Cümə axşamı, 11 Aprel 2019 08:08

Razılaşmanı imzalayanlar qrupu dayanıqlı enerji üzrə birgə fəaliyyət planını necə təqdim edə bilər?

Written by
Rate this item
(0 votes)

Merlərin Razılaşmasına qoşulan və birgə DEFP/DEİFP hazırlamaq niyyətində olan qonşu yerli hakimiyyət orqanları qrupu bunu asanlıqla edə bilər. Qrup aşağıdakı iki əməkdaşlıq variantından birini seçə bilər:

 

Seçim 1:

 

- Yumşaltma: Qrupun hər bir imzalayan üzvü fərdi şəkildə CO2 emissiyalarını azaltmağı öhdəsinə götürür (DEFP). Emissiya azaltma hədəfi fərdi bir öhdəlik olaraq qaldığından, BÜTÜN imzalayan tərəflər özlərinin DEFP/DEİFP şablonlarını doldurmalı, o cümlədən CO2 / enerji istehlakı məlumatları daxil etməlidirlər. Birgə DEFP/DEİFP-də göstərilmiş ortaq hərəkətlərin nəticəsi olan CO2 emissiyalarının azalma göstəriciləri imzalayan şəhərlərin arasında bölüşdürülməli və birgə DEFP sənədində təsvir edilmiş şəffaf qaydalara əsasən hər bir DEFP/DEİFP şablonunda nəzərə alınmalıdır. Birgə DEFP/DEİFP iştirak edən hər bir bələdiyyənin bələdiyyə məclisi (ya da ekvivalent qərarverici orqan) tərəfindən təsdiqlənir və hər bir yerli orqan tərəfindən “Mənim Razılaşmalarım” (məhdud ərazi) menyusu vasitəsilə onların profillərində yerləşdirilir. DEFP/DEİFP-də əhatə olunan yerli hakimiyyət orqanlarının adları Fəaliyyət Planında aydın şəkildə göstərilməlidir. Birgə DEFP/DEİFP-lərin bu növü DEFP məlumat kitabçasında (ingilis və rus dillərində) təsvir olunmuşdur.

- Adaptasiya (yalnız DEİFP üçün): İmzalayan tərəflər Risk və Həssaslıq Qiymətləndirməsini və onunla əlaqəli tədbirləri birgə və ya fərdi qaydada hazırlamağa dair qərar verə bilərlər. Razılaşmaya 1-ci variantla bələdiyyələr qrupu kimi qoşularkən hər bir bələdiyyə yerli hakimiyyət orqanlarının məlumatlarını və əlaqə təfərrüatlarını doldurmaqla fərdi qaydada qeydiyyatdan keçməli və bələdiyyələr qrupunun birgə DEFP/DEİFP təqdim edəcəyinə dair öhdəlik götürməlidir. Bunun üçün onlayn qeydiyyat formasında müvafiq xanaya sıxın və formada aidiyyəti bələdiyyələri göstərin.

 

Variant 2:

- Azaltma: İmzalayan tərəflər qrupu kollektiv şəkildə CO2 emissiyalarını azaldacaqlarına dair öhdəlik götürür. Bu halda emissiya azaltma hədəfi qrupu təşkil edən müxtəlif hakimiyyət orqanları arasında paylaşılan öhdəlikdir. Buna görə də, BİR vahid DEFP/DEİFP şablonu imzalayan şəhərlər qrupu tərəfindən doldurulmalıdır. Birgə Fəaliyyət Planı iştirak edən hər bir şəhərin bələdiyyə məclisi (ya da ekvivalent qərarverici orqan) tərəfindən təsdiqlənir və qrup tərəfindən “Mənim Razılaşmalarım” (məhdud ərazi) menyusu vasitəsilə birgə profilə yüklənir. DEFP/DEİFP-də əhatə olunan yerli hakimiyyət orqanlarının adları və onların ümumi plana verdiyi töhfə səviyyəsi DEFP/DEİFP sənədində aydın şəkildə göstərilməlidir. Bu variant qonşu hakimiyyət orqanları ilə birgə yanaşmaları asanlaşdırmaq yolu ilə qurumlar arası əməkdaşlığı inkişaf etdirməyi hədəfləyir. Bu variant, xüsusilə də, insan və / və ya maddi resursları olmayan kiçik və orta ölçülü bələdiyyələrə tövsiyə olunur.

 

(Yalnız DEİFP üçün): İmzalayan şəhərlər Risk və Həssaslıq Qiymətləndirməsini və əlaqəli tədbirləri Razılaşmaya 2-ci variantla qoşulduqları zaman birgə və ya fərdi qaydada hazırlamağa qərar verə bilər və bunun üçün yalnız bir profil yaradılmalıdır. Həmin birgə profil yerli hakimiyyət orqanlarının məlumatlarını və əlaqə təfərrüatlarını onlayn qeydiyyatdan keçirərkən bütün fərdi qoşulma formalarını özündə ehtiva etməlidir. Bundan əlavə, profildə həmin bələdiyyələr qrupunun DEFP/DEİFP 2 variantını birgə təqdim edəcəyinə dair öhdəlik götürməsi göstərilməlidir. Bunun üçün onlayn qeydiyyat formasında müvafiq xanaya sıxın və formada aidiyyəti bələdiyyələri göstərin.

 

DİQQƏT:

 

Hər iki halda “İmzalayanlar qrupu”na DEFP/DEİFP-in hazırlanması və həyata keçirilməsi prosesində işlərin koordinasiyasına məsul olacaq qurum/hakimiyyət orqanı təyin etməsi təkidlə tövsiyə olunur. Belə orqan, məsələn, qrup arasındakı ən fəal/inkişaf etmiş bələdiyyə, şəhər əraziləri halında aqlomerasiya və ya Razılaşmanın koordinatoru kimi (Razılaşmanın Koordinatorları siyahısına bax) çıxış edən əyalət / region  ola bilər. Əgər siz Merlərin Razılaşmasına "imzalayanlar qrupu" kimi qoşulmağa maraq varsa, Merlərin Razılaşması Ofisinə  müraciət etməniz xahiş olunur (Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ). MRO, DEFP Məlumat Kitabçasına əlavə edilmiş Qoşma 1-də göstərilən uyğunluq meyarlarına cavab verməyən istənilən ərizəni rədd etmək etmək hüququnu özündə saxlayır (məsələn, 2-ci variantda qrup eyni ərazi hüdudlarında hər biri təqribən 10.000 sakindən ibarət olan kiçik və orta ölçülü bələdiyyələrdən təşkil olmalıdır).

 

Qoşulma formasını yükləyin:

 

İmzalayanlar qrupu - variant 1

İmzalayanlar qrupu - variant 2

 

Qoşulma forması müvafiq bələdiyyə məclislərinin rəsmi təsdiqindən sonra qrupda iştirak edən bütün yerli hakimiyyət orqanları tərəfindən imzalanmalıdır.

Read 584 times Last modified on Cümə axşamı, 11 Aprel 2019 08:16

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Bültenimize abunə olun