Cümə axşamı, 11 Aprel 2019 08:17

DEFP / DEİFP-in təqdim olunması üçün son tarixin uzadılmasını necə tələb etməli?

Written by
Rate this item
(0 votes)

İmzalayan tərəflər DEFP (qoşulma tarixindən bir il sonra*) / DEİFP (qoşulma tarixindən 2 il sonra*) təqdim edəcəklərinə dair öhdəlik götürür. Əgər DEFP / DEİFP həmin tarixə qədər tamamlana bilməzsə, Razılaşmanı imzalayan tərəflər vaxtın uzadılmasını tələb etməlidirlər. Bunu etmək üçün onlar “Mənim Razılaşmalarım” (Razılaşmanın internet səhifəsinin ekstranet bölməsi) pəncərəsində mövcud olan onlayn gecikmə sorğu formasını doldurmağa dəvət olunurlar.

 

Fərdi İmzalayan tərəf kimi çıxış etdikdə (yəni, Razılaşmanın hər hansı rəsmi ərazi koordinatoruna aid olmadıqda):

 

Yerli hakimiyyət orqanlarının nəzarətindən kənar şəraitlər DEİF / DEİFP-in tamamlanması və təqdim edilməsini ləngitdiyi hallarda fərdi qaydada imzalayan tərəflər üçün bu müddəti 9 ay uzatmaq olar.

 

9 ay müddətinə uzadılma proseduru:

 

- “Mənim Razılaşmalarım” menyusuna gedin və şəxsi identifikatorlar vasitəsilə daxil olun.

- “Mənim Fəaliyyət Planım”> “Gecikmə sorğusu göndər” düyməsinə sıxın və formanı doldurun (ulduzlularla işarələnən bütün sahələr məcburidir). Ərizədə gecikmənin əsas səbəbləri göstərilməlidir.

- “Gecikmə sorğusunu göndər” düyməsinə sıxın. Siz (və profilinizlə əlaqəli olan digər aidiyyəti şəxslər) bir gün ərzində elektron poçtla təsdiq alacaqsınız.

 

Razılaşmanın Rəsmi Ərazi Koordinatoruna aidsinizsə

 

Razılaşmanın Rəsmi Ərazi Koordinatoru (RRK) tərəfindən dəstəkləndiyiniz zaman, RRK-dən vaxtın 18 ay uzadılmasını tələb edə bilərsiniz.

 

RRK üçün son tarixin 18 ay uzadılma proseduru:

 

- “Mənim Razılaşmalarım” menyusuna gedin və şəxsi identifikatorlar vasitəsilə daxil olun.

- “Mənim İmzalayanlarım”> “Gecikmə sorğusu göndər” düyməsinə sıxın və formanı doldurun (ulduzlularla işarələnən bütün sahələr məcburidir). Ərizəyə daxil edilməlidir: birgə uzadılma tələbi üçün əsas səbəblər və imzalayanları dəstəkləmək üçün RRK tərəfindən hazırlanmış alətlərin/xidmətlərin qısa təsviri.

- “Gecikmə sorğusunu göndər' düyməsinə sıxın. Uzadılma daha sonra avtomatik olaraq əlaqəli bələdiyyələrə şamil olunacaqdır. Siz (və ərazinizin hüdudlarında yerləşən bələdiyyələr) bir gün ərzində elektron poçtla təsdiq alacaqsınız.

Read 520 times Last modified on Cümə axşamı, 11 Aprel 2019 08:22

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Bültenimize abunə olun