Ümumi Məlumat

Ümumi Məlumat (5)

Çərşənbə axşamı, 19 Mart 2019 09:41

Merlərin razılaşması nədir?

Written by

Merlərin Razılaşması, Avropa Komissiyası tərəfindən başladılan və bilavasitə yerli hakimiyyət orqanlarının və onların vətəndaşlarının qlobal iqlim dəyişikliyinə qarşı mübarizədə rəhbərliyi ələ almalarına yönəlmiş ilk  və ən ambisiyalı təşəbbüsüdür. 2008-ci ildən bəri, Merlərin Razılaşması dayanıqlı enerji və iqlim dəyişikliyinə dair öz ambisiyalarını irəli aparmağa hazır olan yerli hakimiyyət orqanları üçün aparıcı hərəkata çevrilmişdir. Merlərin Razılaşmasına qoşulmaqla yerli hakimiyyət orqanı Dayanıqlı Enerji (və İqlim) üzrə Fəaliyyət Planının icrası yolu ilə istixana qazı emissiyalarının azaldılmasına və iqlim dəyişmələrinə qarşı dözümlülüyün artırılmasına könüllü olaraq razılıq verir.

Razılaşmaya imza atan şəxslərin öhdəlikləri Avropa İttifaqının İqlim və Enerji Siyasəti üzrə çərçivə sənədi ilə əlaqəlidir. Bunlara Razılaşmaya 2008 və 2015-ci illər arasında qoşulmuş tərəflər üçün Avropa Birliyinin 2020-ci il üçün iqlim və enerji paketi və Avropa İttifaqının 2030-cu il iqlim və enerji çərçivəsi, eləcə də Aİ-nin Razılaşmaya 2015-ci ildən sonra qoşulan tərəflər üçün İqlim Dəyişikliyinə Uyğunlaşma Strategiyası daxildir.

 

2020-ci ilə qədərki zaman aralığında (Merlərin Razılaşması 2020) işləyən imzalayanlar və/və ya adaptasiya (Merlərin adaptasiyası) prosesində olanlar öz öhdəliklərini cari  azaltma statusundan yeni şura müzakirələri və 2030 yeni qoşulma forması ilə 2030-cu il öhdəliklərinə (İqlim və Enerji üzrə Merlərin Razılaşması) genişləndirməyə dəvət olunur.

 

Merlərin Razılaşması

 

Merlərin Razılaşmasını 2008-2015-ci illərdə imzalayanlar CO2 emissiyalarının 20% azaldılması baxımdan Aİ-nin 2020-ci il hədəflərini üstələmək istiqamətində könüllü öhdəlik götürmüşlər.

 

Merlər qəbul edir

 

İqlim dəyişmələrinə adaptasiya üzrə Merlərin Razılaşmasını 2014-2016-cı illərdə imzalayan yerli hakimiyyət orqanları iqlim dəyişikliyinə uyğunlaşmaq üçün hərəkətə keçəcəklərinə dair siyasi öhdəliklər götürmüşlər.

 

İqlim və Enerji üzrə Merlərin Razılaşması

 

2015-ci ilin oktyabr ayından etibarən yerli hakimiyyət orqanları CO2 emissiyalarını (digər istixana qazları da mümkündür) ən azı 40% azaltmağa, iqlim dəyişikliyinin təsirlərinə qarşı dözümlülüyü artırmağa və 2030-cu ilə qədər dayanıqlı və əlçatan enerjiyə təhlükəsiz çıxış təmin edəcəklərinə dair öhdəlik götürmüşlər.

 

Şərq Tərəfdaşlığı ölkələri üçün CO2 azaltma hədəfi ən azı 30% təyin olunmuşdur.

Merlərin Razılaşması üçün hərəkətə başlama nöqtəsi, Avropa Komissiyası tərəfindən təsdiqlənən və dəstəklənən Avropa şəhərlərindən gələn çağırış olmuşdur. Merlərin Razılaşmasının aşağıdan yuxarıya istiqamətlənmiş təşəbbüs olduğunu və bələdiyyələrin ambisiyalı hədəflərə çatmaq üzrə könüllü öhdəliyinin onların özləri tərəfindən  müəyyən edildiyini nəzərə alaraq, Merlərin Razılaşmasına qoşulmaq və hədəfləri yerinə yetirmək, həmçinin Razılaşmanın metodologiyasına uyğun şəkildə hesabat vermək üçün heç bir xərc tələb olunmur.

Avropa Komissiyası Merlərin Razılaşmasında iştirak edən yerli hakimiyyət orqanlarına dəstək verməyi və Razılaşma çərçivəsində onların fəaliyyətini işıqlandıraraq ictimaiyyətə tanıtmaq öhdəliyi götürmüşdür.

İlk addım olaraq Avropa Komissiyası Merlərin Razılaşması Ofisini (MRO) yaratmış və onun fəaliyyətini maliyyələşdirmişdir. Bu Ofis Dəstək Xidmətinin yardımı ilə Razılaşmanı imzalayanlara onların bu prosesdə iştirakı ilə bağlı bütün məsələlərdə kömək edir və kütləvi informasiya vasitələrinin dəstəyi ilə yerli tədbirlərin təşviq və təbliğatını aparır. MRO, həmçinin üçüncü tərəflərlə işləri koordinasiya edir və  aidiyyəti maraqlı tərəflərin dəstəyi istiqamətində danışıqlar aparır.

 

İkincisi, Avropa Komissiyasının Birgə Tədqiqat Mərkəzi imzalayanlara Merlərin Razılaşmasından irəli gələn öhdəliklərini yerinə yetirməyə kömək etmək, eləcə də onların planlaşdırılan fəaliyyətlərini izləmək və əldə etdikləri nəticələrin monitorinqini aparmaq məqsədi ilə aydın texniki təlimatlar və şablonlar təmin etmək istiqamətində MRO ilə yaxın əməkdaşlıq edir.

 

Üçüncüsü, Avropa Komissiyası Aİ səviyyəsində maliyyə imkanlarını və siyasi dəstəyi səfərbər etməyə öhdəlik götürmüşdür.

 

Aparılan tədqiqatlar əsasında Razılaşmanın mövcud imzalayanlarını özündə aşağıdakıları ehtiva edən hərəkata cəlb etmək üçün çoxlu səbəblər vardır:

  

  • Özünün CO2-lərin azaldılması üzrə ambisiyalı öhdəliyi haqqında ictimaiyyət qarşısında bəyanatla çıxış etmək,
  • Öz ərazisində CO2-nin azaltma dinamikasını yaratmaq və ya gücləndirmək,
  • Bu sahədə öncüllərdən ilham almaq və onların nümunələrindən faydalanmaq,
  • Öz ərazilərində topladıqları təcrübəni başqaları ilə bölüşmək,
  • Öz ərazilərini başqaları üçün ən yaxşı nümunə kimi tanıtmaq,
  • Razılaşmanın internet səhifəsindən istifadə edərək öz nailiyyətlərini Razılaşma İcmasına və onun hüdudlarından kənara tanıtmaq,
  • Öz vətəndaşlarının həyat keyfiyyətini yaxşılaşdırmaq,
  • Geniş yayılmış texniki dəstəkdən faydalanmaq,

 

Özlərinin fəaliyyət planlarının hazırlanması və monitorinqi vasitəsilə öz ərazisində vətəndaşlar və yerli maraqlı tərəflərlə əməkdaşlığı gücləndirmək

Cümə axşamı, 11 Aprel 2019 07:36

Razılaşmanı imzalayanların hansı öhdəlikləri var?

Written by

İqlim və Enerji üçün Bələdiyyə başçılarının razılığı

 

Öz öhdəliklərini hərəkətə çevirmək üçün yerli hakimiyyət orqanları öhdəlik götürür:

 

  • İmzalayanın ərazisində CO2 emissiyalarını kəmiyyət ifadəsi ilə göstərəcək Emissiyaların Baza Kadastrını (EBK) hazırlamaq və təqdim etmək
  • Potensial iqlim təhlükələrinin təhlili yolu ilə risk səviyyəsini ölçəcək, həmçinin  imzalayanın ərazisində zəif yerləri qiymətləndirəcək Risk və Həssaslıq Dəyərləndirməsini (RHD) hazırlamaq və təqdim etmək
  • Təyin olunmuş müddət (DEİFP üçün 1 il, DEFP üçün 2 il) ərzində Bələdiyyə Şurası tərəfindən təsdiq edilmiş Dayanıqlı Enerji və İqlim üzrə Fəaliyyət Planını (DEİFP) onların Merlərin Razılaşması təşəbbüsünə qoşulması barədə qərarından sonra təqdim etməlidir. Fəaliyyət planında hədəflərə çatma istiqamətində atılacaq addımlar və siyasətlər göstəriləcəkdir
  • Fəaliyyət planını təqdim etdikdən sonra müntəzəm olaraq –  hər iki ildən bir onların fəaliyyət planının irəliləyişini qiymətləndirən monitorinq hesabatları təqdim etmək;

 

Merlərin Razılaşması və Merlərin adaptasiyası (2016-cı ildən əvvəlki öhdəliklər)

 

Merlərin Razılaşması və / və ya Merlərin Adaptasiyası təşəbbüsünü imzalayanlar üçün öhdəliklər və əlaqəli hesabatvermə tələbləri ilkin Öhdəlik Mətnində (qoşulma zamanı imzalanmışdır) müəyyən edildiyi kimi qalır:

 

  • Bundan irəli gələrək MR-in rəsmi şəkildə imzalanmasından sonra bir il ərzində imzalayan tərəflər Dayanıqlı Enerji üzrə Fəaliyyət Planını (DEFP) və sonra hər iki ildən bir monitorinq hesabatlarını təqdim etməyə borcludurlar.
  • Merlərin Adaptasiyası təşəbbüsünü imzalayan tərəflər iki il ərzində yerli adaptasiya strategiyasının hazırlanmasına və / və ya adaptasiyaya yönəlmiş addımları mövcud aidiyyəti planlara daxil edilməsinə, daha sonra hər iki ildən bir monitorinq hesabatının təqdim edilməsinə dair öhdəlik götürür.

 

İmzalayan tərəflər yuxarıda adı çəkilən sənədlərin (DEFP / DEİFP və monitorinq hesabatları) təyin edilmiş son tarixlərə qədər təqdim edilməməsi halında bu təşəbbüsdə üzvlüklərinin dayandırılacağını qəbul edirlər. İmzalayan tərəflər tələb olunan sənədləri təqdim etdikdən sonra, onlar Merlərin Razılaşmasına təkrarən üzv olurlar. Bax, Üzvlüyün dayandırılmasına dair təfərrüatlar.

Bültenimize abunə olun