Raphael Chatelet
ENERGY EFFICIENCY CENTRE GEORGIA / Gürcüstan Enerji səmərəliliyi mərkəzi
EECG 1998-ci ildə Avropa İttifaqı tərəfindən "Gürcüstanda Enerji səmərəliliyi mərkəzinin və təbii enerji təhsilinin inkişafı" Aİ Tasis layihəsi çərçivəsində yaradılmışdır.
Yarandığı gündən EECG dayanıqlı inkişaf üçün bərpa olunan enerjinnin və enerji səmərələliyinin tətbiqini və nəticə olaraq milli enerji təhlükəsizliyi səviyyəsinin artmasını və mənfi ekoloji təsirlərin minimuma endirilməsini dəstəkləyir. Enerji istehsalı və istehlakının ekoloji təmiz və iqtisadi cəhətdən səmərəli yolları eləcə də bərpa olunan enerji və enerji səmərəliliyi barədə vətəndaş cəmiyyətini və ölkənin qərar qəbul edənlərini məlumatlandırmaq.
2014-cü ildən EECG Merlərin Razılaşmasını Dəstəkləyən qurumdur.
Yaşıl İqlim Fondunun (Green Climate Fund) müşahidəçisi kimi qeydə alınmışdır.
UNION OF COMMUNITIES OF ARMENIA / Ermənistan İcmalar İttifaqı
Ermənistan İcmalar İttifaqı 1997-ci ildə təsis edilmişdir və Ermənistanın bütün kənd və şəhər özünüidarəetmə orqanlarını birləşdirir.
Qeyri-hökumət təşkilatı kimi fəaliyyətə başlayan Assosiasiya 2009-cu ildə yenidən təşkil edilərək hüquqi şəxslər birliyinə çevrilmişdir. Birliyin qanunla müəyyən edilmiş əsas məqsədləri yerli özünü idarəetməni təşviq etmək, üzv icmaların maraqlarını müdafiə etmək, yerli özünü idarəetmə orqanlarının potensialını gücləndirmək və üzv icmalar arasında əməkdaşlığı təşviq etməkdir.
Dəstəkləyən kimi qoşulun
Razılaşmanı Dəstəkləyən, Merlərin Razılaşması məqsədlərinə nail olmaq üçün Merlərin Razılaşmasını təşviq etmək və onların üzvlərini və/ və ya yerli hakimiyyət orqanlarını dəstəkləmək imkanı olan qeyri-kommersiya təşkilatları (yerli və regional hakimiyyət orqanları, şəbəkələr, yerli və regional enerji agentlikləri...) kimi müəyyən edilir.
Onlar öz ərazilərində və ixtisas sahələrində (məs. enerji, ətraf mühit, su, hava) və müxtəlif idarəetmə səviyyələrində (məs., Avropa, milli, regional və ya yerli) Merlərin Razılaşması təşəbbüsünü təşviq etmək və müvafiq imzalayan tərəfləri dəstəkləmək üçün fəaliyyət göstərirlər. Razılaşmanı Dəstəkləyənlər işlədikləri normativ, hüquqi və maliyyə çərçivəsində - yerli, regional və ya Avropa səviyyəsində- malik olduqları ekspert bilikləri ilə razılaşmanı imzalayanlara xüsusi məsləhət vermək və mövcud təşəbbüslərlə sinerji müəyyən etmək üçün ideal vasitədirlər.
Kim iştirak edə bilər
Yerli və Regional hakimiyyət orqanları birlikləri, Avropa federasiyaları, yerli və regional tematik agentliklər (enerji/ətraf mühit) Razılaşmanı Dəstəkləyən kimi qoşula bilərlər.
Əlavə məlumat üçün Razılaşmanı Dəstəkləyənlərin Dəstək Xidməti ilə əlaqə saxlayın: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Tərəfdarların siyahısıNiyə qoşulmalısınız
Razılaşmanı Dəstəkləyən olmağının bir çox üstünlükləri var:
Necə qoşulmalısınız
Razılaşmanı Dəstəkləyən statusunu almaqda maraqlı olan Yerli hakimiyyət orqanları birlikləri, Şəbəkələr, Agentliklər aşağıdakı mərhələlərdən keçməlidirlər:
N.B. Layihədən-layihəyə mandatı olan və əsasən özəl olaraq maliyyələşdirilən qeyri-kommersiya təşkilatları istisna olmaqla, bir çox agentliklər və onların şəbəkələri Razılaşmanı dəstəkləyən ola bilər və öhdəliyi imzalamaq və Merlərin Razılaşması Təşəbbüsünün fəal dəstəkləyəni olmaq üçün onlara kömək ediləcək. Lakin qərar hər bir konkret haldan asılı olaraq verilir və qoşulma şərtlərinə uyğunluq dəstək xidməti vasitəsilə yoxlanıla bilər.
Addım 1
Qeydiyyat formasını doldurun
Addım 2
Qoşulma şərtlərinə uyğunluğun təsdiqlənməsindən sonra, Merlərin Razılaşması Ofisi tərəfindən göndərilən Öhdəlik Bəyannaməsini doldurun və imzalayın.
Addım 3
Müvafiq qaydada doldurulmuş və imzalanmış Öhdəlik Bəyannaməsini aldıqdan sonra Merlərin Razılaşması Ofisi qurumunuzun təşkilati profilini yaradacaq. Bu Sizə Merlərin Razılaşması dairəsində fəal iştirak etmək imkanı verəcək və müvafiq imzalayn tərəflərinizi daha yaxşı dəstəkləməyə kömək edəcəkdir.
Nə vaxt qoşulmaq
Razılaşmanı Dəstəkləyənlər İqlim və Enerji üzrə Merlərin Razılaşmasına istənilən vaxt qoşula bilərlər.
Koordinator kimi qoşulun
Razılaşmanın Koordinatorları, Merlərin Razılaşmasının təşviqi, Dayanıqlı Enerji və İqlim Dəyişikliyi üzrə Fəaliyyat Planlarının hazırlanması və həyata keçirilməsinə texniki və/və ya maliyyə dəstəyi, Razılaşmanı imzalayanların iştirak etdikləri şəbəkələşmə tədbirləri daxil olmaqla, öz coğrafi əraziləri daxilində Razılaşmanı imzalayanları müxtəlif yollarla dəstəkləmək öhdəliyini götürə bilər.
Daha ətraflı məlumat burada.
Kim qoşula bilər
Vilayətlər, bölgələr, nazirliklər, şəhər aqlomerasiyaları, yerli hakimiyyət orqanları qrupları... Razılaşmanı imzalaynlara strateji istiqamətləndirmə, maliyyə və texniki dəstək təmin etmək öhdəliyini rəsmi olaraq üzərinə götürən hər hansı bir dövlət orqanı rəsmi olaraq Razılaşmanın Koordinatoru kimi tanınır.
Daha ətraflı məlumat üçün Razılaşmanın Dəstək Xidməti ilə əlaqə saxlayın: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Koordinatorların siyahısıNiyə qoşulmalısınız
Razılaşmanın Koordinatoru olmağın bir çox üstünlükləri var:
Necə qoşulmaq
Rəsmi Razılaşma Koordinatoru kimi qeydiyyatdan keçmək üçün aşağıdakı mərhələlərdən keçməlisiniz:
Addım 1
Merlərin Razılaşması üzrə rəsmi Öhdəlik Bəyannaməsini imzalayın və onlayn qeydiyyat formasını doldurun
Addım 2
Uyğunluğun təsdiqlənməsindən sonra, Merlərin Razılaşması Ofisindən göndərilən öhdəlik bəyannaməsini doldurub imzalayın
Addım 3
İmzalanmış öhdəlik bəyannaməsini aldıqdan sonra Merlərin Razılaşması Ofisi Sizin rəhbərliyiniz üçün onlayn profil yaradır. Bu Sizə Merlərin Razılaşması dairəsində fəal iştirak etmək imkanı verir və müvafiq imzalayanları daha yaxşı dəstəkləməyə kömək edəcəkdir.
Nə vaxt qoşulmaq
Razılaşmanın Koordinatorları bu səhifənin solunda yerləşən qeydiyyat forması vasitəsilə istənilən vaxt İqlim və Enerji üzrə Merlərin Razılaşmasına qoşula bilərlər.
İmzalayan tərəf kimi qoşulun
Yerli orqanlar iqlim dəyişikliyinin mənfi təsirlərinin azaldılmasında və onlara uyğunlaşmada aparıcı rol ounayır. İqlim və Enerji üçün Merlərin Razılaşmasında iştirak onların bu səylərini dəstəkləyir və onlara növbəti səviyyədə enerji və iqlim öhdəliklərini götürmək üçün zəruri olan tanınma, resurslar və şəbəkələr qurmaq imkanı verir.
Kim iştirak edə bilər
İqlim və Enerji üzrə Merlərin Razılaşması, ölçüsü və enerji və iqlim siyasətlərinin həyata keçirilməsi mərhələsindən asılı olmayaraq, seçilmiş nümayəndələrlə /nümayəndələr tərəfindən demokratik yolla yaradılan bütün yerli hakimiyyət orqanları üçün açıqdır.
Qonşu kiçik və orta saylı yerli hakimiyyət orqanları da, müəyyən şərtlərlə, imzalayanlar qrupu kimi qoşula bilər və 35% CO2 azaldılması hədəfinə və iqlim dəyişikliyinə davamlılığın artmasına fərdi olaraq (variant 1) və ya birlikdə (variant 2) öhdəlik götürərək birgə "Dayanıqlı enerji və iqlim üzrə fəaliyyət planını" təqdim edə bilər- daha ətraflı məlumat Razılaşma saytının Tez-tez verilən suallar bölməsindədir.
Niyə qoşulmalısınız
Merlərin Razılaşmasını imzalayanlar hərəkata qoşulmaq üçün bir çox səbəblər tapa bilər, o cümlədən:
Necə qoşulmaq
Getdikcə genişlənən hərəkata qoşulmaq üçün yerli hakimiyyət orqanları aşağıdakı tədbirləri həyata keçrimələrir:
Addım 1.
İqlim və Enerji üzrə Merlərin Razılaşması təşəbbüsünü bələdiyyə şurasına təqdim etmək. Şura müzakirələrini asanlaşdırmaq üçün, Siz öhdəlik sənədini burada yükləyə bilərsiniz.
Addım 2
Şura, Razılaşmanın bağlanması barədə rəsmi qərar qəbul etdikdən sonra, şəhər merinə, və ya Şuranın eyni səviyyəli üzvünə razılaşmanın bağlanması formasını imzalamaq səlahiyyətini verir. Qoşulma formasını burada yükləyə bilərsiniz.
Addım 3
İmzalanmadan sonra məlumatları onlayn daxil edin və müvafiq qaydada imzalanmış qoşulma formasını yükləyin; yerli hakimiyyət orqanları şurasına göndərilən elektron təsdiq məktubunda təsvir olunan növbəti addımları qeyd edin.
Nə vaxt qoşulmaq
Yerli hakimiyyət orqanları İqlim və Enerji üzrə Merlərin Razılaşmasını istənilən vaxt imzalaya bilərlər.
Ən yaxşı təcrübə
Öz nailiyyətləri çərçivəsində Razılaşmanı imzalayanların hamısı ilham mənbəyi kimi əsas tədbirlərini başqaları ilə bölüşür. Bizim Ən yaxşı təcrübə məlumat bazasında Siz nailiyyətlər, praktiki misalların təhlili, şəhər barədə məlumat, video və daha çox tapacaqsınız!
Merlərin Razılaşması faydalı məsləhətlər verir.
İcra vəziyyəti
Məqsədlərinə nail olmaqda nailiyyətləri qiymətləndirmək üçün Merlərin Razılamasını İmzalayanlar planlaşdırılmış mənfi təsirlərin azaldılması və uyğunlaşma ilə bağlı Fəaliyyət Planlarını təqdim etdikdən sonra hər iki ildən bir Monitorinq hesabatını təqdim etməlidirlər, ən azı dörd ildə bir dəfə isə iqlim dəyişikliyinə davamlılıq, emissiyaların azaldılması və enerji istehlakı ilə bağlı nailiyyətləri görmək üçün fəaliyyət planının emissiyaların siyahısı (kadastrı) yenilənir.
İmzalayanların təqdim etdikləri Monitorinq hesabatlarının siyahısı aşağıda təqdim edilir. Xüsusi məlumatı tapmaq üçün axtarış sistemindən istifadə edin.
Fəaliyyət planları
Merlərin Razılaşmasına rəsmi qoşulduqda, imzalayan tərəflər göstərilən müddət ərzində (DEFP -SEAP-lar üçün bir il, DEİFP- SECAP-lar üçün iki il) bələdiyyə şurası tərəfindən təsdiq edilən Dayanıqlı Enerji (İqlim) Fəaliyyət Planının təqdim edilməsi öhdəliyini üzərinə götürürlər.
Razılaşmanı İmzalayanların yerli şura tərəfindən təsdiq edilən fəaliyyət planı 2020-ci və ya 2030-cu il hədəflərinə doğru addımları təsvir edir.
Razılaşmanı İmzalayanların təqdim etdikləri, Avropa Komissiyasının Birgə Tədqiqat Mərkəzi tərəfindən hazırda qiymətləndirilən və ya artıq qəbul edilmiş bütün Fəaliyyət Planlarını aşağıda tapa bilərsiniz.
Merlərin Razılaşması
Merlərin Razılaşması yerlərdə iqlim və enerji tədbirləri üçün dünyanın ən böyük hərəkatıdır. Aİ-nin İqlim və Enerji üzrə Merlərin Razılaşması Aİ-nin iqlim və enerji məqsədlərinin həyata keçirilməsində könüllü olaraq iştirak edən minlərlə yerli hakimiyyət orqanlarını bir araya gətirir.
Razılaşmanı imzalayan şəhərlər Aİ-nin 2030-cu ilədək qazanxana qazlarının 40% azalması hədəfinin təmin olunmasını və iqlim dəyişmələrinin mənfi təsirlərinin yumşaldılmasına və ona uyğunlaşmaya ümumi yanaşmanın qəbul edilməsini dəstəkləməyi üzərinə götürürlər.
Bu təşəbbüs, onun inkişafı, məqsədləri və mövcud nailiyyətlərinin göstəriciləri barədə daha ətraflı məlumatı burada tapa bilərsiniz.
MR - Şərq təşəbbüsünün məqsədləri:
- Şərq Tərəfdaşlığı (ŞT) şəhərlərinin inkişafına və onların Dayanıqlı Enerji və İqlim üzrə Fəaliyyət Planlarının (DEİFP) - Sustainable Energy and Climate Action Plans (SECAP) həyata keçirilməsinə kömək etmək.
- ŞT ölkələrində Merlərin Razılaşması təşəbbüsünün davamlılığını artırmaq və Avropa İttifaqının 2030-cu ilədək enerji və iqlim məqsədlərini regional kontekstə uyğunlaşdırmaq.
- Razılaşmanın təbliğ və təşviqini artırmaq.