Cümə axşamı, 11 Aprel 2019 07:48

Merlərin Razılaşması üzrə Şərq Ofisi (MRO-Şərq) nədir

Written by
Rate this item
(0 votes)

Merlərin Razılaşması üzrə Şərq Ofisi (MRO-Şərq) bu təşəbbüsün Şərqi Avropa və Qafqazda koordinasiyası və idarə olunmasına cavabdeh olmaqla, Avropa Komissiyasının Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Baş İdarəsi tərəfindən maliyyələşdirilir.  Bu Ofis imzalayan şəhərlərə inzibati və texniki dəstək verir, Razılaşmanın tərəfdaşları arasında qarşılıqlı əlaqəni təmin edir və onların fəaliyyətinin işıqlandırılmasına kömək göstərir.

 

Brüsseldəki MRO ilə birlikdə İrəvan (Ermənitan),  Minsk (Belarusiya), Tbilisi (Gürcüstan), Kişinyov (Moldova) və Kiyev (Ukrayna) şəhərlərində yerləşən MRO-Şərq, Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukraynadan olan imzalayan şəhərlərə dəstək göstərir.

 

Ofis, “Energy Cities” rəhbərlik etdiyi və "İqlim İttifaqı" Assosiasiyası, "Kommunalkredit Public Consulting" konsaltinq şirkəti, "Interakcia" Fondu, "Ukraynanın Enerji-Səmərəli Şəhərləri" Assosiasiyası, Ermənistanın Respublika İctimai Birliyinin üzv olduğu Konsorsium tərəfindən idarə olunur.

 

Merlərin Razılaşması Ofisi yerli özünüidarəetmə orqanları ilə Merlərin Razılaşması arasında ilk vasitəçi rolunu oynayır. Onun məqsədi aşağıdakılardır:

 

  • Merlərin Razılaşmasına qoşulmaq istəyən yerli hakimiyyət orqanlarını ictimaiyyətə tanıtmaq.
  • Merlərin Razılaşması və onun tələbləri ilə bağlı məsələlərdə İmzalayan şəhərlərə ümumi texniki və xüsusi məsləhət dəstəyi təmin etmək.
  • Üçüncü tərəflərlə və əsas tərəfdaşlarla (məsələn, bölgə koordinatorları və Razılaşmanı dəstəkləyənlər, yerli və regional enerji təşkilatları) qarşılıqlı münasibətləri əlaqələndirmək.

Avropa Komissiyasının Birgə Tədqiqat Mərkəzi və “İqlim İttifaqı” Assosiasiyası, CO2 emissiyasının inventarlaşdırılması, DEİF / DEİFP-lərin hazırlanması və onların qiymətləndirilməsi ilə bağlı spesifik məsələlərdə dəstək verir.

Read 548 times Last modified on Cümə axşamı, 11 Aprel 2019 07:49

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Bültenimize abunə olun