Mükəmməllik Meyarları (mütərəqqi təcrübə misalları)

Mükəmməllik Meyarları (mütərəqqi təcrübə misalları) (2)

Cümə axşamı, 11 Aprel 2019 08:39

Sizin ən yaxşı təcrübələrinizi necə tanıtmalı?

Written by

Razılaşmanı imzalayan tərəflər aşağıdakı hərəkətləri yerinə yetirməlidirlər:

 

  • "Mənim Razılaşmam" menyusuna daxil olun.
  • “Mənim Fəaliyyət  Planım" > “Mənim Dayanıqlı Enerji üzrə Fəaliyyət Planım” menyusuna gedin və “Ulduz” simvoluna sıxaraq “Mükəmməllik Meyarları” kimi qeyd olunacaq tədbirlər siyahısından müvafiq seçimləri edin. Nəzərə alın ki, yalnız hal-hazırda icra olunan tədbirlər təqdim edilə bilər.

 

Bütün məlumatları ingilis və ya rus dillərində doldurun: CO2 emissiyalarının azaldılması, enerjiyə qənaət, bərpa olunan enerji, icra xərcləri və / və ya yaradılan iş yerləri ilə bağlı əsas rəqəmlərlə birlikdə qeyd olunan tədbirlərin qısa təsvirini verin.

 

Razılaşmanın koordinatorları və dəstəkləyənləri aşağıdakı prosedurları qəbul etməlidir:

 

  • "Mənim Razılaşmam" menyusuna daxil olun.
  • “Mənim meyarlarım” > “Yeni meyar əlavə et” menyusuna gedin.
  • Bütün məlumatları ingilis və ya rus dillərində doldurun, o cümlədən  qısa təsviri, iştirak edən imzalayan şəhərlərin adını və Mükəmməllik Meyarının aid olduğu kateqoriyanı daxil edin.

 

Qeyd: Merlərin Razılaşması Ofisi təqdim edilən məlumatlar natamam olarsa  və / və ya aidiyyəti fəaliyyətin icra mərhələsində olmadığı müəyyən olunarsa, təqdim edilmiş istənilən Mükəmməllik Meyarını ictimaiyyətə açıq internet səhifəsindən çıxarmaq hüququna malikdir.

Cümə axşamı, 11 Aprel 2019 08:40

Mükəmməllik Meyarları nədir?

Written by

Mükəmməllik meyarları qismində Razılaşmanı imzalayan şəhərlərin, koordinatorların və dəstəkləyən tərəflərin öz ərazilərində həyata keçirməklə xüsusilə qürur duyduqları və digər yerli hakimiyyət orqanlarının təkrarlamasına layiq hesab etdikləri faydalı tədbirlər başa düşülür.

 

Mükəmməllik meyarları kataloqu böyük təkrarlama potensialına malik mütərəqqi təcrübələri və nümayişə layiq fəaliyyətləri təşviq etmək üçün  onlayn platforma təmin edir. Kataloqu burada araşdırmaq olar.

 

Monitorinq şablonunu təqdim edərkən, Razılaşmanı imzalayan tərəflər barəsində daha ətraflı məlumat verməli olduqları 3 fəaliyyəti (nailiyyəti) Mükəmməllik Meyarları kimi təqdim etməlidirlər.

Bültenimize abunə olun