Qoşulma proseduru – Merlərin Razılaşmasına necə imza atmaq olar

Qoşulma proseduru – Merlərin Razılaşmasına necə imza atmaq olar (6)

Cümə axşamı, 11 Aprel 2019 07:41

Kimlər qoşula bilər?

Written by

Avropanın istənilən ölçülü yerli hakimiyyət orqanı – kiçik şəhərlərdən tutmuş böyük şəhərlərə və ya böyük metropoliten ərazilərə qədər –  Razılaşmaya tərəfdaş çıxaraq onu imzalamaq hüququna malikdir. Yerli hakimiyyət orqanları seçilmiş nümayəndələrdən / onlar  tərəfindən demokratik yolla təşkil olunmalıdır.

 

Təşəbbüsün Dayanıqlı Enerji və İqlim üzrə hərtərəfli Fəaliyyət Planının (DEİFP) hazırlanmasını və icrasını tələb etdiyini nəzərə alaraq, imzalayan tərəfin idarəetmə orqanları nəqliyyat, binalarda elektrik enerjisindən istifadə, torpaqdan istifadənin planlaşdırılması, iqlim dəyişikliyinə adaptasiya və s. kimi müxtəlif sahələrdə yetərli səriştə və bacarığa malik olmalıdırlar. Əgər maraqlı yerli hakimiyyət orqanı öz fəaliyyət planını hazırlamaq üçün lazımi bilik və ya resurslara sahib deyilsə, həmin orqan müvafiq səriştəyə, bacarıqlara və imkanlara sahib olan təşkilatlardan (yəni, Razılaşma üzrə Bölgə Koordinatorları və ya Tərəfdaşlar) dəstək almalıdır.

 

Kiçik yerli hakimiyyət orqanları da imzalayan şəhərlər qrupu kimi Merlərin Razılaşmasına qoşula və onların öhdəliklərini paylaşa bilərlər. Bələdiyyələr qrupu kimi qoşulma qaydalarını öyrənmək üçün buraya baxın.

Cümə axşamı, 11 Aprel 2019 07:42

Bələdiyyə kimi necə qoşulmalı?

Written by

Merlərin Razılaşmasını imzalamaq istəyən yerli hakimiyyət orqanları aidiyyəti öhdəlikləri öz bələdiyyə şuralarına (yaxud ekvivalent qərarverici orqan) təqdim etməli və müzakirə etməlidir. Razılaşmanı imzalamaq qərarı rəsmi olaraq verildikdən sonra, yerli hakimiyyət orqanları burada özlərinə aid məlumatları onlayn şəkildə doldurmalı və lazımi qaydada imzalanmış formaları (buradan müvafiq milli dildə endirə bilərsiniz) səhifəyə yükləməlidir. Şura qərarının tarixi “Məlumat və əlaqə formasında” Şuranın məsləhətləşmə tarixi kimi göstərilməlidir. Lazımi şəkildə imzalanmış qoşulma forması və qəbul məktubu ilə birlikdə yerli hakimiyyət orqanı bundan sonra Razılaşmanı imzalayanların ictimaiyyətə açıq siyahısına daxil ediləcəkdir.

 

Qeyd: Merlərin Razılaşması könüllü öhdəlikdir. Buna görə də qoşulma tamamilə ödənişsizdir.

Kiçik qonşu bələdiyyələr Dayanıqlı Enerji və İqlim üzrə Birgə Fəaliyyət Planının hazırlanmasından faydalana bilərlər. Qrup şəklində (bir imzalayan) qoşulmaq üçün hər bir bələdiyyə birgə DEİFP-in təqdim olunması məqsədilə xüsusi olaraq nəzərdə tutulmuş qoşulma formaları ilə qeydiyyatdan keçməlidir. Beləliklə, bələdiyyələrin ixtiyarında iki müxtəlif əməkdaşlıq variantı var:

 

Variant 1 – fərdi öhdəliklər: Qrupdakı hər bir imzalayan şəhər fərdi olaraq CO2 emissiyalarını 2020-ci ilədək ən azı 20% və / və ya 2030-cu ilədək 30% azaldacağına dair öhdəlik götürür və beləliklə ondan öz şablonunu tamamlamaq tələb olunur. Bu fəaliyyət planı həm fərdi, həm də paylaşılan tədbirləri ehtiva edə bilər.

 

Variant 2 – paylaşılan öhdəliklər: imzalayan şəhərlər qrupu kollektiv şəkildə CO2 emissiyalarını 2020-ci ilə qədər ən azı 20%, və/yaxud 2030-cu ilə qədər 30% azaldacaqlarına dair öhdəlik götürür. Belə xüsusi halda internet səhifəsində qruplaşdırılan imzalayanlar qrupu profilində sadalanan imzalayan şəhərlər qrupu tərəfindən yalnız bir ümumi şablon doldurulur.

Cümə axşamı, 11 Aprel 2019 07:44

Nə zaman qoşulmalı?

Written by

Yerli hakimiyyət orqanları istənilən vaxt Merlərin Razılaşmasına imza ata bilər, bunun üçün heç bir son tarix yoxdur! Merlərin Razılaşması mərasimləri ildə bir dəfə keçirilir və bütün merlərə cəmiyyətdə tanınma, şəbəkələşmə və ictimaiyyət qarşısında imza atmaq kimi dəyərli fürsət təmin edir.

 

Qeyd: istinad üçün qoşulma tarixi bələdiyyə məclisinin (yaxud ekvivalent qərarverici orqan) qərarının tarixidir.

Cümə axşamı, 11 Aprel 2019 07:44

Qoşulma formasını kim imzalamalıdır?

Written by

Bələdiyyə məclisi Razılaşmaya qoşulma haqqında rəsmi qərar qəbul edir və şəhər merinə və ya onun nümayəndəsinə Qoşulma Formasını imzalamaq səlahiyyəti verir.

Cümə axşamı, 11 Aprel 2019 07:45

İmzalayanların statusunu necə yoxlamaq olar?

Written by

Razılaşmaya imza atan şəhərlərin siyahısı ilə burada tanış ola bilərsiniz.

Bültenimize abunə olun