Cümə, 23 Oktyabr 2020 11:38

Bülleten #8

Written by

Moldovada MR-nı imzalayanlar bu buraxılışın mərkəzindədir. MR ölkədə necə işləyir? Moldovanın MR təşəbbüsü ilə götürdüyü öhdəliklərin yerinə yetirilməsi yolundakı tərəqqisi haqqında məlumat əldə enəcəksiniz. Bülleten, bələdiyyələr arasında təcrübə mübadiləsi üçün bir platforma yaratmaq üçün MR-Şərq layihə qrupu tərəfindən bu yaxınlarda başlanan  yeni bir mübadilə proqramını - City2City təqdim edir. Həmçinin, Bələdiyyə İnkişafı Koordinasiya Platformasının və ya Merlərin Klubu adlanan və ŞT ölkələrinin əksəriyyətində keçirilən ilk iclasları haqqında məlumat verilir. Nəhayət, Şərq Tərəfdaşlığı ölkələrində MR-Şərq layihə mütəxəssisləri tərəfindən həyata keçirilmiş ən vacib potensialın yaradılması, məlumat və kommunikasiya fəaliyyətlərini qısaca təsviri verilir.

 

EN     RU 

Xüsusi buraxılış, 6 Şərq Tərəfdaşlığı ölkəsində MR İmzalayanlar tərəfindən təşkil olunan Aİ-nin Dayanıqlı enerji həftəsininvə Enerji Günlərinin geniş qeyd olunmasına həsr edilmişdir. Bülleten, bələdiyyələrdə vətəndaşlar arasında enerji qənaət təşəbbüslərini təşviq etmək və təmiz, etibarlı və sərfəli enerjiyə doğru yönəldilmiş geniş miqyaslı fəaliyyət növləri haqqında məlumat verilir.

 

EN     RU 

Cümə, 23 Oktyabr 2020 11:37

Bülleten #6

Written by

Buraxılışda Merlərin Razılaşması çərçivəsində Gürcüstan şəhərlərinin götürdükləri öhdəliklərini yerinə yetirmək yolundakı qısa xülasəsi və qazandığı uğurlar vurğulanır. Həmişəki kimi, Şərq Tərəfdaşlığı ölkələrində MR-Şərq mütəxəssisləri tərəfindən dayanıqlı enerji və iqlim üzrə fəaliyyət planlarının (DEİFP) inkişaf etdirilməsi və həyata keçirilməsində potensiallarını gücləndirmək üçün MR- Şərq İmzalayanları, MR- Şərq Koordinatorları və Tərəfdaşları üçün keçirdiyi ən vacib potensial qurma fəaliyyətlərinin icmalını ehtiva edir. Yeni Paktın vətəndaşlar arasında tanıdılması üçün altı ŞT ölkəsində təşkil olunan geniş məlumat və kommunikasiya fəaliyyətləri haqqında da məlumat əldə edəcəksiniz.

 

EN     RU 

Bu xüsusi buraxılış Şərq Tərəfdaşlığı ölkələrində 2018-ci ildə Aİ-nin Dayanıqlı enerji həftəsinin qeyd olunmasına həsr edilmişdir. Ermənistan, Belarusiya, Gürcüstan, Moldova və Ukraynada yerli dövlət orqanları, özəl qurumlar və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən təşkil olunan çoxsaylı fəaliyyət və tədbirləri vurğulayır. Enerji günləri vətəndaşlar və müəssisələr arasında qabaqcıl enerji səmərəliliyi təcrübələrini təbliğ etmək, yenilikçi fikirlərə ilham vermək və iqlim dəyişikliyinin nəticələrinin aradan qaldırılması, enerji səmərəliliyi və enerji təhlükəsizliyinin artırılması istiqamətində Aİ hədəflərinə çatmaq üçün səyləri birləşdirmək məqsədi daşıyırdı.

 

EN     RU 

Cümə, 23 Oktyabr 2020 11:37

Bülleten #4

Written by

Belarusda MR-Şərq inkişafını və digər ŞT ölkələrində MR tətbiqinin mühüm mərhələlərini, xüsusilə Aİ tərəfindən maliyyələşdirilən “Merlərin Razılaşması - Nümayiş Layihələri” (MR-NümL) Proqramı çərçivəsində qrant layihələrinin ikinci mərhələsinin qaliblərini təbrik etməsini və Beynəlxalq “Merlərin  Razılaşması - Şərq: İqlim və Enerji sahəsində Birgə Səylər” konfransı. Bundan əlavə, oxucular MR-Şərq layihə qrupunun İmzalayanların  potensialını necə gücləndirdiyi və MR təşəbbüsünü bölgədə necə təbliğ etdiyi barədə məlumat tapacaqlar.

 

EN     RU 

Cümə, 23 Oktyabr 2020 11:37

Bülleten #3

Written by

Ermənistan Respublikası həmişə Avropa Qonşuluq Siyasəti və Aİ Şərq Tərəfdaşlığı Təşəbbüsünün diqqət mərkəzində olan ölkələrdən biri olmuşdur. Bülletendə, İmzalanma öhdəliklərini yerinə yetirmək yolunda Ermənistanın qazandığı uğurlar, habelə MR-Şərq hadisələri və layihə mütəxəssisləri tərəfindən Ermənistanda və digər ŞT ölkələrində keçirilmiş tədbirlərin icmalı vurğulanır. Ermənistanın Spitak və Vayk şəhərlərində Aİ tərəfindən maliyyələşdirilən “Merlərin Razılaşması - Nümayiş Layihələri” Proqramı çərçivəsində həyata keçirilən uğurlu bir layihə haqqında məlumat əldə edə biləcəksiniz. Bülletendə, həmçinin MR-Şərq layihəsinin enerji və iqlim siyasəti sahəsində Razılaşmanı İmzalayanların, Dəstəkləyənlərin və Koordinatorların təcrübələrini gücləndirmək, habelə yeni Razılaşmanın milli və beynəlxalq səviyyədə tanıtmaq üçün potensial inkişaf imkanları və kommunikasiya fəaliyyətləri barədə məlumat verilir.

 

EN     RU

Cümə, 23 Oktyabr 2020 11:37

Bülleten #2

Written by

MR-Şərq komandası, qabaqcıl enerji səmərəliliyi təcrübələrini təşviq etmək, yenilikçi fikirlərə ilham vermək və iqlim dəyişikliyinin nəticələrinin aradan qaldırılması, enerji səmərəliliyi və enerji təhlükəsizliyinin yaxşılaşdırılması istiqamətində Aİ hədəflərinə çatmaq üçün səyləri birləşdirmək məqsədi ilə bir sıra tədbirlərdə fəal iştirak etdi və / və ya birlikdə təşkil etdi.

 

EN     RU

Cümə, 23 Oktyabr 2020 11:37

Bülleten #1

Written by

1 saylı Bülletendə Yerevanda (Ermənistan) MR-Şərq başlanması tədbiri və imza mərasimi, layihənin fəaliyyəti və MR-Şərq ilə əlaqəli digər məsələlər haqqında oxuyacaqsınız.

 

EN     RU 

41 -dən səhifə 150

Bültenimize abunə olun