Kitabxana

Merlərin Razılaşmasının onlayn Kitabxanası Razılaşmanın əsas sənədləri, texniki materiallar, tematik vərəqələr, tədbirlərin hesabatları, vebinar yazıları və digər materiallar kimi geniş spektrli faydalı resurslar təklif edir.

Texniki materiallar

Texniki materiallar (30)

Cümə axşamı, 26 Noyabr 2020 14:37

PubLiCity layihəsi kitabçası

Written by

Şəhər İşıqlandırmasını necə yeniləmək olar - Polotsk şəhərinin nümunəsinə əsaslanan ətraflı addım-addım təlimat.

EN    RU

Cümə axşamı, 26 Noyabr 2020 14:37

Hesabat vermə qaydaları

Written by

Bu sənəd, imzalayan tərəflərə Razılaşmanın MyCovenant hesabat platformasının müxtəlif bölmələrində məlumatın necə təqdim edilməsi üzrə addım-addım təlimat verir. Sənəd, Merlərin Razılaşması Avropa Ofisi tərəfindən BTM ilə birlikdə hazırlanmışdır və Razılaşmanın hesabat vermə sistemini anlamaqda və hesabat vermə prosesini düzgün həyata keçirməkdə imzalayan tərəflərə kömək etmək məqsədini daşıyır. Təlimata praktiki tövsiyələr və faydalı mənbələrə əlavə olunur.

AM     AZ     BY     EN     GE     MD     UA

Təlimat Dayanıqlı Enerji və İqlim üzrə Merlərin Razılaşmasını imzalayanlara hesabat prinsiplərini başa düşməkdə kömək etmək üçün hazırlanmışdır.

EN     RU

Cümə axşamı, 26 Noyabr 2020 14:37

DEİFP-in şablonu

Written by

EN     RU

Sənəd Merlərin Razılaşmasını imzalayanlara DEFP-ın hazırlanması prosesində dəstək vermək üçündür. Bu təlimat, Birgə Tədqiqat Mərkəzi ilə Merlərin Razılaşması Ofisi arasında və yerli və regional enerji ekspertlərin əhəmiyyətli töhfələri ilə hazırlanmışdır.

RU

Merlərin Razılaşmasını imzalayanlar tərəfindən hazırlanmalı olan DEFP-in həyata keçirilməsinə dair monitorinq hesabatının şablonu.

EN

Təlimat Merlərin Razılaşmasının hesabat sistemi ilə tanış olmaq imkanı verir.

EN     RU

Bu sənəd 2018-ci ildə Şərq Tərəfdaşlığı bölgəsindəki Merlərin Razılaşmasını imzalayanlar tərəfindən təqdim olunmuş 134 DEFP şablonunun təhlili nəticələrinə əsasən "Merlərin Razılaşmasını - Şərq" Aİ layihəsinin Texniki Dəstək Xidməti tərəfindən, hazırlanmışdır. Sənədin məqsədi imzalayanları aşkar edilmiş uyğunsuzluqlar barədə məlumatlandırmaq, yeni hesabatlar təqdim edərkən onlardan çəkinməsinə kömək etmək və hesabatların ümumi keyfiyyətinin yaxşılaşdırılmasına kömək etməkdir.

EN

Bu hesabat, Şərq Tərəfdaşlığı ölkələrində bələdiyyələrdə enerji, iqlim və ətraf mühit sahələrində  investisiya çatışmazlığını araşdırır. İqlim dəyişikliyindən getdikcə artan təzyiqə görə ŞT ölkələrindəki bələdiyyələr bu sahələrdə infrastruktur layihələri üçün maliyyə və təcrübə əldə etməkdə çətinlik çəkirlər. Hesabat  inzibati ərazi təşkilatı və bank sektoruna məxsus maneələri  araşdırır. O,  enerji, iqlim və ətraf mühit sahələrində bələdiyyələrə, dövlət idarəetmə orqanalarına və gələcək bələdiyyə proqramları üçün tövsiyələr təqdim edir.

EN

Cümə axşamı, 24 Dekabr 2020 13:40

CoM-DeP: Layihələrinin İcra Təlimatı

Written by

Bu Təlimat layihə qruplarını layihə idarəçiliyində dəstəkləmək, habelə Aİ qaydaları və proseduralarına riayət etməklə layihəni necə idarə etməli və səmərəli və rasional şəkildə həyata keçirməyi daha yaxşı başa düşmək və həmçinin uyğunsuzluq risklərini minimuma endirmək üçün hazırlanmışdır.

EN     RU     Əlavə sənədlər

Cümə axşamı, 26 Noyabr 2020 14:36

İstinad məlumat aləti

Written by

Alətdə "Merlərin Razılaşması-Şərq" (CoM East) qrupunun üzvü olan 11 ölkənin hər biri üçün Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova Respublikası, Özbəkistan, Tacikistan, Türkmənistan və Ukrayna müxtəlif sektorlar üçün milli enerji istehlakı göstəriciləri və enerji daşıyıcıları barəsində məlumat bazası var. Qeyd etmək lazımdır ki, alət yerli məlumatlar olmadıqda sizə kömək edəcək istinad məlumatlarını təmin etmək üçün hazırlanmışdır. Bu, xüsusilə yerli məlumatların toplanması üçün bir sistem olmadığı kiçik icmalar üçün faydalı ola bilər. Alətin istifadəsini asanlaşdırmaq üçün əsas giriş məlumatlarını və alət tərəfindən hesablanan çıxış məlumatlarını izah edən təlimat hazırlanmışdır.

EN     RU 

Merlərin Razılaşması-Şərq metodologiyası əvvəlki illər üçün milli əmsalların əldə edildiyi " ənənəvi inkişaf" ssenarisinə əsaslanan emissiya proqnozları ehtimalı sayəsində genişləndirildi. Beləliklə, imzalayanlar emissiya kadastrında baza ilində ümumi emissiyaların ümumi həcmindən və 2020-ci ilə qədər olan proqnozları hesablaya bilərlər.

EN

Yerli hakimiyyət orqanları üçün ümumi Dayanıqlı Enerji üzrə Fəaliyyət Planının hazırlanması üzrə təlimat.

EN     RU

Ərazi Koordinatorlar üçün ümumi DFİP-in təhlili üzrə təlimat.

EN     RU

Cümə axşamı, 26 Noyabr 2020 14:36

İmzalayanlar üçün dərslik

Written by

Təşəbbüsə yeni qoşulmuş imza edənlər üçün dərslik. Sənəd imzalayan tərəflərin öhdəliklərini, Merlərin Razılaşması ofisi göstərilən köməyi və imzalayanların öhdəliklərinin müxtəlif mərhələlərini təsvir edir.

EN     RU

Cümə axşamı, 26 Noyabr 2020 14:36

DEFP-in təqdim edilməsi və yoxlama prosesi

Written by

Sənəddə Merlərin Razılaşması təşəbbüsü çərçivəsində DEFP-in Merlərin Razılaşması üzrə ofisi və Birgə tədqiqat mərkəzi tərəfindən təqdim etmə və yoxlama prosesləri təsvir olunur.

EN     RU

Şərq Tərəfdaşlığı və Orta Asiya ölkələrinin Milli və Ərazi Koordinatorları tərəfindən götürülən öhdəliklərin qısa xülasəsi.

RU

Şərq Tərəfdaşlığı və Orta Asiya ölkələrinin yerli və regional hakimiyyətlərinin assosiasiyaları tərəfindən götürülən öhdəliklərin qısa xülasəsi.

RU

Təlimat nümayiş layihələrinin texniki icrası mərhələlərinin təsviri, mərhələlərin məntiqi ardıcıllığı, layihə qrupunun rolları və tapşırıqları, hər mərhələnin hesabatları və nəticələri, layihə ilə müqavilə bağlanan əmtəə / xidmətlər tədarükçülərinin və həmçinin Dəstək qrupun və Aİ nümayəndəliyinin rolu.

EN     RU

Bu Təlimatda illik istismar xərclərini əhəmiyyətli dərəcədə azaldacaq və binanın hərtərəfli yüksək keyfiyyətli istilik izolyasiyası ilə modernləşdirilməsi üçün binanın tipik struktur elementlərinə texniki tələblər barədə ümumi məlumat verilir.

EN     RU

Cümə axşamı, 24 Dekabr 2020 13:40

CoM-DeP: Küçə İşıqlandırması üzrə təlimat

Written by

Təlimat ümumilikdə küçə işıqlandırma layihələrinin həyata keçirilməsində maraqlı olanlar üçün hazırlanmışdır. Küçə işıqlandırması ilə əlaqəli bütün əsas məsələləri bir yerdə, kifayət qədər detallarla bir sənəndə toplanmışdır.

EN

Cümə axşamı, 24 Dekabr 2020 13:40

CoM-DeP: Texniki Nəzarət

Written by

Bu sənəd şablonları müəssisədəki aparılan işlərə texniki nəzarət prosesini sadələşdirəcəkdir. Layihə qrupu ilə texniki nəzarət mütəxəssisi arasında razılaşdırılmış tədbirlərin siyahısı, habelə tikinti şirkəti üçün müvafiq həftəlik hesabat şablonları və obyektdə görülən işlərə dair iclas protokolları ilə texniki nəzarət konsepsiyası daxildir.

EN     RU

Cümə axşamı, 24 Dekabr 2020 13:40

CoM-DeP: Ölçmə və Yoxlama Təlimatları

Written by

Dəstək Qrupu, üç tematik klaster üzrə ölçmə və yoxlama ilə bağlı bir sıra təlimatlar hazırlamışdır. Layihənin icrasından əvvəl və həyata keçirildikdən sonra istehlakı müqayisə etmək üçün alt layihələrin hər birində enerji qənaətini hesablamaq üçün mütəmadi olaraq ölçülməli və izlənilməli parametrlərin siyahısı verilmişdir.

  • Binaların istilik izolyasiyası: EN     RU
  • Mərkəzləşdirilmiş istilik sistemlərinin yenidən qurulması: EN     RU
  • Küçə işıqlandırılması: EN     RU

Enerji xidməti şirkətlərinin (ESCO) qanunvericilik bazası və prinsipləri, enerji xidməti müqavilələrinin mexanizmləri, Ukraynada tətbiqetmə təcrübəsindən nümunələr haqqında məlumat.

UA

Bu təlimat bələdiyyələrin və mərkəzləşdirilmiş istilik təchizatı şirkətlərinin öz müəssisələrini istehlakçılara yüksək səviyyəli xidmətlər göstərən müasir və enerji səmərəli mərkəzləşdirilmiş istilik sistemlərinə çevirmələrini təşviq etməli və imkan verməlidir.

EN     RU

 

Bu təlimat inşaat işləri prosesində iştirak edən bütün texniki mütəxəssisləri aiddir, məsələn tikinti şirkətlərinə, sahə nəzarətçilərinə, layihə menecerlərinə və s. Bu təlimatda texniki qüsurlar barədə əsas məlumatlar verilmişdir. Lakin nəzərə almaq lazımdır ki, hər bir layihənin konkret tikinti detalları və materialları olduğundan, hər bir layihə üçün həqiqi ehtiyaclarına uyğun olaraq tövsiyə olunan yanaşma qəbul edilməlidir.

EN     RU

 

Müvafiq keyfiyyətə nəzarətin tərkib hissələrindən biri də tikinti işləri zamanı bütün alt layihələr üçün qurulmalı olan tikinti işləri prosesinin sənədləşdirilməsidir. Foto çəkiliş bunun vacib bir hissəsidir.
Dəstək Qrupu, bu təlimatlardan istifadə edərək bütün obyektlərin foto çəkilişinin təşkil olunmasını tövsiyə edir.

EN     RU

Bültenimize abunə olun