Merlərin Razılaşması haqqında hesabat vermə şablonları (DEFP/DEİFP)

Merlərin Razılaşması haqqında hesabat vermə şablonları (DEFP/DEİFP) (6)

Cümə axşamı, 11 Aprel 2019 08:27

Hesabat vermə şablonu (DEFP / DEİFP) nədir?

Written by

Merlər Razılaşmasının hesabatvermə şablonları imzalayanlara onların fəaliyyət planının əsas elementlərinin ümumiləşdirilməsinin strukturlaşdırılmış yolunu və monitorinq mərhələsində icra prosesini izləmək imkanı təmin edir. Bu şablon yerli və regional hakimiyyət orqanlarından bir qrup təcrübəçilərlə birlikdə Merlərin Razılaşması Ofisi  və Avropa Komissiyasının Birgə Tədqiqat Mərkəzi tərəfindən hazırlanmışdır.

 

İmzalayanlar öz fəaliyyət planı sənədlərini (milli dillərində) təqdim edərkən, onlar həm də Razılaşmanın  veb-səhifəsinin məhdud girişli bölməsində (“Mənim Razılaşmam” ingilis dilində) yerləşdirilmiş onlayn şablonu tamamlamalıdır. Yalnız bu proses başa çatdıqdan sonra, Fəaliyyət Planının Merlərin Razılaşmasına rəsmən təqdim edilməsi baş tutur.

 

Hazırda 2020-ci il çərçivəsini əhatə edən Merlərin Razılaşmasına imza atan tərəflərin istifadə etdiyi DEFP şablonu üç əsas hissədən ibarətdir:

 

  • Ümumi strategiya: bura ümumi CO2 emissiyalarının azaldılma hədəfi, gələcəyə baxış, kadrların və maliyyə imkanlarının bölüşdürülməsi, digərləri ilə birlikdə maraqlı tərəflərin və vətəndaşların cəlb edilməsi daxildir.
  • Emissiyaların kadastrı: enerji daşıyıcılarına və sektorlara görə son enerji istehlakının və əlaqəli CO2 emissiyalarının cari səviyyəsini göstərmək.
  • Fəaliyyət Planı: Ümumi strategiyanı hərəkətə çevirəcək əsas tədbirlərin siyahısını (vaxt çərçivələri, təhkim olunan vəzifələr, ayrılan büdcə və təsirlərin hesablanması ilə birlikdə) müəyyənləşdirmək.

 

Veb saytın kitabxanasında mövcud olan addım-ba-addım təlimatlar üçün “Dayanıqlı Enerji üzrə Fəaliyyət Planı və Monitorinq haqqında Hesabatvermə Təlimatları”na  müraciət edin.

 

Emissiyaların azaldılması və iqlim dəyişməsinin təsirlərinə adaptasiya üçün 2030-cu il zaman çərçivəsini əhatə edən İqlim və Enerji üzrə Merlərin Razılaşmasına imla atan tərəflərin istifadə etdiyi DEİFP şablonu aşağıdakı hissələri ehtiva edir:

 

Giriş:

  • Strategiya: həm azaltma, həm də adaptasiya üçün Razılaşmanın öhdəliklərinə nail olmaq üçün ümumi strategiyanın göstərilməsi. Bura gələcəyə baxış, CO2 emissiyalarının azaldılması hədəfləri, kadrların və maliyyə imkanlarının bölüşdürülməsi, digərləri ilə birlikdə maraqlı tərəflərin və vətəndaşların cəlb edilməsi daxildir.

 

Bölmə I: Enerji və iqlim dəyişikliyinin nəticələrinin yumşaldılması:

 

  • Emissiyaların kadastrı: enerji daşıyıcılarına və sektorlara görə son enerji istehlakının və əlaqəli CO2 emissiyalarının cari səviyyəsini göstərmək.
  • Fəaliyyət Planı: Ümumi strategiyanı hərəkətə çevirəcək əsas tədbirlərin siyahısını vaxt çərçivələri, təhkim olunan vəzifələr, ayrılan büdcə və təsirlərin hesablanması ilə birlikdə müəyyənləşdirmək.

 

Bölmə II: İqlim dəyişikliyinə adaptasiya:

 

  • Adaptasiyanın hesablanma şkalası: adaptasiya prosesində yerli hakimiyyət orqanlarının statusunun  qısa təsvirini təmin etmək;
  • Risklər və həssas nöqtələr: Potensial sektorları və iqlim dəyişikliyinin onları məruz qoyduğu risk səviyyəsini müəyyənləşdirmək;
  • Adaptasiya fəaliyyətləri: Ümumi strategiyanı hərəkətə çevirəcək əsas tədbirlərin siyahısını vaxt çərçivələri, təhkim olunan vəzifələr, ayrılan büdcə və təsirlərin hesablanması ilə birlikdə müəyyənləşdirmək və bu fəaliyyətlərin hansı riskl və həssas məqamlarla müşayiət olunduğunu göstərmək;
  • İndikatorlar: İqlim dəyişikliyinə adaptasiya üçün əhatəli yerli planın yoxlama siyahısı və ilham mənbəyi kimi xidmət etmək.

 

Veb-saytın kitabxanasında mövcud olan addım-ba-addım təlimatlar üçün “Dayanıqlı Enerji üzrə Fəaliyyət Planı və Monitorinq haqqında Hesabatvermə Təlimatları”na  müraciət edin.

 

Şablonda toplanan məlumatın əsas məqamları Merlərin Razılaşmasının veb-saytında hər bir imzalayan tərəfin profilində qrafik formatda verilmişdir.

Cümə axşamı, 11 Aprel 2019 08:29

Şablon hansı formatda mövcuddur?

Written by

Hazırladığınız fəaliyyət planının Merlərin Razılaşmasına rəsmi olaraq təqdim olunması Razılaşmanın veb-səhifəsinin məhdud girişli bölməsində (“Mənim Razılaşmam”) yerləşdirilmiş onlayn şablondan istifadə etməklə yerinə yetirilir.

DEİFP şablonunun EXCEL versiyasını veb-saytın kitabxanasından endirə bilərsiniz. Bu “Excel” əsaslı şablon ingilis dilində doldurulan rəsmi onlayn şablonun “offline” rejimli işlək versiyasıdır. Xahiş edirik, nəzərə alın ki, şablonun Excel versiyasına daxil olunan məlumatların onlayn platformaya və əksinə ixrac edilməsi mümkün deyil.

Fəaliyyət Planlarını təqdim edərkən, Razılaşmanı imzalayan tərəflər öz şablonlarının bir hissəsi kimi özlərinə aid Emissiyaların Baza Kadastrını doldurmalıdırlar. Əlavə olaraq, onlara özlərinin sonrakı kadastrları, məsələn, Emissiya Kadastrının Monitorinqi (EKM) adlanan məlumatları (mövcud olduqda) daxil etmək təkidlə tövsiyə olunur. Məsələn, Razılaşmanı imzalayan bir neçə şəhər 1990-cı ilə dair Emissiyaların Baza Kadastrını aparmış və daha sonra daha yeni kadastrlarını (EKM) onların fəaliyyət planı şablonuna daxil etmişlər.

Əgər siz daha əvvəl emissiya azaltma tədbirləri həyata keçirmisizsə, nəticələr, Emissiyaların Baza Kadastrını (EBK) sonrakı kadastrlarla müqayisə edərkən daha bariz görünür. Siz bu tədbirləri həm fəaliyyət planında, həm də monitorinq hesabatlarında təsvir edə bilərsiniz. Fəaliyyət planı şablonunda keçmiş (tamamlanmış) tədbirlər barədə hesabat vermək vacib deyil, çünki bu mərhələdə siz hədəflərə çatmaq üçün icra etməyi planlaşdırdığınız tədbirləri müəyyən edirsiniz. Əgər siz keçmişdəki tədbirləri fəaliyyət planına daxil etmək istəyirsizsə, onlardan bəzilərini şablon daxilində "Mükəmməllik Meyarları" kimi seçə və bu fəaliyyətləri Razılaşmanın internet səhifəsində "Mükəmməllik Meyarları" kataloqunda işıqlandıra bilərsiniz.

Şablonda “Fəaliyyət Planının əsas elementləri” cədvəlinin son sütunlarında CO2 emissiyalarının azaldılmasına (2020-ci il üçün DEFP və 2030-cu il üçün DEİFP) dair hesablamalar göstərilməlidir. Razılaşmanı imzalayan şəhərlər bu hesablamaları ya “baza ili səviyyələri ilə müqayisə etməklə' (bax, variant 1), ya da “ən son kadastr ilinin nəticələrinə əsasən” təyin etmək barədə qərar verə bilər (bax. 2).

Misal

Baza ili: 1990

Baza ilində ümumi CO2 emissiyaları: 1 milyon ton

Ümumi CO2 azaltma hədəfi: 2020-ci ilə qədər 25%, yəni 250 000 ton

 

2009-cu ildə cəmi CO2 emissiyaları: 900 000 ton, son CO2 emissiya kadastrına əsasən

 

Variant 1: Emissiyaların Baza Kadastrının nəticələrini istinad kimi götürün və hər bir sektorun ümumi CO2 azaltma hədəfinə gözlənilən töhfəsini qiymətləndirin.

 

Bu variant çərçivəsində müxtəlif sektorlarda gözlənilən CO2 azalmalarının cəmi  miqdarı ümumi CO2 azaltma hədəfinə uyğun olmalıdır. Yuxarıdakı nümunədə bu, 250 min tona bərabər olmalıdır.

 

Variant 2: Son emissiya kadastrı nəticələrini istinad kimi götürün və hər bir sektorun gözlənilən töhfəsini ümumi 2020 hədəfinə çatmaq üçün lazım olan qalan səylərə nisbətdə qiymətləndirin.

 

Bu variantda müxtəlif sektorlarda gözlənilən CO2 azalmalarının cəmi qalan səylərə uyğun gəlməlidir. Yuxarıdakı nümunədə bu 150 000 tona uyğun gəlir: 1990-cı ildən başlayaraq CO2 emissiyalarını 100.000 ton azaltmağa artıq nail olduğunuzu nəzərə alaraq, sizin bu istiqamətdə “qalan” hədəfiniz ümumi CO2 emissiyalarını 150.000 ton azaltmaqdır. Bu variant, yalnız yaxın keçmişdə emissiyaların kadastrının monitorinqini həyata keçirdiyiniz və bu barədə DEFP / DEİFP şablonunda bildirdiyiniz halda etibarlıdır.

 

QEYDLƏR:

- Bu proqnozlar əməl olunması, fəaliyyət planında barəsində tədbirlər müəyyən etdiyiniz sektorlar üçün sektoral səviyyədə məcburidir.

- Yaxın baza ilini seçdiyiniz təqdirdə, bu iki variant eyni rəqəmlərə gətirib çıxarmalıdır. Bu variantlar uzaq keçmişə uzanan baza ilinə üstünlük verən şəhərlərin işini asanlaşdırmaq üçün hazırlanmışdır (məsələn, 1990).

- Bu rəqəmlərə əsaslanan qrafik məlumatlar Merlərin Razılaşmasının veb saytında imzalayan tərəflərin profillərində dərc olunacaq.

2020 və 2030-cu illər sizin Merlərin Razılaşmasından irəli gələn öhdəliklərinizin zaman aralığıdır. Bu səbəbdən və müqayisə apara bilmək naminə Razılaşmanın bütün imzalayanları  2020 və / və ya 2030-cu illər üçün hədəf müəyyən etməlidirlər. Məsələn, əgər sizin yerli hakimiyyət orqanı 2030-cu ildən o tərəfə uzunmüddətli hədəf qoymuş olarsa,  bu halda 2020 və ya 2030-cu illər üçün sizin Razılaşma öhdəliyinizdən asılı olaraq əlavə aralıq hədəf təyin edilməlidir. DEFP/DEİFP şablonunda strategiya hissəsində sizə öz seçiminizə görə 2020, 2030 və da daha uzun müddətli hədəf (istəyə görə) təyin etmək imkanı verilir.

Bültenimize abunə olun