Cümə axşamı, 11 Aprel 2019 08:39

Sizin ən yaxşı təcrübələrinizi necə tanıtmalı?

Written by

Razılaşmanı imzalayan tərəflər aşağıdakı hərəkətləri yerinə yetirməlidirlər:

 

  • "Mənim Razılaşmam" menyusuna daxil olun.
  • “Mənim Fəaliyyət  Planım" > “Mənim Dayanıqlı Enerji üzrə Fəaliyyət Planım” menyusuna gedin və “Ulduz” simvoluna sıxaraq “Mükəmməllik Meyarları” kimi qeyd olunacaq tədbirlər siyahısından müvafiq seçimləri edin. Nəzərə alın ki, yalnız hal-hazırda icra olunan tədbirlər təqdim edilə bilər.

 

Bütün məlumatları ingilis və ya rus dillərində doldurun: CO2 emissiyalarının azaldılması, enerjiyə qənaət, bərpa olunan enerji, icra xərcləri və / və ya yaradılan iş yerləri ilə bağlı əsas rəqəmlərlə birlikdə qeyd olunan tədbirlərin qısa təsvirini verin.

 

Razılaşmanın koordinatorları və dəstəkləyənləri aşağıdakı prosedurları qəbul etməlidir:

 

  • "Mənim Razılaşmam" menyusuna daxil olun.
  • “Mənim meyarlarım” > “Yeni meyar əlavə et” menyusuna gedin.
  • Bütün məlumatları ingilis və ya rus dillərində doldurun, o cümlədən  qısa təsviri, iştirak edən imzalayan şəhərlərin adını və Mükəmməllik Meyarının aid olduğu kateqoriyanı daxil edin.

 

Qeyd: Merlərin Razılaşması Ofisi təqdim edilən məlumatlar natamam olarsa  və / və ya aidiyyəti fəaliyyətin icra mərhələsində olmadığı müəyyən olunarsa, təqdim edilmiş istənilən Mükəmməllik Meyarını ictimaiyyətə açıq internet səhifəsindən çıxarmaq hüququna malikdir.

Monitorinq şablonunun təqdim edilməsi üçün son tarixin uzadılmasını tələb etmək məqsədilə uzadılma sorğusunu qısa izahatla birlikdə Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.  ünvanına göndərin. Sorğuya müsbət cavab verildiyi zaman sizə təsdiq bildirişi göndəriləcəkdir.

 

Fərdi İmzalayan tərəf olduqda (yəni Razılaşmanın hər hansı rəsmi koordinatoruna aid olmama):

 

Yerli hakimiyyət orqanlarının nəzarətindən kənar şəraitlər monitorinq hesabatının tamamlanması və təqdim edilməsini ləngitdiyi hallarda fərdi imzalayan tərəflər üçün bu müddəti 9 ay uzatmaq olar.

 

Razılaşmanın rəsmi koordinatoruna aid olduqda:

 

Razılaşmanın Rəsmi Koordinatoru (RRK) tərəfindən dəstəkləndiyiniz zaman, Koordinator bütün dəstəklənən imzalayan şəhərlər üçün 18 ay uzatma tələb edə bilər.

Cümə axşamı, 11 Aprel 2019 08:36

Monitorinq hesabatını necə təqdim etməli?

Written by

Razılaşmanı imzalayan tərəflər veb-saytın məhdud girişli bölməsi (“Mənim Razılaşmam”) vasitəsilə onlayn təqdimetmə sistemindən istifadə etməyə dəvət olunurlar. Bu prosedura aşağıdakı addımlar daxildir:

 

  1. Şəxsi identifikatorlarınızdan istifadə edərək “Mənim Razılaşmam” menyusuna daxil olun – siz istənilən zaman “daxil ol” bölməsində parolunuzu yeniləyə bilərsiniz.
  2. "Monitorinq şablonunu” ingilis dilində doldurun – Ana səhifənin üst hissəsindəki mavi menyuda “Mənim uğurlarım” > “Başla” və ya “Monitorinq şablonunu doldurun' düyməsini sıxın. Monitorinqi, fəaliyyətlər haqqında hesabatdan (Emissiyaların Kadastrının Monitorinqi istisna olmaqla) və ya Müfəssəl Hesabatdan (yaxın keçmişə aid ən azı bir EKM daxil olmaqla) istifadə edərək aparmaq istədiyinizi seçin. Bütün yaşıl xanaların məcburi olduğunu unutmayın. Həmçinin, “Mükəmməllik Meyarları” kimi ən azı üç fəaliyyəti təqdim etməli olduğunuzu unutmayın.
  3. Monitorinq Hesabatı sənədini yükləyin (istəyə görə) – Monitorinq şablonunu doldurduqdan sonra Monitorinq Hesabatı sənədini əlavə etmək istəsəniz ”Monitorinq hesabatını yükləyin” düyməsini sıxın və sənədi PDF formatında yükləyin. Bunu etmək istəmirsizsə, "Təqdim et" düyməsini sıxaraq davam edin.
  4. Monitorinq hesabatının onlayn təqdimatını təsdiqləyin – monitorinq üçün doldurulmuş şablonun rəsmən təqdim edilməsi üçün 'Təqdim et' düyməsinə sıxın. 2017-ci ildə şablonun ilkin yoxlama sistemi təqdim ediləcək və onun sayəsində səhvlərin və ya uyğunsuzluqların aşkarlanmasına imkan yaranacaqdır. Bunun üçün siz “Bildiriş siyahısına bax” düyməsinə basmalısınız. Bu, BTM tərəfindən hazırlanmış və idarə olunan paralel onlayn proqram vasitəsilə həyata keçiriləcəkdir.

 

Şablonun doldurulma prosesi haqqında addım-ba-addım təlimat üçün veb- saytın kitabxanasında mövcud olan hesabatvermə təlimatlarına müraciət edin.

Razılaşmanı imzalayanlar üçün monitorinq üzrə iki müxtəlif variant var:

 

1) Tədbirlər haqqında hesabat

 

Fəaliyyət Planlarını təqdim etdikdən sonra hər iki ildən bir, Razılaşmanı imzalayan tərəflər öz fəaliyyətlərinə dair hesabatda aşağıdakılar daxil olmaqla öz irəliləyişlərinin monitorinqini aparmalıdır:

 

Fəaliyyətlərin icra  statusu barədə keyfiyyət planında hesabat

 

Adaptasiyanın qiymətləndirmə şkalası,  Risk və Həssaslıq Qiymətləndirməsi və adaptasiyaya yönəlmiş addımlar cədvəlinin yenilənməsinin seçilmiş variantı haqqında yenilənmiş məlumatlar.

 

2) Müfəssəl hesabat

 

Fəaliyyət Planını təqdim etdikdən sonra hər dörd ildən bir, Razılaşmanı imzalayanlar daha çox kəmiyyət xarakterli hesabat – yəni, Müfəssəl Hesabat təqdim etməlidir:

 

Emissiya Kadastrının və icra olunan tədbirlərin kəmiyyətlə ifadə olunan nəticələri, məsələn: qənaət olunan enerji həcmi, bərpa olunan enerji istehsalı, CO2 emissiyalarının azaldılması.

 

Adaptasiya qiymətləndirmə şkalasının, Risk və Həssaslıq Qiymətləndirməsinin yenilənməsi və 3 əsas adaptasiya tədbirinin minimum yenilənməsi

 

Hesabat vermə tələbləri minimaldır və həm Fəaliyyətlərə dair Hesabat, həm də Müfəssəl Hesabat imzalayan tərəfin öz öhdəliklərini yerinə yetirməsi istiqamətində nə dərəcədə uğurla irəlilədiyini  başa düşmək üçün məqbul hesab etdiyi tezlikdə hazırlana bilər. Daha ətraflı məlumat üçün Razılaşmanın veb-saytındakı kitabxanada monitorinq üzrə qısa sorğu kitabçasına  və "İqlim və Enerji üzrə Merlərin Razılaşmasına dair hesabat vermə təlimatları”na müraciət edin.

Cümə axşamı, 11 Aprel 2019 08:34

Monitorinq hesabatı nədir?

Written by

Əsas nailiyyətləri izləmək və fəaliyyət planını davamlı olaraq təkmilləşdirmək (korrektiv tədbirlər tələb olunduqda) üçün nəticələrin monitorinqi və qiymətləndirilməsi vacibdir. Razılaşmanı imzalayanlar həyata keçirilən tədbirlər və CO2 emissiyalarının azaldılması baxımdan əldə olunan nəticələrin ümumi mənzərəsini yaratmaq üçün mütəmadi olaraq monitorinq hesabatları təqdim etməyi öhdələrinə götürürlər.

Əlavə məlumatlar üçün Monitorinq üzrə qısa sorğu kitabçasına müraciət edin.

2020 və 2030-cu illər sizin Merlərin Razılaşmasından irəli gələn öhdəliklərinizin zaman aralığıdır. Bu səbəbdən və müqayisə apara bilmək naminə Razılaşmanın bütün imzalayanları  2020 və / və ya 2030-cu illər üçün hədəf müəyyən etməlidirlər. Məsələn, əgər sizin yerli hakimiyyət orqanı 2030-cu ildən o tərəfə uzunmüddətli hədəf qoymuş olarsa,  bu halda 2020 və ya 2030-cu illər üçün sizin Razılaşma öhdəliyinizdən asılı olaraq əlavə aralıq hədəf təyin edilməlidir. DEFP/DEİFP şablonunda strategiya hissəsində sizə öz seçiminizə görə 2020, 2030 və da daha uzun müddətli hədəf (istəyə görə) təyin etmək imkanı verilir.

Şablonda “Fəaliyyət Planının əsas elementləri” cədvəlinin son sütunlarında CO2 emissiyalarının azaldılmasına (2020-ci il üçün DEFP və 2030-cu il üçün DEİFP) dair hesablamalar göstərilməlidir. Razılaşmanı imzalayan şəhərlər bu hesablamaları ya “baza ili səviyyələri ilə müqayisə etməklə' (bax, variant 1), ya da “ən son kadastr ilinin nəticələrinə əsasən” təyin etmək barədə qərar verə bilər (bax. 2).

Misal

Baza ili: 1990

Baza ilində ümumi CO2 emissiyaları: 1 milyon ton

Ümumi CO2 azaltma hədəfi: 2020-ci ilə qədər 25%, yəni 250 000 ton

 

2009-cu ildə cəmi CO2 emissiyaları: 900 000 ton, son CO2 emissiya kadastrına əsasən

 

Variant 1: Emissiyaların Baza Kadastrının nəticələrini istinad kimi götürün və hər bir sektorun ümumi CO2 azaltma hədəfinə gözlənilən töhfəsini qiymətləndirin.

 

Bu variant çərçivəsində müxtəlif sektorlarda gözlənilən CO2 azalmalarının cəmi  miqdarı ümumi CO2 azaltma hədəfinə uyğun olmalıdır. Yuxarıdakı nümunədə bu, 250 min tona bərabər olmalıdır.

 

Variant 2: Son emissiya kadastrı nəticələrini istinad kimi götürün və hər bir sektorun gözlənilən töhfəsini ümumi 2020 hədəfinə çatmaq üçün lazım olan qalan səylərə nisbətdə qiymətləndirin.

 

Bu variantda müxtəlif sektorlarda gözlənilən CO2 azalmalarının cəmi qalan səylərə uyğun gəlməlidir. Yuxarıdakı nümunədə bu 150 000 tona uyğun gəlir: 1990-cı ildən başlayaraq CO2 emissiyalarını 100.000 ton azaltmağa artıq nail olduğunuzu nəzərə alaraq, sizin bu istiqamətdə “qalan” hədəfiniz ümumi CO2 emissiyalarını 150.000 ton azaltmaqdır. Bu variant, yalnız yaxın keçmişdə emissiyaların kadastrının monitorinqini həyata keçirdiyiniz və bu barədə DEFP / DEİFP şablonunda bildirdiyiniz halda etibarlıdır.

 

QEYDLƏR:

- Bu proqnozlar əməl olunması, fəaliyyət planında barəsində tədbirlər müəyyən etdiyiniz sektorlar üçün sektoral səviyyədə məcburidir.

- Yaxın baza ilini seçdiyiniz təqdirdə, bu iki variant eyni rəqəmlərə gətirib çıxarmalıdır. Bu variantlar uzaq keçmişə uzanan baza ilinə üstünlük verən şəhərlərin işini asanlaşdırmaq üçün hazırlanmışdır (məsələn, 1990).

- Bu rəqəmlərə əsaslanan qrafik məlumatlar Merlərin Razılaşmasının veb saytında imzalayan tərəflərin profillərində dərc olunacaq.

Əgər siz daha əvvəl emissiya azaltma tədbirləri həyata keçirmisizsə, nəticələr, Emissiyaların Baza Kadastrını (EBK) sonrakı kadastrlarla müqayisə edərkən daha bariz görünür. Siz bu tədbirləri həm fəaliyyət planında, həm də monitorinq hesabatlarında təsvir edə bilərsiniz. Fəaliyyət planı şablonunda keçmiş (tamamlanmış) tədbirlər barədə hesabat vermək vacib deyil, çünki bu mərhələdə siz hədəflərə çatmaq üçün icra etməyi planlaşdırdığınız tədbirləri müəyyən edirsiniz. Əgər siz keçmişdəki tədbirləri fəaliyyət planına daxil etmək istəyirsizsə, onlardan bəzilərini şablon daxilində "Mükəmməllik Meyarları" kimi seçə və bu fəaliyyətləri Razılaşmanın internet səhifəsində "Mükəmməllik Meyarları" kataloqunda işıqlandıra bilərsiniz.

Fəaliyyət Planlarını təqdim edərkən, Razılaşmanı imzalayan tərəflər öz şablonlarının bir hissəsi kimi özlərinə aid Emissiyaların Baza Kadastrını doldurmalıdırlar. Əlavə olaraq, onlara özlərinin sonrakı kadastrları, məsələn, Emissiya Kadastrının Monitorinqi (EKM) adlanan məlumatları (mövcud olduqda) daxil etmək təkidlə tövsiyə olunur. Məsələn, Razılaşmanı imzalayan bir neçə şəhər 1990-cı ilə dair Emissiyaların Baza Kadastrını aparmış və daha sonra daha yeni kadastrlarını (EKM) onların fəaliyyət planı şablonuna daxil etmişlər.

Cümə axşamı, 11 Aprel 2019 08:29

Şablon hansı formatda mövcuddur?

Written by

Hazırladığınız fəaliyyət planının Merlərin Razılaşmasına rəsmi olaraq təqdim olunması Razılaşmanın veb-səhifəsinin məhdud girişli bölməsində (“Mənim Razılaşmam”) yerləşdirilmiş onlayn şablondan istifadə etməklə yerinə yetirilir.

DEİFP şablonunun EXCEL versiyasını veb-saytın kitabxanasından endirə bilərsiniz. Bu “Excel” əsaslı şablon ingilis dilində doldurulan rəsmi onlayn şablonun “offline” rejimli işlək versiyasıdır. Xahiş edirik, nəzərə alın ki, şablonun Excel versiyasına daxil olunan məlumatların onlayn platformaya və əksinə ixrac edilməsi mümkün deyil.

Bültenimize abunə olun