İqlim və Enerji üzrə Merlərin Razılaşması

İqlim və Enerji üzrə Merlərin Razılaşması (2)

Gələcəyə baxış, ambisiyalar və işlərin həcmi

 

İqlim və Enerji üzrə Merlərin Razılaşması təşəbbüsünə 2015-ci il oktyabrın 15-də “Merlərin Razılaşması” və “Mayors Adapt”  (“Merlər adaptasiya olur”) təşəbbüslərinin birləşdirilməsi mərasimində start verilmişdir. Bu mərasimdə 2030-cu ilə doğru uzun müddətli baxış və yeni öhdəliklər təsdiqlənmişdir.

 

Bu təşəbbüs, bir-birilə qarşılıqlı əlaqəli problemlərin (iqlim dəyişikliyinin nəticələrinin yumşaldılması, adaptasiya və təhlükəsiz, dayanıqlı və əlçatan enerji resurslarına çıxış) həllinə yönəlmiş  yenilənmiş öhdəliyi(ləri) və gələcəyə  ümumi uzunmüddətli baxışı müəyyən edir.

 

Yeni baxış üç hissədən ibarətdir və aşağıdakıları daxil edir:

 

  • Ərazilərimizin karbonsuzlaşdırılmasını sürətləndirərək, bununla qlobal istiləşmənin orta hesabla 2°C-dən aşağı səviyyədə saxlanmasına töhfə vermək.
  • İqlim dəyişməsinin qaçılmaz təsirlərinə uyğunlaşmaq üçün bacarıqlarımızı gücləndirmək – bununla əraziləri belə təsirlərə qarşı daha dözümlü etmək.
  • Ərazilərimizdə enerji səmərəliliyini və bərpa olunan enerji mənbələrindən istifadə səviyyəsini artırmaq – bununla  hər kəs üçün təhlükəsiz, dayanıqlı və maliyyə cəhətdən əlçatan enerji xidmətlərinə universal çıxışı təmin etmək.

 

Bu təşəbbüs, həmçinin imzalayan tərəfləri desentralizasiya olunmuş əməkdaşlıq və qardaşlaşmış şəhərlərin tərəfdaşlığı vasitəsilə Aİ hüdudlarında və digər ölkələrdə yerli və regional hakimiyyət orqanları ilə öz baxışlarını, nəticələrini, təcrübələrini və nou-hauları paylaşmağa dəvət edərək yeni bir "qlobal fəsil" təklif edir.

 

Öhdəliklər

 

2030-cu ilədək imzalayan tərəflər öz ərazilərində karbon emissiyalarını ən azı 30% azaltmağa, həmin ərazilərin iqlim dəyişikliyinin təsirlərinə qarşı dözümlülüyünü artırmağa və hamı üçün təhlükəsiz, dayanıqlı və maliyyə baxımdan əlçatan enerji resurslarına çıxış təmin edilməsində onların səylərini gücləndirməyə dair öhdəlik götürmüşlər.

 

Öhdəlikləri əməli işə çevirmək üçün imzalayan tərəf yerli bələdiyyə şurasının qərarı və rəsmi imzalamadan sonra iki il ərzində Dayanıqlı Enerji və İqlim üzrə Fəaliyyət Planını (DEİFP) təqdim etməyi, o cümlədən adaptasiya addımlarını müvafiq siyasətlərə, strategiyalara və planlara daxil etməyi öhdəsinə götürür.

Mövcud imzalayan tərəf kimi, siz öz Razılaşmanızın öhdəliklərini istənilən zamanda, onları aidiyyəti bələdiyyə şurasında qəbul edərək və lazımi qaydada imzalanmış qoşulma formasını (sənədə əlavə olunub) təqdim edərək yeniləyə bilərsiniz.

 

Əgər siz Merlərin Razılaşmasına imza atmısınızsa, lakin hələ də Dayanıqlı Enerji üzrə Fəaliyyət Planının hazırlanmasına başlamamasınızsa:

 

Siz bunun əvəzində öz səylərinizi 2030-cu il zaman çərçivəsinə köklənmiş və iqlim dəyişikliyinin təsirlərinin azaldılması və dözümlülük aspektlərini əhatə edən Dayanıqlı Enerji və İqlim üzrə Fəaliyyət Planını (DEİFP) hazırlamağa yönəldə bilərsiniz. Hazırladığınız DEİFP-in təqdim edilməsi vaxtında sizdən yeni qoşulma formasını təqdim etmək tələb olunacaqdır.

 

Əgər siz Merlərin Razılaşmasına imza atmısınızsa və Dayanıqlı Enerji üzrə Fəaliyyət Planını təqdim etmisinizsə:

 

Siz yerli bələdiyyə şurası tərəfindən qəbul edilmiş 2020-ci il öhdəliklərinin icrasına və onların icrası istiqamətində əldə olunan irəliləyişin qiymətləndirilməsinə diqqət yetirməlisiniz. Əgər siz 2020-ci ildən əvvəl Dayanıqlı Enerji və İqlim üzrə Fəaliyyət Planı (DEİFP) təqdim etmək istəsəniz, əvvəlcə monitorinq şablonu təqdim edərək 2020 DEFP-ə dair hesabat verməlisiniz.

 

Mövcud imzalayan tərəflərdən hər biri yeni öhdəliklərə imza atmaq istədiyi zaman özünün planlama dövrlərindən asılı olaraq qərar verir və beləliklə DEİFP hazırlayaraq təqdim edir.

 

Xahiş edirik, nəzərə alın ki, daha əvvəl 2020-ci il öhdəliklərini imzalayan və indi öz öhdəliklərini yeniləmək istəyən yerli hakimiyyət orqanları İqlim və Enerji üzrə Merlərin Razılaşması üçün qoşulma formasını birbaşa Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.  ünvanına göndərməlidirlər, çünki bu halda onlayn qeydiyyat mümkün deyil.

Bültenimize abunə olun