Razılaşmanın koordinatorları

Razılaşmanın koordinatorları (5)

Cümə axşamı, 11 Aprel 2019 08:50

Razılaşmanın koordinatorları kimlərdir?

Written by

Razılaşmanın koordinatorları, Merlərin Razılaşmasını imzalayan şəhərlərə və ona qoşulmaq istəyən bələdiyyələrə strateji rəhbərlik, texniki və maliyyə dəstəyi təmin etmək gücündə olan dövlət orqanlarıdır.

 

Maliyyə yardımı ilə yanaşı, Razılaşmanın koordinatorları adətən CO2 emissiyalarının kadastrını hazırlamaqda və / və ya iqlim dəyişməsi ilə bağlı risklərin qiymətləndirilməsində, eləcə də Dayanıqlı Enerji və İqlim üzrə Fəaliyyət Planlarının hazırlanmasında və icrasında imzalayan şəhərlərə dəstək göstərir.

 

Avropa Komissiyası Razılaşma çərçivəsində koordinatorların iki növünü tanıyır:

(i) Razılaşmanın Ərazi Koordinatorları – bunlar  desentralizasiya olunmuş hakimiyyət orqanları, yəni rayonlar, əyalətlər və yerli hakimiyyət orqanları qrupudur,

(ii) Razılaşmanın Milli Koordinatorları – bunlar milli dövlət qurumları, yəni nazirliklər və ya milli energetika agentlikləridir.

 

Razılaşmanın koordinatorlarının siyahısı burada tanış ola bilərsiniz.

Avropa Komissiyası, Razılaşma Koordinatorlarını Merlərin Razılaşmasını imzalayan şəhərlərin öz öhdəliklərini yerinə yetirməsi və Razılaşmanın təsirini artırmağa dəstək göstərilməsi işində mühüm müttəfiqlər kimi tanıyır.

 

Razılaşma koordinatoru tərəfindən həyata keçiriləcək tipik vəzifələrə aşağıdakılar daxildir:

 

  • Öz ərazilərində Merlərin Razılaşmasına qoşulmaq istəyən bələdiyyələrin sayını artırmağa kömək etmək və artıq qoşulmuş bələdiyyələr arasında təcrübə və bilik mübadiləsini dəstəkləmək;
  • Dayanıqlı Enerji üzrə Fəaliyyət Planlarının / Dayanıqlı Enerji və İqlim üzrə Fəaliyyət Planlarının hazırlanması, icrası və monitorinqi üçün imzalayan bələdiyyələrə texniki və strateji yardım göstərilməsi;
  • İmzalayan bələdiyyələrə həm birbaşa dəstək (qrantlar, subsidiyalar və s.) şəklində, həm də texniki dəstəyə ayrılan insan resursları vasitəsilə yardım göstərmək;
  • Ortaq tədbirlərə yardım göstərmək və koordinasiyalı yanaşma tətbiq etmək üçün Razılaşmanın digər Milli / Ərazi koordinatorları və tərəfdaşları ilə yaxın əməkdaşlıq mühitində işləmək;
  • Merlərin Razılaşması fəaliyyətlərində iştirak etmək və Merlərin Razılaşmasının təbliğ oluna biləcəyi münasib tədbirləri müəyyən etməyə yardım göstərmək;
  • İmzalayan şəhərləri dəstəkləmək üçün həyata keçirilən fəaliyyətlər barədə Merlərin Razılaşması Ofisinə mütəmadi olaraq (hər iki ildən bir) hesabat vermək və Razılaşmanın strategiyasının icrasında iştirak etmək.

 

Razılaşma Koordinatorunun təşəbbüsdə iştirakı, yuxarıda göstərilən öhdəliklərə əməl edilmədiyi təqdirdə Merlərin Razılaşması Ofisi tərəfindən dayandırılacaqdır.

Razılaşma Koordinatoru olmanın üstünlükləri çoxdur:

 

  • Avropa Komissiyası tərəfindən tanınma və dəstək.
  • Beynəlxalq miqyasda, xüsusən də Razılaşmanın veb səhifəsində onların fəaliyyətlərini işıqlandırmaqla geniş kütlələrə tanınma.
  • Avropalı tərəfdaşlarla şəbəkələşmə və təcrübə və bilik mübadiləsi.
  • Hazırlanmış alətlər və metodologiyalara dair elmi və texniki rəylər
  • Xüsusi müzakirə qrupları, seminarlar və digər təcrübə mübadiləsi platformalarında iştirak.
  • Sonuncu, lakin bununla məhdudlaşmadan, ərazilərin inkişafının konsolidasiyası və yerli idarəetmənin gücləndirilməsi.

 

Praktikada siz Razılaşma Koordinatoru kimi, internet səhifəsinin “Mənim Razılaşmam” adlı şifrə ilə qorunan bölməsinə giriş imkanı əldə etmiş olursunuz. Bu bölmə bütün Razılaşma icması ilə məlumat və əsas verilənləri paylaşmaq və idarənizi geniş ictimaiyyətə tanıtmaq üçün platforma təklif edir.

 

“Mənim Razılaşmam” bölməsi vasitəsilə siz:

 

  • Profilinizi, həmçinin yerli hakimiyyət orqanlarının profillərini hər zaman yenilənmiş saxlaya.
  • İmzalayanları sizin onlayn profilinizə qoşulmağa dəvət edə.
  • Sizin ərazidə olan imzalayan şəhərlərin nailiyyətlərini (DEFP, DEİFP, monitorinq və s.) izləyə.
  • Sizin ərazidə olan imzalayan bələdiyyənin DEFP-i təqdimetmə müddətinin 18 ay uzadılması barədə sorğu verə bilərsiniz. Bax, uzadılma sorğusunun təqdim etmə qaydaları.
  • Sizin ərazidə olan imzalayan bələdiyyənin monitorinq hesabatını təqdimetmə müddətinin 18 ay uzadılması barədə sorğu verə bilərsiniz. Bax, uzadılma sorğusunun təqdim etmə qaydaları.
  • Mükəmməllik Meyarlarını (yəni, həyata keçirdiyiniz əsas fəaliyyətlər) Razılaşma icmasına və ondan kənarda tanıda.
  • Potensialın mübadiləsi məqsədilə platformada faydalı resursları yükləyə və paylaşa və müzakirə qruplarında iştirak edə.
  • Tədbirləriniz haqqında məlumatları proqramda dərc edə.
  • Razılaşma icması ilə şəbəkələşə (forumlar, vebinarlar, tədbirlər vasitəsilə) və başqalarının fəaliyyətlərindən ilham ala bilərsiniz.

 

Ekstranet (Mənim Razılaşmam) və ictimai profil sinxronizasiya edilir: ekstranetə daxil etdiyiniz məlumatların əksəriyyəti birbaşa ictimaiyyətə açıq internet səhifəsində əks olunur.

Cümə axşamı, 11 Aprel 2019 08:53

Necə qoşulmalı?

Written by

Əgər sizin idarə Razılaşmanın Rəsmi Koordinatoru olmağa maraq göstərirsə, aşağıdakı prosesdən keçməlidir:

 

  • Onlayn qoşulma formasını doldurun.
  • Uyğunluğun təsdiqindən sonra, sizə göndəriləcək öhdəlik bəyannaməsini doldurun və imzalayın və onu Razılaşmanın dəstək xidmətinə göndərin (Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.).

 

Müvafiq şəkildə doldurulmuş və imzalanmış öhdəlik bəyannaməsini qəbul etdikdən sonra, Merlərin Razılaşması Ofisi idarəniz üçün onlayn profil yaradacaq və bu sizə Merlərin Razılaşması icmasında fəal iştirak etmək və sizinlə əlaqəli imzalayan şəhərləri daha yaxşı dəstəkləməyə imkan verəcəkdir.

Mən Razılaşma Koordinatoru olmaq üçün 2015-ci ildə və ya daha əvvəl tərəfdaşlıq razılaşmasını imzalamışam – mən yeni təşəbbüsə qoşulmalıyammı?

 

Xeyr, Merlərin Razılaşmasının mövcud koordinatorları üçün yeni təşəbbüsə qoşulmaq öhdəliyi yoxdur. İdarə öz statusunu saxlayacaq və imzalayan şəhərlərin 2030-cu il hədəflərinə çatması üçün öz öhdəliklərini təzələmə zərurəti və bunun zamanına dair qərar verə və onların adaptasiya tədbirlərini hazırlaya bilər. Lakin, siz ərazinizdəki imzalayan şəhərləri onların ambisiyalarını gücləndirmək məqsədilə yeni təşəbbüsə qoşulmağa təşviq etməlisiniz.

 

Mən hələki Razılaşmanın dəstəkləyicisi deyiləm və yeni təşəbbüsə qoşulmaq istərdim – mən necə qoşula bilərəm?

 

Razılaşmanın koordinatoru statusunu əldə etmək və ya öhdəliyinizi nəzərdən keçirmək üçün "Necə müraciət etməli” bölməsinə baxın.

Bültenimize abunə olun