Haqqımızda

Aİ-nin Merlənin Razılaşması -Şərq təşəbbüsü

Merlərin razılaşması -Şərq (MR -Şərq) Aİ tərəfindən maliyyələdirilən layihədir, onun məqsədi Aİ-nin iqlim və energji təşəbbüslərini Şərq Tərəfadaşlığı ölkələrində tətbiq etməkdir. MR -Şərq dayanıqlı enerji siyasətlərini həyata keçirməkdə, enerji təchizatının təhlükəsizliyini artırmaqda və  iqlim dəyişmələrinin mənfi təsirlərini yumşaltmaqda və onlara uyğunlaşmaqda yerli hakimiyyət orqanlarına dəstək göstərir. 

 

2016 -cı ilin oktyabrından əvvəl Merlərin Razılaşmasına qoşularaq MR -Şərq təşəbbüsünü İmzalayanlar aşağıdakı öhdəliyi üzərinə götürür: 

  • 2020-ci ilədək СО2 emissiyalarını ən azı 20% azaltmaq. 

2016 -cı ilin oktyabrından sonra Merlərin Razılaşmasına qoşularaq MR -Şərq təşəbbüsünü İmzalayanlar aşağıdakı öhdəlikləri üzərinə götürür: 

  • 2030 -cu ilədək CO2 emissiyalarını ən azı 30% azaltmaq.
  • İqlim dəyişikliyinin təsirlərinə uyğunlaşmaqla və iqlim dəyişikliyi riskinin və ona qarşı zəifliyin qiymətləndirməsini həyata keçirməklə möhkəmliyi artırmaq.

MR - Şərq təşəbbüsünün məqsədləri:

  • Şərq Tərəfdaşlığı (ŞT) şəhərlərinin inkişafına və onların Dayanıqlı Enerji və İqlim üzrə Fəaliyyət Planlarının (DEİFP) -Sustainable Energy and Climate Action Plans (SECAP) həyata keçirilməsinə kömək etmək.
  • ŞT ölkələrində Merlərin Razılaşması təşəbbüsünün davamlılığını artırmaq və Avropa İttifaqının 2030-cu ilədək enerji və iqlim məqsədlərini regional kontekstə uyğunlaşdırmaq.
  • Razılaşmanın təbliğ və təşviqini artırmaq.

MR -Şərq layihəsinin əsas tədbirləri:

  • Razılaşmanın Milli Koordinatorlarının (RMK), Razılaşmanın Ərazi Koordinatorlarının (RƏK), Razılaşmanı Dəstəkləyənlərin (RD) və İmzalayanların enerji və iqlim siyasəti sahəsində bilik və bacarıqlarının artırılması üçün potensialı gücləndirmək.
  • MR -Şərq İmzalayanları və digər maraqlı tərəfləri üçün inzibati, təşviqat və texniki yardım göstərmək məqsədilə Milli Dəstək Xidmətinin işini təmin etmək.
  • Maliyyə təşkilatları, beynəlxalq donorlar, müvafiq nazirliklərlə əməkdaşlıq və şəbəkə qurmaq və MR- Şərq məqsədlərini təmin etmək və 2020-ci ildən sonra MR -Şərq təşəbbüsünə istiqamət vermək üçün digər təşəbbüslər və proqramlarla əməkdaşlıq.
  • MR -Şərq təşəbbüsü nəticələri və nailiyyətləri barədə məlumatı İmzalayanlar, RMK, RƏK və RD arasında yaymaq və təşviq etmək, əsas maraqlı tərəflər arasında Razılaşmanın hədəfləri və faydaları, nailiyyətləri, uğur hekayələri, qabaqcıl təcrübələr və s. barədə məlumatlandırmanı artırmaq və təşviq etmək.
  • Ölkə strategiyasının hazırlanmasının milli, beynəlxalq və Aİ təşəbbüsləri, proqramları ilə əlaqələndirilməsi və monitorinqi və MR təşəbbüsünün Şərq Tərəfdaşlığı ölkələrində tətbiqi.

MR -Şərq: 

  • Yeni Razılaşmada iştirak etməkdə və Dayanıqlı enerji və iqlim üzrə Fəaliyyət Planının hazırlanmasında maraqlı olan yerli hakimiyyət orqanları,
  • Razılaşmanı imzalayan və öz Dayanıqlı Enerji üzrə Fəaliyyət Planlarını (DEFP -SEAP) və Dayanıqlı Enerji və İqlim üzrə Fəaliyyət Planlarını (DEİFP -SECAP) tərtib edən şəhərlər.
  • Potensialın gücləndirilməsi və işgüzar əlaqələrin qurulması (şəbkələşmə) tədbirlərində bilavasitə iştirak edən Razılaşmanın Milli Koordinatorları, Razılaşmanın Ərazi Koordinatorları və Razılaşmanı Dəstəkləyənlər üçün fəaliyyət göstərir.

 

MR- Şərq Layihəsi 2011-ci ilin sentyabrında başlanılmışdır. Layihənin birinci mərhələsi (2011-2015-ci illər) Şərq Tərəfdaşlığı (ŞT) və Mərkəzi Asiya (MA) regionlarının 11 ölkəsini əhatə edirdi. Layihənin ikinci mərhələsi (2016-2020-ci illər) ŞT regionunun 6 ölkəsini əhatə edir.

Bültenimize abunə olun