Five more companies receive grants for sustainable energy projects in Ukraine
Written by Raphael ChateletUkrainian startup receives €1 million for green energy project
Written by Raphael ChateletArmenia: Bus stop in Dilijan becomes solar powered thanks to EU support
Written by Raphael ChateletBelarus: New energy efficient street lighting installed in Polack thanks to EU
Written by Raphael ChateletƏməkdaşlıq platformasından çıxmaq üçün e-poçt ünvanınız və şifrənizlə “Mənim Razılaşmam” adlı ekstranet bölməsinə daxil olun. “Mənim hesabım” > “Mənim profilim” menyusuna keçin və Razılaşmanın Şərq Müzakirə siyahısı üçün “no” düyməsini sıxaraq platformadan çıxın.
Əməkdaşlıq platformasından necə istifadə etməli?
Written by Anna ZenzinaƏməkdaşlıq platformasından istifadə edərək, ona abunə olan hər kəsə mesaj göndərə bilərsiniz. Platformaya abunə olduğunuz zaman, Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına elektron poçtla mesaj göndərə bilərsiniz. Müzakirə siyahısına abunə olan hər kəs sualınızla birlikdə elektron poçt məktubu alacaqdır. Digər abunəçilər tərəfindən göndərilən suala cavab vermək istəyirsinizsə, Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına geri cavab verərək sualı cavablandırın.
Mən platformaya harada və necə qoşula bilərəm?
Written by Anna ZenzinaE-poçt ünvanınız və şifrənizlə ekstranetdə “mənim razılaşmam” bölməsinə daxil olun. “Mənim hesabım” > “Mənim profilim” menyusuna keçin və Razılaşmanın Şərq Müzakirə siyahısı üçün “hə” düyməsini sıxaraq platformaya abunə olun.E-poçt ünvanınız və şifrənizlə ekstranetdə “mənim razılaşmam” bölməsinə daxil olun. “Mənim hesabım” > “Mənim profilim” menyusuna keçin və Razılaşmanın Şərq Müzakirə siyahısı üçün “hə” düyməsini sıxaraq platformaya abunə olun.
http://lists.eumayors.eu/sympa ünvanına daxil olun və “Birinci Giriş?' düyməsinə sıxın. E-poçt ünvanınızı daxil edin və "İlk parolu tələb et" düyməsini sıxın. Şifrə e-poçt ünvanınıza göndəriləcəkdir. Xahiş edirik, şifrə məktubunun spam-a daxil olub-olmadığını yoxlayın.
Siz məktubunuzu ingilis və ya rus dilində yazmaqda sərbəstsiniz.
EBK / DEFP-in hazırlanması və icrası, həmçinin monitorinqi ilə bağlı hər hansı texniki sual və ya tövsiyə. Inzibati suallar (şifrə, ekstranet, son tarixin uzadılması və s. kimi məsələlər) üçün müvafiq dəstək xidməti ilə əlaqə saxlayın: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. (Merlərin Razılaşmasının Şərq təşəbbüsü) və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. (MRO).
Köhnə Şərq bloku və postsovet məkanından olan ölkələri təmsil edən Razılaşmanı İmzalayan bələdiyyələr, koordinatorlar və Razılaşmanı dəstəkləyənlər.
More...
Əməkdaşlıq platforması, keçmiş Şərq blokundan və postsovet ölkələrindən olan Merlərin Razılaşmasını imzalayan tərəflərə hədəflənmiş elektron poçt müzakirəsi siyahısıdır. Bu bələdiyyələr bu günə qədər həmin yerli hakimiyyət orqanlarının fəaliyyət çərçivəsinə təsir edən ümumi tarixi və köhnə inzibati struktura malikdir. Əməkdaşlıq platforması imzalayan tərəflərə EBK / DEFP-in hazırlanması, icrası və monitorinqi mövzularında bir-birilə təcrübə mübadiləsi aparmaq imkanı təqdim edir. Xüsusən, platforma prosesə yeni qoşulanların öndərlərdən məsləhət almalarına imkan yaradır.
Merlərin Razılaşması prosesinə necə qoşulmalı?
Written by Anna ZenzinaMilli energetika qurumları “Razılaşmanın Koordinatorları' kimi iştirak edə bilər.
Yerli və regional energetika qurumları öz ərazilərində yerli və regional hakimiyyət orqanlarına dəstək göstərəcəklərinə dair öhdəlik sənədini imzalamaqla Razılaşmanın Dəstəkləyicisi (tərəfdaşı) ola bilərlər. Prosedur haqqında daha ətraflı məlumat burada verilir.
Nə üçün LAREA-lar Merlərin Razılaşmasına cəlb olunmalıdır?
Written by Anna ZenzinaMerlərin Razılaşmasının tələb və məqsədlərinə nail olmaq təkcə siyasi öhdəlik deyil, eyni zamanda texniki bacarıqlar tələb edir. Yerli və regional energetika qurumları onilliklər boyunca bu sahələrdə aktiv fəaliyyət göstərir və onların yerli enerji siyasətində bilik və təcrübəsi Razılaşmaya imza atan şəhərlər üçün çox faydalı ola bilər. Buna görə də, Merlərin Razılaşması energetika qurumları üçün onların rolunun daha yaxşı tanınması və fəaliyyətlərinin daha geniş təbliğ edilməsi üçün yaxşı bir fürsətdir.
Yerli və regional energetika qurumları öz missiyalarından irəli gələn ikiqat vəzifəni yetirməlidir: birincisi, öz ərazilərində yerləşən şəhər və qəsəbələrə Merlərin Razılaşmasının təbliğatçısı kimi, ikincisi isə, xüsusilə də öz öhdəliklərini yerinə yetirmək üçün zəruri maliyyə və / və ya insan resurslarından korluq çəkən Razılaşmanı imzalayan bələdiyyələrə texniki dəstəyin təminatçıları kimi.
Nəticə etibarilə, LAREA-ların öz ərazilərində Merlərin Razılaşmasının tələblərinə və məqsədlərinə nail olmaq istiqamətində birbaşa dövlət orqanları ilə yeni (yenilənmiş) əməkdaşlıq müqavilələrinə daxil olması alqışlanır. LAREA-lar Merlərin Razılaşmasını dəstəkləyən tərəf ola bilər, həm də Razılaşmanın Koordinatorları ilə sıx əməkdaşlıq edərək, Razılaşmanı imzalayan tərəflərə texniki dəstək göstərilməsində onların silahlı qanadı kimi çıxış edə bilərlər.
Razılaşmanın Koordinatoru və İqlim və Enerji üzrə Merlərin Razılaşması
Written by Anna ZenzinaMən Razılaşma Koordinatoru olmaq üçün 2015-ci ildə və ya daha əvvəl tərəfdaşlıq razılaşmasını imzalamışam – mən yeni təşəbbüsə qoşulmalıyammı?
Xeyr, Merlərin Razılaşmasının mövcud koordinatorları üçün yeni təşəbbüsə qoşulmaq öhdəliyi yoxdur. İdarə öz statusunu saxlayacaq və imzalayan şəhərlərin 2030-cu il hədəflərinə çatması üçün öz öhdəliklərini təzələmə zərurəti və bunun zamanına dair qərar verə və onların adaptasiya tədbirlərini hazırlaya bilər. Lakin, siz ərazinizdəki imzalayan şəhərləri onların ambisiyalarını gücləndirmək məqsədilə yeni təşəbbüsə qoşulmağa təşviq etməlisiniz.
Mən hələki Razılaşmanın dəstəkləyicisi deyiləm və yeni təşəbbüsə qoşulmaq istərdim – mən necə qoşula bilərəm?
Razılaşmanın koordinatoru statusunu əldə etmək və ya öhdəliyinizi nəzərdən keçirmək üçün "Necə müraciət etməli” bölməsinə baxın.