Baza ili –  2020-ci ilin sonuna qədər CO2 emissiyası hədəflərinə nail olmaq üçün istinad (başlanğıc) kimi götürülən ilidir. Beləliklə, 2020-ci ildə emissiyanın azalan həcmi baza ilindəki rəqəmlərlə müqayisə olunaraq qiymətləndirilir.

 

Avropa ölkələri üçün (əsasən 1990-cı il baza ili kimi götürülüb)  DEFP Məlumat Kitabçasında göstərilən tövsiyələrdən fərqli olaraq Şərq Tərəfdaşlığı ölkələrini  təmsil edən imzalayan şəhərlərə baza ili qismində cari iqtisadi vəziyyətin daha yaxşı əks olunması və etibarlı statistik məlumatların toplanma mümkünlüyü baxımdan ən son ili (2000-ci ildən sonra) götürmələri tövsiyə olunur.

 

Bunun əsas səbəbi Şərq Tərəfdaşlığı ölkələrində yerli hakimiyyət orqanlarının 1990-cı il üçün emissiyaların baza kadastrının tərtib edilməsi məqsədilə etibarlı statistik məlumatlar axtararkən mütəmadi olaraq problemlərlə üzləşməsi ilə bağlıdır.

 

Avropa ölkələrində tətbiq olunan baza ilinin müqayisə (istinad) ili kimi götürülməməsinin başqa bir səbəbi sənaye sektorunu öz DEFP/DEİFP-lərinə daxil etmək istəyən şəhərlərin/qəsəbələrin bunu edə bilməməsi ilə bağlıdır, çünki keçmiş sovet ölkələrinin əksəriyyəti 90-cı illərdə ağır iqtisadi böhran keçirdiklərindən onların həmin dövrdəki sənayeləşmə səviyyəsi mövcud səviyyələrinə uyğun gəlməya bilər.

 

Bəzi yerli hakimiyyət orqanları, digərlər amillərlə birlikdə, 2020-ci ilin yaxın olmasına və nəticə etibarilə CO2 emissiyalarının azaldılması tədbirlərinin hərtərəfli icrası üçün yetərsiz vaxt intervalına diqqət yetirərək emissiyaların azaldılması vəzifələri üçün daha uzun dövr (məsələn, 2030-cu ilə qədər) müəyyənləşdirə bilər. Bu halda onlar digər imzalayan şəhərlərlə müqayisəli analizin aparılması üçün 2020-ci ilə dair bəzi  hədəflər qoymalıdır.

Razılaşmanı imzalayan bütün şəhərlər emissiyaların hesablanması üçün öz alətlərini seçə bilərlər. Bununla belə, onlar bildirilən inventarın onlayn kitabxanadan yükləyə biləcəyiniz DEFP məlumat kitabçasında (ingilis, alman, fransız, italyan və ispan dillərində) detallı təsvir olunan ümumi prinsiplərə uyğun olduğundan əmin olmalıdır. Nəzərə alın ki, DEFP məlumat kitabçası yalnız yumşaldıcı hissəyə istinad edir və Dayanıqlı Enerji və İqlim üzrə Fəaliyyət Planı (DEİFP) üçün Emissiyaların Baza Kadastrını hazırlayarkən qaydalar eyn şəkildə tətbiq olunur.

Cümə axşamı, 11 Aprel 2019 07:52

Emissiyaların Baza Kadastrı (EBK) nədir?

Written by

DEFP / DEİFP yerli özünüidarə orqanlarının ərazisində enerji istehlakı və istixana qazı emissiyaları ilə bağlı etibarlı məlumatlar əsasında hazırlanmalıdır. Bu səbəbdən ilkin mərhələdə cari (baza) vəziyyətin və strukturların hərtərəfli qiymətləndirilməsi aparılmalıdır. Qiymətləndirmə şəhər/qəsəbə iqtisadiyyatının müvafiq sektorlarında enerji istehlakının səviyyəsinin müəyyən edilməsindən və Emissiyaların Baza Kadastrının (EBK) hazırlanmasından, baza ilində enerji istehlakı ilə bağlı karbon dioksid (CO2) emissiyasının həcminin müəyyən edilməsindən başlayır .

 

EBK və CO2 emissiyasının əlavə inventarlaşdırılması (əgər varsa) yerli hakimiyyət orqanlarına istixana qazı emissiyasının azaldılmasına yönəldilmiş prioritet tədbirləri və onların səmərəliliyini müəyyən etməyə imkan verən əsas alətdir.

 

EBK-nın tərtib olunması DEİF / DEİFP-in  hazırlanmasının məcburi mərhələsini təşkil edir və Razılaşma çərçivəsində öhdəliklərin yerinə yetirilməsinin əsas aspektlərindən biridir. Kadastr yerli hakimiyyət orqanları tərəfindən rəsmi olaraq təsdiq edilmiş DEFP / DEİFP-in tam versiyasına daxil edilməlidir.

 

EBK-nın əsas xüsusiyyətləri aşağıda verilmişdir:

 

  • EBK yerli vəziyyəti əks etdirməlidir, yəni enerji istehlakı / istehsalına dair yerli məlumatlara və kadastrı hazırlamaq üçün lazım olan digər məlumatlara əsaslanmalıdır. Milli və ya regional vasitələrə əsaslanan qiymətləndirmələr və hesablamalar yerli vəziyyəti (şəhərdə) əks etdirməyəcəkdir, çünki əksər hallarda onlar müəyyən ərazilərin yerləşdiyi mövqeyə xarakterik olur. Bu məlumatlar əsasında hesablanmış kadastr həm də yerli hakimiyyət orqanların CO2 emissiyalarının azaldılması sahəsində hədəflərinə nail olma istiqamətindəki səylərinin səmərəliliyinin qiymətləndirilməsi üçün mühüm istinad nöqtəsi formalaşdıra bilməyəcəkdir.
  • Metodoloji yanaşmalar və hesablamalarda istifadə edilən məlumat mənbələri bir neçə il ərzində dəyişməməlidir. Yəni, EBK-nın hazırlanması üçün istifadə olunan metodika emissiyaların azaldılmasında (Emissiya Kadastrının Monitorinqi) irəliləyişlərin monitorinqi naminə müntəzəm şəkildə görüləcək əlavə inventarlaşdırma tədbirləri üçün istifadə edilməlidir.
  • EBK ən azı yerli hakimiyyət orqanları tərəfindən öz emissiyalarının azaldılması hədəflərinə nail olmağa yönəlmiş tədbirlərin icra olunacağı sahələri, xüsusilə də, mühüm CO2 emissiya mənbələrini ehtiva edən sektorları əhatə etməlidir (EKB-yə daxil olan sektorların ətraflı təsviri DEFP üzrə məlumat kitabçasının ikinci hissəsində verilmişdir, bax, aşağıda).
  • EBK etibarlı məlumatlar və ya reallığın ən azı ümumi mənzərəsini ehtiva etməlidir (yəni, mümkün olduqda, mövcud vəziyyəti ən obyektiv şəkildə əks etdirməlidir).
  • EBK üçün toplanmış məlumatların daxil etmə prosesi, məlumat mənbələri və hesablama metodikası lazımi şəkildə sənədləşdirilməlidir (bu da DEİF/DEİFP çərçivəsində aparıla bilər və ya ən az zəruri məlumatlar yerli hakimiyyət orqanının sənədlərində saxlanmalıdır) .
  • Şərq Tərəfdaşlığı ölkələrindən imza atanlar BEI-da enerji qiymətlərinin monitorinqi ilə yanaşı, daha sonra inventarlaşdırma işlərinə də daxil olmaq üçün israrla tövsiyə olunurlar.

 

EBK-nin hazırlanması haqqında daha ətraflı məlumatları 2014-cü ildə Birgə Tədqiqatlar Mərkəzi tərəfindən hazırlanmış Şərq Tərəfdaşlığı və Mərkəzi Asiya ölkələrinin şəhərləri üçün DEFP üzrə məlumat kitabçasının (I hissə (II bölmə) və II hissə - Emissiyaların Baza Kadastrı)) əldə edə bilərsiniz.

DEFP / DEİFP-in hazırlanmasından başlayaraq və onun icra nəticələrinə qədər bütöv prosesin uğurlu olması üçün müxtəlif yerli idarəetmə strukturları (məsələn, Merlərin Razılaşmasının bölmələri və idarələri) arasında sıx əməkdaşlıq qurulması, habelə  müvafiq inzibati qərarların müzakirəsi və təsdiqində DEFP / DEİFP-in nəzərə alınması vacibdir.

 

Bələdiyyələr DEFP / DEİFP-i müstəqil sənəd kimi qəbul etməli deyil. Əksinə, bunlar imzalayan tərəfin enerji siyasəti ilə əlaqəli olmalı və yerli administrasiyanın müxtəlif şöbələrinin gündəlik funksiyalarına inteqrasiya olunmalıdır.

 

DEFP / DEİFP Emissiyaların Baza Kadastrının hazırlanması, Risk və Həssaslıq Dəyərləndirilməsinin (RHD) hazırlanması, DEFP / DEİFP çərçivəsində tədbirlərin planlaşdırılması və icrası, həmçinin nəticələrin monitorinqi üçün hansı işçi qrupların və ya inzibati strukturların ayrıldığını və ya yaradılacağını göstərməlidir. Enerji sahəsində müəyyən təcrübəyə malik menecer tərəfindən idarə olunan idarəetmə strukturuna, həmçinin DEFP / DEİFP tədbirlərinin icrası üçün müvafiq insan resurslarının ayrılmasına xüsusi diqqət yetirilməlidir. Bələdiyyənin strukturunda (ştatda) energetika mütəxəssisinin mövcudluğu şəhərin / qəsəbənin DEİF / DEİFP-nın səmərəli icra prosesində mühüm rol oynaya bilər.

 

(bax, həmçinin Bölmə 2 “Birgə Tədqiqat Mərkəzi tərəfindən hazırlanan "Şərq Tərəfdaşlığı və Mərkəzi Asiya şəhərləri / qəsəbələrində DEFP-nin hazırlanması üzrə Təlimat").

Cümə axşamı, 11 Aprel 2019 07:50

Siz MRO-Şərqdən nə gözləyə bilərsiniz?

Written by

MRO-Şərq, özünün dəstək xidməti vasitəsilə bir sıra məsələlərdə Razılaşmanı imzalayan tərəflərə yardım göstərir.

 

Xüsusilə, MRO-Şərq aşağıdakı tədbirləri həyata keçirir:

 

İmzalayan şəhərlərə/qəsəbələrə fərdi texniki, ekspert və inzibati dəstək verir.

 

İmzalayan tərəflər üçün aşağıdakılara dair texniki qaydalar, şablonlar və metodik materiallar hazırlayır, onları təkmilləşdirir və təmin edir:

 

      - məlumatların toplanması.

      - Emissiyaların Baza Kadastrının hazırlanması.

      - Şəhər / qəsəbənin Dayanıqlı Enerji üzrə Fəaliyyət Planının hazırlanması.

      - DEİF çərçivəsində fəaliyyətlərin həyata keçirilməsi üzrə monitorinq və hesabatlılıq prosesi.

Merlərin Razılaşması üzrə Şərq Ofisi (MRO-Şərq) bu təşəbbüsün Şərqi Avropa və Qafqazda koordinasiyası və idarə olunmasına cavabdeh olmaqla, Avropa Komissiyasının Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Baş İdarəsi tərəfindən maliyyələşdirilir.  Bu Ofis imzalayan şəhərlərə inzibati və texniki dəstək verir, Razılaşmanın tərəfdaşları arasında qarşılıqlı əlaqəni təmin edir və onların fəaliyyətinin işıqlandırılmasına kömək göstərir.

 

Brüsseldəki MRO ilə birlikdə İrəvan (Ermənitan),  Minsk (Belarusiya), Tbilisi (Gürcüstan), Kişinyov (Moldova) və Kiyev (Ukrayna) şəhərlərində yerləşən MRO-Şərq, Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukraynadan olan imzalayan şəhərlərə dəstək göstərir.

 

Ofis, “Energy Cities” rəhbərlik etdiyi və "İqlim İttifaqı" Assosiasiyası, "Kommunalkredit Public Consulting" konsaltinq şirkəti, "Interakcia" Fondu, "Ukraynanın Enerji-Səmərəli Şəhərləri" Assosiasiyası, Ermənistanın Respublika İctimai Birliyinin üzv olduğu Konsorsium tərəfindən idarə olunur.

 

Merlərin Razılaşması Ofisi yerli özünüidarəetmə orqanları ilə Merlərin Razılaşması arasında ilk vasitəçi rolunu oynayır. Onun məqsədi aşağıdakılardır:

 

  • Merlərin Razılaşmasına qoşulmaq istəyən yerli hakimiyyət orqanlarını ictimaiyyətə tanıtmaq.
  • Merlərin Razılaşması və onun tələbləri ilə bağlı məsələlərdə İmzalayan şəhərlərə ümumi texniki və xüsusi məsləhət dəstəyi təmin etmək.
  • Üçüncü tərəflərlə və əsas tərəfdaşlarla (məsələn, bölgə koordinatorları və Razılaşmanı dəstəkləyənlər, yerli və regional enerji təşkilatları) qarşılıqlı münasibətləri əlaqələndirmək.

Avropa Komissiyasının Birgə Tədqiqat Mərkəzi və “İqlim İttifaqı” Assosiasiyası, CO2 emissiyasının inventarlaşdırılması, DEİF / DEİFP-lərin hazırlanması və onların qiymətləndirilməsi ilə bağlı spesifik məsələlərdə dəstək verir.

Cümə axşamı, 11 Aprel 2019 07:47

Siz MRO-dan nə gözləyə bilərsiniz?

Written by

Merlərin Razılaşmasının Ofisi Razılaşmaya qoşulmuş bütün yerli hakimiyyət orqanları üçün əsas birləşdirici bənd kimi fəaliyyət göstərir. Onun məqsədi:

 

  • təşəbbüsə qoşulmaq istəyən bütün yerli hakimiyyət orqanlarına qoşulma prosesi ərzində kömək etmək.
  • İmzalayan şəhərlərə Merlərin Razılaşması və onun öhdəlikləri ilə bağlı ümumi və ya texniki sorğuların cavablandırılmasında kömək etmək.
  • Sizin kommunikasiya və təbliğat fəaliyyətlərinin həyata keçirilməsini dəstəkləmək.
  • Üçüncü şəxslərlə və aidiyyəti maraqlı tərəflərlə (məsələn, Razılaşmanın koordinatorları, Razılaşmanı dəstəkləyənlər) qarşılıqlı münasibətləri əlaqələndirmək.
  • Merlərin Razılaşmasında iştirak edən bələdiyyələr arasında əməkdaşlığın qurulmasını (şəbəkələşməni) dəstəkləmək.

 

Avropa Komissiyasının Birgə Tədqiqat Mərkəzi Fəaliyyət Planlarının qiymətləndirilməsinə, imzalayan tərəflərə rəylərin verilməsinə və texniki sorğulara cavab verilməsinə cavabdehdir.

Cümə axşamı, 11 Aprel 2019 07:47

Merlərin Razılaşmasının Ofisi (MRO) nədir?

Written by

Avropa Komissiyası tərəfindən maliyyələşdirilən Merlərin Razılaşmasının Ofisi bu təşəbbüsün ümumi koordinasiyasına cavabdehdir. Ofis  yerli və regional hakimiyyət orqanlarını təmsil edən və Energy Cities, CEMR, Climate Alliance, EUROCITIES, FEDARENE və ICLEI Europe kimi təşkilatlardan ibarət konsorsium tərəfindən idarə olunur.

 

Təşəbbüsün koordinasiyası Avropa Komissiyasının Birgə Tədqiqat Mərkəzi ilə birlikdə həyata keçirilir. Bu mərkəz imzalayan tərəflərin şəxslərin onlayn hesabatvermə sistemi (imzalayanlar bunu “Mənim Razılaşmalarım” profilinə daxil olaraq tapa bilər)  vasitəsilə təqdim etdikləri Fəaliyyət Planlarının qiymətləndirilməsinə cavabdehdir.

Hesabatvermə tarixini buraxan və statusu dayandırılan imzalayan tərəf hələ də 'Mənim Razılaşmalarım' bölməsində öz profilinə daxil ola və hər zaman qayıda bilər. İmzalayan tərəf çatışmayan hesabatı təqdim etdikdən sonra avtomatik olaraq ictimaiyyətə açıq internet səhifəsində və axtarış sistemlərində yenidən aktiv İmzalayan kimi görünəcəkdir. İctimaiyyətə açıq internet səhifəsində gecikmə heç bir yerdə qeydə alınmır və Merlərin Razılaşması üzrə gələcək fəaliyyətlər üçün mənfi nəticə doğurmur.

Cümə axşamı, 11 Aprel 2019 07:46

İmzalayan şəhərin statusu nə zaman dayandırılır?

Written by

Öhdəlik sənədlərində təsvir edildiyi kimi, bütün İmzalayanlar yuxarıda göstərilən sənədləri (DEFP / DEİFP və monitorinq hesabatları) təyin edilmiş son tarixlərə qədər təqdim etmədikləri təqdirdə bu təşəbbüsdə üzvlüklərinin dayandırılacağını qəbul edirlər. Bu tələb bütün imzalayan şəhərlərin Merlərin Razılaşmasına  imza atarkən götürdükləri öhdəliklərin tərkib hissəsidir. İmzalayan tərəfin üzvlük statusu dayandırılan zaman, onların Razılaşmanın internet səhifəsindəki profili boz rəngə çevrilir və adları imzalayanların axtarış pəncərəsində  görünmür.

Bültenimize abunə olun