Merlərin Razılaşmasına qoşulan və birgə DEFP/DEİFP hazırlamaq niyyətində olan qonşu yerli hakimiyyət orqanları qrupu bunu asanlıqla edə bilər. Qrup aşağıdakı iki əməkdaşlıq variantından birini seçə bilər:

 

Seçim 1:

 

- Yumşaltma: Qrupun hər bir imzalayan üzvü fərdi şəkildə CO2 emissiyalarını azaltmağı öhdəsinə götürür (DEFP). Emissiya azaltma hədəfi fərdi bir öhdəlik olaraq qaldığından, BÜTÜN imzalayan tərəflər özlərinin DEFP/DEİFP şablonlarını doldurmalı, o cümlədən CO2 / enerji istehlakı məlumatları daxil etməlidirlər. Birgə DEFP/DEİFP-də göstərilmiş ortaq hərəkətlərin nəticəsi olan CO2 emissiyalarının azalma göstəriciləri imzalayan şəhərlərin arasında bölüşdürülməli və birgə DEFP sənədində təsvir edilmiş şəffaf qaydalara əsasən hər bir DEFP/DEİFP şablonunda nəzərə alınmalıdır. Birgə DEFP/DEİFP iştirak edən hər bir bələdiyyənin bələdiyyə məclisi (ya da ekvivalent qərarverici orqan) tərəfindən təsdiqlənir və hər bir yerli orqan tərəfindən “Mənim Razılaşmalarım” (məhdud ərazi) menyusu vasitəsilə onların profillərində yerləşdirilir. DEFP/DEİFP-də əhatə olunan yerli hakimiyyət orqanlarının adları Fəaliyyət Planında aydın şəkildə göstərilməlidir. Birgə DEFP/DEİFP-lərin bu növü DEFP məlumat kitabçasında (ingilis və rus dillərində) təsvir olunmuşdur.

- Adaptasiya (yalnız DEİFP üçün): İmzalayan tərəflər Risk və Həssaslıq Qiymətləndirməsini və onunla əlaqəli tədbirləri birgə və ya fərdi qaydada hazırlamağa dair qərar verə bilərlər. Razılaşmaya 1-ci variantla bələdiyyələr qrupu kimi qoşularkən hər bir bələdiyyə yerli hakimiyyət orqanlarının məlumatlarını və əlaqə təfərrüatlarını doldurmaqla fərdi qaydada qeydiyyatdan keçməli və bələdiyyələr qrupunun birgə DEFP/DEİFP təqdim edəcəyinə dair öhdəlik götürməlidir. Bunun üçün onlayn qeydiyyat formasında müvafiq xanaya sıxın və formada aidiyyəti bələdiyyələri göstərin.

 

Variant 2:

- Azaltma: İmzalayan tərəflər qrupu kollektiv şəkildə CO2 emissiyalarını azaldacaqlarına dair öhdəlik götürür. Bu halda emissiya azaltma hədəfi qrupu təşkil edən müxtəlif hakimiyyət orqanları arasında paylaşılan öhdəlikdir. Buna görə də, BİR vahid DEFP/DEİFP şablonu imzalayan şəhərlər qrupu tərəfindən doldurulmalıdır. Birgə Fəaliyyət Planı iştirak edən hər bir şəhərin bələdiyyə məclisi (ya da ekvivalent qərarverici orqan) tərəfindən təsdiqlənir və qrup tərəfindən “Mənim Razılaşmalarım” (məhdud ərazi) menyusu vasitəsilə birgə profilə yüklənir. DEFP/DEİFP-də əhatə olunan yerli hakimiyyət orqanlarının adları və onların ümumi plana verdiyi töhfə səviyyəsi DEFP/DEİFP sənədində aydın şəkildə göstərilməlidir. Bu variant qonşu hakimiyyət orqanları ilə birgə yanaşmaları asanlaşdırmaq yolu ilə qurumlar arası əməkdaşlığı inkişaf etdirməyi hədəfləyir. Bu variant, xüsusilə də, insan və / və ya maddi resursları olmayan kiçik və orta ölçülü bələdiyyələrə tövsiyə olunur.

 

(Yalnız DEİFP üçün): İmzalayan şəhərlər Risk və Həssaslıq Qiymətləndirməsini və əlaqəli tədbirləri Razılaşmaya 2-ci variantla qoşulduqları zaman birgə və ya fərdi qaydada hazırlamağa qərar verə bilər və bunun üçün yalnız bir profil yaradılmalıdır. Həmin birgə profil yerli hakimiyyət orqanlarının məlumatlarını və əlaqə təfərrüatlarını onlayn qeydiyyatdan keçirərkən bütün fərdi qoşulma formalarını özündə ehtiva etməlidir. Bundan əlavə, profildə həmin bələdiyyələr qrupunun DEFP/DEİFP 2 variantını birgə təqdim edəcəyinə dair öhdəlik götürməsi göstərilməlidir. Bunun üçün onlayn qeydiyyat formasında müvafiq xanaya sıxın və formada aidiyyəti bələdiyyələri göstərin.

 

DİQQƏT:

 

Hər iki halda “İmzalayanlar qrupu”na DEFP/DEİFP-in hazırlanması və həyata keçirilməsi prosesində işlərin koordinasiyasına məsul olacaq qurum/hakimiyyət orqanı təyin etməsi təkidlə tövsiyə olunur. Belə orqan, məsələn, qrup arasındakı ən fəal/inkişaf etmiş bələdiyyə, şəhər əraziləri halında aqlomerasiya və ya Razılaşmanın koordinatoru kimi (Razılaşmanın Koordinatorları siyahısına bax) çıxış edən əyalət / region  ola bilər. Əgər siz Merlərin Razılaşmasına "imzalayanlar qrupu" kimi qoşulmağa maraq varsa, Merlərin Razılaşması Ofisinə  müraciət etməniz xahiş olunur (Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ). MRO, DEFP Məlumat Kitabçasına əlavə edilmiş Qoşma 1-də göstərilən uyğunluq meyarlarına cavab verməyən istənilən ərizəni rədd etmək etmək hüququnu özündə saxlayır (məsələn, 2-ci variantda qrup eyni ərazi hüdudlarında hər biri təqribən 10.000 sakindən ibarət olan kiçik və orta ölçülü bələdiyyələrdən təşkil olmalıdır).

 

Qoşulma formasını yükləyin:

 

İmzalayanlar qrupu - variant 1

İmzalayanlar qrupu - variant 2

 

Qoşulma forması müvafiq bələdiyyə məclislərinin rəsmi təsdiqindən sonra qrupda iştirak edən bütün yerli hakimiyyət orqanları tərəfindən imzalanmalıdır.

Cümə axşamı, 11 Aprel 2019 08:06

DEFP / DEİFP-i necə təqdim etməli?

Written by

DEFP-ı təqdim etmək üçün:

 

Razılaşmanı imzalayan tərəflər “Mənim Razılaşmalarım” (veb saytın ekstranet bölməsi) vasitəsilə mövcud onlayn təqdimat sistemindən istifadə etməyə dəvət olunur. Prosedur aşağıdakı addımları ehtiva edir:

 

  • Şəxsi identifikatorlarınızdan istifadə edərək “Mənim Razılaşmalarım” bölməsinə daxil olun – siz istənilən zaman “giriş” bölməsində parolunuzu yeniləyə bilərsiniz.
  • İngilis dilində "DEFP şablonunu" doldurun - ana səhifənin üst hissəsindəki mavi menyuda “Mənim fəaliyyət planım”> “DEFP şablonu” düyməsini sıxın və aşağıdakı üç hissəni tamamlayın: “Ümumi Strategiya”, “Emissiyaların Baza Kadastrı” və “DEFP”. Bütün yaşıl xanaların doldurulması məcburidir! Şablonu doldurmaq üçün xüsusi təlimat sənədləri Razılaşmanın internet səhifəsinin kitabxanasında mövcuddur.
  • DEFP sənədini yükləyin – DEFP şablonunu doldurduqdan sonra, “DEFP” sənədini yükləyin” düyməsinə sıxın və bələdiyyə məclisi tərəfindən təsdiqlənmiş Dayanıqlı Enerji üzrə Fəaliyyət Planını (və digər müvafiq sənədləri) PDF formatında yükləyin.
  • Onlayn DEFP təqdimatını təsdiqləyin - "Təqdim et" düyməsinə sıxın və təlimatlarə əməl edin.

 

2017-ci ildə şablonun ilkin yoxlama sistemi təqdim ediləcək və onun sayəsində səhvlərin və ya uyğunsuzluqların aşkarlanmasına imkan yaranacaqdır. Bunun üçün siz “Bildiriş siyahısına bax” düyməsinə basmalısınız. Bu, BTM tərəfindən hazırlanmış və idarə olunan paralel onlayn proqram vasitəsilə həyata keçiriləcəkdir.

 

Təqdim etdikdən sonra, sizin hazırladığınız DEFP BTM tərəfindən təhlil ediləcək və sizə BTM-nin rəyini ehtiva edən hesabat göndəriləcəkdir. DEFP qiymətləndirmə proseduru haqqında daha ətraflı məlumatı burada tapa bilərsiniz.

 

DEİFP-i təqdim etmək üçün:

 

DEİFP-in təqdimetmə proseduru hazırda işlənmə mərhələsindədir və bunu təmin etmək məqsədilə mövcud DEFP şablonu təkmilləşdirilərək 2030-cu il öhdəlikləri və adaptasiya üçün hesabat vermə imkanları yaradılır. 2016-cı ildə DEİFP şablonu yalnız veb-resursun kitabxanasında EXCEL formatında təqdim ediləcəkdir. Yeni imzalayanlar EXCEL versiyasından həm işlək alət kimi istifadə edə, həm də 2017-ci ilin son rübündə onlayn müstəvidə təqdim ediləcək hesabat vermə çərçivəsi ilə tanışlıq üçün faydalana bilərlər.

 

Paralel olaraq yeni imzalayanlar istənilən sənədi, məsələn, hazırda tətbiq olunan DEFP şablonunun təqdimetmə proseduru çərçivəsində adaptasiya strategiyasını yükləmək imkanına malik olacaqdır. Yeni imzalayanlar, həmçinin mövcud DEFP şablonundan 2030-cu il zaman aralığı (2020-ci il əvəzinə) üçün iqlim dəyişməsinin təsirlərini azaltma haqqında məlumat təqdim etmək üçün faydalana bilər. Lakin, onlar 2017-ci ildə DEİFP onlayn şablonu istifadəyə verildikdən sonra iqlim dəyişməsinin təsirlərinə adaptasiya tədbirləri üçün qalan hissələri tamamlamalıdırlar.

Cümə axşamı, 11 Aprel 2019 08:04

DEFP / DEİFP nə zaman təqdim olunmalıdır?

Written by

DEFP-in təqdim olunması üçün son tarix

 

2020-ci il çərçivəsi ilə bağlı Merlərin Razılaşmasına imza atanlar Razılaşmanın  hədəflərinin və tədbirlərinin əsaslandırılmasını ehtiva edən Dayanıqlı Enerji üzrə Fəaliyyət Planlarını qoşulma sənədində göstərildiyi kimi, yerli şura qərarından sonra bir il müddətində təqdim etməyə borcludurlar.

 

DEİFP-in təqdim olunması üçün son tarix

 

2030-cu il çərçivəsi ilə bağlı İqlim və Enerji üzrə Merlərin Razılaşmasına imza atanlar əsaslandırılmış  hədəflərin və tədbirlərinin ehtiva olunduğu Dayanıqlı Enerji və İqlim üzrə Fəaliyyət Planlarını qoşulma sənədində göstərildiyi kimi, yerli şura qərarından sonra iki il müddətində təqdim etməyə borcludurlar.

Mövcud Fəaliyyət Planınızın Merlərin Razılaşması kontekstində müəyyən edilmiş minimum tələblərə cavab verdiyindən əmin olmaq üçün, sənədi enerji və iqlim dəyişikliyinin təsirlərinin yumşaldılması hissəsi üzrə 10 əsas prinsipə əsasən nəzərdən keçirməniz xahiş olunur (bax, DEİF Məlumat Kitabçası, ingilis, alman, fransız, italyan və ispan dillərində, səhifə 8).

 

Merlərin Razılaşmasını imzalayarkən Fəaliyyət Planında əsas öhdəliklərə, yəni emissiyaları 2020-ci ilə qədər ən azı 20% və/və ya 2030-cu ilə qədər ən azı 30% azaldılması hədəflərinə və yerli hökumət orqanı tərəfindən iqlim dəyişikliyinin təsirlərinə qarşı dözümlülüyü artırmaq öhdəliklərinə aydın istinad verilməlidir.

 

Qısa və orta müddətli perspektivdə strateji öhdəliklər konkret tədbirlərə, o cümlədən uzunmüddətli perspektivdə strategiyalara və hədəflərə  çevrilməlidir. Əgər sizin cari Fəaliyyət Planınızda Razılaşmanın vaxt çərçivəsindən (yəni 2020 və ya 2030) daha qısa və ya daha uzun müddətlər göstərilibsə, siz onları Razılaşmanın hədəf zaman çərçivəsinə uyğunlaşdırmalı və Şəhər Şurasının təsdiq etdiyi fəaliyyət planınızda Razılaşmanın hədəf dövrünü daxil etməlisiniz.

 

Bundan əlavə, fəaliyyət planınızın əsas elementləri "Mənim Razılaşmalarım" bölməsində yerləşdirilən onlayn şablonda təqdim edilməlidir. Xahiş edirik hesabatvermə təlimatlarını yoxlayın.

Razılaşmanın öhdəliklərinin yerli hakimiyyət orqanlarının bütün coğrafi ərazilərinə aid olduğunu nəzərə alaraq, fəaliyyət planı həm dövlət, həm də özəl subyektlərin fəaliyyət sahələrini əhatə edən tədbirləri ehtiva etməlidir.

 

Razılaşmanı imzalayanlar özlərinin əsas fəaliyyət istiqamətlərini seçməkdə sərbəstdirlər. Prinsipcə, əksər fəaliyyət planları emissiya kadastrı, eləcə də risk və həssaslıq qiymətləndirməsində nəzərə alınan sahələri əhatə edəcəkdir (yalnız DEİFP üçün). Təsirlərin yumşaltma hissəsi üçün (DEİF və DEİFP hər ikisi): Razılaşmanın əsas sektorlarına yönəlmiş tədbirlər daxil edilməlidir:

 

  • Bələdiyyə binaları, avadanlıqlar / qurğular;
  • Üçüncü dərəcəli (qeyri-bələdiyyə) binalar, avadanlıqlar /qurğular;
  • Yaşayış binaları;
  • Nəqliyyat.

 

Tədbirlər, həmçinin digər sektorları da əhatə edə bilər:

 

  • Sənaye;
  • Yerli elektrik enerjisi istehsalı;
  • Yerli isitmə / soyutma enerjisi istehsalı;
  • Digərləri (məsələn, Kənd Təsərrüfatı, Meşəçilik, Balıqçılıq).

 

Adaptasiya hissəsi üçün (Yalnız DEİFP):

 

Şəhərdə iqlim dəyişikliyinin təsirlərinə dözümlülüyün artırılması üçün sektorların müəyyənləşdirilməsi yerli şəraitdən çıx asılıdır. Bu səbəbdən sağlam və hərtərəfli iqlim adaptasiya strategiyası iqlim dəyişikliyindən təsirlənən bələdiyyə xidmətlərinin bütün aspektlərini əhatə etməlidir. Şəhərlərin iqlim dəyişikliyinin təsirlərinə dözümlülüyünü artıran əsas sektorlardan bəziləri bunlardır:

 

  • İnfrastruktur.
  • İctimai Xidmətlər.
  • Torpaqdan istifadənin planlanması.
  • Ətraf mühit və bioloji müxtəliflik.
  • Kənd təsərrüfatı və meşəçilik.
  • İqtisadiyyat.

Merlərin Razılaşmasının daha əvvəlki versiyasını imzalayan şəhərlər yalnız enerji və iqlim dəyişikliyinin təsirlərinin yumşaldılmasına fokuslanaraq 2020-ci ilədək Dayanıqlı Enerji üzrə Fəaliyyət Planını (DEFP) hazırlamağı və icra etməyi öhdələrinə götürmüşdür. İqlim və Enerji üzrə yeni Merlər Razılaşmasına imza atan şəhərlər indi 2030-cu ilədək həm iqlim dəyişikliyinin təsirlərinin yumşaldılmasına, həm də adaptasiya tədbirlərinə yönəlmiş Dayanıqlı Enerji və İqlim üzrə Fəaliyyət Planı (DEİFP) hazırlamağa və icra etməyə dair öhdəlik götürmüşdür.

 

Fəaliyyət planı (həm DEFP, həm də DEİFP) Razılaşmanı imzalayan tərəfin öz baxış və hədəfinə necə çatacağını göstərən əsas sənəddir. Bu plana mövcud vəziyyətin qiymətləndirilməsi, yəni iqlim dəyişikliyi hissəsi üçün Emissiyaların Baza Kadastrı (həm DEFP, həm də DEİFP) və adaptasiya hissəsi üzrə Risk və Həssaslığın Qiymətləndirilməsi (yalnız DEİFP üçün); aydın ifadə olunmuş məqsədlər və hədəflər; və zaman çərçivələri ilə birlikdə planlaşdırılan tədbirlər, həvalə olunan vəzifələr və proqnoz olunan təsirlər daxildir.

 

Fəaliyyət sferası:

 

Merlərin Razılaşması iştirakçı yerli hakimiyyət orqanlarının səlahiyyət hüdudlarında yerli səviyyədə fəaliyyətlərə aiddir. Buna görə də, Razılaşmanı imzalayan tərəflərin mümkün bir neçə rolda və ya rolların hamısında çıxış edəcəkləri gözlənilir:

 

  • İstehlakçı və model: Bütün yerli hakimiyyət orqanları özlərinin enerji istehlakına cavabdehdirlər. Eyni zamanda, onlar vətəndaşları və digər maraqlı tərəfləri enerjidən daha səmərəli istifadəyə təşviq etməklə nümunəvi rol oynayırlar.
  • Planlayıcı, tərtibatçı və tənzimləyici: Bütün yerli hakimiyyət orqanları adətən tikinti, nəqliyyat və torpaqdan istifadə siyasətinə görə məsuliyyət daşıyırlar. Onların yeni tikililərin enerji səmərəliliyini optimallaşdırmaq, nəqliyyatın dayanıqlı inkişafının gücləndirilməsinə yönəlmiş addımları, habelə adaptasiya strategiyalarını yerli planlaşdırma praktikasına inteqrasiya etmək kimi səlahiyyətləri var. Onlar qanuni qərarlar və normativ-hüquqi aktlar qəbul etmək yolu ilə müxtəlif sahələrdə nəqliyyatın işini və enerji səmərəliliyi göstəricilərini müəyyən edir.
  • İstehsalçı və təchizatçı: Yerli hakimiyyət orqanları həm də yerli enerji istehsalını və bərpa olunan enerji mənbələrindən (məsələn, istilik və elektrik enerjisinin birləşdirilmiş istehsalı, rayon istilik sistemləri və s.) istifadəni təşviq edən yerli kommunal xidmət və ya xidmət təchizatçısı kimi çıxış edə bilər.
  • Məsləhətçi və motivator: Bütöv cəmiyyətin dayanıqlı enerji və iqlim siyasətlərini dəstəkləməsi üçün məlumatlandırma və maarifləndirmə işlərinin aparılması vacibdir. Yerli hakimiyyət orqanları vətəndaşlar və digər maraqlı tərəflər (məsələn, memarlar, planlaşdırıcılar və sənətkarlar) üçün məsləhətçi və təlimatçı kimi fəaliyyət göstərə bilər.

 

Təsirlərin yumşaldılması hissəsi üzrə təlimatlar üçün DEFP Məlumat Kitabçasına baxın (ingilis, alman, fransız, italyan və ispan dillərində).

 

Adaptasiya hissəsi üzrə təlimatlar üçün adaptasiya üzrə tədbirlərin hazırlanmasında şəhərlərə dəstək alətinə baxın.

Sorğu Məlumatları Aləti aşağıdakı sahələri təmsil edir: yaşayış binaları, xidmət sektoru (ofislər, mağazalar, xəstəxanalar avadanlıqlar / qurğular), sənaye, kənd təsərrüfatı və nəqliyyat, eləcə də digər enerji daşıyıcıları: elektrik, isitmə / soyutma, təbii qaz, sıxılmış qaz, istilik yanacağı, dizel, neft, boz daş kömür / kömür, karbohidrogen yanacaqlar, kənd təsərrüfatı yağları / bioyanacaqlar.

Cümə axşamı, 11 Aprel 2019 07:59

Sorğu Məlumatları Aləti nədir?

Written by

Sorğu Məlumatları Aləti (SMA) yerli özünüidarəetmə orqanlarına Emissiyaların Baza Kadastrının (EBK) və Emissiya Kadastrının Monitorinqinin (EKM)* hazırlanması prosesində zəruri olan son enerji istehlakı və karbon dioksid emissiyaları (CO2) ilə bağlı məlumatlar təqdim etmək məqsədilə Merlərin Razılaşması üzrə Şərq Ofisi tərəfindən hazırlanmışdır.

 

Alət Şərq Tərəfdaşlığı və Orta Asiyanı təmsil edən 11 ölkənin hər birinə aid xüsusi sektorlar və enerji daşıyıcıları üçün enerji istehlakına dair milli statistika göstəriciləri üzrə məlumat bazasını ehtiva edir. Verilənlər aşağıdakı sahələrə aiddir: yaşayış binaları, xidmət sektoru (ofislər, mağazalar, xəstəxanalar, avadanlıqlar / qurğular), sənaye, kənd təsərrüfatı və nəqliyyat.

 

Enerji resursları siyahısına elektrik, isitmə/soyutma, təbii qaz, sıxılmış qaz, istilik yanacağı, dizel, neft, boz daş kömür/kömür, digər karbohidrogen yanacaqlar və kənd təsərrüfatı yağları / bioyanacaqlar daxildir.

 

*) Qeyd etmək lazımdır ki, alət bəzi illər və / və ya sektorlar üçün etibarlı yerli məlumatların olmadığı hallarda sorğu məlumatlarının təmin olunması məqsədilə hazırlanmışdır. Bu alət məlumat toplama sistemi olmayan kiçik icmalar üçün xüsusilə aktual ola bilər.

Adaptasiya üzrə tədbirlərin hazırlanmasında şəhərlərə dəstək aləti Risk və Həssaslığın Qiymətləndirilməsinin ərsəyə gətirilməsi üçün ətraflı addım-ba-addım təlimatlar təmin edir. Təlimat, bundan əlavə RHQ-dən istifadə olunması və təsbitlərin adaptasiya tədbirlərinə çevrilməsinə dəstək göstərir. Adaptasiya üzrə tədbirlərin hazırlanmasında şəhərlərə dəstək alətini buradan tapa bilərsiniz.

Risk və Həssaslığın Qiymətləndirilməsi insanlara, əmlaka, insanların yaşayışına və onların asılı olduğu ətraf mühitə potensial təhlükə törədə bilən və ya zərər verə biləcək həssas vəziyyətləri təhlil etməklə risklərin təbiətini və miqyasını müəyyən edən analizdir. Bu analiz xüsusi narahatlıq doğuran aspektləri müəyyən etməyə imkan verir və bu səbəbdən qərar qəbul etmə prosesinə məlumat axını təmin edir. Bu qiymətləndirmə daşqınlar, ifrat temperatur və istilik dalğaları, quraqlıq və su qıtlığı, fırtına və digər ekstremal hava şəraitləri, çoxalan meşə yanğınları, dəniz səviyyəsinin qalxması və sahil xəttinin eroziyası (əgər varsa) ilə əlaqəli riskləri əhatə edə bilər. Risk və Həssaslığın Qiymətləndirilməsi, Emissiyaların Baza Kadastrı  ilə birlikdə Dayanıqlı Enerji və İqlim üzrə Fəaliyyət Planının hazırlanması üçün çıxış nöqtəsi kimi xidmət edir.

Bültenimize abunə olun