Cümə axşamı, 11 Aprel 2019 07:37

İqlim və Enerji üzrə Merlərin Razılaşmasında hansı yeni məqamlar var?

Written by
Rate this item
(0 votes)

Gələcəyə baxış, ambisiyalar və işlərin həcmi

 

İqlim və Enerji üzrə Merlərin Razılaşması təşəbbüsünə 2015-ci il oktyabrın 15-də “Merlərin Razılaşması” və “Mayors Adapt”  (“Merlər adaptasiya olur”) təşəbbüslərinin birləşdirilməsi mərasimində start verilmişdir. Bu mərasimdə 2030-cu ilə doğru uzun müddətli baxış və yeni öhdəliklər təsdiqlənmişdir.

 

Bu təşəbbüs, bir-birilə qarşılıqlı əlaqəli problemlərin (iqlim dəyişikliyinin nəticələrinin yumşaldılması, adaptasiya və təhlükəsiz, dayanıqlı və əlçatan enerji resurslarına çıxış) həllinə yönəlmiş  yenilənmiş öhdəliyi(ləri) və gələcəyə  ümumi uzunmüddətli baxışı müəyyən edir.

 

Yeni baxış üç hissədən ibarətdir və aşağıdakıları daxil edir:

 

  • Ərazilərimizin karbonsuzlaşdırılmasını sürətləndirərək, bununla qlobal istiləşmənin orta hesabla 2°C-dən aşağı səviyyədə saxlanmasına töhfə vermək.
  • İqlim dəyişməsinin qaçılmaz təsirlərinə uyğunlaşmaq üçün bacarıqlarımızı gücləndirmək – bununla əraziləri belə təsirlərə qarşı daha dözümlü etmək.
  • Ərazilərimizdə enerji səmərəliliyini və bərpa olunan enerji mənbələrindən istifadə səviyyəsini artırmaq – bununla  hər kəs üçün təhlükəsiz, dayanıqlı və maliyyə cəhətdən əlçatan enerji xidmətlərinə universal çıxışı təmin etmək.

 

Bu təşəbbüs, həmçinin imzalayan tərəfləri desentralizasiya olunmuş əməkdaşlıq və qardaşlaşmış şəhərlərin tərəfdaşlığı vasitəsilə Aİ hüdudlarında və digər ölkələrdə yerli və regional hakimiyyət orqanları ilə öz baxışlarını, nəticələrini, təcrübələrini və nou-hauları paylaşmağa dəvət edərək yeni bir "qlobal fəsil" təklif edir.

 

Öhdəliklər

 

2030-cu ilədək imzalayan tərəflər öz ərazilərində karbon emissiyalarını ən azı 30% azaltmağa, həmin ərazilərin iqlim dəyişikliyinin təsirlərinə qarşı dözümlülüyünü artırmağa və hamı üçün təhlükəsiz, dayanıqlı və maliyyə baxımdan əlçatan enerji resurslarına çıxış təmin edilməsində onların səylərini gücləndirməyə dair öhdəlik götürmüşlər.

 

Öhdəlikləri əməli işə çevirmək üçün imzalayan tərəf yerli bələdiyyə şurasının qərarı və rəsmi imzalamadan sonra iki il ərzində Dayanıqlı Enerji və İqlim üzrə Fəaliyyət Planını (DEİFP) təqdim etməyi, o cümlədən adaptasiya addımlarını müvafiq siyasətlərə, strategiyalara və planlara daxil etməyi öhdəsinə götürür.

Read 491 times

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Bültenimize abunə olun