Cümə axşamı, 11 Aprel 2019 08:27

Hesabat vermə şablonu (DEFP / DEİFP) nədir?

Written by
Rate this item
(0 votes)

Merlər Razılaşmasının hesabatvermə şablonları imzalayanlara onların fəaliyyət planının əsas elementlərinin ümumiləşdirilməsinin strukturlaşdırılmış yolunu və monitorinq mərhələsində icra prosesini izləmək imkanı təmin edir. Bu şablon yerli və regional hakimiyyət orqanlarından bir qrup təcrübəçilərlə birlikdə Merlərin Razılaşması Ofisi  və Avropa Komissiyasının Birgə Tədqiqat Mərkəzi tərəfindən hazırlanmışdır.

 

İmzalayanlar öz fəaliyyət planı sənədlərini (milli dillərində) təqdim edərkən, onlar həm də Razılaşmanın  veb-səhifəsinin məhdud girişli bölməsində (“Mənim Razılaşmam” ingilis dilində) yerləşdirilmiş onlayn şablonu tamamlamalıdır. Yalnız bu proses başa çatdıqdan sonra, Fəaliyyət Planının Merlərin Razılaşmasına rəsmən təqdim edilməsi baş tutur.

 

Hazırda 2020-ci il çərçivəsini əhatə edən Merlərin Razılaşmasına imza atan tərəflərin istifadə etdiyi DEFP şablonu üç əsas hissədən ibarətdir:

 

  • Ümumi strategiya: bura ümumi CO2 emissiyalarının azaldılma hədəfi, gələcəyə baxış, kadrların və maliyyə imkanlarının bölüşdürülməsi, digərləri ilə birlikdə maraqlı tərəflərin və vətəndaşların cəlb edilməsi daxildir.
  • Emissiyaların kadastrı: enerji daşıyıcılarına və sektorlara görə son enerji istehlakının və əlaqəli CO2 emissiyalarının cari səviyyəsini göstərmək.
  • Fəaliyyət Planı: Ümumi strategiyanı hərəkətə çevirəcək əsas tədbirlərin siyahısını (vaxt çərçivələri, təhkim olunan vəzifələr, ayrılan büdcə və təsirlərin hesablanması ilə birlikdə) müəyyənləşdirmək.

 

Veb saytın kitabxanasında mövcud olan addım-ba-addım təlimatlar üçün “Dayanıqlı Enerji üzrə Fəaliyyət Planı və Monitorinq haqqında Hesabatvermə Təlimatları”na  müraciət edin.

 

Emissiyaların azaldılması və iqlim dəyişməsinin təsirlərinə adaptasiya üçün 2030-cu il zaman çərçivəsini əhatə edən İqlim və Enerji üzrə Merlərin Razılaşmasına imla atan tərəflərin istifadə etdiyi DEİFP şablonu aşağıdakı hissələri ehtiva edir:

 

Giriş:

  • Strategiya: həm azaltma, həm də adaptasiya üçün Razılaşmanın öhdəliklərinə nail olmaq üçün ümumi strategiyanın göstərilməsi. Bura gələcəyə baxış, CO2 emissiyalarının azaldılması hədəfləri, kadrların və maliyyə imkanlarının bölüşdürülməsi, digərləri ilə birlikdə maraqlı tərəflərin və vətəndaşların cəlb edilməsi daxildir.

 

Bölmə I: Enerji və iqlim dəyişikliyinin nəticələrinin yumşaldılması:

 

  • Emissiyaların kadastrı: enerji daşıyıcılarına və sektorlara görə son enerji istehlakının və əlaqəli CO2 emissiyalarının cari səviyyəsini göstərmək.
  • Fəaliyyət Planı: Ümumi strategiyanı hərəkətə çevirəcək əsas tədbirlərin siyahısını vaxt çərçivələri, təhkim olunan vəzifələr, ayrılan büdcə və təsirlərin hesablanması ilə birlikdə müəyyənləşdirmək.

 

Bölmə II: İqlim dəyişikliyinə adaptasiya:

 

  • Adaptasiyanın hesablanma şkalası: adaptasiya prosesində yerli hakimiyyət orqanlarının statusunun  qısa təsvirini təmin etmək;
  • Risklər və həssas nöqtələr: Potensial sektorları və iqlim dəyişikliyinin onları məruz qoyduğu risk səviyyəsini müəyyənləşdirmək;
  • Adaptasiya fəaliyyətləri: Ümumi strategiyanı hərəkətə çevirəcək əsas tədbirlərin siyahısını vaxt çərçivələri, təhkim olunan vəzifələr, ayrılan büdcə və təsirlərin hesablanması ilə birlikdə müəyyənləşdirmək və bu fəaliyyətlərin hansı riskl və həssas məqamlarla müşayiət olunduğunu göstərmək;
  • İndikatorlar: İqlim dəyişikliyinə adaptasiya üçün əhatəli yerli planın yoxlama siyahısı və ilham mənbəyi kimi xidmət etmək.

 

Veb-saytın kitabxanasında mövcud olan addım-ba-addım təlimatlar üçün “Dayanıqlı Enerji üzrə Fəaliyyət Planı və Monitorinq haqqında Hesabatvermə Təlimatları”na  müraciət edin.

 

Şablonda toplanan məlumatın əsas məqamları Merlərin Razılaşmasının veb-saytında hər bir imzalayan tərəfin profilində qrafik formatda verilmişdir.

Read 609 times

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Bültenimize abunə olun