MR Şərq Praktiklər Qrupunun Təsviri

Merlərin Razılaşmasının Şərq Tərəfdaşlığı (ŞT) regionuna genişlənməsi və regionda imzalayanların sayında fəal artım, daha iddialı öhdəliklər və sərt monitorinq və hesabat tələblərinin tətbiqi, eləcə də yerli iqlim və enerji strategiyalarını milli siyasətlərə (məsələn, Milli səviyyədə müəyyən edilmiş töhfələrə (NDC) və beynəlxalq prosedurlara (Qlobal MR-ə) uyğunlaşdırmaq zərurəti, iştirakçı icmalar üçün Təşəbbüslərin inkişafına töhfə verən regional metodoloji məsləhət orqanının yaradılmasına ehtiyacı aktuallaşdırıb.

Praktiklər Qrupunun əsas məqsədi həm ayrı-ayrı ölkələrdə, həm də bütövlükdə ŞT regionunda Razılaşmanın əsas metodoloji və strateji sənədlərinin hazırlanması ilə bağlı müvafiq sahələr üzrə öz töhfələrini vermək istəyən qabaqcıl imzalayanları, maraqlı tərəfləri və ekspertləri bir araya gətirməkdir.

Eyni zamanda, Qrup ŞT və digər regionlardan olan praktiklər arasında şəbəkələşmənin və təcrübə mübadiləsinin gücləndirilməsinə töhfə verəcək.

Qrup, Razılaşmanın Milli və Ərazi Koordinatorlarının, Razılaşmanın tərəfdarlarının, imzalayanların, maraqlı tərəflərin nümayəndələrindən, habelə Qrup müzakirələrinin ümumi və ya sektoral mövzularına uyğun təhsili və təcrübəsi olan ŞT ölkələri ekspertlərindən ibarətdir.

Qrupun görüşləri və onlayn müzakirələri adətən ildə bir və ya iki dəfə təşkil edilir, lakin lazım gəldikdə müzakirələr daha tez-tez təşkil oluna bilər.

Qrupun tövsiyələri MR Şərq Katibliyi və Rəhbər Komitə tərəfindən qərarların qəbulu prosesində nəzərə alınacaq.

Bültenimize abunə olun