Merlərin Razılaşması - Nümayiş layihələri (CoM-DeP)

Merlərin Razılaşması Şərq Tərəfdaşlığı (ŞT) ölkələrində 2011-ci ildən fəaliyyət göstərək Merlərin Razılaşmasının imzalanmasında və enerjiyə qənayət tədbirlərinin planlaşdırılması və həyata keçirilməsində kiçik və böyük şəhərlərə dəstək göstərir. Bu günə qədər yüzlərlə Mer öz Dayanıqlı Enerji üzrə Fəaliyyət Planlarını (DEFP -SEAP) imzalayıb və hazırlayıblar.

Enerjiyə qənaət tədbirlərinə hətta kiçik bir investisiyalar belə bələdiyyə səviyyəsində enerji sərfinin (və CO2 emissiyalarının) azalması, daha yaxşı dövlət xidmətləri və əhali üçün daha çox rahatlıq baxımından böyük fayda verə bilər.

 

Avropa Komissiyasında (AK) Merlərin Razılaşmasını planlaşdıranlar yalnız DEFP (SEAP)-ları həyata keçirən ŞT şəhərlərində buna necə nail ola biləcəyini nümayiş etdirmək istəyirdilər, buna görə də 2014-cü ildə "Dayanıqlı Şəhər Nümayiş Layihələri" proqramını başladılar, indi bu proqram sadəcə "Merlərin Razılaşması- Nümayiş Layihələri" kimi tanınır.

 

Proqramın tərkibi

  • Qrant komponenti: 1 -ci mərhələdə (2014-2019 -cu illər) 17 layihə (19 yerli administrasiya əhatə edilməklə) və 2-ci mərhələdə (2018 -2021-ci illər) 14 layihə (15 yerli administrasiya əhatə edilməklə). Bunların bələdəiyyə enerji layihələrinin maliyyələşdirilməsi Təkliflər Sorğusu vasitəsilə təmin edilmişdir.
  • Lvovdakı xüsusi dəstək qrupunun texniki, prosedur, kommunikasiya və şəbəkə dəstəyi və AK-in Avropadakı Birgə Tədqiqat Mərkəzindən (BTM) texniki yardım
  • Enerji səmərəliliyi və bərpa olunan enerjiyə sərmayə qoyuluşu üçün maliyyələşdirmə imkanlarına çıxışın asanlaşdırılması 

Nümayiş layihələrindən ruhlanma, Dəstək Qrupundan və BTM-dən nou-hau əhatə edən bu proqram enerji səmərəliliyinə sərmaya qoyuluşunun əhəmiyyətini bütün ŞT bələdiyyələrinə göstərməyi məqsəd qoyur.

 

Ruhlandırma

Merlərin Razılaşması Nümayiş Layihələri təşəbbüsü ŞT regionunda bələdiyyələri ruhlandırmaq üçün nəzərdə tutulmuşdur.  Maliyyələşdirmə əldə edən bələdiyyələr öz şəhərlərində enerji səmərəliliyi tədbirlərini həyata keçirməklə kifayətlənmədən, öz təcrübələrini, o cümlədən xərc və mənfəətləri, üzləşdikləri çətinliklər barədə məlumatı və şəhərlərinin maliyyə və ekoloji baxımdan daha dayanıqlı etməyə çalışarkən bələdiyyələrin nə edəcəyini başqaları ilə paylaşır.

 

Regionun bütün ölkələrində -Azərbaycan, Belarus, Gürcüstan, Ermənistan, Moldova və Ukraynada- bələdiyyələr, müvafiq olaraq 2014-cü və 2018-ci ildə elan edilən Təkliflər Sorğusu vasitəsilə layihələr təqdim etməyə dəvət olunmuşdur. Ümumiyyətlə 31 layihə seçilmişdir ki, bunların çoxu vətəndaş cəmiyyəti ilə tərəfdaşlığı nəzərdə tuturdu: Ukraynada -17, Moldovada -4, Belarusda -5, Ermənistanda -3, Gürcüstanda -2. Layihələr bir sıra texnologiyalar daxil olmaqla müxtəlif enerji səmərəliliyi tədbirlərini əhatə edir və onların bəziləri aşağıda təsvir olunur.

 

İctimai binaların enerji səmərəliliyinin artırılması

 

Regionda bir çox bələdiyyə binası enerjinin ucuz və bol olduğu və iqlim dəyişmələrinin hələ nəzərə alınmadığı bir dövrdə tikilmişdir. Vaxt dəyişib və icitimai binaların isidilməsi çox baha başa gəlir. Bəzi hallarda istilik sistemi heç mövcud deyil, bu da binalardan istifadə edən insanlar üçün narahat şəraitə gətirib çıxarır. Məktəblərdə zəif istilik təchizatı əsas problem kimi müəyyən edilmişdir; çox soyuq olanda uşaqlar fikirlərini cəmləşdirə bilmir və çox vaxt xəstələnir və evdə qalmağa məcbur olur.

 

Divarların və dam örtüklərinin izolyasiyası, pəncərələrin şüşə paketlərlə əvəz edilməsi kimi nisbətən sadə tədbirlər sinif otağında istiliyin saxlanılması, istiliyə qənaət edilməsi və tədris prosesini daha rahat və faydalı olmasını uzun müddət təmin edə bilər.

 

Slavutyiç (Ukrayna), Kantemir (Moldova), Telavi (Gürcüstan), Spiitak və Vayk (Ermənistan) və Oşmiany (Belarus) və başqaları ictimai binaların modernizasiyasına yönəldilən Nümayiş Layihələrini həyata keçirir.

 

Küçələrin işıqlandırmasında işıq-diod (LED) sisteminin tətbiqi

 

LED lampa və çiraqlarının əvvəlki Civə və ya Natrium işıqlanıdrma texnologiyalarına nisbətən iki əsas üstünlüyü var: daha az enerji sərfi və daha aşağı istismar xərcləri. LED lampalarının qiyməti daha yuxarı olmasına baxmayaraq, onlar daha davamlı və daha az enerji sərf edir, beləliklə də küçələrin işıqlandırmasında LED sisteminin tətbiqinə qoyulan sərmayələr nisbətən qısa müddətdə ümumiyyətlə artıqlamasılə özlərini doğrudur.

 

ŞT-in bir çox şəhərlərində büdcə məhdudluğu küçələrin LED işıqlandırma sisteminə keçid üçün tələb olunan ilkin sərmayələrin maliyyələşdirilməsini çətinləşdirir. Polotsk və Beroz (Belarus), Sambir, Mena və Çernivtsi (Ukrayna) və Kantemir, Osnita və Kalarasi (Moldova) kimi şəhərlərdə MR Nümayiş Layihələri belə ilkin sərmayələr üçün layihə vəsaitlərindən istifadə edir. Vacib bir məsələ odur ki, onlar həmçinin bütün xərcləri, qənaətləri və çəkilən xərclərin ödənilməsi müddətini sənədləşdirir və beləliklə banklar, donorlar və digər investorlar üçün daha etibarlı və "banklar üçün məğbul olan" layihələrin hazırlanmasında başqa şəhərlərə kömək edir.

 

İstilik sistemləri

 

Ukraynada istilik və isti su sistemi üçün enerji sərfiyyatı Aİ-nin eyni iqlimli şəhərlərindən təxminən iki dəfə artıqdır (UNECE, 2004), bir çox ŞT ölklərində də vəziyyət eynidir. Rayon istilik təchizatı (Rİ) sistemləri və şəbəkələri çox vaxt köhnəlmiş və pis izolyasiya edilir və paylaşdırma zamanı 30%-dək istilik itkisi olur. Ümumiyyətlə, CO2 emissiyasının 20% və mineral yanacaq metanının 80%-dən çoxu kömürlə işləyən Rİ sistemlərinin payına düşür. Onilliklərlə süni şəkildə aşağı saxlanılan enerji xərcləri hazırda bir çox bələdiyyələrə ziyan verir və həm maliyyə həm də ekoloji dayanıqlıq baxımından rayon istilik sistemlərinin modernizasiyasına investisiyalar prioritet kimi ön plana çıxır.

 

Jovka və Gola Pristan (Ukrayna) və Festelita (Moldova) daha enerji səmərəli istilik sistemləri üzərində işləyən səkkiz Nümayiş Layihəsi şəhəri arasındadır.

 

Günəş enerjisi

 

Hazırda Aİ-nin üzvü olan iki sabiq Sovet respublikası Avropada bərpa olunan enerji sahəsində ən yaxşı göstəricilərə malik olanlar arasındadır: 2011-ci ildə Latviyanın enerjisində bərpa olunan enerjinin payı 33% təşkil edirdi, Estoniya da isə bu göstərici 25% idi (Evrostat). Şərq Tərəfdaşlığı regionunda bütün ölkələr külək və günəş enerjisi daxil olmaqla bərpa olunan enerji mənbələrindən enerji istehsal etmək üçün yaxşı potensiala malikdirlər. Fotoelektrik elementlərin qiymətlərinin düşməsi günəş enerjisinin ŞT bələdiyyələri və ev təsərrüfatları üçün daha əlverişli bir seçim olması deməkdir. 

 

Yerevan şəhəri eləcə də Artik və Aparan şəhərləri (Ermənistan) Nümayiş Layihəsinin tamamilə günəş enerjisinə istiqamətlənmiş şəhərləridir, Festelita (Moldova) şəhərində isə günəş parkı komponenti mövcuddur.

Nou-hau

Lvovda (Ukrayna) yerləşən xüsusi Dəstək Qrupu həm layihənin həyata keçirilməsi baxımından (Aİ-nin müqavilə öhdəliklərinə riayət etməklə sözü gedən enerji səmərəliliyi tədbirlərinin planlaşdırılması, idarəedilməsi və monitorinqi), həm də enerji auditindən tutmuş işlərin tamamlanmasına kimi bütün dövrü əhatə etməklə Nümayiş Layihələrinə texniki baxımdan yardımı təmin edir. Dəstək Qrupu həmçinin fəaliyyətlərini sənədləşdirməkdə layihələrə yardım göstərir və şəhərələrini enerji baxımdan daha səmərəli etməkdə maraqlı olan başqa bələdiyyələr arasında yaxşı iş metodlarının təşviqinə kömək edir.

Veb saytına gedin

Bültenimize abunə olun