hazırlanması və həyata keçirilməsində 5 ildən artıq təcrübəyə malikdir.

Cümə axşamı, 30 Avqust 2018 07:57

Artem Xarazyan

Artem Xarazyan iqlim dəyişmələri, enerjiyə qənayət və enerji səmərəliliyi layihələrinin əlaqələndirilməsi və həyata keçirilməsi sahəsində 15 ildən çox təcrübəyə malikdir. Onun idarəetmə bacarıqları layihənin ümumi təşkilatı məsələləri və layihə planlaşması, yerli və beynəlxalq ekspertlərin cəlb edilməsi və fəayliyyətlərinin əlaqələndirilməsi və məsləhətçilik və ekspert xidmətlərinin göstərilməsini əhatə edir. Cən. Xarazyan texniki məsləhətlər, məlumatların toplanmasının, sistemləşdirilməsinin və təhlilinin təşkili və layihənin əlaqələndirilməsi bacarıqlarına malikdir.

Cümə axşamı, 30 Avqust 2018 07:56

Iryna Gorodiskaya

İrina Gorodiskaya enerji səmərəliliyi və iqlim dəyişmələrinin mənfi təsirlərinin azaldılması layihələrində 6 ildən artıq təcrübəyə malikdir. "Merlərin Razılaşmasında Şərq Tərəfdaşlığı və Mərkəzi Asiya şəhərlərinin iştirakına dəstək" layihəsinin Dəstək Xidmətinin koordinatoru kimi, o bələdiyyələrə gündəlik yardım edib və CO2 monitorinqi üçün məlumatların toplanmasında, Baza Emissiya Kadastrında (BEK), Dayanıqlı Enerji Fəaliyyət Planının (DEFP -SEAP) hazırlanmasında və Enerji Günlərinin keçirilməsində onlara dəstək göstərirdi. Xanım Horodiskaya 11 ŞT  və Mərkəzi Asiya ölkələrində bələdiyyə səviyyəsində eləcə də Razılaşmanın Ərazi və Milli Koordinatorlarına, Razılaşmanı Dəstəkləyənlərə və digər maraqlı tərəflərə inzibati və texniki dəstək göstərirdi.

Bültenimize abunə olun