Cümə axşamı, 11 Aprel 2019 07:54

CO2 emissiyalarının hesablanması üçün baza ilini necə müəyyən etməli?

Written by
Rate this item
(0 votes)

Baza ili –  2020-ci ilin sonuna qədər CO2 emissiyası hədəflərinə nail olmaq üçün istinad (başlanğıc) kimi götürülən ilidir. Beləliklə, 2020-ci ildə emissiyanın azalan həcmi baza ilindəki rəqəmlərlə müqayisə olunaraq qiymətləndirilir.

 

Avropa ölkələri üçün (əsasən 1990-cı il baza ili kimi götürülüb)  DEFP Məlumat Kitabçasında göstərilən tövsiyələrdən fərqli olaraq Şərq Tərəfdaşlığı ölkələrini  təmsil edən imzalayan şəhərlərə baza ili qismində cari iqtisadi vəziyyətin daha yaxşı əks olunması və etibarlı statistik məlumatların toplanma mümkünlüyü baxımdan ən son ili (2000-ci ildən sonra) götürmələri tövsiyə olunur.

 

Bunun əsas səbəbi Şərq Tərəfdaşlığı ölkələrində yerli hakimiyyət orqanlarının 1990-cı il üçün emissiyaların baza kadastrının tərtib edilməsi məqsədilə etibarlı statistik məlumatlar axtararkən mütəmadi olaraq problemlərlə üzləşməsi ilə bağlıdır.

 

Avropa ölkələrində tətbiq olunan baza ilinin müqayisə (istinad) ili kimi götürülməməsinin başqa bir səbəbi sənaye sektorunu öz DEFP/DEİFP-lərinə daxil etmək istəyən şəhərlərin/qəsəbələrin bunu edə bilməməsi ilə bağlıdır, çünki keçmiş sovet ölkələrinin əksəriyyəti 90-cı illərdə ağır iqtisadi böhran keçirdiklərindən onların həmin dövrdəki sənayeləşmə səviyyəsi mövcud səviyyələrinə uyğun gəlməya bilər.

 

Bəzi yerli hakimiyyət orqanları, digərlər amillərlə birlikdə, 2020-ci ilin yaxın olmasına və nəticə etibarilə CO2 emissiyalarının azaldılması tədbirlərinin hərtərəfli icrası üçün yetərsiz vaxt intervalına diqqət yetirərək emissiyaların azaldılması vəzifələri üçün daha uzun dövr (məsələn, 2030-cu ilə qədər) müəyyənləşdirə bilər. Bu halda onlar digər imzalayan şəhərlərlə müqayisəli analizin aparılması üçün 2020-ci ilə dair bəzi  hədəflər qoymalıdır.

Read 611 times

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Bültenimize abunə olun