Emissiyaların Baza Kadastrı (EBK)

Emissiyaların Baza Kadastrı (EBK) (7)

Cümə axşamı, 11 Aprel 2019 07:52

Emissiyaların Baza Kadastrı (EBK) nədir?

Written by

DEFP / DEİFP yerli özünüidarə orqanlarının ərazisində enerji istehlakı və istixana qazı emissiyaları ilə bağlı etibarlı məlumatlar əsasında hazırlanmalıdır. Bu səbəbdən ilkin mərhələdə cari (baza) vəziyyətin və strukturların hərtərəfli qiymətləndirilməsi aparılmalıdır. Qiymətləndirmə şəhər/qəsəbə iqtisadiyyatının müvafiq sektorlarında enerji istehlakının səviyyəsinin müəyyən edilməsindən və Emissiyaların Baza Kadastrının (EBK) hazırlanmasından, baza ilində enerji istehlakı ilə bağlı karbon dioksid (CO2) emissiyasının həcminin müəyyən edilməsindən başlayır .

 

EBK və CO2 emissiyasının əlavə inventarlaşdırılması (əgər varsa) yerli hakimiyyət orqanlarına istixana qazı emissiyasının azaldılmasına yönəldilmiş prioritet tədbirləri və onların səmərəliliyini müəyyən etməyə imkan verən əsas alətdir.

 

EBK-nın tərtib olunması DEİF / DEİFP-in  hazırlanmasının məcburi mərhələsini təşkil edir və Razılaşma çərçivəsində öhdəliklərin yerinə yetirilməsinin əsas aspektlərindən biridir. Kadastr yerli hakimiyyət orqanları tərəfindən rəsmi olaraq təsdiq edilmiş DEFP / DEİFP-in tam versiyasına daxil edilməlidir.

 

EBK-nın əsas xüsusiyyətləri aşağıda verilmişdir:

 

  • EBK yerli vəziyyəti əks etdirməlidir, yəni enerji istehlakı / istehsalına dair yerli məlumatlara və kadastrı hazırlamaq üçün lazım olan digər məlumatlara əsaslanmalıdır. Milli və ya regional vasitələrə əsaslanan qiymətləndirmələr və hesablamalar yerli vəziyyəti (şəhərdə) əks etdirməyəcəkdir, çünki əksər hallarda onlar müəyyən ərazilərin yerləşdiyi mövqeyə xarakterik olur. Bu məlumatlar əsasında hesablanmış kadastr həm də yerli hakimiyyət orqanların CO2 emissiyalarının azaldılması sahəsində hədəflərinə nail olma istiqamətindəki səylərinin səmərəliliyinin qiymətləndirilməsi üçün mühüm istinad nöqtəsi formalaşdıra bilməyəcəkdir.
  • Metodoloji yanaşmalar və hesablamalarda istifadə edilən məlumat mənbələri bir neçə il ərzində dəyişməməlidir. Yəni, EBK-nın hazırlanması üçün istifadə olunan metodika emissiyaların azaldılmasında (Emissiya Kadastrının Monitorinqi) irəliləyişlərin monitorinqi naminə müntəzəm şəkildə görüləcək əlavə inventarlaşdırma tədbirləri üçün istifadə edilməlidir.
  • EBK ən azı yerli hakimiyyət orqanları tərəfindən öz emissiyalarının azaldılması hədəflərinə nail olmağa yönəlmiş tədbirlərin icra olunacağı sahələri, xüsusilə də, mühüm CO2 emissiya mənbələrini ehtiva edən sektorları əhatə etməlidir (EKB-yə daxil olan sektorların ətraflı təsviri DEFP üzrə məlumat kitabçasının ikinci hissəsində verilmişdir, bax, aşağıda).
  • EBK etibarlı məlumatlar və ya reallığın ən azı ümumi mənzərəsini ehtiva etməlidir (yəni, mümkün olduqda, mövcud vəziyyəti ən obyektiv şəkildə əks etdirməlidir).
  • EBK üçün toplanmış məlumatların daxil etmə prosesi, məlumat mənbələri və hesablama metodikası lazımi şəkildə sənədləşdirilməlidir (bu da DEİF/DEİFP çərçivəsində aparıla bilər və ya ən az zəruri məlumatlar yerli hakimiyyət orqanının sənədlərində saxlanmalıdır) .
  • Şərq Tərəfdaşlığı ölkələrindən imza atanlar BEI-da enerji qiymətlərinin monitorinqi ilə yanaşı, daha sonra inventarlaşdırma işlərinə də daxil olmaq üçün israrla tövsiyə olunurlar.

 

EBK-nin hazırlanması haqqında daha ətraflı məlumatları 2014-cü ildə Birgə Tədqiqatlar Mərkəzi tərəfindən hazırlanmış Şərq Tərəfdaşlığı və Mərkəzi Asiya ölkələrinin şəhərləri üçün DEFP üzrə məlumat kitabçasının (I hissə (II bölmə) və II hissə - Emissiyaların Baza Kadastrı)) əldə edə bilərsiniz.

Razılaşmanı imzalayan bütün şəhərlər emissiyaların hesablanması üçün öz alətlərini seçə bilərlər. Bununla belə, onlar bildirilən inventarın onlayn kitabxanadan yükləyə biləcəyiniz DEFP məlumat kitabçasında (ingilis, alman, fransız, italyan və ispan dillərində) detallı təsvir olunan ümumi prinsiplərə uyğun olduğundan əmin olmalıdır. Nəzərə alın ki, DEFP məlumat kitabçası yalnız yumşaldıcı hissəyə istinad edir və Dayanıqlı Enerji və İqlim üzrə Fəaliyyət Planı (DEİFP) üçün Emissiyaların Baza Kadastrını hazırlayarkən qaydalar eyn şəkildə tətbiq olunur.

Baza ili –  2020-ci ilin sonuna qədər CO2 emissiyası hədəflərinə nail olmaq üçün istinad (başlanğıc) kimi götürülən ilidir. Beləliklə, 2020-ci ildə emissiyanın azalan həcmi baza ilindəki rəqəmlərlə müqayisə olunaraq qiymətləndirilir.

 

Avropa ölkələri üçün (əsasən 1990-cı il baza ili kimi götürülüb)  DEFP Məlumat Kitabçasında göstərilən tövsiyələrdən fərqli olaraq Şərq Tərəfdaşlığı ölkələrini  təmsil edən imzalayan şəhərlərə baza ili qismində cari iqtisadi vəziyyətin daha yaxşı əks olunması və etibarlı statistik məlumatların toplanma mümkünlüyü baxımdan ən son ili (2000-ci ildən sonra) götürmələri tövsiyə olunur.

 

Bunun əsas səbəbi Şərq Tərəfdaşlığı ölkələrində yerli hakimiyyət orqanlarının 1990-cı il üçün emissiyaların baza kadastrının tərtib edilməsi məqsədilə etibarlı statistik məlumatlar axtararkən mütəmadi olaraq problemlərlə üzləşməsi ilə bağlıdır.

 

Avropa ölkələrində tətbiq olunan baza ilinin müqayisə (istinad) ili kimi götürülməməsinin başqa bir səbəbi sənaye sektorunu öz DEFP/DEİFP-lərinə daxil etmək istəyən şəhərlərin/qəsəbələrin bunu edə bilməməsi ilə bağlıdır, çünki keçmiş sovet ölkələrinin əksəriyyəti 90-cı illərdə ağır iqtisadi böhran keçirdiklərindən onların həmin dövrdəki sənayeləşmə səviyyəsi mövcud səviyyələrinə uyğun gəlməya bilər.

 

Bəzi yerli hakimiyyət orqanları, digərlər amillərlə birlikdə, 2020-ci ilin yaxın olmasına və nəticə etibarilə CO2 emissiyalarının azaldılması tədbirlərinin hərtərəfli icrası üçün yetərsiz vaxt intervalına diqqət yetirərək emissiyaların azaldılması vəzifələri üçün daha uzun dövr (məsələn, 2030-cu ilə qədər) müəyyənləşdirə bilər. Bu halda onlar digər imzalayan şəhərlərlə müqayisəli analizin aparılması üçün 2020-ci ilə dair bəzi  hədəflər qoymalıdır.

Emissiyaların Baza Kadastrı əsasən son enerji istehlakı məlumatlarına, yəni yerli hakimiyyət orqanlarının hüdudları daxilində son istifadəçilərin (elektrik, isitmə/soyutma və yanacaq daxil olmaqla) istehlak etdiyi rəqəmlərə əsaslanmalıdır.

 

Davamlı Enerji və İqlim üzrə Fəaliyyət  Planına enerji istehsalı ilə bağlı fəaliyyətlər  (məsələn, günəş panelləri, külək enerjisi, rayon istilik və ya birləşdirilmiş istilik və enerji istehsalı) daxil edilərsə, yerli enerji istehsalı da kadastra daxil oluna bilər. DEİF Məlumat Kitabçası (en, de, fr, it və es) bu seçim haqqında daha ətraflı məlumat verir. Nəzərə alın ki, DEİF Məlumat Kitabçası yalnız təsirlərin yumşaltma tədbirləri üçün hazırlansa da, DEİFP-lər üçün Emissiyaların Baza Kadastrını tərtib edərkən müasir bələdçi vəsaitdən faydalanmaq olar.

Yerli səviyyədə Emissiyaların Baza Kadastrını yaradarkən iki müxtəlif yanaşma seçilə bilər, yəni:

 

Yerli hakimiyyət orqanının ərazisində son enerji istehlakı səbəbindən baş verən bütün CO2 emissiyalarını əhatə edən ərazi və ya İDHEQ yanaşması.

 

Həyat Siklinin qiymətləndirilməsi (HSQ) yanaşması yanacaq/elektrik enerjisinin ümumi həyat siklini nəzərə alır. Bura ərazidən kənarda baş verən enerji zəncirinin bütün emissiyaları (nəqliyyat itkisi, emal emissiyaları və ya enerji çevirmə itkiləri kimi) daxildir.

Merlərin Razılaşmasından irəli gələn öhdəliklər yerli hakimiyyətin bütün coğrafi sahəsinə aiddir. Beləliklə, Emissiyaların Baza Kadastrı fəaliyyətin bütün sahələrində istehlak olunan enerji həcmini nəzərə almalıdır. Razılaşmanın əsas sahələri aşağıdakılardır:

 

  • Bələdiyyə binaları, avadanlıqlar / qurğular.
  • Xidmət sahəsinə aid (qeyri-bələdiyyə) binalar, avadanlıqlar / qurğular.
  • Yaşayış binaları.
  • Nəqliyyat.

Enerji istehlakı və CO2 emissiya məlumatlarını effektiv şəkildə izləmək və lazım gəldikdə Fəaliyyət Planını uyğunlaşdırmaq üçün Razılaşmanı imzalayan şəhərlərə müntəzəm olaraq emissiya kadastrının monitorinqini aparmaq tövsiyə olunur. Biz bu monitorinqin hər il aparılmasını tövsiyə edirik və Merlərin Razılaşması kontekstində minimal tələb bunu ən azı hər 4 ildən bir aparmaqdır. Beləliklə, sonrakı kadastrların (monitorinqlərin) nəticələri  Emissiyaların Baza Kadastrının göstəriciləri ilə müqayisə oluna bilər ki, bu da şəhərin enerjiyə qənaət, bərpa olunan enerji istehsalı və CO2 emissiyalarını azaltma istiqamətində irəliləyişini izləməyə imkan verəcəkdir.

Bültenimize abunə olun