margaryta.kamasa
Armenia, Yerevan: Yaşayış binaları üçün günəş enerjisi
Layihə çərçivəsində aşağıdakı tədbirlər həyata keçirilib:
1) 97 çoxmənzilli yaşayış binasının damında fotoelektrik sistemlərin quraşdırılması, 2) Binalarda xarici işıqlandırma üçün LED lampaların quraşdırılması, 3) 97 binada daxili giriş/pilləkən qəfəsinin işıqlandırılması üçün lampalar və hərəkət datçikləri ilə təchiz olunmuş LED işıqlandırma sisteminin quraşdırılması, 4) 97 binada aztəminatlı ailələr üçün işıq diodlu lampaların verilməsi, 5) Hasil edilən artıq enerjinin şəbəkəyə satışından əldə olunan gəlirin enerji effektivliyinin maliyyələşdirilməsinə və PV panellərinin saxlanması və istismarı üçün ödənişlərin həyata keçirilməsinə yönəldilməsi üçün dövriyyə fondlarının yaradılması.
Armenia, Artik və Aparan: Bələdiyyə PV elektrik stansiyasının tikintisi və fotovoltaik sistem
Artik və Aparan Ermənistanda Merlərin Razılaşması təşəbbüsündə iştirak edən və BOEM-dən istehsal olunan enerjinin payını artırmaq qərarına gələn iki icmadır.
Layihənin əsas məqsədi icma əsaslı bərpa olunan enerji istehsalı və dayanıqlı enerji keçidi üçün işlədilə bilən model hazırlamaq idi.
Ukrayna, Ukrainka: İctimai binalarda enerji effektivliyi tədbirləri
Layihəyə aşağıdakı texniki tədbirlər daxildir: 1) “Energetik” İdman Kompleksinin termal modernləşidrilməsii, 2)“Energetik” Mədəniyyət Sarayının termal modernləşdirilməsi, 3)Şəhərin bütün büdcə müəssisələrində (bütün büdcə binalarının 100%-i) bütün növ enerji resursları üçün əlavə olaraq müvafiq sayğacların və xüsusi sensorların quraşdırılması ilə avtomatlaşdırılmış enerji monitorinqi proqram təminatı sisteminin tətbiqi.
Ukrayna, Zvyahel: Yerli xəstəxana üçün PV qurğusunun quraşdırılması
Layihəyə aşağıdakı texniki tədbirlər daxildir: 1) 32,4 kVt dam PV enerji qurğusunun quraşdırılması (hər biri 540 Vt gücündə 60 PV panel). 2) Köməkçi avadanlıqların (invertorlar, sayğaclar, kabellər və s.) quraşdırılması. 3) Bələdiyyə su təchizatı müəssisəsi üçün (150 kVt gücündə) PV qurğusunun tikintisi üçün texniki-iqtisadi əsaslandırmanın hazırlanması.
Ukrayna, Mirqorod: Mərkəzləşdirilmiş istilik sisteminin və uşaq bağçasının modernləşdirilməsi
Layihəyə aşağıdakı texniki tədbirlər daxildir: 1) Uşaq bağçasının istilik təmiri, 2) Mövcud qazanxanada yeni biokütlə qazanxanasının və yanacaq anbarının tikintisi də daxil olmaqla, mərkəzləşdirilmiş istilik sisteminin modernləşdirilməsi, 3) 10 bələdiyyə binası üçün məsafədən enerji monitorinqi sisteminin tətbiqi
Ukrayna, Çernivtsi: Küçə işıqlandırma sisteminin modernləşdirilməsi
Ukrayna, Dubno: Mərkəzləşdirilmiş istilik sisteminin modernizasiyası və bələdiyyə binalarının termal modernləşdirilməsi
Layihəyə aşağıdakı texniki tədbirlər daxildir: 1) Məktəbəqədər təhsil müəssisəsinin termal modernləşdirilməsi, 2) Uşaq bağçasının termal modernləşdirilməsi, 3) Olmaqla mərkəzləşdirilmiş istilik sisteminin modernləşdirilməsi, 4) Məktəbdə istilik sisteminin modernizasiyası, 5) Mərkəzləşdirilmiş istilik sisteminin modernizasiyası.
Moldova, Calarasi: Səmərəli ictimai işıqlandırma
Kalarasidəki layihə də Nümayiş layihələri proqramı çərçivəsində həyata keçirilib. Layihə çərçivəsində aşağıdakı tədbirlər həyata keçirilib: 1) Kalarasidə küçə işıqlandırma sisteminin modernləşdirilməsi: 951 lampanın LED-lərlə dəyişdirilməsi, 25 km kabel/küçə və 25 idarəetmə şkafının modernləşdirilməsi, ümumi onlayn idarəetmə sistemi. 2) Kalarasi Tarix və Etnoqrafiya Muzeyində memarlıq işıqlandırmasının quraşdırılması. Layihə çərçivəsində şəhər nəqliyyatının təhlükəsizlik şəraitinin yaxşılaşdırılması üçün əlavə olaraq 30 piyada keçidi də işıqlandırılmışdır. İşıqların keçirilməsi (real vaxt rejimində, internet əsaslı) və 25 idarəetmə şkafının modernləşdirilməsi daxil olmaqla, yeni küçə işıqlandırmasına nəzarət sistemi təqdim edildi.
Moldova, Festelita: Yeni enerji effektivliyi texnologiyalarının və BOEM-i sınaqdan keçirilməsi ilə qabaqcıl təcrübə mərkəzinin yaradılması
Festelitadakı layihə də Nümayiş layihələri proqramı çərçivəsində həyata keçirilib. Layihə çərçivəsində aşağıdakı tədbirlər həyata keçirilib: 1) Uşaq bağçasında suyun qızdırılması üçün günəş panellərinin quraşdırılması (gücü 5,5 kVt), 2) 4 dövlət müəssisəsində biokütlə yandıran qazanxanaların quraşdırılması (ümumi gücü 561 kVt), 3) Salix söyüd ağacları ilə 5 ha əkilməsi (biokütlə mənbəyi), 4) LED lampaları və elektrik enerjisi istehlakına nəzarət etmək üçün avadanlıqdan istifadə edərək küçələrdə 241 ekoloji cəhətdən təmiz işıq lampalarının quraşdırılması, 5) 312 kVt gücündə PV bələdiyyə günəş parkının yaradılması
Gürcüstan, Telavi: 2 uşaq bağçasının istilik izolyasiaysı və biokütlə təchizatı zəncirinin yaradılması
Layihənin əsas məqsədi Gürcüstanda Merlərin Razılaşmasını İmzalayan Tərəflərin Dayanıqlı Enerji və İqlim Fəaliyyət Planlarına uyğun investisiya layihələrinin həyata keçirilməsi yolu ilə iqlim dəyişikliyinin azaldılması və dayanıqlı yerli enerji siyasətinin həyata keçirilməsi sahəsində bacarıqlarını artırmaqdan ibarət olub. Layihə çərçivəsində aşağıdakı tədbirlər həyata keçirilib: 1) İkalto kəndindəki uşaq bağçasının istilik izolyasının qurulması və biokütlə qazanxanasının tikintisi; 2) Telavi ş. 1 N-li uşaq bağçasının istilik izolyasiyası və biokütlə qazanxanasının tikintisi; 3) Üzüm bağlarının budama qalıqlarının toplanması, daşınması və saxlanması üçün biokütlə təchizatı zəncirinin yaradılması.