Cümə axşamı, 11 Aprel 2019 08:00

Dayanıqlı Enerji üzrə Fəaliyyət Planı (DEFP) və ya Dayanıqlı Enerji və İqlim üzrə Fəaliyyət Planı (DEİFP) nədir

Written by
Rate this item
(0 votes)

Merlərin Razılaşmasının daha əvvəlki versiyasını imzalayan şəhərlər yalnız enerji və iqlim dəyişikliyinin təsirlərinin yumşaldılmasına fokuslanaraq 2020-ci ilədək Dayanıqlı Enerji üzrə Fəaliyyət Planını (DEFP) hazırlamağı və icra etməyi öhdələrinə götürmüşdür. İqlim və Enerji üzrə yeni Merlər Razılaşmasına imza atan şəhərlər indi 2030-cu ilədək həm iqlim dəyişikliyinin təsirlərinin yumşaldılmasına, həm də adaptasiya tədbirlərinə yönəlmiş Dayanıqlı Enerji və İqlim üzrə Fəaliyyət Planı (DEİFP) hazırlamağa və icra etməyə dair öhdəlik götürmüşdür.

 

Fəaliyyət planı (həm DEFP, həm də DEİFP) Razılaşmanı imzalayan tərəfin öz baxış və hədəfinə necə çatacağını göstərən əsas sənəddir. Bu plana mövcud vəziyyətin qiymətləndirilməsi, yəni iqlim dəyişikliyi hissəsi üçün Emissiyaların Baza Kadastrı (həm DEFP, həm də DEİFP) və adaptasiya hissəsi üzrə Risk və Həssaslığın Qiymətləndirilməsi (yalnız DEİFP üçün); aydın ifadə olunmuş məqsədlər və hədəflər; və zaman çərçivələri ilə birlikdə planlaşdırılan tədbirlər, həvalə olunan vəzifələr və proqnoz olunan təsirlər daxildir.

 

Fəaliyyət sferası:

 

Merlərin Razılaşması iştirakçı yerli hakimiyyət orqanlarının səlahiyyət hüdudlarında yerli səviyyədə fəaliyyətlərə aiddir. Buna görə də, Razılaşmanı imzalayan tərəflərin mümkün bir neçə rolda və ya rolların hamısında çıxış edəcəkləri gözlənilir:

 

  • İstehlakçı və model: Bütün yerli hakimiyyət orqanları özlərinin enerji istehlakına cavabdehdirlər. Eyni zamanda, onlar vətəndaşları və digər maraqlı tərəfləri enerjidən daha səmərəli istifadəyə təşviq etməklə nümunəvi rol oynayırlar.
  • Planlayıcı, tərtibatçı və tənzimləyici: Bütün yerli hakimiyyət orqanları adətən tikinti, nəqliyyat və torpaqdan istifadə siyasətinə görə məsuliyyət daşıyırlar. Onların yeni tikililərin enerji səmərəliliyini optimallaşdırmaq, nəqliyyatın dayanıqlı inkişafının gücləndirilməsinə yönəlmiş addımları, habelə adaptasiya strategiyalarını yerli planlaşdırma praktikasına inteqrasiya etmək kimi səlahiyyətləri var. Onlar qanuni qərarlar və normativ-hüquqi aktlar qəbul etmək yolu ilə müxtəlif sahələrdə nəqliyyatın işini və enerji səmərəliliyi göstəricilərini müəyyən edir.
  • İstehsalçı və təchizatçı: Yerli hakimiyyət orqanları həm də yerli enerji istehsalını və bərpa olunan enerji mənbələrindən (məsələn, istilik və elektrik enerjisinin birləşdirilmiş istehsalı, rayon istilik sistemləri və s.) istifadəni təşviq edən yerli kommunal xidmət və ya xidmət təchizatçısı kimi çıxış edə bilər.
  • Məsləhətçi və motivator: Bütöv cəmiyyətin dayanıqlı enerji və iqlim siyasətlərini dəstəkləməsi üçün məlumatlandırma və maarifləndirmə işlərinin aparılması vacibdir. Yerli hakimiyyət orqanları vətəndaşlar və digər maraqlı tərəflər (məsələn, memarlar, planlaşdırıcılar və sənətkarlar) üçün məsləhətçi və təlimatçı kimi fəaliyyət göstərə bilər.

 

Təsirlərin yumşaldılması hissəsi üzrə təlimatlar üçün DEFP Məlumat Kitabçasına baxın (ingilis, alman, fransız, italyan və ispan dillərində).

 

Adaptasiya hissəsi üzrə təlimatlar üçün adaptasiya üzrə tədbirlərin hazırlanmasında şəhərlərə dəstək alətinə baxın.

Read 594 times

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Bültenimize abunə olun