Анна Деркач
CoM East: 10 i̇l ərzi̇ndə i̇qli̇m və enerji̇ sahələri̇ndə əldə olunan yerli̇ nai̇li̇yyətlər
Ukrayna, Jitomir: Küçə i̇şiqlandirmanin müasi̇rləşməsi̇
Jitomirdə küçə işıqlandırma layihəsinin əsas məqsədi təhlükəsizlik və rahatlığı artırmaq, küçə işıqlandırmasının enerji səmərəliliyini artırmaq, istismarı yaxşılaşdırmaq və bununla əlaqədar xərclərə qənaət etmək üçün küçə işıqlandırma səviyyəsini və keyfiyyətini yaxşılaşdırmaq idi.
Layihə 2 komponentdən ibarət idi: i) mövcud küçə işıqlarının LED lampaları ilə modernləşdirilməsi; ii) ağıllı bir küçə işıqlandırma idarəetmə sisteminin quraşdırılması.
Ukrayna, Vinnitsa: Şəhər nəqli̇yyatinin ətraf mühi̇t strategi̇yasi
Şəhərin 2016–2029-cu illər üçün nəqliyyat strategiyası bu böyüməni təşviq etmək və tranzit hərəkətliliyi yaxşılaşdırmaq məqsədi daşıyır. Bu strategiya şəhər üçün yeni əsas istiqamətləri, siyasi hədəfləri və planları müəyyənləşdirir. 2029-cu ilədək Vinnitsa sakinlərinə bütün əhali üçün keyfiyyətli, hərtərəfli, təhlükəsiz və davamlı xidmətlər göstərən nəqliyyat sistemi xidmət göstərəcəkdir.
Bu günə gəldikdə, təsdiq edilmiş strategiya xətti ilə aşağıdakı layihələr həyata keçirilmişdir: i) Kosmonavtlar prospektinin yenidən qurulması; ii) “VinVey” tramvayı; iii) inteqrasiya olunmuş bilet iv) Velosiped yolların inkişaf proqramı; v) ictimai ekoloji avtobusları.
Ukrayna, Mariupol: Mariupol şəhəri̇ trolleybus parkini yeni̇ləyi̇r
Mariupol, Merlər Razılaşmasının İmzalayıcısı olaraq, iqlim problemlərini həll etmək üçün azaldılması və uyğunlaşma tədbirlərini özündə cəmləşdirən, yerli səviyyədə istixana qazların emissiyasının azaldılması üçün iddialı bir siyasətə sahibdir.
Beynəlxalq maliyyə qurumların və Mariupol şəhərin dəstəyi ilə 72 müasir, aşağı mərtəbəli, enerji səmərəli və ətraf mühitə uyğun trolleybuslar alınmış və trolleybus infrastrukturu modernləşdirilmişdir. Bütün tədbirlər 2015-ci ildə hazırlanmış Dayanıqlı Enerji Fəaliyyət Planının bir hissəsidir.
Ukrayna, Xmelnitski: Tullantilarin i̇darə olunmasi layi̇həsi̇
Merlər Razılaşmanı imzalayan Xmelnitski şəhəri, iqlim problemlərini həll etmək üçün azaldılması və uyğunlaşma tədbirlərini özündə cəmləşdirən yerli səviyyədə istixana qazı tullantılarını azaltmaq üçün iddialıbir siyasət yürüdür.
Bələdiyyə şəhərin bərk tullantı sektorunu prioritet olaraq seçmiş və beynəlxalq maliyyə təşkilatlarının və digər maraqlı tərəflərin dəstəyi ilə bu sahəni yaxşılaşdırmaq üçün bir sıra tədbirlər həyata keçirməyə başlamışdır. 2-3 il ərzində məişət və tikinti tullantılarının zibil qutusuna atılmasının 2020-ci illə müqayisədə 87% azalacağı planlaşdırılır.
Bülleten #12
MR-Şərq bülleteninin 12-ci nömrəsi pandemiya şəraitində dayanıqlı yerli inkişafın təmin edilməsinə və MR-nı İmzalayanların, Milli və Ərazi Koordinatorların və Razılaşmanı Dəstəkləyənlərin potensialının gücləndirilməsinə kömək edən layihə fəaliyyətlərinə həsr edilmişdir. Bölgədə, 1 Mart 2021-ci il tarixinə, mövcud olan və Merlərin Razılaşmasının genişlənməsini əks etdirən əsas rəqəmləri tapa bilərsiniz. Bülletendə Texniki dəstək xidməti barəsində məlumat verilir - altı Şərq Tərəfdaşlığı ölkəsində MR-Şərq layihə mütəxəssisləri tərəfindən aparılan 300-ə yaxın məsləhətləşmə, MR-Şərq İmzalayanlar üçün enerji və iqlim dəyişikliyinə uyğunlaşma öhdəliklərini yerinə yetirməsi üçün təsirli bir dəstək vasitəsi olduğunu sübut etdi. Nəhayət, bir sıra ixtisaslaşmış və potensialın gücləndirilməsi üzrə regional veb-seminarlar və onlayn təlimlər və bölgədə MR-Şərq komandaları tərəfindən təşkil edilən ayrı-ayrı ölkələrə aid olan digər tədbirlər haqqında məlumat əldə edə bilərsiniz.
National Emission Factors for Electricity have been updated
The Joint Research Center has updated the national emission factors for electricity for Covenant of Mayors signatory cities from the Eastern Partnership countries.
The EU Sustainable Energy Week 2021
The EU Sustainable Energy Week (EUSEW) will take place on 25-29 October 2021 under the theme: "Towards 2030: Reshaping the European Energy System".
CoM EU - CoM East Exchange Webinar on Municipal Adaptation (Cascais, Portugal)
On February 26 at 15:00 CET, CoM EU - CoM East Exchange Webinar on Municipal Adaptation (Cascais, Portugal) will be organized.
GCoM: Global-Regional exchange call
Global Covenant of Mayors will hold Global-Regional exchange which will be focused exclusively on dissemination and communication aspects.