Yerli iqlim və enerji günləri

Yerli iqlim və enerji günləri (3)

Cümə axşamı, 11 Aprel 2019 08:41

Yerli iqlim və enerji günləri nədir?

Written by

İqlim və Enerji Günü, enerji səmərəliliyi, bərpa olunan enerji mənbələrindən istifadə, iqlim dəyişikliyinin təsirlərinə dözümlülük və enerji və iqlim dəyişikliyi arasında əlaqələr haqqında ictimaiyyətin məlumatlandırılmasını qarşıya məqsəd qoyan yerli səviyyəli hadisədir. Adətən xüsusi bir dövrdə təşkil edilir, hadisələrin növləri fərqli olsa da, bir qayda olaraq seminarlar, sərgilər, bələdçilərin rəhbərliyi altında səfərlər və açıq qapı günləri kimi fəaliyyətləri ehtiva edir. Yerli Enerji Günlərinə dair nümunələr Razılaşmanın onlayn gündəliyində təqdim olunur.

 

Enerji Günləri, bələdiyyə orqanları və / və ya digər təşkilatlar tərəfindən təşkil edilən digər tədbirlərlə (məsələn, şəhər / qəsəbə günü ilə birlikdə) keçirilə bilər.

 

Tədbirin təşkili zamanı sakinlərin və tədbir iştirakçılarının məlumat əldə etməsini asanlaşdıran broşura, buklet və kataloq kimi məlumatlandırıcı materialların mövcudluğuna diqqət yetirilməlidir.

Cümə axşamı, 11 Aprel 2019 08:41

Enerji günlərini niyə təşkil etməli?

Written by

Fəaliyyət planının bütün ərazini əhatə etdiyini nəzərə alaraq, təkcə bələdiyyə binaları və nəqliyyat vasitələri deyil, şəxsi evlər, xidmət sektoru və ictimai nəqliyyat da diqqətdən kənarda qalmalı deyil – buna görə də yerli maraqlı tərəflərin və vətəndaşların Fəaliyyət Planının hazırlanması və həyata keçirilməsinə  cəlb olunması çox vacibdir.

 

Razılaşmaya imza atan hər bir tərəf öz enerji və iqlim məqsədlərinə yönəldilmiş səmərəli məlumatlandırma və maarifləndirmə kampaniyaları vasitəsilə onların cəlb olunma səviyyəsini yüksəldə bilər.

Cümə axşamı, 11 Aprel 2019 08:42

Necə dəstək almalı?

Written by

Merlərin Razılaşmasının internet səhifəsində MR-lə əlaqəli tədbirlərin gündəliyində sizin yerli enerji günlərinə dair həvəsləndirici materiallar tapa bilərsiniz.

 

Bundan əlavə, hər il Avropa Komissiyası enerji səmərəliliyi və bərpa olunan enerji həllərinə fokuslanmış Avropa Dayanıqlı Enerji Həftəsi (ADEH) keçirir. ADEH-in əsas hissəsi Avropada yerli hakimiyyət orqanları tərəfindən təşkil edilən Yerli Enerji Günlərindən ibarətdir.

 

Yerli Enerji Günü enerji səmərəliliyi və ya bərpa olunan enerjini təbliğ edən qeyri-kommersiya tədbiri, fəaliyyəti, layihəsi, sərgisi və ya tamaşası kimi təsvir olunur. Sərgilər, konfranslar, onlayn tədbirlər, tamaşalar, bələdçilərin rəhbərliyi altında turlar, açıq qapı günləri, seminarlar, media kampaniyaları və konsertlər kimi fəaliyyətlər buna xidmət edir.

 

ADEH-dən tam dəstəyi Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.  vasitəsilə əldə edə bilərsiniz.

Bültenimize abunə olun