Cümə axşamı, 11 Aprel 2019 07:34

Razılaşmaya imza atanlar əvəzində nə əldə etmiş olurlar

Written by
Rate this item
(0 votes)

Avropa Komissiyası Merlərin Razılaşmasında iştirak edən yerli hakimiyyət orqanlarına dəstək verməyi və Razılaşma çərçivəsində onların fəaliyyətini işıqlandıraraq ictimaiyyətə tanıtmaq öhdəliyi götürmüşdür.

İlk addım olaraq Avropa Komissiyası Merlərin Razılaşması Ofisini (MRO) yaratmış və onun fəaliyyətini maliyyələşdirmişdir. Bu Ofis Dəstək Xidmətinin yardımı ilə Razılaşmanı imzalayanlara onların bu prosesdə iştirakı ilə bağlı bütün məsələlərdə kömək edir və kütləvi informasiya vasitələrinin dəstəyi ilə yerli tədbirlərin təşviq və təbliğatını aparır. MRO, həmçinin üçüncü tərəflərlə işləri koordinasiya edir və  aidiyyəti maraqlı tərəflərin dəstəyi istiqamətində danışıqlar aparır.

 

İkincisi, Avropa Komissiyasının Birgə Tədqiqat Mərkəzi imzalayanlara Merlərin Razılaşmasından irəli gələn öhdəliklərini yerinə yetirməyə kömək etmək, eləcə də onların planlaşdırılan fəaliyyətlərini izləmək və əldə etdikləri nəticələrin monitorinqini aparmaq məqsədi ilə aydın texniki təlimatlar və şablonlar təmin etmək istiqamətində MRO ilə yaxın əməkdaşlıq edir.

 

Üçüncüsü, Avropa Komissiyası Aİ səviyyəsində maliyyə imkanlarını və siyasi dəstəyi səfərbər etməyə öhdəlik götürmüşdür.

 

Aparılan tədqiqatlar əsasında Razılaşmanın mövcud imzalayanlarını özündə aşağıdakıları ehtiva edən hərəkata cəlb etmək üçün çoxlu səbəblər vardır:

  

  • Özünün CO2-lərin azaldılması üzrə ambisiyalı öhdəliyi haqqında ictimaiyyət qarşısında bəyanatla çıxış etmək,
  • Öz ərazisində CO2-nin azaltma dinamikasını yaratmaq və ya gücləndirmək,
  • Bu sahədə öncüllərdən ilham almaq və onların nümunələrindən faydalanmaq,
  • Öz ərazilərində topladıqları təcrübəni başqaları ilə bölüşmək,
  • Öz ərazilərini başqaları üçün ən yaxşı nümunə kimi tanıtmaq,
  • Razılaşmanın internet səhifəsindən istifadə edərək öz nailiyyətlərini Razılaşma İcmasına və onun hüdudlarından kənara tanıtmaq,
  • Öz vətəndaşlarının həyat keyfiyyətini yaxşılaşdırmaq,
  • Geniş yayılmış texniki dəstəkdən faydalanmaq,

 

Özlərinin fəaliyyət planlarının hazırlanması və monitorinqi vasitəsilə öz ərazisində vətəndaşlar və yerli maraqlı tərəflərlə əməkdaşlığı gücləndirmək

Read 594 times

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Bültenimize abunə olun