Cümə axşamı, 11 Aprel 2019 08:24

DEİF təqdim olunduqdan sonra nə baş verir? – DEİF / DEİFP- in dəyərləndirilməsi

Written by
Rate this item
(0 votes)

Fəaliyyət planınız 'Mənim Razılaşmam' onlayn hesabat vermə platforması vasitəsilə təqdim olunduqdan sonra, fəaliyyət planınızın bütün əsas nəticələri Razılaşmanın internet səhifəsində sizin imzalayan tərəf profilinizdə avtomatik olaraq qrafik şəkildə göstərilir. Bundan əlavə, əgər seçsəniz, bütün yüklənmiş sənədləriniz ictimaiyyətə açıq profilinizdə endirmə üçün hazır vəziyyətdə olur.

 

Fəaliyyət Planı daha sonra Avropa Komissiyasının Birgə Tədqiqat Mərkəzi tərəfindən həyata keçirilən qiymətləndirmə prosesinə təqdim olunur. Mərkəz planın uyğunluq meyarlarına cavab verdiyini yoxlayacaq və sizə içində rəy olan hesabat göndərəcəkdir.

 

Qiymətləndirmə prosesi əsasən DEFP / DEİFP onlayn şablonunda kodlaşdırılmış təsvirə əsaslanır. Buna görə də, Razılaşmanın bütün imzalayan tərəfləri şablonda doldurulmuş məlumatların onların tam DEFP / DEİFP sənədinə uyğunluğundan əmin olmalıdır.

 

Uyğunluq meyarları aşağıdakılardır:

 

1) Fəaliyyət planı Bələdiyyə Şurası və ya ekvivalent orqan tərəfindən təsdiq edilməlidir.

2) Fəaliyyət planında Razılaşmanın azaltma (yəni, 2030-cu ilədək CO2 emissiyalarının ən azı 30% azalması) və adaptasiya öhdəlikləri aydın göstərilməlidir.

3) Fəaliyyət planı əhatəli Emissiyaların Baza Kadastrının (EBK) nəticələrinə və İqlim Riski və Həssaslıq Qiymətləndirməsinin nəticələrinə əsaslanmalıdır.

4) Emissiyaları azaltmaq üçün fəaliyyət planı fəaliyyətin əsas sahələrini əhatə etməlidir (Bələdiyyə, üçüncü dərəcəli, yaşayış və nəqliyyat).

  1. Emissiyaların Baza Kadastrı dörd əsas sektordan ən azı üçünü əhatə etməlidir.
  2. Azaltma tədbirləri dörd əsas sektorun ən azı ikisini əhatə etməlidir.

 

Onlayn şablon natamam hesab edildiyi və ya hər hansı bir əlavə məlumat tələb olunduğu halda, Razılaşmanı imzalayan tərəfə müraciət olunacaqdır.

 

Qeyd:

 

DEFP / DEİFP analizi üçün indikativ müddət altı aydır.

 

Fəaliyyət planınızın qiymətləndirilməsi ilə bağlı xüsusi məlumatlar üçün Birgə Tədqiqat Mərkəzinə müraciət edə bilərsiniz: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

 

Razılaşma koordinatorunun fəaliyyət planlarını əlaqələndirdiyi hallarda, daha çevik rəy verilməsi məqsədilə BTM tərəfindən qruplaşdırılmış analiz həyata keçirilə bilər. Əgər sizin əyalət/region fəaliyyət planlarının hazırlanmasında imzalayan tərəflərə kömək üçün birgə yanaşma hazırlayarsa, sizdən BTM-ə müraciət etməniz xahiş olunur: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.  (daha ətraflı məlumat burada).

Read 563 times

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Bültenimize abunə olun