Cümə axşamı, 11 Aprel 2019 08:23

DEİF / DEİFP son tarixə qədər təqdim olunmazsa nə baş verir?

Written by
Rate this item
(0 votes)

Əgər Razılaşmanı imzalayan tərəf uzadılma üçün müraciət etməyibsə:

 

Müddətin uzadılmasına bir dəfə icazə verilə bilər, bu şərtlə ki, imzalayan tərəf onlayn gecikmə sorğusu formasını tamamlamış olsun – bax tez-tez soruşulan suallar: "DEFP təqdim olunması üçün son tarixin uzadılmasını necə tələb etməli?"

 

Əgər Razılaşmanı imzalayan tərəfə artıq uzadılma imkanı verilibsə:

 

Təşəbbüsün qlobal miqyasda müvəffəqiyyət qazanması və mötəbər platformaya çevrilməsi imzalayan şəhərlərin götürdükləri öhdəlikləri yerinə yetirməsindən asılıdır. Avropa Komissiyası, digər yerli hakimiyyət orqanları tərəfindən göstərilən səyləri tanıyaraq və Merlərin Razılaşmasının rəsmi mətninin (*) xitamvermə maddəsinə hörmətlə yanaşaraq, qeyd olunan sənədlərin yenilənmiş müddətdə təqdim edilməməsi halında İmzalayan tərəfin statusunu dayandırır. Lakin, bələdiyyələrin öz ilkin öhdəliyini yerinə yetirməsi və ekstranet sistemi (“Mənim Razılaşmalarım”)  vasitəsilə fəaliyyət planını onlayn təqdim etməsi şərtilə, Razılaşmanı imzalayan tərəf statusu istənilən vaxt yenidən aktivləşdirə bilər.

____________________________________________________________

(*) Razılaşmanın rəsmi mətnindən qısa çıxarış (səh. 7):

Uyğunsuzluq halında üzvlüyün dayandırılması: İmzalayan tərəflər təyin edilmiş müddətdə yuxarıda göstərilən sənədlərin (məsələn, Dayanıqlı Enerji və İqlim üzrə Fəaliyyəti Plan və Monitorinq Hesabatları) təqdim edilməməsi halında Merlərin Razılaşması Ofisinin əvvəlcədən yazılı bildiriş verməsi şərtiylə təşəbbüsdə üzvlük statuslarının dayandırıla biləcəyini qəbul edirlər.

_____________________________________________________________

Qeyd: Yeni tam avtomatlaşdırılmış və şəffaf dayandırma proseduru ilə imzalayan tərəflərin öz öhdəliklərinə əməl edib-etməmələri barədə məlumatlar onların fərdi profillərində ictimaiyyətə açıq şəkildə yerləşdirilir – imzalayanların siyahısına baxın. İmzalayan tərəflərin statusunun dayandırılması halında, açıq profillər aşağıdakı bildirişlə boz rəngə keçir: "İmzalayan şəhərin statusu dondurulub – son tarix bitmişdir".

Read 567 times Last modified on Cümə axşamı, 11 Aprel 2019 08:24

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Bültenimize abunə olun