Razılaşmanı dəstəkləyənlər

Razılaşmanı dəstəkləyənlər (5)

Mən Razılaşmanın Dəstəkləyicisi olmaq üçün tərəfdaşlıq razılaşmasını 2015-ci ildə və ya daha əvvəl imzalamışam – mən yeni təşəbbüsə qoşulmalıyammı?

 

Xeyr, Merlərin Razılaşmasının mövcud dəstəkləyənləri, LAREA və ya ortaq tərəfdaşlar üçün yeni təşəbbüsə qoşulmaq öhdəliyi yoxdur. Təşkilat öz statusunu saxlayacaq və imzalayan şəhərlərin 2030-cu il hədəflərinə çatması üçün öz öhdəliklərini təzələmə zərurəti və bunun zamanına dair qərar verə və onların adaptasiya tədbirlərini hazırlaya bilər. Lakin, siz öz üzvlərinizi və ərazinizdəki imzalayan şəhərləri onların ambisiyalarını gücləndirmək məqsədilə yeni təşəbbüsə qoşulmağa təşviq etməlisiniz.

 

Mən hələki Razılaşmanın dəstəkləyicisi deyiləm və yeni təşəbbüsə qoşulmaq istərdim – mən necə qoşula bilərəm?

 

Razılaşmanın dəstəkləyicisi statusunu əldə etmək və ya öhdəliyinizi yeniləmək üçün "Necə müraciət etməli” bölməsinə baxın.

Cümə axşamı, 11 Aprel 2019 08:47

Necə qoşulmalı?

Written by

Təşkilatınız Razılaşmanın Rəsmi Dəstəkləyən tərəfdaşı olmağa maraq göstərirsə, aşağıdakı prosesdən keçməlidir:

 

  • Onlayn qoşulma formasını doldurun.
  • Uyğunluğun təsdiqindən sonra, sizə göndəriləcək öhdəlik bəyannaməsini doldurun və imzalayın və onu Razılaşmanın dəstək xidmətinə göndərin (Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.).

 

Müvafiq şəkildə doldurulmuş və imzalanmış öhdəlik bəyannaməsini qəbul etdikdən sonra, Merlərin Razılaşması Ofisi təşkilatınız üçün onlayn profil yaradacaq və bu sizə Merlərin Razılaşması icmasında fəal iştirak etmək və sizinlə əlaqəli imzalayan şəhərləri daha yaxşı dəstəkləməyə imkan verəcəkdir.

Razılaşmanı dəstəkləyən tərəf olmanın üstünlükləri çoxdur:

 

  • Avropa Komissiyası tərəfindən tanınma və dəstək;
  • Beynəlxalq miqyasda, xüsusən də Razılaşmanın veb səhifəsində onların fəaliyyətlərini işıqlandırmaqla geniş kütlələrə tanınma;
  • Avropalı həmkarlarla şəbəkələşmə və təcrübə və bilik mübadiləsi;
  • Xüsusi müzakirə qrupları, seminarlar və digər təcrübə mübadiləsi platformalarında iştirak;
  • Sonuncu, lakin bununla məhdudlaşmadan, ərazilərin inkişafının konsolidasiyası və yerli idarəetmənin gücləndirilməsi.

 

Praktikada təşkilatınız Razılaşmanı dəstəkləyən tərəf kimi, internet səhifəsinin “Mənim Razılaşmam” adlı şifrə ilə qorunan bölməsinə giriş imkanı əldə etmiş olursunuz. Bu bölmə bütün Razılaşma icması ilə məlumat və əsas verilənləri paylaşmaq və təşkilatınızı geniş ictimaiyyətə tanıtmaq üçün platforma təklif edir. “Mənim Razılaşmam” bölməsi vasitəsilə siz:

 

  • Profilinizi hər zaman yenilənmiş saxlaya;
  • Mükəmməllik Meyarlarını (yəni, həyata keçirdiyiniz əsas fəaliyyətlər) Razılaşma icmasına və ondan kənarda tanıda;
  • Potensialın mübadiləsi məqsədilə platformada faydalı resursları yükləyə və paylaşa və müzakirə qruplarında iştirak edə;
  • Tədbirləriniz haqqında məlumatları proqramda dərc edə;
  • Razılaşma icması ilə şəbəkələşə (forumlar, vebinarlar, tədbirlər vasitəsilə) və başqalarının fəaliyyətlərindən ilham ala bilərsiniz.

 

Ekstranet (Mənim Razılaşmam) və ictimai profil sinxronizasiya edilir: ekstranetə daxil etdiyiniz məlumatların əksəriyyəti birbaşa ictimaiyyətə açıq internet səhifəsində əks olunur.

Fəaliyyət göstərdikləri tənzimləyici, qanunvericilik və maliyyə mühiti haqqında ekspert biliklərinə malik olmaqla Razılaşmanı dəstəkləyənlər imzalayan şəhərlərə fərdi yanaşma tətbiq edərək konsultasiya vermək və mövcud təşəbbüslərlə sinerjini müəyyən etmək baxımdan ideal imkanlara malikdirlər. Onlar, həmçinin imzalayan tərəflərə texniki dəstək göstərə bilərlər. Razılaşmanı dəstəkləyənlərin öhdələrinə götürdükləri vəzifələrə aşağıdakılar daxildir:

 

  • Merlərin Razılaşması təşəbbüsünü təbliğ etmək, mövcud və potensial imzalayan şəhərləri səfərbər etmək (Razılaşmanın təbliğat materiallarını milli və ya regional kontekstə uyğunlaşdırmaq, onun haqqında bülletenlər, veb saytlar, seminarlar, tədbirlər vasitəsilə təşviqat aparmaq).
  • Merlərin Razılaşmasını imzalayan şəhərləri dəstəkləmək və konsultasiya vermək.
  • Razılaşmanı imzalayan şəhərlər arasında bilik və təcrübə mübadiləsini təşkil etmək, ən yaxşı təcrübələri, alətləri və ya resursları onların arasında paylaşmaq.
  • Birgə fəaliyyətlərin dəstəklənməsinə və bir-birilə əlaqəli yanaşmaların təşviqinə yönəlmiş Merlərin Razılaşması ilə bağlı siyasətlərə cəlb olunan Razılaşmanın digər tərəfdaşları və Milli/Ərazi koordinatorları, İmzalayan şəhərlər və maraqlı tərəflərlə yaxın əməkdaşlıq şəraitində işləmək.
  • Dayanıqlı enerji və iqlim dəyişikliyinə adaptasiya ilə bağlı öz üzvlərinin və/və ya yerli hakimiyyət orqanlarının fəaliyyətlərinə daha yaxşı dəstək vermək.
  • Merlərin Razılaşması fəaliyyətlərində iştirak etmək və Merlərin Razılaşmasının təbliğ oluna biləcəyi münasib tədbirləri müəyyən etməyə yardım göstərmək.
  • Təşəbbüs çərçivəsində həyata keçirilən fəaliyyətlər barədə Merlərin Razılaşması Ofisinə mütəmadi olaraq (hər iki ildən bir) hesabat vermək və Razılaşmanın strategiyasının icrasında iştirak etmək.

 

Razılaşmanı dəstəkləyənlərin təşəbbüsdə iştirakı, yuxarıda göstərilən öhdəliklərə əməl edilmədiyi təqdirdə Merlərin Razılaşması Ofisi tərəfindən dayandırılacaqdır.

Cümə axşamı, 11 Aprel 2019 08:45

Müqaviləni dəstəkləyənlər kimlərdir?

Written by

Müqaviləni dəstəkləyənlər dedikdə yerli və regional hakimiyyət orqanları, şəbəkələr, tematik yerli və regional agentliklər, həmçinin Merlərin Razılaşmasını təbliğ etmək və öz üzvlərini və / və ya yerli hakimiyyət orqanlarını Razılaşmanın hədəflərinə nail olmaq istiqamətində səfərbər etmək və dəstəkləmək potensialına malik olan qeyri-kommersiya təşkilatlarının assosiasiyaları başa düşülür. Onlar, Merlərin Razılaşması təşəbbüsünü təşviq etmək və imzalayan şəhərlərin öhdəliklərini dəstəkləmək məqsədilə öz təbliğat, kommunikasiya və şəbəkələşmə fəaliyyətindən istifadə edirlər.

 

Razılaşmanı dəstəkləyənlərin siyahısını burada tapa bilərsiniz.

Bültenimize abunə olun